Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə21/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   17   18   19   20   21   22   23   24   ...   299
    Bu səhifədəki naviqasiya:
  • Sədr

29 

 

övladlarımıza tərbiyə verməkdədirlər. Əgər onlar azadə olmasalar dövlət və vətənimizi 



[64 - 65] 

müdafiə edən 

azad fikirli övlad dəxi yetirə bilməyib, özləri qul və əsir insanlar yaradarlar. (Alqışlar). 

Torpaq və fəhlə məsələsi burada həll olunmayacaqdır . Biz ancaq "Seym"də həll olunan müəyyən məsələləri 

icraya  qoymalıyız.  Fəhlə  məsələsində  müştərək  müqavilə  (kollektiv  doqovor)  payidar  olmalıdır.  Mövcud  ali 

imarətlər  tikilib  rahatlanmağımıza  bais  olan  fəhlələrə  köməklik  edib,  tezlik  ilə  onları  aclıqdan  qurtarmalıyız. 

(Alqışlar). Biz ümumi seçki əsasilə bu tezlikdə Məclisi-Müəssisan çağırılmasını tələb edəcəyik. Özgə millətlər 

ilə  əlaqəmizə  gəldikdə  deyə  bilərəm  ki,  "qardaşlıq  ilə  bir-birini  anlamaq‖  sözlər  yazılmış  olan  beynəlmiləl 

bayrağı  altında  gedənlərin məqsədi,  rəyi  məlumdur.  Biz  bu  yolda  durub  və  məqsədimizə  nail  olacağımıza  da 

ümidvariz.  Bir  neçə  söz  də  sosializm  haqqında  soyləməliyəm.  Deyirlər  ki,  sosialistlər  dovlətli:  əri  və 

mülkədarları qırmağa dəvət edirlər. Mən bu mənbəri-alidən deyirəm ki, bizlər bəylər və dövlətlilər ilə mübarizə 

etmirik.  Torpaqdan  və  ziraətdən  mənfəətbərdar  olmaq  üçün  mülkədarlıq  və  sərvətdarlıq  əsası  ilə  mübarizə 

etmişik. Biz tokülmüş mülkədar qanlarının axıdılmasına nifrət və etiraz ediriz. 

Qadınlar  məsələsində  bir  şeyi  unutmuş  idim.  Gərək  bir  qanun  verilsin  ki,  o  qanun  üzrə  hər  kişinin  bir 

nəfər[dən] artıq [arvad] almağa ixtiyarı olmasın. (Gülüş, alqış). 

Gələcək hökumətdən tələbimiz bunlardır: 

1). Hökumətə daxil olanlar Azərbaycanın istiqlalını müdafiə etməlidir. 

2). Hökumət zor ilə deyil, qanun ilə iş görməlidir. 

3). Bu hökumət məclisi-müəssisan qarşısında məsul olmalıdır. 

4). Hökumət əcnəbi siyasi ilə əlaqədar olmalıdır. 

Bu barədə indiki hökumətdən biz narazıyıq ki, indiyə qədər Avropa ilə münasibət peyda etməmişdir. 

İstiqlalımıza inanmayanlar hər firqədən olsalar da hökumətimizə daxil olmamalıdır. (Alqışlar). 

Yaşasın, Azərbaycan Cümhuriyyəti, Gürcüstan, Ermənistan cümhuriyyətləri, Şimali Qafqaziya cümhuriyyəti 

və millətlərin qardaşlığı!... (Alqışlar). 

[65 - 66]

 

Sədr — Söz sosialistlər ittifaqı tərəfindən Əhməd Cövdət əfəndinindir. 



Əhməd  Cövdət  —  Əfəndilər!  Müsəlman  sosialistlər  ittifaqı  və  demokrat  "Hümmət"  firqəsi  tərəfindən 

yoldaşlarımız  Səfikürdski  və  Şeyxülislamov  tərəfindən  müfəssələn  bəyan  edilən  nöqteyi-nəzərini  aşağıdakı 

deklarasiyon  şəklində  yetirmək  niyyətindəyəm.  Biz  sosialistlərin  parlamentə  girməkdə  məqsədimiz  parlament 

ideyasına  və  məclisi-müəssisanın  tezlik  ilə  çağırılmasını  bu  kürsüdən  müdafiə  etməkdir.  Bu  məqsəd  ilə  biz 

hökumətin yürüdəcəyi siyasət haqqında şu surətlə bəyan ediriz. Firqə və fraksiya nümayəndələrindən mürəkkəb 

və  müştərək  bir  hökuməti  qəbul  edir  və  onun  proqramına  demokratik  əsaslara  müvafiq  olmasını  arzu  ediriz. 

Gələcək  hökumətin  əvvəlinci  vəzifəsi  Azərbaycan  Cümhuriyyətinin  istiqlalına  bütün  qüvvəsilə  müdafiə 

etməkdir. Biz inanırıq ki, Azəri türklərinin istiqlalı təin və təsdiq olunandan sonra "yalançı millətçilik" ortadan 

çıxar və şimdiki əsrin məhsulu olan sinif ayrılığı və sinif mübarizəsi qolaylıqla bizim də camaətin içinə girər ki, 

bu  da  ümumi  demokratiyanın  xeyrinədir.  (Alqış).  Fəqət  istiqlaliyyəti  mühafizə  etmək  öz  kabinetinə  girib  də 

qapanmaq deyil, bir çox tarixi, mədəni və ən ziyadə ekonomik əsaslar Zakafqaziya millətləri və cumhuriyyətləri 

və  əski  Rusiya  torpağı  üzərində  əmələ  gələn  hökumətlərini  biri-biri  ilə  sıxı  münasibətdə  bulunmaya  məcbur 

edir. Buna binaən biz Zakafqaziya cumhuriyyətlərini bir-birilə həm siyasi və həm də iqtisadi cəhətdən sıxı bir 

münasibətdə bulunmalarını arzu ediriz. 

Bundan  əlavə  Rusiyada  əmələ  gələn  müstəqil  parçaların  bir-birilə  yaxınlaşıb  da  hər  tərəf  üçün  mənfəətli 

ittifaq yapmağın da tərəfdarıyıq. Xarici siyasətimizi gözdən keçirdikdə qonşularımız ilə olan münasibətlərimizin 

heç  də  yaxşı  olmadığını,  Avropa  millət  ve  dövlətləri  ilə  lazım  olan  münasibətə  girilmədiyini  görürüz.  Şimali 

Qafqaz cumhuriyyəti ilə sıxı münasibətin saxlanmasını arzu edəriz. 

Bizə  dost  və  mehriban  olan  demokratik  Gürcüstan  Cümhuriyyəti  ilə  siyasi,  iqtisadi  ixtilafların  bərtərəf 

edilməsini,  ixtilaflı  məsələlərin  ədalət  üzrə  həll  edilməsini  və  tez  bir  zamanda  ən  səmimi  münasibətin 

qurulmasını  arzu  edəriz.  Yaxın 

[66  -  67]

  qonşumuz  olan  Ermənistan  Cümhuriyyəti  ilə  şimdiyə  qədər  heç  bir 

münasibata  girilməmiş və mövcud olan münasibət isə pək gərgin, heç dostanə deyil, halbuki, hal və vəziyyət 

bizim  ilə  Ermənistan  arasında  həqiqi  dostluğun  bərpa  edilməsini  tələb  edir.  Bu  iki  cümhuriyyətdə  yaşayan 

millətlər ən ziyadə erməni və türklərdir. Əgər bu hökumətlər arasında hüsnümünasibət olmaz isə, orada yaşayan 

millətlərin  arasında  da  dostluq  olamaz.  Və  əksinə  orada  həll  edilməmiş  ərazi  məsələsi  vardır.  Böylə  ixtilaflı 

məsələrin silah gücüylə həll olmayacağını qət edib anlaşma və uzlaşma ilə həll etməyə çalışmalıdır. Buna görə 

biz  hökumətdən  Ermənistan  ilə  sıxı  münasibata  kirişməsini  və  cumhuriyyəti  ilə  ən  dostanə  münasibətin  vəz 

edilməsinə çalışmasını tələb edirik. 

Başqa  hökumətlər  ilə  münasibat  peyda  etmək  üçün  oraya  parlament  heyətinin  göndərilməsini  münasib 

görürük.  Daxili  işlərimizə  keçdikdə  biz  əvvəl  bütün  böyük  və  əhəmiyyətli  işlərimizi  həll  etməyə  haq  və 

səlahiyyəti  olan  məclisi-müəssisana  dörd  əsaslı  üsul  üzrə  tez  bir  zamanda  çağırılmasını  tələb  edirik.  Bu  işin 

parlament kəndi əlinə almasını istəriz. 

Şimdiyə qədər bu məmləkətdə qanuni bir həyatın olmadığını, keyf və təzyiqin, xüsusən ayrı-ayrı cərəyanlara 

və  millətlərə  qarşı  hökm  sürdüyünü  etiraf  ilə  gələcək  hökumətdən  daxildə  qanun  dövrünün  qurulmasını  və 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə