Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə20/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   16   17   18   19   20   21   22   23   ...   299
    Bu səhifədəki naviqasiya:
  • Sədr

28 

 

parlamansız görülməməlidir. Qanun özü də bunu tələb edir. Əhalidən yığılan pullar: özlərinə xərc olunmalı. Hər 



nəzarət bir illik smeta tərtib verib, onun üzərinə para istəməlidir. Dəftərxanaya lazım olan xırda xərclikdən və 

irəlidə  təsəvvür  olunmayan  məsarifdən  başqa  hökumət  öz  tərəfindən  heç  bir  qanun  qoya  bilməz.  Məsələn, 

sözsüz,  qanunsuz  iş  aparmaq  olmaz.  (Mərkəzdən:  Olmaz  daş).  Doğrudur,  neçə  müddətdir  deyirlər  ki,  adam 

asılmaq ilə işlər düzəlməz (Soldan: asmaq düz deyildir). Məncə asmaq ilə camaatı düzəltmək olmaz. Məktəb və 

tərbiyə  ilə  düzəltmək  olar.  Heç  vaxt  allah  verən  canı  bəndənin  almağa  haqqı  yoxdur.  (soldan:  alqış.)  Bunu 

ələlxüsus  dindarlar  bilməlidirlər.  Özümüzü  başqalarına  doydürməmək  üçün  edam  və  cismani  cəzalar  ləğv 

edilməlidir. (Alqış). Məsələn, ingilislər buraya gələndə zopa vuracaqlarını elan etdilər. Bunun da səbəbi o idi ki, 

biz irəlidə zopanı çox yaxşı qanuni bir qərar, bir cəza hesab edirdik. Biz onlara belə qanun olmaz desək, nə üçün 

türklərdən  zopa  qəbul  edirdiniz,  bizdən  də  qəbul  etməlisiniz  deyəcəklər.  Bunu  anlamayanlar  da  bu  altı  aydı 

qanunsuzluq üzündən zopa dəydikcə bu qanun ləzzətini çox gözəl anladılar. (Alqış). Parlament vücudilə heç kəs 

asılmaz,  hətta  heç  bir  kimsəyə  qanunsuz,  istintaqsız  həbs  və  təçziyə  etmək  olmaz.  Fraksiyamız  tələb  edir  ki, 

siyasi məhbuslar azad edilsinlər. Bunu təklif edib ittihad fraksiyası məzkur məsələsinin həlli üçün təyin edilmiş 

iclasa gəlmədi. Hər gün bir nəfər, iki nəfər komissiya üzvlərindən gəldi, qalanı gorünmədi. Axırda birisi o vaxt 

gəldiki,  parlament  iclası  başlanacaqdı.  Əlbəttə  ki,  böylə  işlər  yaramaz.  Mənim  təsəvvürümcə  hökumətə  təklif 

etməlidir  ki,  bu  vaxtatəkin  təqsirnamə  verilməmiş  olan  məhbuslar  bu  gün  buraxılsınlar.  (Alqış).  Bizim  əsl 

fikrimiz millətlərin qardaşlığıdır. Binaən-ileyh biz rus demokratiyasını da 

[62 - 63]

 unutmamalıyız. Azərbaycan 

hürriyyətinə Rusiya demokratiyası böyük yardım etmişdir. Bundan əlavə yüz illərlə qonşu yaşayan rus, erməni, 

gürcü,  yəhudi,  polyak,  xüsusən  Şimali  Qafqaziya  demokratiyası  ilə  qardaşca  dolanmalıydız.  Bəylə 

mehribançılıq Azərbaycan hürriyyətini də möhkəmləndirər. Azərbaycan, Gürcüstan, Ermənistan arasında olan 

sərhəd məsələsi də həll edilməlidir. Məsələ üstündə bəzi anarxiya olur, qanlar tökülür. Bunlar həll edilməyincə 

bu  qanlar  kəsilməz.  Bu  barədə  Qafqaziya  millətlərinə də  təklif  edilməlidir  ki, onlar  bir  araya  gəlib  bu  ixtilaflı 

məsələləri  həll  etsinlər.  Böylə  olmaz  isə  bizim  onların  və  ümumi  Rusiyanın  azad  yaşamağına  ümid  yoxdur. 

Görürsünüz  ki,  cürbəcür  bandalar  baş  qaldırıblar,  cümhuriyyətimiz  onların  gözlərinə  batır  və  tarixin  geri 

qayıtmasına inanırlar. Amma mən deyərdim ki, onlar səhv edirlər, Nikolay getdi, gələsi deyil! (əlini sağ tərəfə 

uzadaraq) Qətiyyən ümidinizi kəsiniz! (Alqışlar). Yaşasın demokratiya! Axırıncı dəfə olaraq deyirəm ki, yaşasın 

Rusiya və Azərbaycanda yaşayan erməni, gürcü, rus və türk demokratiyasının qardaşlığı! (Sürəkli alqışlar). 



Sədr — Söz Hümmət fraksiyası tərəfindən Şeyxülislamovundur. 

Şeyxülislamov  —  Möhtərəm  parlament  əzası!  Bu  gün  möhtərəm  və  səmimi  revolyusionerlər  üçün  böyük 

gündür. Bu asılan bayraq o inqilabın atəşidir. (Alqışlar). Biz sosialistlər məramnaməmizin üçüncü maddəsində 

ümum millətlərin azadəliyini və qardaşlığını yazmış və şüarı bayrağımızda qaldırıb yürümüşük və yürüyürük. 

Mən  üzümü  o  şəxslərə  tuturam  ki,  bizi  beynəlmiləlçilikdə  müttəhim  və  millətə  zidd  hesab  edirlər. 

Beynəlmiləlçilik ümum bəşəriyyətin azadə yaşaması və işləməsi deməkdir. (Alqış). 

Biz  deyiriz  ki,  millətin  yaşaması  mədəni  və  iqtisadi  tərəqqi  ilə  ola  bilər.  Müsəlman  qövmlərini  o  yerə 

yetirməliyik  ki,  başqaları  da  müsəlmanların  varlığına  və  onun  hüququnun  olduğunu  anlasınlar.  İnqilab 

genişlənir.  İnqilab  atəşindən  ruh  veriləcək.  Və  bunun  bizə  köməkliyi  var.  Hüququmuzu  əlimizdən  almaq  və 

bayrağımızı yatırmaq, istənilən müharibə meydanında birinci cərgədə biz sosialistləri körəcəksiniz. (Alqışlar). 

Bizim iki düşmənimiz var: biri xarici, biri də daxili. 

[63 - 64]

 Xarici düşmən o qədər qorxulu deyildir. Daxili isə 

xarici  düşməndən  qüvvətlidir.  Bunlar  Tomsonun  yanına  qaranlıq  bucaqlardan  keçib  Azərbaycanı  yıxmaq  və 

milli müqəddəratımızı əlimizdən almaq istəyirdilər. (Sürəkli alqışlar). Biz sosialistlər Azərbaycan Cümhuriyyəti 

yolunda  atdığımız  addımları  bir  daha  geri  götürməyəcəyiz.  (Alqışlar).  Biz  demişik  ki,  idarələrin  fəhlə  və 

kəndçilər  sinfi  iştirakilə  təşkil  edilən  millətlər  yaşayacaqdı.  Cəmaət  hökuməti  işindən  heç  bir  zaman  kənar  və 

bixəbər  qalmamalıdır.  İndi  hamı  millətlər  bizim  əsasları  qəbul  etmişlərdir.  Almaniya  imperatorluğu  da  yıxılıb 

demokratik  şəklinə  düşmüşdür.  Və  eşitdiyiniz  Vilson  prinsipləri,  Vilsonun  deyil,  bütün  dünya  sosialistlərinin 

prinsipidir.  (Alqışlar).  İnsan  bu  cərgəyə  daxil  olmaq  üçün  bir  sinfə  malik  olmalıdır.  İndi  bizə  nəsil,  sənət 

lazımdır  ki,  insanlar  cərgəsinə  daxil  olaq.  Cümhuriyyət  inama  daxil  olmaq  üçün  bu  yolda  çalışdıq,  şəxsi 

mənfəətlərdən ötəri bizləri millətə düşmən hesab edənlər milli komitəni dağıtdılar. Onların səhvi məsum oldu. 

Çox  təəssüf  olsun  ki,  erməni  qonşularımız  parlamentimizdə  iştirak  etmirlər.  Biz  yenə  ruhumuzu 

sındırmamalıyız.  Çünki,  bir  millət  ruh  sağlamlığı  sayəsində  yaşar.  Ən  əvvəl  əmələ  və  fəhlələrin  hüququ  həll 

olunmalıdır.  Bu  barədə  sağda  oturan  firqəni  təbrik  edəcəyiz  ki,  vəzifəmizi  yüngülləşdirdilər.  Ümidvaram  ki, 

daha  sağdan  gələnlər  təzə  proqramları  ilə  vəzifəmizi  daha  yüngülləşdirəcəklər.  (Soldan  alqış).  Fəqət,  bu 

proqramlar kağız üzərindən həyata keçirilməlidir. Biz fəhlələrin hüququnu müdafiə edirik. Zira iqtisadi cəhətdən 

qüvvətli olan bir millət yaşaya bilər. Millətpərəstlər millətindən ötəri çalışırlar. Böylə isə əmələ və kəndlilərə 

hamıdan çox kömək verməlidirlər. 

Məndən  irəli  nitq  söyləyən  arkadaşım  unutdu,  desin  ki,  bütün  millət  azad  olmalıdır.  Millətimizin  yarısını 

təşkil edən qadınlar qul sifətindədirlər. Biz onlara insan surətində baxmalıyız. (Sürəkli alqışlar). Millətin yarısı 

işləyib,  yarısı  işləməsə  o  millət  çolaqdır.  Üzərinə  heç  bir  xeyir  yetirə  bilməz.  Bu  gün  qadınlarımız  gələcək 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə