Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə28/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   24   25   26   27   28   29   30   31   ...   299

40 

 

Sədr - Aslan bəy Səfikürdski. 



Səfikürdski  -  Əkbər  ağanın  dediyini  başa  düşmədilər.  Onun  fikrini  anlamadılar.  O  dedi  ki,  bu  qədər  az 

məvacib  ilə  dolanmaq  çətindir.  Elə  bir  şərait  yaranmalıdır  ki,  onlar  da  yarım  insan  kimi  yaşasınlar.  Məmməd 

Əmin  deyir  ki,  belə  havadan  tutma  rəqəmlər  ilə  bu  əsası  dəyişmək  olmaz,  bunun  üçün  sübut  lazımdır.  Bunu 

isbat etmək çətin deyil. Çörəyin girvənkəsi şimdilikdə beş manatdır. Burada xidmət edən qulluqçunu götürəlim. 

hərgah belə bir xadimin bir arvadı, bir anası və yaxud uşağı olur isə buna ən azı gündə altı girvənkə çörək almaq 

lazımdır. Bu hesab ilə 900 rublə ancaq çörək üçün məsarif lazım gəlir. Bir hərgah bu hesabın yarısını götürmüş 

olarsaq,  ayda  450  rublə  xərc  olacaq.  Fəqət  bir  çörək  ilə  dolanmaq  olmaz.  Bunun  başqa  xərcləri  də  olacaqdır. 

Hərgah ərzaq ucuz olsa idi, o zaman 550 manat kifayət edərdi. Bu səbəblə ən azı əndazə olaraq Əkbər ağanın 

təklif etdiyi 650 rublə ilə hələlik şərik oluram. 

Sədr - Şeyxülislamov, buyurun. 

Şeyxülislamov - Mən 650 rubləyi qəti surətdə demirəm. Əlbəttə siz artıra bilərsiniz. Burada başqa xadimlər 

tərəfindən  etiraz  ola  dedilər.  Lakin  mən  deyirəm,  bu  qanun  bu  gün  burada  qəbul  edilirsə  ümum  fəhlələrə  aid 

olar. 

Sədr - Söz Cəmo bəyindir. 

Cəmo  bəy  -  Mən  özüm  tərtibat  və  ləvazimat  komisyonun  üzvüyəm.  Bu  məvacib  müzakirə  edildikdə 

parlament üzvlərini də nəzərə aldıq. Komissiyon qərar verdi ki, nəinki qulluqçular və bəlkə üzvlər də lazım olan 

bir para şeyləri ucuz  ələ gətirsin. O cümlədən aşbazxana açılması dəxi arzu olundu. Budur ki, xadimlərə 550 

manat təyin etdik. İndi sözümü özüm başa düşdüm. Biz söylədiyimiz sözə əməl etmirik. Bizim xadimlərin ucuz 

çörək , ucuz aşbazxanadan nə mənfəətdar olacaqlarına da ya qismət, ya nəsib! 

[89 - 90]

 

Sədr - Söz Məlikyeqanovundur. 

Məlikyeqanov - Burada möhtərəm parlament əzası hamı artıq vermənin tərəfdarıdır. Biz də bununla şərikik. 

Fəqət,  bunu  nəzəri-etibarə  almalıyız  ki,  butün  fəhlələr  əziyyət  altında  yaşayırlar.  Biz  hökumət  qulluqçularına 

artıq verməklə iş artmaz. Bir fəhlə komisyonu təşkil edilməlidir ki, bunların hamısının dərdlərini nəzərə alsın. 

Sədr - Təklif var ki, müzakirat qət edilsin. (Soldan: bu barədə). 

Sədr - Bu barədəmi? Buyurun! Söz Abbasqulu Kazımzadənindir. 

Abbasqulu  Kazımzadə  -  heç  söz  yoxdur  ki,  bizim  fəhlə  qardaşlarımızın  halı  yaxşılaşmalıdır.  Bizə 

göstəriyorlar  ki,  əsas  olaraq  qəbul  edilsin.  Burada  bir  şəxs,  iki  şəxs  iştirak  etmir.  Əlbəttə  ki,  məclisdə  iştirak 

edən  əzanın  cümləsi  buradakılardır.  Məvacibləri  550  rublə  olan  hökumət  qulluqçularının  kooperativləri  də 

vardır.  Biz  istərdik  ki,  bura  qulluqçuları  da  oraya  daxil  olsunlar.  Biz  deyiriz  ki,  bura  qulluqçuları  ləvazim 

komisyonundan çörək istiyorlar, hamı acdır. haman məvacib burada artırılsın, bir daha komisyona verilsin. 

Sədr  - Tənzimat komisyonu təklif edir ki, bunlar burada qəbul edilsin. (Oxuyur). Necə deyirlər bir-bir səsə 

qoyacağam, yaxud hamısını birdən? 



Vinoqradov - (rusca) 

Sədr - Bunu qəbul edirsinizmi? (Mərkəzdən: qəbul.) 

Əhməd Cövdət - Bu məsələnin əleyhinəyiz. 

Məmməd Əmin Rəsulzadə - Səsə qoyurlar. Şimdi vaxtı yeyidir. 

Əhməd  Cövdət  -  Rica  edirəm,  yerinizdən  göstərmiyəsiniz.  Burada  sədr  vardır.  Bəxşiş  məsələsinin 

əleyhinəyiz. Məvacibləri az olanların məvacibləri çoxalmalıdır. Fəqət, bəxşiş olmalıdır. 



Sədr - Mənim əqidəmcə bəxşişin başqa əhəmiyyəti vardır. 

Məlikyeqanov  -  Bəxşiş  məsələsi  bir  yoldur.  Əgər  bir  sənə  işləsələr  ondan  sonra  alırlar,  yaxud  bəxşiş 

bulunsun məvacib artırırlar. 



Məmməd  Əmin  Rəsulzadə  -  Sollar  məsələni  əngələ  salırlar.  Tənzimat  komisyonunda  solların 

nümayəndələri vardır. Mən onların təklifləri ilə əsas etibarilə şərikəm. Fəqət, 

[90 - 91]

 bir şey var ki, fraksiyada 

müzakirə olunarkən danışmalıdı. Şimdi yeri deyldir. 

Əhməd Cövdət - Görünür ki, "Müsavat" firqəsinin acığına gəldi. (Məmməd Əmin yerindən: Danışır!) 

Sədr  (zəng  çalır)  -  Ola  bilir  ki,  bundan  sonra  elə  məsələlər  olsun,  müsavatın  lap  acığına  gəlib.  Fəqət  bu 

barədə söyləmək bicadır. (Soldan alqış). 



Hacınski - Üçüncü üsul fraksiyanın cərgəsində mən də varam, onlardan komisiyaya nümayəndə olaraq sədr 

də,  katib  də  iştirak  etmişdir.  Mən  sədr  olduğuma  görə  təbiidir  ki,  etiraz  edənlərə  deyil,  qulluqçular  mənə 

müraciət edəcəklər, ona görə də mən burada smetanın təsdiqini təklif edirəm. Beləliklə, smeta geri qaytarılmaz. 

(Mərkəzdən: alqış). 



Şeyxülislamov - Smetanı burada qəbul edək, bəxşiş məsələsi qalsın sonraya. 

Sədr  -  Hər  kəs  qəbul  edir  isə  əlini  qaldırsın!  (Salonda  danışıq)  hər  kəs  əleyhinədir,  əlini  qaldırsın. 

(Qaldırırlar, qarışıqlıq). Təklif olunur ki, bəxşiş çıxmaqla smeta qəbul edilsin. 



Məmməd Əmin Rəsulzadə - Mən təklif edirəm ki, bəxşişsiz məvacib az olacaqdır. Binaən-ileyh smeta geri 

qaytarılsın. Mən bunun əleyhinəyəm. Bəxşişi mütənasib surətdə məvacib üzərinə artırılsın. (Soldan: qəbuldur). 



Sədr - Təklifi ruscaya tərcümə edir. Bu qəbul olunurmu? (Səslər: qəbul). 


41 

 

Abbasqulu Kazımzadə  - Möhtərəm parlament əzası! Əzalarımıza gərək maaş təmin edilsin. Buna görə də 

ləvazim  komisyonu  parlament  sədri  ilə  bərabər  qəbul  etdi  ki,  gündəlik  olaraq  üzvlərə  yüz  rublə  maaş  təyin 

edilsin. 



Sədr - Tərcümə edir. Bu barədə kim danışmaq istəyir, etiraz yoxsa, qəbul olunur. 

Abbasqulu Kazımzadə - Milli Şura əzasının məruzəsi vardır. Noyabrın 16-dan Milli Şura toplanan gündən 

onlara da məvacib verilsin. Milli Şura əzasının smetasını oxuyam. Xəzinədə mövcud olan nəqdən Milli Şuranın 

əzasının  17  günlük  maaş  üçün  hər  kişiyə  gündəlik  yüz  manat  hesabından  74.800  rublə  buraxılması  Məclisi-

Məbusan divani-rəyasətinə və ləvazim heyəti tərəfindən parlamentdən rica olunur. 

[91 - 92]

 

Şəfi bəy - Bəzi üzvlər vardır ki, buradan başqa hökumətin digər qulluğunda da olurlar. Ona görə iki yerdən 

məvacib alacaqlar. Belə olan surətdə bunlar birini almalıdırlar. 

Məmməd  Əmin  Rəsulzadə  -  İki  yerdən  məvacib  alan  qullutçular  üzvlər  bu  məvacibin  təfavütünü 

almalıdırlar. 



Şəfi bəy - Digər vaxt qulluq edirlər. Gələcəkdə qanun çıxacaqdır ki, üzvlər qulluq etməməlidirlər. 

Əhməd  Cövdət  -  Mən  Şəfi  bəyin  təklifini  belə  qəbul  edərəm.  O  adamlar  ki,  bunlar  cəmaət  vəkili 

olduqlarından,  birinci  işlərini  buraxıb,  vaxtlarını  fəqət,  parlamentə  münhəsir  etməlidirlər,  xüsusi  işlərindən  əl 

çəkib hökumətin qanununu düzəltməyə məşğul olmalıdırlar. Dövlət qulluğunda ancaq nazir və nazir müavinləri 

qala bilərlər. 17 gün məsələsi qaldırılmasın, qanun ancaq bundan sonra üçündür. 



Məmməd  Əmin  Rəsulzadə  -  Burada  iki  məsələ  vardır.  Parlament  üzvlləri  başqa  yerlərdə  xidmət  edə 

bilərlərmi,  ya  yox?  Bu  bir qanun  şəklində  məclisdən keçməlidir.  Bu  qanunu təklif  kimi  qəbul  edək,  ya  qanun 

şəklində məclisə götürək? Əlbəttə, bu bir qanun olmalıdır. Dövlət xidmətində olanlar başqa yerlərdə parlament 

maaşından  çox  olar  isə  buradan  almamalıdır.  Əks  surətdə  təfavütünü  alacaqlardır.  Bunu  da  məruzəçi  əlavə 

olaraq bir təshih şəklində qəbul etməlidir. 

Əhməd Cövdət - Mən təklifin nakaza qoyulmasına razıyam. 

Cəmo bəy Hacınski - Mən elə zənn edirəm. O nakaz ki, hazır olacaqdır, o, iki ay çəkəcəkdir. Belə bir nakaz 

seymdə  hazırlanmadı.  Təklif  edirəm  bu  məsələni  əsasən  qəbul  edək,  o  üzvlər  ki,  başqa  xidmətdədirlər, 

qulluqlarından əl çəkməlidirlər; nazir və nazir müavinlərindən başqa. 

Sədr - Təklif var ki, parlament üzvləri başqa hökumət qulluğunda olmasınlar. 

Mirmehdiyev Miryəqub - Bu məsələ növbədə yoxdur? 

Sədr - Xeyr! Bu məsələ məruzədən doğma bir məsələdir ki, gərək həll olunsun. Bir təklif də var. Bu qanun 

qəbul edilməyənəcən təxir edilsin. 



Axundzadə  Rəşid  bəy  (yerindən)  -  Gərək  müəyyən  olsun  ki,  üzvlər  hanki  qulluqdan  çıxmalıdır. 

(Adminstrativni) yaxud başqa qulluqdan? 

[92 - 93]

 

Sədr - Təklif müəyyəndir. Dövləti və içtimai müəssisələrdə olanlar. Bir şəxs iki yerdə dövlətdən məvacib ala 

bilməz. 


Əhmədov Yusif - Söz veriniz. 

Yusif  Əhmədov  -  Burada  təklif  odur  ki,  parlament  üzvləri  hökumət  və  ya  ictimai  xidmətlərdə  olsalar 

məvaciblərinin  təfavütünü  alsınlar.  Qulluq  qulluqdur.  Hər  yerdə  qulluq  etmiş  olsa  bir  təfavütü  yoxdur.  Nə 

səbəbə dövləti və ictimai müəssisələrdə olanlar məvacib almasın, başqa yerdəkilər alsın. 

Sədr - Təklif belədir. (Oxuyur). Məclisi-məbusan əzaları nazir və nazir müavinlərindən başqaları qulluqdan 

əl çəkməlidirlər. Bu təklifi səsə qoyuram. 



Mir Mehdiyev - Müzakirə olmamış bu təklifi səs qoymaq olmaz. 

Məmməd Əmin - Hərgah istəyirsiniz müzakirəyə qoyaq. 

Səfikürdski - Məsələni iki yerə bölmək lazımdır ki, iki yerdə qulluq edib məvacib almaq olmaz. Xəzinəmiz 

birdir. Qulluqdan çıxmaq məsələsi hələlik qalsın. Bəzi qulluqlar vardır ki, ikisini bərabər ifa etmək mümkündür. 

Amma  zabitiyyə  və  nəzarətdə  çalışanlar  isə  əlbəttə  qulluqdan  xaric  olmalıdır.  Parlament  iclasında  nazirləri 

tənqid edəcək və buradan çıxdıqca nazirin əmrini necə yerinə yetirməyə onun qüvvəsi çatacaq. 



Vinoqradov - (rus dilində) 

Sədr - Mən təklifi yenə səs qoyuram. Hər kəs istər ki, bu məsələ bu gün burada həll olunsun, əlini qaldırsın. 

İstərsəniz başqa iclasa qoyalım. (Ləhinə 1 nəfər, əleyhinə isə əksəriyyət). 



Məmməd Əmin Rəsulzadə - Burada təshih var idi. İki yerdən məvacib alınmasın. Təklif belədir. Parlament 

üzvləri bu dövlət qulluğunda olsalar və orada da buradan çox məvacib alır isə, buradan məvacib almağa hədləri 

yoxdur. Yox, əks halda buradan təvafutü alacaqdır. 

Sədr - Etiraz edən yoxdur ki? Səsə qoyur, təklif qəbul edilir. 

Abbasqulu  Kazımzadə  (oxuyur).-  Məclisi-Məbusan  binası  təmiri  üçün  mühəndislərin  smetasına  görə  80 

min rubl pul lazımdır. İstəsəniz maddə-maddə oxuyaram. 

[93 - 94]

 

Sədr  -  Təmiart  üçün  müfəssəl  smeta  vardır.  İstəsəniz  maddə-maddə  oxunsun.  Etiraz  yoxsa,  qəbul  edilsin. 

Səslər - ümumən qəbul edilir. 

Sədr - Smeta qəbul olunur. 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə