Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə24/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   20   21   22   23   24   25   26   27   ...   299

32 

 

Maarif  haqqında  firqə  ümumi  məcburi,  rüşdü  və  ibtidai  məktəblərdə  məccani  tədrisin  və  məktəblərin 



cümləsinin milli olmasının tərəfdarıdır. 

Bələdiyyə idarələri və zemstvo təşkilatı demokratik üsuluna tabe olmalıdır. ( Sağdan alqış). 

[72 - 73] 

Dövlət  təşkilatına  gəlincə  firqə  cumhuriyyət  tərəfdarı  və  bir  müəssiseyi-təşriyyə  və  buna  qarşı  məsul 

qüvveyi-icraiyyə  olmasını  tələb  edir.  Hökumət  mümkün  olduqca  ucuz  və  sadə  olub  klasnıları  üsulixəfif  və 

məhdud olmalıdır. İntixab ümumi, dofu, gizli və müsavi, hər bir təşkilatda cari olmalıdır. 

Ümum əhali qanuna qarşı müsavidir. Milliyyət və sinif fərqi yoxdur. 

Əqliyyəti təşkil edən qövmlərin haqqına təcavüz edilməmək üçün hər dürlü intixabatda qövmlərin miqdarı 

nəzərə alınıb, hər birinin miqdarinə nisbətən yer veriləcəkdir. Erməni və müsəlman arasında indiyə kimi dəvam 

edən  xüsumatın  səbəbləri  işhas  dəstələrə  bu  iki  milləti  bunca  xəsarət,  tələfat  və  qailərə  düçar  edən  amillərə 

izharinifrət edər. Bu babda mükəmməl surətdə təftiş və istintaq qurmasını məsum müsəlmanlar və ermənilərin 

başına  bu  rəzalətləri  gətirən  canilərin  şiddətlə  cəzalanmaları,  zərərdidələrə  geniş  dairədə  yardım  olunmasını, 

dağılmış şəhərlər və köylərin təcdid və təmirini tələb etməklə bərabər firqə gözəl Qafqaziyanın övladına  belə 

vəhşilik və qan içicilik xasiyyətini əbədən tərk etməyi təklif edir. (Sağdan yüngül alqış). Və insan şəklində olan 

vücudların cümləsini qardaş və insan tələqqi etməyə dəvət edər. İnşallah ki, mədəniyyət və hürriyyətin qabili-

inkar  olmayan  nişanəsi  olan  şu  mübarək  müəssisə  və  məclis  bu  yolda  kəfil  və  zamin  olub  bizim  sevgili 

vətənimiz və millətimizi hidayət və səlamətə doğru sovq etməyə istedad və iqtidarə malik olduğunu surətlə ibraz 

edər. (Sağdan alqış). 

Hökumətimizin  hərəkət  və  fəaliyyətinin  şəyani-tənqid  bir  çox  noqtələrinin  movcud  olduğunu  indilik  ixtar 

etməklə iktifa edərək bu babda münasibət bir zaman iradi kəlam edəcəyini firqə ədd edib bəyannaməsinə keçir. 

(Sağdan yüngül alqış). 

Sədr — Söz əqəliyyət təşkil edən millətlərdən slav-rus cəmiyyət nümayəndəsi Vinoqadovundur. 

Sədr  —  Fraksiyalar  və  əqəliyyət  təşkil  edən  millət  nümayəndələri  tərəfindən  oxunan  və  soylənən 

bəyannamələri  dinlədiniz.  "Müsavat"  firqəsi  tərəfindən  belə  bir  təklif  vardır.  Bütün  fraksiyaların  bəyanatını 

eşitdikdən sonra Azərbaycan Məclisi-Məbusanı rəyasət vəzifəsini ifa edən rəis müavininə 

[73 - 74]

 tapşırır ki, 

hökumət  təşkil  etmək  üçün  kəndi  mülahizəsinə  görə  bir  rəis  dəvət  edib  təsdiqini  (gələcək)  heyəti-vükəla 

təşkilini məzkur rəisə təklif eləsin. 

(Sədr bu formulanı rus dilinə tərcümə edir). 



Sədr — Bu təklif, etiraz edən yoxdur ki? 

Səslər — yoxdur. 

Sədr — Demək bu təklif ümumiyyətlə qəbul olunur. 

Məmməd  Əmin  Rəsulzadə  —  Təklif  edirəm  məclis  rəisinə  ixtiyar  verilsin  ki,  Azərbaycan  parlamentinin 

açılması  xüsusda  bütün  cahan  parlamentlərinə  və  qonşumuz  Şimali  Qafkaziya,  Gürcüstan,  Ermənistan 

parlamentlərinə bir teleqram çəksin. 

Sədr — Bu təklifə etiraz yox isə qəbul olunur. 

Məclisi qapamadan əvvəl rica edirəm ki, parlament olan fraksiyalar öz rəislərini heyəti rəyasətə xəbər versin. 

Bundan əlavə tərtibat və ləvazimat komisyonunun sabah saat 12-də iclası dəvət edilir, etibarnamələri təhqiq və 

təsdiq  etmək  üçün  etimad  komisyonu  parlament  işlərini  təxirə  salmamaq  üçün  tezliklə  işə  başlasın.  Kələcək 

məclisin gününü və saatını təin ediniz. 

Məmməd  Əmin  Rəsulzadə  — Mən təklif edirəm ki, məclisin dəvəti rəyasətə mühəvvəl olunsun, məclisin 

dəvəti lazım olduqda elan etsin. 



Sədr — Bu təklifə etiraz yoxdur, qəbul olunur. 

İclas saat 4-ün yarısında qapanır. 



 

Arxiv: f. 895, siy. I, nş. 1, vər. 12-21. 


33 

 

 



 

№ 3 

 

Üçüncü iclas 

 

15 dekabr  1918-ci il. 

 

İclas saat 1 tamamda Həsən bəy Ağayevin sədarəti və Əhməd Cövdət bəyin katibliyi ilə açılır. 



Sədr — Rica edirəm yerinizi tutasınız. Ruznameyi-müzakirata aşağıdakı məsələlər qoyulmuşdur: 

[74 - 75]

  

1).  Daxil  olan  kağızlar;  2)  Etibarnamə  komisyonunun  məruzəsi;  3)  Tərtibat  və  təzminat  komisyonunun 



məruzəsi;  4)  Heyəti  rüsayə  baş  katib  seçilir;  5)  Büdcə  komisyonu  intixabi;  6)  Fəhlə  komisyonu  intixabi;  7) 

Məclisi-müəssisan dəvəti üçün intixabat qanunu verəcək komisyon seçkisi. 

Hərgah bu qaydaya etiraz yox isə qəbul olunur. Etiraf yoxdur ki? Deməli qəbul olunur. 

Şimdi teleqramları oxuyalım. Teleqram çox gəlmişdir. Bir neçəsini oxumaqla iktifa edəcəyiz. Oxuyur: 

Şamaxı müsəlmanlarından, birinci Azərbaycan topçu zabitanından, Şamaxı qəzası malikanlarından, Şamaxı 

qəzası  ermənilərindən  varid  olan  teleqramları  oxuyur.  Bir  də  əhraf  fraksiyasından  bir  məktub  gəlmişdir, 

məzmunu belədir. 

Parlament  sədri  hüzuri-alilərinə!  Əhrar  fraksiyası  tərəfindən  aitdə  əsamisi  məzkur  zatlar  parlament 

komisyonlarına  intixab  edildi.  Ləvazim  komisyonuna  Hacı  Molla  Əhməd  Nuruzadə,  etimad  komisyonuna 

Abdulla bəy Əfəndizadə, intizamat (nakaz) komisyonuna Hacı Hüseyn Əfəndizadə göstərildi. 

Söz etimadnamə komisyonu məruzəçisi Məhərrəmova verilir. 

Məhərrəmov  —  Parlament  təşkili  barəsindən  şurayi milli  tərəfindən  verilmiş  qanuna  görə  parlament  milli 

şura  əzasından,  ictimai  müəssisələrdən  və  qəzalardan  göndərilmiş  nümayəndələrdən  təşkil  edilməlidir.  Milli 

şura əzası bu xirqələrdən ibarətdir: Hümmət, İttihad, Müsavat, bitərəflər və sosialistlər ittifaq fraksiyalarından. 

 

Etimadnamə komissiyonunun məruzəsi: 

 

Dörd fraksiyadan mütəşəkkil sabit Azərbaycan milli şurası tərəfindən bu günə təkin parlamentə əza sifətilə 

daxil  olmuş  əşxas  barəsindən  ancaq  hümmət  və  Sosialistlər  ittifaqı  tərəfindən  siyahı  verilmişdir.  Müsavat, 

İttihad və bitərəflər fraksiyaları tərəfindən etibarnamə komisyonuna hələlik siyahı daxil olmamışdır. Bakı şəhər 

idarəsi tərəfindən intixab edilmiş 5 əza ki, ibarət olsuq Qara bəy Qarabəyov, Ağazeynal Tağıyev, Ağa Aşurov, 

Ağabəy Səfərəliyev  və Əliağa Həsənov cənablarının etimadnamə və protokolları 

[75  -  76]

  düzgün  və  qanuna 

müvafiq olduğundan etibarnamə komisyonunu qəbul və təsdiqini təklif edir. 

2). Əqəliyyət təşkil edən millətlərə Bakı şəhərində mövcud cəmiyyətlərdən parlamentə intixab edilmiş əza: 

alman  milləti  tərəfindən  Lorens  Kun,  lehlər  tərəfindən  Stanistlav  Vanseviç,  gürcü  milli  şurası  tərəfindən 

Tsixokaya, yəhudi milli şurası tərəfindən doktor Koxman etibarnamə protokolları qanuna təsdiqini təklif edər. 

3).  Qafqaziyada  Slav-rus  cəmiyyəti  tərəfindən  parlamentə  5  əza  göndərilmişdir:  Vinoqradov,  Mixaylov, 

Kravçenko, Kolesnikovski  və Ollenqron. Bunların etimadnamələri Qafqaziya milli şurası tərəfindən olduğuna 

binaən  və  seçki  protokolları  olmadığından  etimadnamə  komisyonu  qərara  almışdır  ki,  yuxarıda  adları  zikr 

olunan  əşxasa  təklif  olunsun  ki,  seçki  protokolu  və  Azərbaycanda  işləyən  şura  tərəfindən  etibarnamə  təqdim 

etsinlər. O vaxtadək onların təsdiqindən çekinilsin. 

4). Bakı ticarət və sənaye ittifaqı tərəfindən: Yusif Əhmədov, Bakı neft mədənçilər sovet syezdi tərəfindən 

Mirzə Əsədullayev intixab edilmişlərdir. Bunların etibarnamələri qanuna müvafiq və düzgün olduğundan qəbul 

və təsdiqini parlamentə təklif edər. 

 

Bakı vilayətindən intixab edilmiş üzvlər: 

 

1).  Quba  şəhəri  tərəfindən  Quba  sakini  Murtəza  Axundov,  Quba  qəzası  tərəfindən  Həmdulla  əfəndi 

Əfəndiyev və Əli bəy Zizikski, etibarnamələri qanuna müvafiq və düzgün olduğundan təsdiqi təklif olunur. 

2). Salyan şəhər tərəfindən və Cavad qəzasından Baxış bəy Rüstəmbəyov və Rəşid bəy Axundzadə intixab 

edilmişlərdir.  Bu  günəcən  etimadnamə  və  seçki  protokolları  gəlmədiyindən  təklif  edilməməlidir,  bu  barədə 

həmin şəxslər təşəbbüsatda bulunsunlar. 

3).  Göyçay  şəhəri  tərəfindən  Sadıx  bəy  Ağabəyov  və  qəzasından  Hacı  Hüseyn  Əfəndiyev  intixab 

edilmişlərdir. Etimadnamələri qanuna müvafiq və düzgün olduğundan təsdiqi təklif edilir. 

[76 - 77] 

4).  Şamaxı  şəhəri  tərəfindən  Şeyxəlibəyov  şurayi-milli  tərəfindən  intixab  edilmişdir.  Şamaxı  qəzası 

tərəfindən əza intixabi haqqında bu vaxta qədər bir xəbər gəlməmişdir. 

5). Lənkəran şəhər və qəzası haqqında hələ bir xəbər gəlməmişdir. 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə