Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə18/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   14   15   16   17   18   19   20   21   ...   299

25 

 

və  bitərəfanə  qərar  və  tədbirlərilə  hökumət  mart  və  sentyabr  hadisələri  kimi  qəmgin  faciələrin  bir  daha  təkrar 



edilməyəcəyi haqqında təminat verməlidir. (Alqış). 

Bütün  aləmi  istila  edən  demokratik  bir  cərəyanın  yol  alıb  getdiyi  belə  bir  zamanda  Rusiya  inqilabi-kəbiri 

kimi müdhiş bir ixtilal məşiməsindən doğmuş bir cümhuriyyəti təsis və idarə edəcək hökumət daxili siyasətində 

hər  şeydən  ziyadə  demokratiya  sinfinə,  köylülər  ilə  əməllərə  istinad  etməlidir.  (Mərkəz  və  soldan  alqış). 

Fövqəladə bir surətdə bahalaşan məişətin ən ağır yükü millətin əksəriyyəti-əzəməsini təşkil edən bu iki sinfin 

umuzundadır. Binaən-ilhey əkinçiyə yer, əmələyə iş verilməlidir. (Sürəkli alqışlar, mərkəzdən və soldan). Yeri 

bəs necə verir, iş üçün nə düşünür, deyə vaqe olan suala firqə proqramımızı nəql ediriz. 

 

"Torpaq məsələsi" 



 

22).  Xəzinəyə,  sabiq  padşaha  və  padşah  nəslinə  mənsub  xanədanə;  elə  də  mülkədarla  xüsusi  malikələrə 

məxsus olan bütün torpaqlar pulsuz və əvəzsiz olaraq zəhmətkeş və rəncbər xalqa veriləcəkdir. (Şiddətli alqış, 

soldan bravo!) 

23).  Bu  surətlə  zəhmətkeş  və  rəncbərlərə  veriləcək  torpaq onların  kəndi  mülkiyyətlərinə  verilib,  həmin  yer 

üzərində bütün hüquqa malik olacaqdır. (Mərkəzdən alqış). 

24). Hər bir əldə qalacaq və ya bulunacaq torpağın ən çox miqdarı qanunən təin olunub, ondan artıq kimsəyə 

torpaq sahibi olmaq haqqı verilməyəcəkdir. (Soldan bravo, alqış). 

25).  Torpağın  pulsuz  və  əvəzsiz  surətdə  rəncbərlərə  verilməsi  üzərində  xəsarətdidə  olan  xüsusi  maliklərə 

gördükləri ziyan müqabilində xəzinə tərəfindən, mütərəqqi gəlir vergisi 

[54 - 55]

 əsasilə varlı siniflərdən alınan 

verdi pulu ilə hasil olmuş xüsusi bir məbləğ (fond) hesabına olaraq mükafat veriləcəkdir. 

26).  Malikiyyət  torpağın  üzərinə  olub,  altındakı  mədəniyyat  isə  beytülmal  (muxtariyyət  xəzinəsinə) 

məxsusdur ki, hu surətlə istifadə olunması dövlət tərəfindən qoyulacaq xüsusi nizam və qanuna bağlıdır. 

27).  Meşələr,  cəngəllər,  göllər,  duzlaqlar  və  axar  sular  ümumidir.  Onların  idarəsi  məhəli  idarələrin  əlində 

olub, xüsusi adamların onlardan faydalanmasının tərtibi dəxi məzkur idarələrə bağlıdır. 

 

"İşçi məsələsi" 



 

İşçilərin zəhmətin ağır məşəqqətindən daim rahat etmək üçün firqə aşağıdakı maddələri tələb edir: 

28).  (Hər  bir  muzdur,  qulluqçu,  əmələ  və  fəhlə  üçün  iş  günü  səkkiz  saatdan  artıq  olmamalıdır.  (Alqış 

mərkəzdən və soldan). 

29). Hər bir muzdur, qulluqçu, əmələ və fəhlə üçün, ərkək-qadın-fasiləsiz surətdə həftədə 24 saatlıq istirahət 

qanunən müqərrər olmalıdır. (Alqış, soldan bravo). 

30). Qanunən müəyyən olunan iş günündən artıq işləmək qaydası tamamilə mən edilməlidir. 

31).  Gecə  qulluğu  axşam  saat  doqquzdan  saat  6-ya  qədər  yasaqdır.  Fəqət,  işin  texnikası  tələb  eylədiyi 

təqdirdə və əhd təşkilatı tərəfindən caiz görüldüyü halda gecə xidmətigkörülə bilir. 

32).  On  altı  yaşına  qədər  məktəb  sinnində  olan  balaların  çalışdırılması  məmnudir.  16  yaşından  18  yaşına 

qədər olan cavanların iş günü isə altı saatdan artıq olamaz. 

33).  Qadınların  səhhət  və  vücudlarına  zərərli olan  işlərdə çalışdırmaq  məmnudir.  (Mərkəzdən  alqış,  soldan 

bravo). Hamilə olan qadın xidmətkarlar doğulduqlarından dörd həftə əvvəl və altı həftədə sonra xidmətdən azad 

edilib və bu azadlıqları müddətində dəxi muzd və məvaciblərini tamamilə alacaqlardır. 

34). Qadın əmələ və fəhləsi olan hər bir fabrika, zavod və sair karxanalar yanında südəmər uşaqlara məxsus 

tərbiyəxanalar 

[55  -  56]

  yapılacaq.  (Alqış  soldan).  Uşaq  əmizdirən  ana  qulluqçular  hər  üç saat arasında  yarım 

saatdan az olmamaq şərtilə xidmətdən azad ediləcəklərdir. 

35).  tamamilə  və  ya  qismən  işləmək  qabiliyyəti  itmiş  olan  əmələlər  dövlət  tərəfindən  xüsusi  bir  fond 

(sərmayə) hesabına sığorta olunacaqlardır. Bu fond dəxi sərmayədarlardan alınan xüsusi bir vergi hasilatından 

əmələ gələcəkdir. 

36).  Muzd  və  məvacib  müqabilində  nəqd  əvəzinə  cins  vermək  qaydası  tamamilə  mən  ediləcək,  muzd  və 

məvacib isə həftədə bir dəfə iş müddəti əsnasında veriləcəkdir. 

37).  Cərimə  və  xarab  olan,  bəyənilməyən  mətaiq  mayasını  qaytarmaq  və  sairə  kimi  hər  növ  ittifaq  və 

səbəblərdən ötəri olsa da fəhlələrin haqqi-hesabından pul çıxmaq qaydası kökündən mən edilməlidir. 

38).  Hər  növ  emalatxana,  kəsbxana,  fabrika,  zavod  və  sairəyə  kifayət  edəcək  qədər  fabrika  təftişçiləri 

(inspektorlar) təin edilməlidir. Dövlətə məxsus olan sənətxanalar, xadim və qulluqçusu olan kasbxanalar dəxi bu 

müfəttişlərin nəzarətinə tabedirlər. Bu cümlədən olaraq ev qulluqçuları, ev nökərləri dəxi fabrika müfəttişliyinə 

tabedirlər.  Qadınların  çalışdığı  yerlərə  qadın  müfəttişlər  təyin  olunmalıdır.  Fabrika,  zavod  və  zəhmətin 

müdafiəsinə  məxsus  nəşr  olunan  qanunların  kamilən  yerinə  yetirilməsinə  baxmaq  üçün  əmələlər  tərəfindən 

seçilmiş  vəkillər  dəxi  iştirak  etməlidir.  (Alqış.)  Bu  vəkillərə  dövlət  tərəfindən  maaş  veriləcəkdir.  Əmələlər 




26 

 

tərəfindən  seçilən  bu  vəkillər,  əmələyə  verilən  materiallara  onların  (brakovka)  yaramazlığına  və  ələlümum 



işlərin nəticəsinə nəzarət etməlidirlər. 

39).  Sahibkarlar  tərəfindən  əmələlərə  məxsus  olaraq  verilən  evlər  ilə  mənzillərin  səhhətə  müvafiq  olub 

olmamasına,  məzkur  otaqların  daxili  sıxlığa  və  tərtibatına,  onların  kirayə  verilmək  şəraitinə  baxmaq  və 

həmçinin  iş  sahiblərinin,  əmələlərin  ev  işlərinə  müdaxilə  etmələrinə  meydan  verməmək  üçün  bu  mənzillər 

məhəlli  idarələr  tərəfindən  təftişə  alınıb,  nəzarət  altına  alınmalı,  bu  nəzarətə  əmələlərin  vəkilləri  də  iştirak 

etməlidirlər. 

40).  Hər  bir  kargah,  fabrika  və  emalatxanada  müntəzəm  surətdə  iş  sahiblərinin  nüfuzundan  azadə  səhiyyə 

nəzarətləri 

[56  -  57]

  təsis  olunmalıdır.  İş  sahiblərinin  hesabına  olaraq  əmələlərə  müftə  dərman  verməli  və 

azarladıqları müddətcə məvacibləri özlərinə yetişçilməlidir. 

41). Səy və zəhmət qanununu sındıran iş sahibləri cinayət Qanunu mocibincə məsuliyyətə alınmalıdır. 

42).  Hər  bir  kargah  və  kəsbxanada  yarısı  iş  sahiblərindən,  yarısı  da  əməllərindən  ibarət  xüsusi  mühakimə 

heyətləri təşkil olunmalıdır. 

43). Yerli və xaricdən gəlmə əmələ və işçilərə qulluq tapmaq üçün kontorları (məsai birjası) təsis etmək işi 

məhəlli  idarələrə  həvalə  olunmalı,  bu  kontorlarda  əmələ  təşkilatı  tərəfindən  seçilmiş  vəkillər  dəxi  iştirak 

etməlidirlər.  Millətin  özəyini  təşkil  edən  fəhlə  baxımsızlıq  üzündən  müzür  xəstəliklərə  tutularaq  minlərlə 

qırılırlar. Təbiidir ki, tədabiri-səhiyyə etmədiyindən daha ziyadə bir ciddiyyətlə əvəz olunmalıdır. İaşə (ərzaq) 

məsələsinin islahı, bu xüsusda ən təsirli çarə ola bilər. Fəqət bunun üçün də yolların tərtib və əmniyyəti, başqa 

millətlər  ilə  ticarət  mübadiləsini  təşkil  və  əmniyyət  əlzəmdir.  Maarif  daha  ziyadə  yapmalı  və  daha  ziyadə 

milliləşməlidir. Göylər məktəb şəbəkələri ilə, şəhərlər də darülmüəlliminlər ilə dolmalıdır. Dövlət müəssisələri 

ilə  təhrirati-rəsmiyyənin  mümkün  olduqca  milliləşməsinə  cəhd  etməlidir.  Əlbəttə  unutmamalıdır  ki,  hökumət 

qurmaq  bir  tərəfdən  xalqın  etimadını  qazanmaqla  olursa,  dikər  tərəfdən  dəxi  cəbr  və  qüvvəyə  istinad  etməklə 

olur. Bunun üçün də əsgəri təşkilata son dərəcədə əhəmiyyət verilməlidir. Dövlətin xaricən müdafiəsi, daxilən 

müsaliməti bunu iqtiza edir. Xidməti-əsgəriyyə bütün xalqın üzərinə deyil, daha ağ gün, daha zəngin siniflərə 

təhəmmül olunmalıdır. Yeni qurulacaq hökumətdən daxilən və xaricən bu proqram daxilində fəaliyyət istəyəcək 

məclisi-məbusan, eyni zamanda kəndisini dəxi bizat Azərbaycan məclisi-müəssisanı dəvət etmək üçün indidən 

təşəbbüsdə olmalı, qanuni-intixab yazılması üçün bir ay əvvəl məxsusi bir komisyon ayrılmalıdır. 

Bayaqdan bəri zikr etdiyim mətləbləri, məmləkətin istiqdalını müdafiə və millətin həyatını mühafizə etmək 

üçün  əzm  qəvasilə  təşkil  edəcək  bir  hökumətdir  ki,  vücuda  gətirilə  bilər  .  Böylə  bir  hökumət  içində 

bulunduğumuz şəraiti-hazirəyə 

[57 - 58]

 görə yalnız tərəqqipərvər bir koalasiyon surətlə təşkil edə bilir. 

Bu  surətlə  qurulacaq  bir hökumət  firqə  və  milliyyət  etibarilə  müştərək  olmalı  və  hər  bir  cəhətcə  parlament 

hüzurunda  məsul  bulunmalıdır.  Yalnız  böylə  bir  əhval  ilə  təşkil  olunacaq  hökumətdir  ki,  əlbirliklə  xilasına 

borclu  olduğumuz  vətəni  qurtarıb,  hürriyyət  və  istiqlalımızı  təmin  ilə  bizi  həm  məclisi-müəssisan  hüzuruna 

çıxarar, həm də istiqlalımızın beynəlmiləllik təsdiqini asanlaşdırar. (Şiddətli və sürəkli alqışlar). 

Sədr - Söz sosialistlər ittifaqı tərəfindən Səfikürdlü Aslan bəyindir... 

Aslan bəy — Yüz ildən bəri bizim vətənimiz, indiki Azərbaycan olan, İran padşahının istibdadindən qurtarıb 

rus padışahının əlinə keçdi. Bir qədər keçdikdən sonra cəmaət anladı ki. Rusiya müstəbid hökumət əlinin altında 

işləmək mümkün olmayacaqdır. Hamıdan qabaq fəhlə və köylülər anladı ki, belə Rusiya kimi böyük səltənət ki, 

bir  çox  millətlərdən  mütəşəkkil  bir  dövlətdir.  Heç  kəsin  hüzurunda  məsul  olmayan  bir  adam  tərəfindən  idarə 

oluna  bilməz.  Ona  görə  fəhlə  qardaşlar  siyasi  firqələr  əmələ  gətirib  qət  etdilər  ki,  Rusiya  gərək  cümhuriyyət 

olsun, iştə o yerin əhalisi, millətləri asudə, vətənləri abad ola bilər ki, oranın zəhmətkeş əhalisindən eyiləşsin; 

Onun  cismani  xəstəliklərinə  əlac  və  ruhani  tərəflərinə  müavinət  edilsin.  O  zaman  rus  sosialistləri  ilə  bərabər 

bizim firqəmiz də çalışır idi. Hətta Rusiya çarının güclü vaxtında çalışır idi. Özünüz bilirsiniz ki, o zaman biri 

"cümhuriyyət"  sözünü  işlətmək  nə  qədər  təhlükəli  idi.  Lakin  o  qorxulu  vaxtda  bizlər  yenə  işləyir  idik,  çünki 

məsləkimizə  inanırdıq  və  bilir  idik  ki,  ən  yaxşı  tərzdə  idarə  ancaq  cümhuriyyətdir.  İndi  məqsədimizə  çatdıq, 

cümhuriyyət alındı, nəinki Rusiyaya və Rusiyada yaşayan demokratiyaya, hətta başqa dövlətlərdə yaşayan xırda 

millətlər  də  istiqlaliyyət  almağa  müvəffəq  oldular.  Bu  işə  hamıdan  artıq  biz  sosialistlər  şad  oluruq.  Ona  görə 

mən bu gün sosialistlərimiz tərəfindən deyirəm: "Yaşasın, Azərbaycan Cümhuriyyəti!"(Alqışlar). 

Bəzi vaxtlar istibdad altında olurdu ki, biz aşkar işləyə bilmir idik,. Gizlicə işləyir idik. Özünüz bilirsiniz ki, 

[58  -  59]

  bizim  qardaşlarımız  yaşayan  ölkələrdə,  bu  beş  il  müharibədə  müfəttinlik  nəticəsi  olaraq  Kars, 

Ərdahan,  Acarıstanda  nə  qədər  qanlar  töküldü.  Müsəlmanlar  barəsində  zülmlər  oldu.  O  vaxt  bizim  sosialist 

yoldaşlar oraya getmiş idi. Həpsi orada çalışır idi. Ola bilər ki parlamentdə bizim firqədə oturanların həpsi orada 

çalışırdı,  işləyirdilər.  Bacardığımız  köməkləri  edirdik.  Sonra  müharibənin  ortasında  inqilab  oldu.  Nikolay 

taxtdan  salındı,  əski  idarə  yerində  inqilabçılar  təşkilatları  əmələ  gəldi.  Hökumət  idarələri  demokratiya  əlinə 

keçdi. Digərləri o idarələrdə işləmirdilər. Çünki buna inanmırdılar, deyirdilər ki, bu idarələr daima deyil, bunlar 

bir  şey  bacarmayacaqlar.  Hər  kəs  orada  çalışır,  müttəfiqlərimiz  Rusiya  fəhlələrinə,  Rusiya  demokratiyasına 

"sizin və bizim mətləbimiz birdir, siz azad olmaq istəyirsiniz, biz dəxi azad olmaq istəyiriz", deməsə idilər əhval 

başqa dürlü olacaq idi. Siz gördünüz ki, rus ordusu cəbhədən qayıdarkən soldatlar bütün müsəlmanlara düşmən 




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə