Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə19/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   15   16   17   18   19   20   21   22   ...   299

27 

 

kimi baxırdılar. Sosialistlər Gəncə və Tiflis arasında canları təhlükə altında olduqları halda, soldatlar içinə gedib 



müsəlmanların onlarla düşmən olmadığını isbat edirdi. Gördük ki, hər tirendə sosialist ittifaqından bir-iki adam 

olurdu.  Əsgərlər  keçirdilər.  Sonra  Rusiya  məclisi-müəssisanına  intixab  zamanı  Gəncədəki  müşavirədə 

müsəlman sosialistləri bir ittifaq təşkil edib bir taqım səbəblərə görə xüsusi bir müsəlman sosialistləri adına bir 

ittifaq  təşkil  ediblər.  O  zaman  sosialistlər  ittifaqı  Zakafkaziya  seyminə  və  hökumətə  daxil  olub  anarxiya 

müqabilinə  mübarizə  edirdi.  Sonra  Batum,  Trabzon,  İstanbul  konqreləri  dəvət  edildikdə  işbu  konqrelərdə 

(konfranslarda) iştirak  etdik.  Və  bu  çılışmaqları ilə  sosialistlər  başqa  millətlər  ilə  müştərək  hökumət  təşkilinə 

tərəfdar olduqlarını göstərmək istəyirdilər. Gürcüstan ayrıldı. Sair millətlər elani-istiqlal etməyə məcbur oldular. 

Əz  cümlə  Zakafkaziya  seyminin  müsəlman  fraksiyası  Azərbaycan  Cümhuriyyətini  elan  etdi.  Azərbaycan 

müstəqil  oldu.  Fəqət  biz  Rusiya  ilə  Azərbaycan  demokratiyasının  faydalarını  birlikdə  bilirdik  və  biliriz.  Ona 

görə də hamıdan axırda (elani istiqlal etməyə) məcbur olduqumuz üçün elan etdik. Bununla bərabər zənn ediriz 

ki, Rusiya demokratiyası ilə Azərbaycan xalqının 

[59 - 60]

 əl-ələ çalışmaları olacaq birliyinə kimsə mane olmaz. 

Çünki,  Rusiyadakı  demokratiyanın  hamısının  qayəsi,  faydası  bizimkilər  ilə  yenə  də  birdir.  Biz  müttəfiq 

sosialistlər  Azərbaycan  Cümhuriyyəti  yolunda  əvvəldə  işləmiş  idik,  imdi  də  var-qüvvəmizlə  onun  üçün 

çalışmacayız. Azad dövlətimiz gərək yaşasın. Bizim proqramımızın başında yazılmışdır ki, millətlər bərabərdir. 

Bu  millətlərin  biri  yaşamaz  isə  heç  digərləri  yaşamaz.  Rusiya  istibdadı  dövründən  bəri  bizim  proqramdan  heç 

bir şey dəyişməmişdir. Bizim torpaq haqqındakı proqramımız görün nə qədər doğru idi ki, ona əsla razı olmayan 

sağ firqələr də buna razı oldular. 

Torpaq məsələsi: (Seym)də həll edildiyi zaman Zaqafqaziyada olan müsəlman firqə nümayəndələri torpağın 

köylülərə əvəzsiz verilməsinə bir səs ilə rəy verdilər. (Hər tərəfdən alqış). Bir ayrı fikir də ola bilməz idi. Çünki 

ayrı  fikirdə  olsa  idilər  ümumrusiya  demokratiyası  bu  fikirdə  olduğu  üçün  düşünürdülər  ki,  nə  üçün  hamı 

Rusiyadakı millətlər bu fikirdə olduğu halda iki quberniyada başqa məslək çıxdı. (Alqış, solda gülüş.) Mən bilən 

millətçilər  də  bu  fikrə  şərik  olmalıdırlar.  (Soldan:  Olubdurlar  da).  Biz  hamıdan  əvvəl  kəndçilərin  halına 

baxmalıyız. Kəndçilərin qarnı tox olmazsa, kəndimiz abad olmaz isə nə edə biləriz? O millətdən nə ola bilər? 

Ümum  Azərbaycan  əhalisinin  yüzdə  doxsanı  çöllüdür.  Bunlar  əksərən:  ac,  çılpaq,  xəstə  və  kasıbdarlar.  Biz 

onların dərdlərini bilib, əlac aramalıyıq. (Soldan alqış). Onlar nə qədər eyi yaşasalar, o qədər cümhuriyyətimiz 

üçün xeyirlidir. (alqışlar.) Onlar tox olub, azardan az qırılsalar, kənardan heç bir qüvvə hürriyyətimizə təcavüz 

edə  bilməz.  (Alqış).  Torpaq  və  fəhlə  məsələsi  haqqında  bizim  proqramımız  məlumdur.  İzahına  hacət  yoxdur. 

Amma  kəndli  və  fəhlə  yoldaşlarımız  bunu  bilib  bizə  yardım  etməlidirlər).  (Soldan:  Edəcəklərdir).  Əlbəttə,  bu 

işlə  həpsi  qəzetdə  yazıracaqdır,  gizli  qalmayacaqdır.  Siyasi  məsələlər  otaqlarda,  lokontalarda,  örtülü  yerlərdə 

deyil, açıq surətdə həll edilməlidir. (Hər tərəfdən alqış). (Əlini nazirə uzadaraq). Onu zati-aliləri bilirdilər, ona 

görə  də  Gəncədə  bizim  Şurayi-millimizi  qovdular.  Bir  firqə  ki,  sosialist  olduğunu  istibdad  hökumətindən 

gizləmirdi.  Əlbəttə  cümhuriyyət  zamanında  gizləməyəcəkdir.  Biz  kürsüyi-xitabatda 

[60  -  61]

  açıq  danışmaq 

haqqını  tələb  edirdik.  Öylə  bir  minbər  ki,  hamı  orada  dərdini  söyləyə  bilsin.  Qanunsuzluq  bütün  millət 

nümayəndələri fikirlərini deyə bilsinlər, siz də fikrinizi deyə bilin, biz də fikrimizi deyək, millət də görsün kimin 

göstərdiyi yol yaxşıdır. Millət xəbərlidir (soldan: Doğrudur). O yandan maida belə şeylərdə mübarizə olmalıdır. 

Çünki  belə  olmaz  isə,  işlər  düz  getməz,  nə  millət,  nə  demokratiya  yaşaya  bilməz.  Demokratiya  daima  əzilər. 

Mart hadisatında qırılan ancaq fəqir-füqəra oldu. Pulu olan qaçdı (Soldan: Qaçdılar, sağ olun). Mən özüm  də 

dövlətli  olsa  idim,  belə  olardım.  Bu  xüsusda  əhəmiyyətsizləri  sonraya  buraxaraq  hazırda  mühüm  məsələləri 

müzakirə etməliyiz. Məsələn, bütün kəndlərdə eylə şeylər var ki, heç bizim xəbərimiz yoxdur. Kəndlilər tələf 

olurlar, spanka deyilən bir azardan gündə hər köydə on-on beş adam ölür. Həkim və dərman adı olduğunu heç 

kimsə bilmir. Hərçəndi rəisi-vükəla deyir ki, nazirlər bu xüsusda işlər görürlər. Amma biz bir şey görmüyoruz. 

(Soldan:  gülüş,  alqış).  Həkimləri  məcburən  əsgər  kimi  toplayıb,  böyük  para  vermək,  kəndlərə  göndərmək 

lazımdır. Qoy on gün gedib kəndlərdə qalsınlar. Barı camaət özünü azardan nə töhr saxlamağı söz ilə də olsa 

öyrənsinlər, və illa millət qırılıb gedir. (Mərkəz və soldan: Doğrudur, alqış). Başqa yerlərə verilən pullardan bu 

işə də bir qədər pul buraxılsa idi minlərlə kəndlərə təbib göndərmək mümkün olar idi və on minlərlə əhalimiz 

qırılmaz  idi.  Bunlar  heyvan  deyillər.  Hökumətin  sütunu  bunlardır.  Bizi  də,  hökuməti  də  saxlayan  çöldür, 

çiftçidir...  Kəndlərdə  eylə  əvamlıqdır  ki,  dostları  ilə  düşmənlərini  tanımırlar.  Hər  kəs  nə  deyir,  ona  inanırlar. 

Maarif  yox,  dərman  yox,  təbib  yox.  Gələcək  cəmaət  buna  çox  diqqət  etməlidir.  Təbiblər  orada  dərman  da 

verməz  isələr,  barı  dil  ilə  özlərini  hifz  etməyi  xalqa  anlatsınlar.  Yeni  hökumət  hamının  rəyi  ilə  parlamentdən 

seçilsə və parlament qarşısında məsul olmalıdır. Keyfi istədiyi kimi idarə edən hökumət məmləkəti bərbad edər. 

Hökumət  məsul  olmaz  isə  vətənə  mənfəəti  dəyməz.  Ona  görə  də  məmləkətdə  hökumət  dəvam  etdikcə, 

parlamentdə  davam  etməlidir.  Hərçəndi  ki,  hökumət  üçün  bu  iş  çox  çətin  olacaqdır.  Bu  neçə  ayda  bizim 

parlamentimiz açıq olsa idi, çox sözlər danışılardı. Çox adam qırılmazdı. Adamın 

[61  -  62]

  qiyməti  millətdən 

ötəri çox bahadır. Biz hökuməti ziyadəsilə tənqid etmək istəmirdik. Lakin indi xarici böyük məsələlər var  ki, 

köhnə  hökumət  məsələlərinə  o  qədər  irad  etməyə  vaxt  qalmır,  (keçən  keçmiş)  hər  kəs  öz  insafı  hüzurunda 

cavabdeh olsun, biz isə keçəni tənqiddən ziyadə, artıq gələcəyi düşünməliyiz. Gələcəkdə nə etməliyiz ki, irəliki 

kimi  olmasın.  Gələcəkdə  hökumət  parlament  hüzurunda  məsul  olmalıdır  dedim.  Təbii  hər  bir  iş  qanunsuz, 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə