Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə26/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   22   23   24   25   26   27   28   29   ...   299

36 

 

nəzərindən bunlar iclasda iştirak 



[81 - 82]

 və səs haqqına malik deyillər. Xüsusən səs verə bilməzlər. Binaən-ileyh 

bu təklif heç səsə toxunula bilməz. 

Sədr - (Ruscaya tərcümə edir). 

Məmməd Əmin - Əhməd Cövdət təklif etdikdə guya benim təklifimi təshih surətində demiş oldu, Fəqət mən 

onların səs haqqına malik olmaları barəsində bir söz belə demədim. 



Qaraşov - Parlament üsulunda heç vaxt belə təklif ola bilməz ki, filan-filan məbuslar iclasda iştirak etsinlər. 

Fəqət qətiyyətli səs hüququna malik olmasınlar. Madam ki, bunlar parlamentdə qalırlar, təklif edirəm ki, onlara 

qətiyyətli səs ixtiyarı da verilsin. 

Cəfərov  - Parlament təcrübələri haqqında mən bir qədər məlumat vermək istərdim. Adət belədir ki, əzanın 

etibarnaməsindən  şübhə  olduğu  məclisdə  danışılan  gündən  etibarən  o  şəxs  məclisdə  iştirak  edəməz.  (Solda: 

bəli). Bir adamın etibarnaməsi şübhəli olsa belə məclis bu xüsusda məsələ qaldırmasa o adam parlamentdə qala 

bilər.  Lakin  o  gün  ki,  məclis  şübhə  bəyan  etdi,  dərhal  o  adam  parlamentdə  iştirak  haqqından  məhrum  olur. 

Məsələn, dövlət dumasında Odessa məbusu etibarnaməsi təsdiq edilənədək 3 ay iştirak etdi və müddətdən sonra 

etibarnamənin  şübhəli  olduğu  haqqında  15-ci  iclasda  məsələ  qaldırıldı.  həmin  gün  məbus  dumadan  getdi. 

Mənim zənnimcə biz bu məsələyə ümum parlamentlər kimi baxmalıyız. 

Sədr - Söz Abdulla bəy Əfəndiyevindir. 

Abdulla bəy - haman təklif ya qəbul olunmayacaq, ya qəbul olunacaq. Fəqət burada iki şey olmalıdır. Bütün 

gördüklərimiz ya fel, ya təsəvvürdür. Bundan kənar bir şey olar isə məntiqən qəbul edilməz. 



Sədr - Natiq əfəndi, rica edirəm səsə malikiniz olun barəsində danışasınız. 

Əfəndizadə Abdulla bəy - O barədə... 

Əfəndizadə Abdulla bəy - Bu barədə söyləyirəm.  

Sədr - Onun müzakirəsi yoxdur. 

Sədr - Bu barədə danışasınız. 

Əfəndizadə - Mən təklif edirəm ki, nümayəndələrin hamısı qalsın, nəinki bir Zaqatala, hamı nümayəndələr 

gedəcəklər. 



Sədr - Təklif olunur ki... 

Məmməd Əmin Rəsulzadə - Səsə qoymadan əvvəl mən məruzəçiyə bir sual verəcəyəm. 

[82 - 83]

 

Sədr - Buyurunuz. 

Rəsulzadə Məmməd Əmin - Etimadnamə bilaşübhəli varmı? 

Məhərrəmov - Vardır. 

Rəsulzadə  Məmməd  Əmin  -  Pək  əla,  bilaşübhəliləri  qəbul  edəlim,  fəqət  şübhəliləri  baxılmamış  hesab 

edərək buraxalım. 



Sədr - Tənəffüsə ehtiyac varmı? 

Məhərrəmov (yerindən) - Yoxdur, yoxdur. 

Sədr - Birinci təklifi səsə qoyuram. 

Məhərrəmov - Səsə qoymaq olmaz. 

Cəfərov - Qanundan kənar bir yolla getmək olmaz, əfəndim. 

Sədr - Məmməd Əmin öz təshihlərini mənə yazıb vermisiniz? Bu cür təklif olunur. 

Tsixakaya - (rusca) 

Məhərrəmov  -  Şübhəsiz,  etimadnamə  sahiblərini  qəbul  edib  şübhəlilər  var  isə  bir  ayın  müddətində 

etibarnamə təqdimi üçün vaxt verilməlidir. Əlbəttə, bunlar burada qalacaqdır və səslərdə iştirak edəcəklərdir. 



Sədr - Məruzəçi təklif edir ki, şübhəsiz, bu gün təsdiq edilsin. O vaxtadək bunlar parlamentdə qalıb səslərdə 

iştirak edəcəklər. Bu təklifi səsə qoyuram. 

(Qarışıqlıq, səs - Qoyun.) 

Rəsulzadə Məmməd Əmin - Bir təklifdir şübhəli deyil, yaxşı təhqiq edilmişdir. 

Qarayev - Mən etibarnamə komisyonunun üzvü olmaq üzrə yoldaşımın bu təklifinə razı deyiləm. 

Sədr - Səsə qoyuram. Hər kəs bu təklifin tərəfdarıdır... 

Məmməd Əmin - Mən etibarnamə komisyonunun təklifini böylə anlayıram ki, heç kəsin qəti surətdə rəyini 

tələb etməyərək deyilir ki, etibarnamələri düzgün olanları təsdiq, yerdə qalanlarının etibarnamələri təhqiq edilsin 

və etibarnaməsi təhqiq olmayanlar qəti surətdə rədd təklifi var və onlar da parlamentdə qalsınlar. 

Sədr - Təvəqqe edirəm, təklifləri təhriri surətdə verəsiniz. 

Əhməd Cövdət (yerindən) - İzin verin, sözümü deyim. Sonra təklifi yazılı surətdə verərəm. (Qarışıqlıq, səs-

küy). 


[83 - 84]

 

Tsixakaya (rusca) - Məncə məsələni belə qoymaq olmaz ki, təklif edilsin, filan şəxs təsdiq edilsin, filan şəxs 

yox.  Adət  belədir  ki,  parlament  filan  millətin,  filan  nahiyənin  bütün  məbuslarını  sayaraq  təsdiq  etdiyini  elan 

edər, yerdə qalanların təsdiqi isə etibarnamənin təhqiqinədək müvəqqəti təxir edilir. 



Mərkəzdən - doğrudur. 


37 

 

Sədr  -  Məlumat  var  ki,  Zakatala  tərəfindən  kələn  məbusların  etibarnaməsi  yoldaşlarında  qalıbdır,  yaxın 

zamanda gələcəkdir. Deməli, məsələ bununla bitmiş olur. 

Soldan: səs. 

M. Rəsulzadə - Rica olunur komisyon qərarları yenidən oxunsun. 

Sədr - Rica edirəm oxuyasınız. 

Məhərrəmov  (oxuyur)  -  Bakı  bələdiyyə  idarəsi  tərəfindən  5  nəfər  seçilmişdir:  Qarabəy  Qarabəyli,  Ağa 

Aşurov,  Zeynal  Tağıyev,  Həsənov,  Səfərəliyev.  Bunların  həpsinin  etibarnamələri  qanuna  müvafiq  düzgün 

olduğundan komissiya bunların təsdiqini təklif edir. 

(Soldan: bərkdən). 



Sədr - Buna etiraz yox isə deməli qəbul olunur. 

Məhərrəmov  -  Əqəliyyat  təşkil edən  millətlər  nümayəndələrinin  etibarnamələri  dürüst  və  qanuna  müvafiq 

olduğu üçün təsdiq edilməsi komisyon tərəfindən təklif olunur. Məzkur məbuslar bunlardır: almanlardan Kun, 

yəhudilərdən Koxman, löhələrdən Vanseviç, ruslardan Vinoqradov, Kraçkov, Mixaylov. 

Sədr - Etiraz yoxmu? Deməli, qəbul olunur. 

Məhərrəmov  -  Quba  şəhərindən  Zizikski  və  qəzadan  Həmdulla  əfəndinin  etimadnamələri  düzgün,  qanuna 

müvafiq olduğundan təsdiqləri təklif olunur. 



Sədr - Etiraz yoxmu? Deməli, qəbul olunur. 

Məhərrəmov  -  Göyçay  nümayəndələri:  Sadıq  bəy  Ağabəyov  və  Hacı  Hüseyn  Əfəndiyev  etibarnamələri 

düzgün və qanuna müvafiq olduğundan təsdiqləri təklif olunur. Mərkəzdənsə soldan: təsdiq olunsunlar. 



Sədr - Etiraz yox isə qəbul olunur. 

Məhərrəmov - Şirvan tərəfindən Şeyxəlibəyov məbusdur. 

[84 - 85] 



Sədr - Etiraz yox isə deməli qəbul olunur. 

Məhərrəmov  -  Gəncə  qəzasından  göndərilən  Hacı  Əli  Qasım  oğlu  və  Hacı  Molla  Əhməd  Nuruzadə 

əfəndilərin  protokolları  qanuna  müvafiqdir,  fəqət  etibarnamələri  nahiyə  müdiri  tərəfindən  verildikdən  təsdiqi 

parlamana həvalə olunur. 

Məmməd Əmin - Fəqət sonraya buraxın. 

Sədr - Etiraz yox, qəbul olunur. 

Məhərrəmov  -  Qazax  qəzası  tərəfin  Hacı  Kərim  Sanıyev,  seçkisi  qanun  üzrə  olduğundan,  təsdiqi  təklif 

olunur. 


Sədr - Etiraz yox isə qəbul olunur. 

Məhərrəmov  -  Cəbrayıl  qəzasından  Bəhram  bəy  Vəzirovun  etibarnaməsi  düzgün  və  mütabiqi-qanun 

olduğundan təsdiqi komisyon tərəfindən təklif olunur. 



Sədr - Etiraz yoxmu? Deməli qəbul olunur. 

Məhərrəmov  -  Qarabağ  qəzasından  Ağdam  milli  şurası  Qarabəy  Əliverdibəy  cənablarını  seçmişdir. 

Etibarnamə və protokolları nahiyə naçalniki hüzurunda yazılmış və onun imzası ilə olduğundan bu barədə əlavə 

material təklif olunur. Fəqət müvəqqəti olaraq təqdim edilən kağızlar ilə iktifa etmək məqbuldur. 

Sədr - Etiraz yox isə qəbul olunur. 

Məhərrəmov  -  Şəki  şəhərindən  Abdulla  bəy  Əfəndiyev  və  qəzasından  Qarabəy  Kərimov  əfəndilərin 

etimadnamələri qanuna müvafiq olduğundan təsdiq edilmələrini komisiyon tərəfindən təklif olunur. 



Məhərrəmov  -  Təsdiqi  qəbul  olunan  məbuslar  bunlardır.  Şimdi  oxuyacağız.  Məbusların  etibarnamələri 

haqqında əsaslı məlumat olduğundan bunların təsdiqinin müvəqqəti təxirə salınması təklif edilir. 



Məmməd Əmin Rəsulzadə (yerindən) - Hələ sonra baxarız. 

Sədr - Buna etiraz yoxmu? Təklif ümumiyyətlə qəbul olunur. 

Sədr  -  Növbədəki  məsələ  tərtibat  və  ləvazimat  komisyonu  tərəfindən  məruzədir.'  Söz  komisyon  sədri 

Kazımzadə Abbasqulunundur. 



Kazımzadə Abbasqulu - Parlamentin bir illik büdcəsini möhtərəm parlament üzvlərinə təqdim ilə qəbulunu 

rica edirəm. 

[85 - 86] 

 

Məclisi - Məbusan idarəsi məsarifinin 



Sm etası  

 

Mənsəblərin iemi 

neç

ə 

nəf



ər 

bir ayın 

haqqı 

cümlətanı 



iIllik 

haqqı 


16 noyabr 

1918 


-dən başlamış 

Dəftərxana müdiri 

2.500 


2.500 

30.000 


22.750 


Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə