Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə30/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   26   27   28   29   30   31   32   33   ...   299

44 

 

dəyişib əhval qeyri-müəyyən oldu. Noyabrın 20 və 23 dən sonra Andpranik yenə baş qaldırıb, ayın 25-dən sonra 



fəlakətlər  çıxarmağa  başladı,  böyük  xətalar əmələ  gəldi.  Bu xüsusda  mənə  gələn  teleqramlar  qəzetlərdə  vardı, 

hamınıza da məlumdur ki, Zəngəzur malahında nə qədər kəndlər dağıldı, yandı, əhaliyə nə qədər böyük zərər və 

xəsarətlər  dəydi,  şübhəsiz  ki,  bu  işlərə hökumət  laqeyd  baxa  bilməzdi.  Biz  öz  tərəfimizdən  lazım  və  mümkün 

olan  qədər  çalışıb  tədbirlər  gördük.  Onların  müqabilinə  əsgəri  qüvvə  göndərilməsi  barəsində  teleqrafən 

binagüzarlıq etdik. Eyni zamanda borc bildim, müttəfiqlər nümayəndəsi general Tomsona məlumat verim. 

Çünki,  o  mənə  də  deyib,  qəzetlərdə  də  xəbər  veribdir  ki,  müttəfiqlərin  məqsədi  Qafqaziyada  sülh  və 

müsalimi  dəvam  etdirməkdir.  Binaən-ileyh  mən  teleqramların  bir  surətini  və  bir  məktub  general  Tomsona 

göndərdim.  Tomson  dərhal  ənvan  tədbirlər  görməyi  vacib  bildi.  Mən  general  Tomsona  məktubu  ancaq 

xəbərdarlıq  kimi  yazmışdım,  daha  yazmamışdım  ki,  təvəqqe  edirəm,  bizə  kömək  edin.  O,  özü  lazım  bildi  ki, 

Qarabağa  bir  heyət  göndərsin  ki,  onun  məktubunu  Andronikə  yetirsin.  Heyət  ingilis,  müsəlman  və  erməni 

nümayəndələrindən ibarət idi. Bundan əlavə Tomson bir çox teleqramlar çəkdi. Noyabrın 27-də bu deleqasiya 

Şuşa və Zəngəzura əzimət etdi. Bir neçə gün Şuşada qalıb heyəti ümum qəza əhalisinə təklif etdi ki, əmin və 

asayişlə yaşasınlar və xəbər verdi ki, ingilislər və onların müttəfiqləri heç bir vaxt xəta və iğtişaş törətməyə razı 

olmayacaqlardır.  Bir  neçə  gün  Şuşada  qaldıqdan  sonra  deleqasiya  Zabuğ  deyilən  yerə  getdi  ki,  haman  yerdə 

müharibə  gedirdi.  İngiltərə  nümayəndəsi  ''Andranikin  yanına  gedib  məktubu  vermiş  və  bildirmişdir  ki,  asayiş 

bərpa  edilməsə  bütün  məsuliyyət  onun  öhdəsinə  düşəcəkdir.  Bundan  əlavə  Tomson  bir  neçə  teleqramlar  daha 

vurdu, çünki o zaman ermənilər çox yerdə baş qaldırıb Gəncə, Qazax,Cavanşir və Cəbrayıl qəzalarında quldur 

dəstələri  kimi  iş  görürdülər.  hər  yerdə  Tomson 

[98  -  99]

  teleqramlar  çəkdi  və  eyni  məzmunda  Andranikə 

məktub yazdı, məktubu mən görmüşəm. Ancaq özlərinin dediklərinə görə bu məktub bu məzmunda imiş: Hamı 

ermənilər  öz  yerlərində  sakit  oturub,  hüçum  və  təcavüzatda  bulunmasınlar.  hərgah  ermənilər  tərəfindən  belə 

hərəkət baş verərsə, məsuliyyət təmamən onların öhdəsinə düşəcəkdir. 

Bundan  sonra  general  Tomson  teleqrafən  və  məktubən  Şuşa  və  Zəngəzura  göndərilmiş  heyətə  Tərtərə  və 

başqa  qəzalara  getməsini  təklif  eyləmiş,  onların  məzmunu  belə  imiş.  (Oxuyur).  Mən  sizə  ərz  eləyirəm  ki,  bu 

işlərdən sonra iki-üç günlük sakitlik oldu. Elə bil ki, heç şey yox imiş. Daha Zəngəzur və Şuşa uyezdlərindən bir 

xəbər gəlmədi, hamı da arxayın oldu. Fəqət, yenə iki-üç gün keçmədi ki, teleqram, teleqram üstündən gəlməyə 

başladı  ki,  Andranik  baş  qaldırıb,  ermənilər  ilə  bərabər  yenə  öz  hərəkatında  davam  edir.  Müsəlmanlar ingilis 

heyətinə  inanıb,  öz  sərngərlərindən  çıxıb  getmişlər.  Ermənilər  haman  saat  başlamışlar  kəndləri  yandırıb 

dağıtmağa, belə ki, arvad-uşaq bağlara, meşələrə dağılıb sərkərdən qalmışdır. Bu xəbər belə yetişən kimi bizdə 

olan  hər  növ  tədbirləri  gördük  və  dekabrın  3-də  Tomsona  belə  bir  məktub  yazdım.  (Oxuyur).  Aldığımız 

teleqramların  surətini  məktubla  göndərmişəm.  Teleqramları  oxumağa  ehtiyac  yoxdur,  çünki  qəzetlərdə  çap 

edilmişdir. Biz öz tərəfimizdən qoşun qüvvəmizi onun qarşısına göndərməklə bərabər Tomsona da təklif etdik 

ki, bu barədə tədbirlər görsün. Tomson Zəngəzura təzədən heyət göndərməyi lazım bilib, mənə də xəbər verdi 

ki, bu dəfə heyət əvvəlki kimi olmayıb, bir qədər əsgəri surətdə olmalıdır. 

Ona  görə  də  iki  zirehli  avtomobil,  on  beş  ingilis  əsgər  və  zabiti,  bir  nəfər  bizim  nümayəndəmiz 

Rüstəmbəyovdan ibarət olaraq "heyət göndərdi və Andranikə yenə kağız göndərdi. Heyət hələ qayıtmayıb, kim 

ilə  görüşüb,  nə  ediblər,  hələ  bilmirik.  Şuşadan  ətrafa  getmələri  haqqında  hələ  bir  xəbər  yoxdur.  Bu  barədə 

məlumatlar olar isə borcluyam ki, sizə xəbər verəm. Burasını ərz etməməliyəm ki, bu müddət arasında qəzetdə 

də oxuduğumuz üzrə bir xəbər çıxdı ki, guya Tomson tərəfindən əvvəl dəfə göndərilən heyət və məktub ilə guya 

Tomson Qarabağın ixtiyarını və idarəsini Andranikə tapşırmış 

[99 - 100]

 imiş. Şübhəsizdir ki, əgər belə olsa idi, 

burası bizim üçün böyük bir iş idi. Əgər burası belə olsa idi, onda hökumətimizin kökünə əl atılmış olur, bu iş 

Azərbaycanın hüququna təcavüz olur idi. halbuki, biz var-qüvvəmizlə Azərbaycanın hüququnu müdafiə edəcək 

və heç kəsə yol verməyəcəyiz ki, kənardan gələnlər Azərbaycanın hüququna təcavüz etsinlər. (Alqış). 

Hökumət aşkar baxa bilməzdi ki, başqası gəlib Azərbaycanda hakim olsun. Mən bu xəbərləri eşidib o zaman 

təhqiqata  başladım.  Mən  heç  vaxt  özümü  inandıra  bilməzdim  ki,  ingilis  və  müttəfiqlər  mədəni  bir  hökumət 

olduqları  halda  hüququmuzu,  ixtiyarımızı  belə  bir  məqamda  təpik  vurub  əlimizdən  alır  məqaminə  gəlsinlər. 

Mən əminəm ki, belə olmaz. Mənim fikrim dürüst oldu. Buna çox sübutlar var ki, sizə söyləmək istəmirəm. 

Əmin  ola  bilərsiniz  ki,  Tomson  tərəfindən  qəzetlər  yazdığı  məzmunda  Andranikə  məktub  yazılmamışdır. 

Andranikə bayaq oxuduğum məzmunda Tomson tərəfindən məktub yazılmışdır ki, hamı ermənilər öz yerlərində 

sakit  oturub  hücum  və  təcavüzata  bulunmamalıdırlar.  Hərgah  ermənilər  tərəfindən  belə  hərəkət  baş  verər  isə 

məsuliyyət  bütünlüklə  öhdəsinə  düşəcəkdir.  Tomson  tərəfindən  yazılan  kaqız  bu  məzmunda  olmuşdur. 

Qəzetlərdə yazılan yanlış məktuba həmin qəzetlər vasitəsilə etiraz olacaqdır. 

Qarabağa  zirehli  avtomobillər  və  əsgərlər  ilə  heyət  gedən  vaxtda  istərəm  Tomsona  yazıb  xəbər  verəm  ki, 

Qafqaziya  əhalisi  bu  tövr  heyətləri  çox  görmüşdür.  Bunlar  ilə  iş  düzəlməyib  nəticəsiz  qalacaqdır.  Burada  iş 

görmək  üçün  söz  ilə  deyil,  başqa  yol  ilə  təsir  etməlidir.  Göndərilən  heyətin  nə  iş  gördüyü  və  nəticəsi  məlum 

deyildir.  Məlum  olduğu  üzrə  heyət  Şuşaya  çatıb  və  oradan  keçmiş  də  olsun.  Görünür  ki,  ermənilər  öz 

hərəkətlərində  dəvam  edirlər.  Neçə  gün  əvvəl  alınan teleqramları oxuyalım.  Bu teleqram  kanun  əvvəlin  14-də 

alınmışdır. Sabahı dəxi belə bir teleqram gəlmişdir. (Oxuyur). 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə