Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə23/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   19   20   21   22   23   24   25   26   ...   299

31 

 

bəsləməyən  sadiq  və  həqiqi  demokratları  firqə  özünün  ən  yəqin  və  mötəbər  dost  və  arkadaşı  tanımaq  istəyir. 



(Sağdan  bir  nəfər  alqış).  Və  bunlar  ilə  əl-ələ  verib  müttəfiqən  salışmağı  da  hər  kəsə  tərcih  edir.  Fəqət  əsl 

Azərbaycan istiqlalının zikrinin belə bəzi adamları öyrətdiyi kimi müsəlmanlara qarşı bəzi mühafildə və hüsnü-

xüsumat oyandırdığı anlaşılır. 

Bu isə firqə təvaccöhünü mocib olacaq bir əmrdir. Rusiya inqilabı kəbirini mütəaqib tarix nəzəri-tədqiqindən 

keçirilir  isə  hər  kəsə  Azərbaycanın  elani-istiplal  etmək  keyfiyyəti  layiqincə  təqdir  edilə  bilər.  Rusiyada  vaqe 

olan anarxiya  mərkəzi  hökumətin  büsbütün  aradan  qaldırılması,  Rusiya  ilə  əlaqənin  bilmərrə  kəsilməsi,  hərci-

mərcin Qafqaziyaya sirayət edib, burada daha müdhiş bir tufan və fırtına peyda etməsi. Müsəlman aləmini əzim 

fəlakətlərə  düçar  etdiyi  hər  kəsçə  məlum  və  inkar  edilməz  bir  həqiqətdir.  O  halda  tədarüksüz  və  aciz  olan 

müsəlman millətini bilkülliyyə məhv etməyə əzm etmiş olan düşmənlərin qarşısında bizim yeganə çarəmiz elani 

istiqlal  etmək  ələləbəd  mədyun  olacağımız,  həmcinslərimiz  və  sevgili  qardaşlarımızın  müavinətinə  müraciətlə 

təhlükədə  olan  müqəddəratımızı  öz  əlimizə  almaq  və  istiqlalımızın  təmininə  müstəqilən  çalışmaq  ola  bilirdi. 

(Sağdan yüngül alqış). 

Elani-istiqlal  ilə  də  millətimiz  iktifa  edəməz  idi,  çünki  vətənimizin

 

ən  mühüm  qəmləri  düşmən  əlində  idi. 



Vətəni  istibdad  üçün  yenidən  qurbanlar  vermək  və  övlad  qanı  tökmək  lazım  gəlir  idi.  Bu  halların  cümləsini 

nəzəri-etibarə  alan,  insaf  əhli  Azərbaycan  istiqlalının  bizim  üçün  zəruri  bir  əmr  olması  keyfiyyətini  bila 

tərəddüd qəbul etmək məcburiyyətində qalır. Bu xüsusda bizə qarşı ibrazi-xüsumət edən taqımın qətiyyən ədalət 

və məntiqlə münasibəti olduğuna hökm edər. 

[70 - 71] 

Qonşumuzda bizim kimi daha müstəqil dövlətlər vücuda 

gəlmişlər və onların da əsbabi hədəfi yuxarıda zikr etdiyimiz maddələrdir. 

Gürcüstan,  Ermənistan  və  Şimali  Qafqaziya  cumhuriyyətləri  bizim  fikrimizi  müəyyəd  və  təsdiq  edir.  Bu 

dövlətlərdə  öz  varlıqlarını  isbat  etməkdə  davam  edirlər  və  qan  bahasına  qazandıqları  istiqlaliyyət  və  təyini-

müqəddərat haqlarını əldən verməyəcəklərini elan edirlər. Kəndi müqəddəratını təyin etmiş olan qonşularımız 

gürcü,  erməni  və  Şimali  Qafqaziya  millətlərinin  bu  yolda  əfkar  və  amalının  tamamilə  bizimkinə  müşabeh 

olduğuna  inandığı  üçün  firqəmiz  bunları  Azərbaycanın  xeyirxahı  və  müqəddəs  vətənimizin  hürriyyətinin 

müdafiəsi  naminə  ixtiyar  etdiyimiz  mübarizədə  cəhr  və  yoldaş,  ədd  edib  bunlar  ilə  sıxı  münasibət  və  rabitə 

əqdini iltizam ediyor. (Sağdan yüngül alqış). Əlan müdafiə etdiyimiz möhsünatı bizə bəxş etmiş olan Rusiyanın 

müəzzəm  demokratiyasına  firqəmiz  daha  çox  inanır  və  bilir  ki,  Rusiyanın  həqiqi  demokratları  müsəlman 

millətini  özlərinə  küçük  və  mədyun  qardaş  nəzərində  görüb  və  onun  haqqına  heç  bir  vaxt  təcavüz  etmək 

istəməzlər. (Soldan, sağdan yüngül alqış). Şu beş sənəlik cəsim mübarizəni zəlil millətlərin xilası naminə vaqe 

olmuş  müharibə adlandıran,  imperializmin  ən  qəvi istinadkahı  olub,  cəbr,  zülm  və  əsarətin  mənbə  və  məbdəi 

olan  Prusiya  militarizminin  rişələrini  qıran  etilaf  dövlətlərinə  firqətimiz  hakəza  inanır  və  elə  bir  qənaət  hasil 

etmişdir  ki,  imdilik  ümum  millətlərin  müqəddəratlarının  hakimi  olan  hürriyyət  beşiyi  ədd  edilən  İngilis, 

Firənkistan və Amerika məmləkətlərində pərvəriş bulmuş olan millətlər mədəni, hürr və parlaq həyatə hərəkət 

etdiyimiz bir yola bizə sədlər qurmazlar , sülh konfransına qədər əmin və asayiş içərisində yaşadığımıza və əqd 

ediləcək sülh fonransında hüququmuzu müdafiə üçün iştirak etməyimizə mane olmazlar. Digər məsələlər keçər 

ikən  firqəmiz  əvvəlcə  Azərbaycandakı  millətlər  münasibətindən  bəhs  etməyi  lazım  bilir.  Bu  məsələnin  böyük 

əhəmiyyəti vardır. 

Milliyyət münasibatı, daha doğrusu müsadimatı bizim başımıza çox qayiələr gətirmişdir. Və indi də bir çox 

müşkülat çıxarır. Firqənin qərarı qonşular ilə möhkəm bir sülh istehsalına 

[71 - 72]

 çalışma və bu yolda heç bir 

fədakarlıqdan  çəkinməyib  elə  bir  şərait  yaratmaqdır  ki,  istibdad  və  şovinizm  xadimlərinin  təhrik  və  təşviqilə 

mükərrər  vücuda  gələn  və  hər  iki  tərəfi  də  biməna  və  mühüm  xəsarətə  uğradan  bu  hadisələrin  artıq  meydan 

almasına imkan qalmasın. (Alqış). Firqə bu ictihadında da yenə namuskar və həqiqi demokratların müavinətinə 

göz  tikmişdir.  Çünki  səmimi  əxəvatın  tərəfdarı  yalnız  bunlar  ola  biləcəyinə  firqənin  qənaəti  vardır. 

Zəhmətkeşlər məsələsi: Firqə üçün dəxi mühüm bir maddə təşkil edir. Bu xüsusda firqə tamamilə menşeviklərin 

proqramını qəbul etmişdir. (Alqış). Və geniş bir dairədə fəhlələrin səadətini təmin etməyə səy edəcəkdir. Yalnız 

iş və sənaye aləmində anarxiya və keyfi mayəşdə meydan verməmək üçün sərmayə ilə cəmaət miyanında vaqe 

olan mübarizənin qanun üsuluna tabe olmasını tələb edir. 

Xüsusi  əmval  və  əmək  firqənin  nəzərində  hər  dürlü  tərifdən  müsəmməldir.  Torpaq  məsələsində  ümmum 

rəncbərlərin  hər  bir  çalışqan  fərdinə  müsavi  miqdarda  və  dərəcəyi  kafiyədə  xəzineyimiri  hesabına  məccanən 

ərazi verilməsini firqə tələb edir. Maliyyə işində firqə gəlirlərindən doğru bir vergi alınmasının və birinci lazım 

olan şeylərdən komisyonnı naloq adlanan xərc alınmasının tərəfdarıdır. Qəhətlik və bahalığın önünü almaq üçün 

firqə ticarətin  bilkülliyyə  sərbəst olmasını,  yolların  bilatəxir təmirini tələb edir, ərzaq  məsələsinin  qorxunc  bir 

halda olduğu üçün bu babda ciddi tədabirin dərhal ittixaz edilməsi və möhtəkirlər haqqında şiddətli qanunlar və 

cəzaların icra edilməsini tələb edir.(Alqış). 

Məmləkət sarı mərəzə tutuşmuş olduğundan sahibsiz cəmaətin səlaməti üçün meydanda heç bir təşəbbüsün 

görüldüyü  müşahidə  edildiyindən,  bu  xüsusda  səhiyyə  müəssisələrinin  ciddi  surətdə  ibrazi  fəaliyyət  etməsini 

qəti surətdə tələb edir. (Alqış). 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə