Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə14/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   10   11   12   13   14   15   16   17   ...   299

19 

 

bacarmazdı. Burada müsəlmanlar qırılsın, namusuna, canına təcavüz edilmiş, əlindən ixtiyarı qoparılmış, bunu 



da nəzərə almalı ki, üç gün davadan sonra şəhər alınmış, əhali və qoşun şəhərə acıqlı girmiş idi. Hökumət acıqlı 

deyil  idi,  açıqlanmazdı,  hökumət  bu  acığı  saxlaya  bilmirdi.  Hökumət  bacardığını  etdi.  Yüzədək  müsəlman 

asdırdı. Çox tərəfdən hökumət barəsində sözlər deyirlər. Amma demək asandır. Deyə bilərsiniz bunu eyləmədik

eyləməli idik, fəqət bu asanı idi. 

Möhtərəm, parlament əzaları! Özünüzə məlumdur ki, hökumət üç gündən sonra Bakıya girdi. O vaxtadək nə 

olmuşdusa  da  hökumət  gəldikdən  sonra  bu  işləri  dayandırdı  və  bundan  artıq  bacarmazdı.  Bu  övzailə  bərabər 

hökumət  qarşısında  bir  çox  sair  məsələlər  də  var  idi.  Xarici  işlər  bilirsiniz  ki,  nə  halda  idi.  Zülmət  zamanı 

qayalıq içində nazik taxta bir qayığa bənzər idi ki, hər dəqiqə qayalara toxunub dağılmaq təhlükəsi var idi. Fikir 

etsəniz gerərsiniz ki, böylə idi. Mən tərif etmirəm. İştə bizim vəzifəmiz bu idi ki, qayığı qayalar arasından keçirə 

idik. Əhvali-xariciyyəmiz elə idi ki, hökumət çox müşkülata uğrayır idi, hökumət çox çarpışırdı özgələri daxili 

işlərimizdən uzaqlaşdırsın. Lakin özümüz gətirmiş olduğumuz adamlara demək olmazdı ki, o vaxt sizi çağırmış 

idik, indi də sizi istəmirik, çıxın gedin. Sonra evza dəyişdi, gözlənilməyən bir vaqiə oldu, təzə məsələlər çıxdı, 

bir zaman gəldi ki, hökumət nə edəcəyini bilməyirdi, ola bilir idi ki, bir addım ilə hər şey dəyişsin. Xalq yeni 

işlərə  razı  olacaqmı,  yoxmu?  Təzə  yol  ilə  getmək  istəyəcəkmi?  Hökumətə  məlum  deyildi,  burada  xalqın  öz 

rəyini bilmək lazım idi, bu lap axırıncı məqam idi. Binaən-ileyh hökumət parlament dəvətini lazım gördü. Fəqət 

tez  parlament  çağırmaq  mümkün  deyil  idi.  hökumət  təsis  olunandan  altı  ay  müddətində  Məclisi-Müəssisan 

çağırmağa  söz  vermişdi.  Bu  vaxtadək  hələ  Məclisi-Müəssisan  çağırılmamış,  bu  bizim  təqsirimiz 

[41  -  42]

 

deyildir. Çünki, torpağımızın yarısı və paytaxtımız əlimizdə yox ikən Məclisi-Müəssisan dəvəti fikrinə düşmək 



belə gülünc idi. Şəhər alınandan sonra da dəvət etmək və hazırlaşmaq mümkün deyil idi. Bununla belə hələ Bakı 

alınmadan iki gün əvvəl Gəncədə komissiya təşkil edildi ki, Məclisi-Müəssisan dəvətinə hazırlıq işləri görsün. 

Məulumdur ki, Məclisi-Müəssisan əsas qanun qoymaq üçündür. Böylə bir məclisə malik olmaq üçün qabaqca 

Azərbaycan  istiqlalının  dövlətlər  tərəfindən  qəbul  və  təsdiq  edilməsi  lazım  idi.  Əlbəttə,  əsas  qanunu  qoyub 

sonra da ləğv etmək böyük ayıbdır. Binaən-ileyh biz müvəqqəti Məclisi-Müəssisansız qalmağı dəvətinə tərcih 

etdik.  Hələ  mənim  yadımdan  çıxdı  sizə  qabaqca  deyim  ki,  o  vaxt  İstanbulda  mərkəzi  dövlətlər 

nümayəndələrinin iştirakı ilə konqıra dəvət edilmiş idi. Haman konqırada Zaqafqaziya millətlərinin iştirakı ilə 

bizim istiqlalımızı qəbul və tərzi idarəmiz məsələsi həll edilmiş idi. Sonra məlumunuzdur ki, övza dəyişdi və 

bundan  dolayı  konqıra  də  dəvətini  və  Məclisi-Müəssisan  çağırılmasını  istəmirdik.  İndi  də  tazədən  Məclisi-

Müəssisan dəvəti üçün qanun hazırlamaq və sair işləri 5 ay çəkər idi. Ona görə biz Milli Şuranı dəvət etdik ki, 

parlament  çağırsın.  Noyabrın  17-sində  Milli  Şura  çağırılaraq  o  dəxi  bu  sistemi  qəbul  edərək  işbu  parlamana 

dəvət  etdi.  Bir  hal  idi  ki,  mərkəzi  dövlətlər  məğlub  oldular,  bütün  tədbirlər  yox  oldu.  Həm  də  o  dərəcədə 

məğlubiyyət üz verdi ki, dünyaya hakim olan Almaniya o qədər zəlil oldu ki, ən rəzil dövlət qəbul edəməyəcəyi 

şərtlərə  razı  oldu.  Vilhelm  xəl  edildi.  Almaniya  donanması  təslim  oldu.  Bunlar  bu  dərəcə  məğlub  olaraq 

qabiliyyət  tərəf  müqabilə  keçdi.  İngiltərə,  Amerika  və  Firənkistanın  bir  qədər  qoşunları  bizim  yaxınımızda 

(Ənzəli)də  idi.  İngilislər  buraya  qabaqcadan  gəlmişlər  idi,  lakin  o  vaxt  paytaxtımız  Azərbaycan  qoşunları 

tərəfindən  mühasirə  edilmişdi.  O  zaman  bizim  davamız  ingilis  ilə  deyil  idi.  Ancaq  hüqutumuz  uğrunda  hərb 

edirdik  və  ingilislərin  vürudi  ilə  hüququmuzdan  əl  çəkib  qaça  bilməzdik.  Binaən  —  ileyh  ingilislər  burada 

olduqları halda da müharibə etdik, tarixdə görülməmişdir. Və demək olmaz ki, bu hökumətlər millətlərin həqq 

və  hüququnu  almaq  istəsinlər.  İngilislər  ən  qədim  mədəni  və  hüquq  muxtariyyəti  müdafiə  edən  bir  millətdir. 

İngiltərənin hakimiyyəti altında hamıdan çox müsəlman 

[42 - 43] 

var. Onlar ingilislər ilə çiyin-çiyinə dava edir 

idilər. Burası gostərir ki, ingilislər onların hüququna təcavüz etmir və özlərindən incitmiyorlar. Bizimlə də onlar 

arasında  heç  bir  inciklik  ola  bilməz.  Bundan  naşıdır  ki,  Amerika,  İngiltərə,  Fransa  dövlətləri  ümumi  sülh 

konfransında  vəkilən  Azərbaycanda  asayişi  müdafiə  üçün  buraya  əsgər  göndərmək  istədikdə,  hökumət  etiraz 

etmədi və hökumət ilə Milli Şura onların gəlmələrinə razı oldular. Çünki, onların vürudundan millətin hüququna 

və Azərbaycanın istiqlalına zidd və xəta görülməyirdi. Bizim rizamız ilə müttəfiqlər gəldilər. Şimdi görürsünüz 

ki,  heç  bir  zərər  də  olmadı  və  hüququmuzu  əlimizdən  almaq  istəməmişlərdi.  Millətin  həqq  və  hüququ  və 

havadarı  olan  daxili  işlərimizə  əsla  əl  uzatmırlar.  Bunlar  elə  millətdir  ki,  bir  təhlükə  baş  verməz.  Bununla 

bərabər  öhdəmizə  düşən  vəzifələrdən  birisi  də  Qafqaziyada  bəzən  din  və  qan  qardaşlarımızın  və  bəzən  də 

qonşularımız  tərəfindən  təşkil  edilmiş  olan  hökumətlər  ilə  dostanə  əlaqə  və  münasibətimiz  məsələsi  idi. 

Hökumət dostluq hüslu üçün var qüvvəsilə çalışdı. Gürcüstan ilə aramızda heç bir ixtilaf vaqe olmamışdır. İki 

qardaş  arasında  da  mübahisə  olar.  Lakin  mübahisəli  məsələlərin  həpsi  dostanə  bir  tərzdə  həll  edilir.  Şimali 

Qafqaziya  bizə  daha  yaxındır.  Həmişə  sözümüz,  yolumuz,  işimiz  bir  olmuş,  bir-birimizə  mütəqabil  komək 

etmişdik. Aramızda heç bir mübahisə olmamışdır. Ermənistan ilə də aramızda elə mühüm bir ixtilaf olmamışdır. 

Doğrudur, məzkur iki dövlətlər ilə olduğu kimi Ermənistan ilə dostluq hasil olmamışdır. Bunun da səbəbi şahid 

olduğumuz  hadisələrdir.  Bu  hadisələrin  vüquına  biz  təəssüf  ediriz.  Və,  heç  kəs  təəssüf  etməyə  bilməz.  Kim 

təəssüf etməz ki, axır aylarda ermənilər ilə müsəlmanların arasında müharibə vaqe olub, biri-birlərinin qanlarını 

tökmüş,  biri-birini  incitmiş,  zülm  etmiş  kimi  hallar  yetirmişlərdir.  Hansı  tərəfin  daha  artıq  zülm  etdiyini  indi 

tərəziyə  vurmaq  vaxtı  deyil,  bu  gələcəyin  işidir.  Bu  səbəblərdir  ki,  iki  dövlətin  dostluğuna  mane  olmuşdur. 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə