Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə29/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   25   26   27   28   29   30   31   32   ...   299

42 

 

Rəyasətə bir müavin, bir baş katib və iki katib müavini seçilməlidir. Buplardan əlavə fəhlə komisyonu, büdcə 



komisyonu,  Məclisi-Müəssisan  üsuli  intixab  layihəsini  tərtib  vermək  üçün  müvəqqəti  bir  komisyon  intixab 

edilməlidir. İstəsəniz tənəffüs elan edək. 



Səfikürdski - Bu məsələ gələn iclasa qalsın. Dustaqlar, məsələsi mühümdür. Bu barədə də bu gün danışılsın. 

Bu  məsələdə  birinci  iclasda  qaldırılıb,  indiyə  qədər  əncampəzir  olmamışdır.  Bu  barədə  rəylər  birdir.  Mən 

dustaqlar məsələsinin həll edilməsini təklif edirəm. 

Sədr - hələ bugünkü növbəti məsələlər qurtarmamışlar. 

Məmməd  Əmin  Rəsulzadə  - Mən təklif edirəm ki, hər fraksiya bir  nümayəndə göndərsin və komisyonlar 

təşkil olunsun, qeyri məsələlər bu gün qalsın. 



Sədr - Mən təklif edirəm ki, tək olduğum üçün bu gün rəyasətə müavin və baş katib seçilsin. 

Cəfərov  - Bu komisyonları qəbul edək, intixabını gələn məclisə qoyaq. Və əlavə qapunları təshih və tərtib 

edici bir komisyonun təşkilini təklif edirəm. 



Səfikürdski - Məclisi-müəssisanin seçki komissiyası dəxi intixab olunsun. 

Sədr  -  Var,  var,  təklif  var ki,  dörd  komisyon  təşkil  olunsun.  Bu  komisyonlara hər  fraksiya  bir  nümayəndə 

göndərsin.  Xahiş  edirəm  mövcud  fraksiyalar  hərgah  yeni  vücuda  gəlmiş  fraksiyalar  varsa,  da  özləri  haqqında 

dəftərxaiaya məlumat versinlər. 

Cəfərov  - Bu  komisyonları  əsasən qəbul etmək, bu komisyonlarda neçə nəfər iştirak edəcək|lər, mütənasib 

surətdə seçilsin. 



Sədr - Elə isə bu məsələ gələn iclasa qalsın. İndi baş katib seçilsin. Namizəd göstərmənizi xahiş edirəm. 

Mir  Mehdiyev  -  Mübadileyi  -  əfkar  üçün  fraksiyalara  vaxt  verilsin.  Ta  ki  bunlar  müəyyən  bir  namizəd 

göstərsinlər. 



Sədr - Bunun üçün tənəffüsmü istəyirsiniz? 

[94 - 95] 

 

Mir Mehdiyev - Yox, gələn iclasa qoyaq. 

Məmməd Əmin Rəsulzadə (yerindən) - Tənəffüs elan edilsin. 

Sədr - Beş dəqiqə tənəffüs elan edir. Tənəffüsdən sonra. 

Sədr - Rica edirəm, katibliyə namizəd gostərəsiniz. 

Mir Mehdiyev - "İttihad" fraksiyası Əhməd Cövdət əfəndini təklif edir. 

Məmməd Əmin Rəsulzadə - Müsavat firqəsi bu təklifə iştirak ilə təbrik edər. 

Sədr - "İttihad" fraksiyası Əhməd Pepinovu katibliyə təklif edir. 

"Müsavat" qəbul edir. 



Əhməd Yusif - Bitərəflər fraksiyası da bu namizədliyə razıdır. 

Sədr  - Deməli, müttəhidür-rəy Əhməd Cövdət baş katib seçilir. (Alqış) Bununla  məclisi bitmiş hesab edib 

gələn iclası təyin etmənizi rica edirəm. 



Səslər - Heyəti rüəsa ozü təyin və elan etsin. 

İclas saat 4 tamamda qapanır. 

 

Arxiv: f. 895, siy. 1, iş, 1, vər. 29-36. 



43 

 

 



№ 4 

 

Dördüncü fovqəladə iclas 

 

20 dekabr 1918-ci il 

 

Gündüz saat 1 tamamda Həsən bəy Ağayevin sədarəti və Əhməd Cövdət bəyin katibliyi ilə açılır. 



Möhtərəm parlament əzası! Bu gün parlameitin fövqəladə iclası çağırmasına səbəb, iki fevqəladə hadisədir. 

Bu iki məsələ bir-birinə o qədər mərbut, sıxı surətdə əlaqədardır ki, bunları bir-birindən ayırmaq qabil deyildir. 

Bunlardan biri bir neçə gün bupdan qabaq vaqe olmuşdur. O biri isə bir neçə müddət bundan qabaq başlamış və 

indiyədək  davam  etməkdədir.  Hamınıza  məlumdur  ki,  iki  həmsayə  qövm  olan  gürcü  və 

[95  -  96]

  erməni 

millətləri arasında əlaqə pozulub. Hətta müsadiməyə müncərr olmuşdur. Rəsmi surətdə elani hərb edilməmiş isə 

də, müharibə qeyri-rəsmi surətdə başlanmışdır. Yenə də qan çay kimi axır. Göylər dağılır, şəhərlər yanıb dağılır, 

yenə  də  toplar  partlayır,  yüzlərlə  adam  top  və  mitralyoz  qurbanı  olur.  Guya  beş  sənəlik  müharibədən  vəhşilər 

doymamış,  guya  beş  sənəlik  qitaldan  bayquşlar  qane  olmadı.  Biz  müsəlmanların  nümayəndələri,  firqələri 

Tiflisdə,  Seymdə  ikən  demişdik  ki,  həmsayələrimiz  ilə  sülh  və  müsalimətlə  yaşamaq  istəriz.  Bu  quru  söz 

olmayıbsa  felən  işlərimiz  ilə  də  isbat  etmişik.  Gürcü  qonşularımız  da  bu  fikirdə  idilər  və  belə  də  siyasət 

yürütməyə çalışırdılar. Qonşumuz olan ermənilərin bəzi məsuliyyətsiz dəstləri vəhşiliklərini yürüdərək təqsirsiz 

gürcü  qonşularımızın  hüququna  təcavüz  edirlər.  Məsələn,  Gəncənin  üç  qəzasında  Ağdam,  Susa,  Cəbrayıl,və 

Zəngəzur  mahallarında, Tiflisin  Sənaen tərəflərindən toplar  partlayır  qurşun  yağır.  Həmin  bu  iki  məsələdir ki, 

bizi  buraya  cəm  olmağa  vadar  etdi.  Bu  münasibətlə  əvvəl  Şuşa  məbusları  və  sonra  da  sosialistlər  fraksiyası 

hökumətə müraciətlə istizah etmişlərdir. Müsaidənizlə oxusunlar. 

Əhməd  Cövdət  (oxuyur)  -  Bu  axır  vaxtlarda  varid  olan  xəbərlərə  görə  Andranik  təhti-komandasındakı 

qoşun  ilə  Azərbaycan  Cumhuriyyətinin  hüdudunu  keçib,  Zəngəzur,  Şuşa  və  Cəbrayıl  qəzalarında  bir  çox 

kəndləri xarab edib, köməksiz xalqı bəzən qırıb, bəzən də səhralara salırlar. Bu əhvalat hökumətə məlumdurmu? 

Əgər məlum isə nə binagüzarlıqda olubdur. 



Sədr  -  İstizah  verənlər  bunun  təcili  surətdə  müzakirəsini  istəyirlər.  Hər  kəs  bu  barədə  danışmaq  istəyir. 

Məhərrəmov, buyurun! 



Məhərrəmov (yerindən) - Bu istizahani müzakirədən əvvəl hökumət cavab verməli idi. 

Sədr - Siz buyurunuz, görək, təcili surətdə müzakirə olunmasını istəyirsinizmi? 

Məhərrəmov - Əlbəttə, təcili surətdə olmalıdır. 

Sədr- Buyurunuz, kürsüdən söyləyiniz. 

Məhərrəmov - Möhtərəm parlament məbuslarına məlumdur ki, axır vaxtlar Qarabağ, Cəbrayıl və Zənkəzur 

uyezdlərindən 

[96 - 97]

 bir çox teleqraflar gələrək, orada icra olunan vəhşiliklərdən əhali şikayət etməkdədir. O 

yerlərdə  Andronik  dəstələri  bir  çox  göylər  dağıdıb,  evlər  xəraba  qoymuşdur.  Biz  xahiş  ediriz  ki,  hökumət  bu 

xüsusda nə kimi təşəbbüsatda bulunduğu halda məlumat versin. 



Sədr  -  Məsələnin  təcili  surətdə  müzakirəsinə  etiraz  yox  isə  təklif  edilir.  (rusca  tərcümə  edir). Təklif  qəbul 

edilir. Söz rəisi vükəlanındır. 



Fətəli  Xan  Xoyski  -  Zəngəzur  əhvalatı  təzə  bir  şey  deyil.  Bu  çoxdan  başlamış  bir  işdir.  Burada  oturan 

məbuslara məlumdur ki, vaxtilə bir para ermənilər tərəfindən Qarabağ haqqında bir məsələ qaldırılmış idi. Hələ 

iyul  ayında  Andranik  başına  bir  dəstə  çiteçi  yığaraq  İrəvan  quberniyasından  Gəncə  quberniyasının  hüduduna 

keçdi.  Buranı  deməliyəm  ki,  Andranik  Türkiyə  təbəəsidir.  O  vaxt  Azərbaycan  hökuməti  hələ  Gəncədə  ikən 

erməni  hökumətinə  müraciətlə  isticvab  etmişdi  ki,  Andranik  sizin  tərəfinizdən  iş  görür,  yoxsa  bu  hərəkətlər 

onun  öz  təşəbbüs  dürmü  və  onun  qoşunları  erməni  hökumətinə  tabedirmi,  yoxsa  onun  hərəkətləri,  şəxsi 

təşəbbüsləri və adi üsyan kimidirmi? Erməni hökuməti cavab verdi ki, Andranikin erməni hökuməti ilə heç bir 

əlaqəsi yoxdur, özü də bir asidir. Erməni hökuməti özü də onun rədd edilməsini və üsyanın yatırılmasını istəyir. 

Fəqət,  gücü  yoxdur,  iş  görə  bilmir.  Sizə  məlumdur  ki,  Andranik  iyil  ayında  Zəngəzur  mahalında  böyük 

fənalıqlar  yaparaq  bir  çox  göylər  dağıtdı,  nəhayət  Şuşa  qəzasına  keçərək  Əsgəran  yolunu  bağladı.  O  zaman 

böyük  fəlakətlər  çıxırdı.  Fəqət  Azərbaycan  hökumətinin  əsgəri  qüvvəsi  o  zaman  yalnız  Bakı  məsələsinə 

münhəsir idi. Ona görə də ancaq Gəncədən iki dəfə erməni, müsəlman deliqasiyonu göndərdi. Lakin bundan bir 

şey çıxmadı. Andranik öz işində dəvam edirdi. Sentyabr ayında Bakı alınandan sonra hökumət buraya koçdü və 

dərhal bu məsələyə diqqət verərək, özünə borc bildi ki, Andranik məsələsinə xitam versin. Ona görə də çeteçilər 

müqabilinə bir miqdar əsgəri dəstə göndərdi. Qoşunumuz müharibə nəticəsində Andraniki Əsgərandan çıxarıb, 

tamam Şuşa uyezdindən və Zəngəzur mahalının çox yerindən qovdu. Andranik qaçdı. Demək istəmədiyim bəzi 

səbəblərə görə biz bundan sonra artıq yürüşümüzü dəvam 

[97 - 98]

 etdirə bilməz idik. Bu oktyabr ayında idi. O 

zaman sakitlik hökmfərma idi. Andranik Gorusda idisə, heç bir fəaliyyətdə bulunmurdu. Noyabrın ortalarında 

işlər tamamilə dəyişdi və muttəfiqlərin təklifinə Görə türk əsgərləri Azərbaycanın hər yerindən çıxıb getdi. Ovza 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə