Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə25/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   21   22   23   24   25   26   27   28   ...   299

34 

 

 



Gəncə vilayətindən: 

 

1). Gəncə şəhəri tərəfindən Əbuzər bəy Rzayev, Gəncə qəzası tərəfindən Hacı Əli Qasım oğlu və Hacı Molla 

Əhməd  Nuruzadə,  seçki  protokolları  qanuna  müvafiq  tərtib  olunub.  Etibarnamələri  isə  nahiyyə  müdiri 

tərəfindən verildiyindən təsdiq olunması parlamentə mühəvvəl edilir. 

2). Qazax qəzasından Hacı Kərim Saniyev intixab edilib, etibarnaməsi qanuna müvafiq olduğundan təsdiqi 

təklif edilir. 

3). Cəbrayıl qəzasından Bəhram bəy Vəzirov seçilmişdir. Etibarnaməsi qanuna müvafiq olduğundan təsdiqi 

təklif edilir. 

4). Şuşa şəhəri qəzası tərəfindən Ağdamdan milli şuraya Qara bəy Əliverdiyev cənabları intixab edilmişdir. 

Etibarnamə və protokol nahiyyə naçalnikinin hüzuruna da və onun imzası ilə verilmiş olduğundan əlavə olaraq 

bu  xüsusda  material  təqdimi  təklif  olunur.  Fəqət  müvəqqət  olaraq  təqdim  edilən,  kağızlar  isə  iktifa  etməkdə 

məqbuldur. 

5). Şəki şəhər idarəsi tərəfindən Abdulla bəy Əfəndiyev və qəza tərəfindən Qərib Kərimov intixab edilmişlər. 

Etibarnamələri düzgün olduğundan təsdiqləri təklif edilir. 

6).  Ərəş  qəzası  tərəfindən  Ağdaşdan  Əşrəf  Tağıyev  və  uyezdindən  Cəmil  Süleymanov  etibarnamələri 

olmayır, seçki protokolları da bütün-bütünə müğayir olduğundan mandat komisiyası təklif edir ki, əvvəla bunlar 

etibarnamə və qanuna protokol təqdim edənədək təsdiqlərindən çəkilmək təklif olunur. 

7).  Zakatala  nahiyyəsi  tərəfindən  Bayram  Niyazi  Kiçikxanov  etibarnaməsi  qubernator  tərəfindən  imza 

edilmişdir və şurayi-milli tərəfindən seçki protokolu yoxdur. Ona görə etibarnamə 

[77 - 78]

 komisyonu təklif edir 

ki, seçki protokolu təqdim etsinlər. 



Sədr - Bakı bələdiyyəsi tərəfindən Əliağa Həsənov unudulmuşdur. (Məhərrəmov adları bir də oxuyur). Bəli, 

Əliağa Həsənov dəxi var. 



Sədr - Söz Yusif Əhmədovundur. 

Əhmədov  -  Milli  məclisin  möhtərəm  əzalarına  məlum  olsun  ki,  Şirvan  şəhəri  tərəfindən  Şirəli  Bəyovski 

parlamentə  üzv  intixab  edilməsi  məəruzədə  göstərilir.  Şirvanovların  Bakıda  çoxdan  bəri  həmtorpaqlılar 

(zemlyaçestvo)  təkilatı  vardır.  Bundan  əlavə  Şirvan  əhalisi  bu  axırıncı  hadisələrdən  və  Şirvan  şəhərinin 

dağılmasından  naşı  Şirvan  milli  komitəsi  və  bələdiyyə  idarəsi  üzvləri  Bakıdadırlar.  Bu  üç  təşkilatın  igrimi 

nəfərə qədər olan üzvləri cəm olub şamaxılılar tərəfindən parlamentə üzv intixab edilmişlərdir. Bunların intixab 

protokolları  və  etibarnamələri  etimadnamə  komisyonuna  verilmişdir.  Nədənsə  etimadnamə  komisyonu  bu 

etimadnamə haqqında bir söz söyləmədi. Bu şəhərin qanun üzrə seçilmiş milli komitəsi və Bakıda çoxdan bəri 

yaşayan şirvanlıların cəmiyyəti və bələdiyyə idarəsi üzvləri olduğu halda bunların intixab etdikləri üzvün ədd 

olduğu  ədalətsizlikdir.  Elə  bir  ədalətsizlik  cümhuriyyətin  adını  daşıyan  bir  məmləkətdə  şirvanlılar  haqqında 

layiq  deyildir.  Möhtərəm  üzvlərin  buna  diqqətlərini  xahiş  edirlər.  Təqazayi-zəmanədən  dolayı  şamaxılıların 

kəndləri dağılmış, kəndləri yer altına buraxılmış isə də onların hüququna təcavüz edib, kabinetdə oturub, onların 

tərəfindən üzv seçilmişlərdir. Bu haqda rica seçkini qanunsuz hesab edib yenidən şamaxılılar tərəfindən seçilmiş 

üzvü qəbul edəsiniz. 

Sədr -Aslan bəy Səfikürdski. 

Aslan  bəy  -  Seçki  barəsində  milli  şura  qanun  qoymuşdur.  Bu  qanun  üzrə  seçilib  parlamentə  gələnlərin 

etimadnamələri  vardır.  Etimadnamə  komisyonu  bunlara  baxıb  bəzilərini  qanunsuz  görmüşdür.  Mən  təklif 

edirəm  müvafiqi-qanun  olan  etimadnamələr  qəbul  edilsin,  şübhələrə  parlament  baxsın.  Təklifim  budur  ki, 

parlament komisyonunun rəyini təsvib etsin. 



Sədr - Söz Abdulla bəy Əfəndiyevindir

.[78 - 79]

  

Abdulla  bəy - Möhtərəm məbuslar! Bu etimadnamə komisyonunu seçib bir neçə zavatın etimadnamələrini 

qanuna  müvafiq  görmür.  Bu  qanun  hansıdır,  heç  kimə  məlum  deyil.  Ancaq  teleqraf  ilə  xəbər  vermişlər  ki, 

parlamentə  üzv  seçin  göndərin.  O  qanun  elan  edilməli  idi,  sonra  intixab  olmalı  idi.  Hərgah  seçkilərə  diqqətlə 

baxsaq  həpsi  şübhəlidir.  Bu  parlamenti  inqilab  surətində  təşkil  olunmuş  ədd  edən  və  qanunsuzluğu  kənara 

qoyaq. Bilatəvafüt sözlərim nə indiki, nə də keçmişdəki demokrat üsulu ilə deyildir. Nə üçün Zakatala cəmaəti 

ümumi iclasda seçilmiş nümayəndələrin etimadnamələrinə inanmamalıdır? Sədrdən təvəqqə edirəm danışıq qət 

olunsun  və  etimadnamələrin  həpsi  qəbul  olunsun.  Vaxt  bunu  tələb  edir  ki,  cüziyyat  ilə  uğuraşmayaq,  başqa 

müzakirata köçək. 



Sədr - Söz Aslan bəy Qaraşovundur. 

Qaraşov  -  Mən  irəlidəki  natiqin  sozünə  şərikəm.  Zaqatala  və  Ərəş  qəzalarından  danışacağam.  Etimad 

komisyonu  məruzəsindən  belə  məlum  olur  ki,  işbu  qəzalardan  seçilmişlərin  qanuna  müvafiq  etimadnamələri 

yoxdur ki, qəbul olunsun. Abdulla bəy dedi ki, teleqraf ilə xəbər verilibdir ki, parlament üzvləri intixab olunsun. 

Odur ki, intixablar hər kəsin öz bildiyi kimi olmuşdur.  Zaqataladan hərçəndi məbuslar milli komitə tərəfindən 

seçilmiş isə etimadnamə komisyonu tərəfindən rəsmiyyətcə qəbul edilməyib. Həmçinin Ərəş uyezdi tərəfindən 



35 

 

məbusların intixabnamələri.  Zaqatalada qubernator, Ərəşdə qəza qaimməqamı təsdiq etmişlərdi. Təklif edirəm 



seçkilər şübhə altında olduğundan Məclisi-Müəssisan cəm olunanadək qəbul edilsin, əks surətdə şübhəlilər üçün 

məlumat istənilsin. 



Sədr - Söz Məmməd Əmin Rəsulzadənindir. 

Rəsulzadə  -  Məsələ,  bizim  məclisi-məbusanın  nə  şəkildə  təşkil  olunmasıdır.  Məclisi-məbusanımızın 

seçkilərinin  qanun  üzrə  olmadığını  söylədirlər.  Ümum  əsas  üzrə  seçilmiş  parlamentimiz  yoxdur.  Şimdi 

parlamenti  də  tənqid  etməyə  vaxt  yoxdur.  Şurayi-milli  parlament  təşkili  üçün  əsas  qəbul  etmişdir,  və  bu  da 

etibarlıdır hərgah bu inkar edilər isə milli şuranın nüfuzu itmiş olur. Qanuna müvafiq etimadları təsdiq etməli, 

şübhəlilərin  icrasına  baxmalı.  Rəsmiyyətə  bilməmişlərə  vaxt  veriblər.  Lakin  qanun  iqtiza  etmiş  kibi 

etimadnamələr pişnihad etsinlər. Qanun qəzetlərdə nəşr 

[79 - 80] 

edilsin, qubernator və naçalniklərə protokolun 

forması göndərilmişdir. Bir çox yerlərdə belə də olmuşdur. Fəqət, bəziləri başa düşməmişlər. Biz buna laübəli 

baxa  bilməriz.  Özümüz  qəbul  etdiyimiz  qanunu  pozmamaq  üçün  şübhəlilərə  müsaidə  verilsin.  Sonra  Şirvan 

haqqında  Əhmədov  izahatda  bulundu  və  şirvanlıların  haqqına  təcavüz  edildiyini  söylədi.  Mən  şurayi-millinin 

sabiq  rəisi  olmaq  sifətilə  deyirəm  ki.  şurayi-millinin  qətinə  məbna  o  yerlərdə  hərci-mərclik  idi.  O,  yerlərin 

məbuslarını şurayi-milli ozü təyin etsin. Bu maddə tətbiq ediləcək hansı yer olduğu müzakirə edildikdə ittifaqi-

ara ilə yalnız Şamaxı qəzası fovqəladə əhval altında olduğu qəbul olunur, oradan da məbus təyin edilməyi qət 

olunmuş idi. Qanunun bu maddəsinə etiraz etmək üçün mümkün deyildir. Çünki qanun cari isə hamı maddələri 

qəbul edilməlidir. Bir qanunu təmamilə qəbul və ancaq bir maddəsini rədd etmək qabil deyildir. Bu məsələyə 

dərin baxsalar isə heç bir təcavüz olmadığı anlaşılar. Şıxəlibəyov şamaxılı,  Gncə məşvərət məclisində Şamaxı 

əhalisi  tərəfindən  göndərilmiş  idi.  Məclisi-Müəssisan  intixabında  dəxi  siyahı  ilə  seçilənlər  cümləsindən 

olmuşdur.  Fəqət,  Şıxəlibəyov  dəxi  məzkur  qanuna  görə  ixrac  edilmiş  idi.  Bir  dəfə  şamaxılılar  onu  seçib 

göndərmişlər  və  şəkil etibarilə,  mahiyyət  nəzərilə  Şeyxəlibəyovun  namizədliyinə  etiraz  edilməmişdir.  Bu  gün 

biz Şamaxı həmtorpaqlar İttifaqı tərəfindən məbus qəbul edəcək olursaq, o vaxt sair ittifaqlar dəxi istəyəcəklər 

və belə təbilərin həpsinə əməl edildikdə parlament təşkili qanunu əsasından xələldar olar. Mən təklif edirəm bu 

məsələ haqqında müzakirata xitam verilsin. Müzakirat qət olunur. 

Sədr - Söz məruzəçinindir. 

Məhərrəmov - Zaqataladan məbuslara verilən etibarnamə milli şura tərəfindəndir. Deməli, Zaqatalada milli 

şura var. Şübhəsiz ki, Şuranın sədri, müavini və katibi tərəfindən imza olunmalı idi. Halbuki, ancaq qubernator 

imza etmişdir. Buna körədir ki, qubernatorun imzalaması qeyri-məqbul ədd edilməlidir. Komissiya təsdiq edir 

ki, bunların etibarnaməsi nəzərə alınsın. İkinci təhqiqə möhtac etibarnamə Ərəş nümayəndəliyinidəndir. Əvvəla, 

bu məbusların seçdikləri məclisin protokolları bizə verilməmişdir. Saniyən etibarnamələri milli şuraya başqa bir 

ictimai  müəssisə  namindən 

[80  -  81

]  yazılmayıb,  ancaq  xüsusi  bir  şəxs  tərəfindən  yazılmışdır.  Bu  məclisin 

kimlərdən ibarət olduğu, vəkil edildikləri barəsində bir məlumat verilmir. 

Üçüncü  Şirvan  məsələsidir.  Şamaxı  həmvilayətləri  tərəfindən  məbus  təyini  haqqında  varid  olan  təklif 

parlament  qanununa  müğayirdir.  Zira  qəza  vəkilini  kəndi  nümayəndələri,  kənd  cəmiyyətləri  seçməli  və  onlar 

göndərməlidirlər.  Etibarnamə  komisyonu  qanuna  müvafiq  və  düzgün  olan  məbuslar  təsdiq  edilib,  yerdə 

qalanlarına  təklif  edilsin  ki,  protokol  və  etibarnamə  əldə  etmək  üçün  komisyon  ilə  bərabər  təşəbbüsatda 

bulunsunlar. 



Sədr  -  Müzakiratdan  hasil  olan  nəticə  belədir.  İki  təklif  varid  olur.  Birincisi:  etibarnamə  komisyonu 

tərəfindəndir ki, etibarnaməsi şübhəli və xətalı hesab olunan əza qəbul və təsdiq edilmək üçün şübhənin izalı və 

xətaların  təshihi  üçün  bir  təşəbbüsatda  bulunsun.  İkinci təklif:  Aslan  bəy  Qaraşov  tərəfindən  varid  olubdur və 

şübhəli,  şübhəsiz  xətalı  və  düzgün  ümum  etibarnamələrin  qəbul  təsdiqini  tələb  edir.  İndi  bu  iki  təklifi  səsə 

qoyuram. (Ruscaya tərcümə edir). Əvvəlcə birinci təklifi səsə qoyuram. 

Məmməd Əmin Rəsulzadə - Fəqət vaxtsız və müəyyən möhlət qərarlaşdırılmadan olmaz. 

Sədr - Mən də deyirəm vaxt təyin edilsin. 

"İttihad" fraksiyasından - Möhlət on gün olsun. 

Mərkəzdən - Bir ay. 

Soldan - Üç ay. 

Sədr - Bir ay möhlət verilməsinə etiraz yoxmu? 

Cəfərov - Onlar iclasda iştirak edəcəklərmi? 

Sədr - Bəli, edəcəklər. 

Əhməd Cövdət - Söz istəyirəm. 

Sədr - Səsə qoymaq barəsindəmi? 

Əhməd Cövdət - Mən Məmməd Əmin bəyin əleyhinə danışmaq istəyirəm. 

Sədr - Buyurunuz. 

Əhməd  Cövdət  -  Etibarnaməsi  düz  olmayan  zavatın  parlamentdə  qalmaları  və  səs  verilmələri  haqqında 

Məmməd  Əmin  tərəfindən  verilən  təklif  hüquq  nöqteyi-nəzərindən  dürüst  deyildir.  Zira  hüquqi  noqteyi-




Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə