Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə31/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   27   28   29   30   31   32   33   34   ...   299
    Bu səhifədəki naviqasiya:
  • Sədr

45 

 

Deyilənlərdən əlavə bir çox digər teleqramlar da vardır ki, erməni hərəkatının davamını göstərir. Sizə məlum 



olduğu  üzrə  ingilis  və  müttəfiqlər  ilə  lazım  olan  tədbiri  görmüşəm  və  indiyə  qədər  erməni  hərəkatı  haqqında 

alınan məlumatı 

[100 - 101]

 müttəfiqlərə göndərmişəm. Bunlardan savayı indi öhdəmizdə öz vəzifəmiz vardır. 

Bacardığımız  qədər  tədbirlər  ittixaz  olunubdur.  General  Tomeona  lazım  gələn  məktublar  yazılıb,  əsgəri 

qüvvələrimizin silah gücü ilə hərəkət etməsi əmri verilib, bir çox başqa tədbirlər də görülmüş, onların hamısını 

burada  söyləməyə  lüzum  görmürəm.  Andranikin  başında  olan  dəstə  çetə  və  quldur  dəstələrindən  ibarətdir. 

Bunlların  nə  fikrdə  olduqları  və  bu  fikrin  də  müəyyən  olduğu  məlumdur.  Bunların  aşkar  fikirləri  budur  ki, 

Zəngəzur və Şuşa uyezdlərini Azərbaycandan ayırıb. Ermənistana mülhəq etsinlər. Bacardıqları qədər bu yolda 

işləyirlər. Bunların qarşısına qüvvə göndərdikdə bir müddət sakit olub, yenə fürsət taptıqda öz "fikirlərində sabit 

olub  əməllərinə  nail  olmaqdan  ötəri  işə  başlayırlar.  Azərbaycan  hökuməti  nə  keçmişdə,  nə  də  indi  ixtilaflı 

məsələləri silah gücü ilə həll etmək arzusunda olmamışdır. Hərgah belə bir məsələnin həlli üçün silaha sarılmaq 

lazım gəlmiş isə də, biz özümüz deyil, bizi məcbur etmişlər. 

İxtilaflı sərhəd məsələlərinin sülh yolu ilə həll olunmasını təklif etmişik. Başqaları ilə hər bir məsələni sülh 

ilə  həll  etməyə  çalışmış.  Azərbaycanda  nə  erməni,  nə  müsəlman,  nə  də  başqalarının  qanı  tökülməmək  üçün 

əlimizdən gəldiyi qədər səy etmişik. İndi də heyət göndərib məsələlərin sülh ilə həll olunmasına mümkün qədər 

çalışmalıyıq. Lazımi təqdirdə silaha sarılsaq, hamı bunu bilir ki, bizi belə vəsiləyə əl uzatmağa məcbur ediblər. 

hökumət  tərəfindən  ərz  edirəm  ki,  mümkün  qədər  zərərsiz,  qansız,  sülh  ilə  hər  məsələnin  xitamə  yetməsinə 

çalışmaq,  hökumət  şimdi  də  belə  müamilədə  bulunacaqdır.  Əks  surətdə  hökumət  özü  öz  gücü  ilə,  qövvəsilə 

Azərbaycan Hökumətinin hər bir təcavüzdən mühafizə edəcəkdir. (Mərkəzdən, sağdan alqış). 



Sədr - Söz Əhməd Cövdətindir. 

Əhməd Cövdət - Əfəndilər! Bugünkü iclasın təcili surətdə çağrılmasına səbəb iki məsələ haqqında Məclisi-

Məbusan  sədrinə  sosialistlər  namindən  verilən  məktub  olmuşdur.  Bu  iki  məsələnin  həlli  bütün  Zaqafqaziya 

demokratiyası  üçün  mühümdür.  Bu  iki  məsələ  bir-biri  ilə  əlaqədardır.  Birinci  məsələ  Qarabağ  hadisatı  və 

ikincisi  isə  Gürcüstan  ilə  Ermənistan 

[101  -  102] 

arasında  vaqe  olan  müsadimədir.  Qarabağ  məsələsi  ikinci 

məsələ ilə mahiyyətcə əlaqədar və şəkilcə birdir. Fəqət, biz Qarabağ məsələsini əlahiddə qoymuşuq. Qarabağda 

məlum olduğu üzrə 3-4 aydır ki, sakitlik yoxdur. Andranik başına bir dəstə cəm edib kəndləri dağıtmaqla məhv 

və  tələf  etməkdədir.  Andranik  üzərinə  hökumət  qoşun  dəstələri  tərəfindən  hücum  olduğundan  Andranik 

çəkilməyə məcbur olub, sonra da yenə də öz işinə başlayır. Bunlar nə üçün olur? Dəstə başında duran kimdir? 

Məqsəd  nədir?  Andranikin  məşhur  olduğu  məlumdur.  Andranik  Türkiyədə  çetebaşı  idi.  Osmanlılar  ilə  uzun 

müddət  müharibə  etmiş,  müsəlman  və  erməni  qanlarının  tökülməsinə  səbəb  olmuşdur.  Avropa  müharibəsi 

başladıqda  Andranik  Qafqaziya  cəbhəsində  Türkiyə  əleyhinə  mübarizədə  bulunmuşdur.  Andranikin  məqsədi 

Osmanlı  ermənilərinin  haqq  və  hüququnu  müdafiə  etmək  idi.  Hərb  zamanında  bunun  hərəkatı  hərbə  yaraşan 

sifətdə olmamışdır, bunun zülmü hər yerdə məlumdur. Qəzetlərdə bu barədə bir çox dəfələr yazılmışdır. 

Sonra Andranik İrəvan, Naxçıvan və Ordubad mahallarına və oradan da İrana keçmişdir. Yolda müsəlman 

kəndlərini dağıdıb xarabazara döndərmişdir, hər tərəfdən qovulmuş olduğundan axırda Qarabağa gəlmişdir. 

Andranikin  dediyi  nədir?  O  deyir  ki,  mən  buranı  Ermənistana  tabe  etmək  istəyirəm.  Hökumət  rəisi  dediyi 

kimi  Andranikin  kim  olduğu  erməni  hökumətindən  sorulduqda,  Ermənistan  hökumət  onunla  əlaqədar 

olmadığını və onu bir quldur kimi tanıdığını deyib, onunla bildiyiniz kimi rəftar edin deyə cavab vermişdir. 

Andranikin qarşısına əsgəri qüvvə göndərildikdə geri çəkilib sakit olmuş, qarşıdakı qüvvə azadlıqda yenə baş 

qaldırıb kəndləri dağıtmağa başlamışdır. 

Andranik  Türkiyə  ermənisidi.  Bura  erməniləri  ilə  əlaqədar  deyildir.  Odur  ki,  onun  tökülən  qanlara  heyifi 

gəlmir. Bu dağılan xanimanalara ürəyi yanmır. Burada bir şey demək istərəm. Özü insaniyyət düşməni olmaqla 

bərabər  Andranik  bir  tək  müsəlman  kəndlərini  deyil,  bəlkə  erməni  kəndlərinin  də  dağılmasına  səbəb  olur. 

Burada  gizli  bir  məsələ  vardır.  O  da  Qarabağ  mahalının  Ermənistana ilhaq  edilib  Azərbaycan  idarəsi  təhtində 

olmasına  mümaniət  göstərməkdir.  Bu  fikir  ermənilərin 

[102  -  103]

  baş  firqəsi  olan  daşnakasakanların 

məramidir. Bu firqə hətta Petroqrada Zaqafqaziyanın təqsim edilməsi məsələsi həll edildikdə bir layihə (proje) 

təqdim  edib  Zəngəzurun  Ermənistana ilhaqini tələb  etmişlər idi.  Bu  məsələyə Tiflisdə  baxılıb  əmələ  və  saldat 

vəkilləri şuralarının nahiyə mərkəzi tərəfindən rədd edilmiş idi. Torpaq və sərhəd məsələlərini həll etmək üçün 

bir komissiya təşkil edilmişdi. 

O zaman bu millətlər ayrılıb hökumət təşkil etməmişlərdi. Məsələ ümumi bir məsələ idi. İndi isə bu hökumət 

məsələsi  olmuşdur.  Hərçəndi  ki,  Ermənistan  hökuməti  rəsmən  bizə,  "Qarabağda  işimiz  yoxdur,  Qarabağı 

istəmirik və Andranik ilə əlaqəmiz yoxdur" deyir, lakin işlərin mahiyyəti bundadır. Əfəndilər, bizim firqəmiz və 

ümum sosialistlər cəmaətin və bütün kəndlilərin mənfəətini nəzərə almışdır. Biz hər vaxt böylə məsələlərin silah 

gücü  ilə  deyil,  sülh  ilə  həll  edilməsinə  çalışmışıq,  bu  məsələlər  yenə  sülh  vasitəsilə  həll  edilməlidir.  Bu  gün 

cahan  müharibəsi  bitmiş,  bir  çox  qurbanlar  verildi.  Lakin  dövlətlər  arasında  olan  məsələlər  həll  olunmadı. 

Bunların  həlli  üçün  ümumi  konfrans  olacaqdır.  Cəmiyyəti-əqvam  təşkil  olunacaqdır.  Bu  gün  hər  bir  tərəf 

məsələlərin silah gücü ilə həll olunmasını görür. Hərgah Azərbaycan ilə Ermənistan və Gürcüstan arasında hərb 

olur isə bura millətləri məhv olurlar. Bu, hərb, hərb deyildir. Çünki müharibə edən bütün dövlətlər öz aralarında 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə