56
Sədr - Mən ozüm təklif edirəm.
5 dəqiqə tənəffüs elan edildi.
[127 - 128]
Tənəffüsdən sonra.
Sədr - İclasın davamına şüru edilir. Söz Əhməd bəy Ağayevə verilir. (Əhməd bəy məclisdə yoxdur). Söz
Məmməd Əmin Rəsulzadənindir.
Məmməd Əmin Rəsulzadə - Yeni təşkil olunmuş hökumətin bəyənnaməsini nə kimi bir zamanda
eşitdiyimizi, bəyannaməni müzakirə etməkdən əvvəl qeyd etmək istəyirəm. Xaricən məmləkətimizin nə kibi bir
vəziyyətdə olduğu bəllidir. Fəqət, bu müşkül vəziyyət yalnız xaricdə olmayıb daxildə də belədir. Bu müşkülat
qarşısında olduğumuz bu gündə icra olunacaq hadisələrdən aşkardır. Bu gün şəhər həyatı büsbütün
dondurulmuşdur. Hökumətimizin bəyənnaməsində deyildiyi kibi əhalinin bir hissəsi burada hazır deyildir.
Gərək məclisimizin bu nöqsanı gərək daxili işlərimiz nə tör müşkülat qarşısında olduğumuzu isbat edir. Əvət!
Müxtəlif cərəyan və hərəkətları ruhlandıran bir ruh, bir əməl vardır. Onlara istinadda bulunmaq istəməli. Bu
kürsü böhtandan uzaq qalmalıdır. Və əldə isbat olmadan söz söyləməmək əxzi-amalımızdır. (Alqışlar).
Bu gün ortada olan həbsləri bəhanə edərkən şəhərimizin həyatı durdurulmuşdur. Bunlar nəşr etdikləri
bəyənnamələrində və qəzetlərində nə deyirlər? Bunlar deyirlər ki, bizim düşmənimiz aclıq və aclıq qədər
müdhiş Azərbaycan hökumətidir. (Soldan: doğrudur, eyibdir). Böylə mühüm bir zamanda hökumət rəisinin
istiqlalımızın göz bəbəyi kimi mühafizə olunacağını söyləməsi kibi münasib bir zaman olamaz. (Sürəkli
alqışlar).
Sədr (zəngi vuraraq) - Parlamanda əza olmayanlardan rica edirəm nə əl vurmaqla, nə də qeyri hərəkətlər ilə
öz hissiyyatlarını bəyan etməsinlər.
Rəsulzadə (sözünə dəvam ilə) - Əsl məqsədləri bu ikən siyasi hürriyyətlərdən bəhs edirlər. Batil məqsəd
üçün haqqa söz söyləyirlər. Göz bəbəyi kimi mühafizə olunacaq istiqlalımızın hər fitnəyə qarşı müdafiə
olunacağına ümid edilim. Bu əzmdə yalnız bir hökumət deyildir. Bütün millət bu əzmdədir. Bu gün bizim
istiqlalımızı tanımaq istəməyənlər həqiqi demokratlar deyildir. Çünki həqiqi demokrat və həqiqi sosialistlər
üçün qara cins, ağ cins yoxdur. Bunlar üçün ancaq haqq və hüquq vardır. Bütün əmələlər və zəhmətkeşlər
bilməlidir ki, bütün Azərbaycanın da buna haqqı vardır. Bu xüsusda bütün həqiqətpərəstlər bizimlədir. Bunlar
hürr bir millətin istiqlalını göz bəbəyi kimi sevən hökumət ilə də bərabər olacaqlardır. Hökumətin
bəyənnaməsində mühüm bir nöqtə görürüz ki, o da biz müsavat firqəsi və digər demokratik firqələr nöqteyi-
nəzərindən diqqətə şayandır. Hökumət bir millətin süqutunu təşkil edən əmələlər ilə kəndlilərdən ibarətdir deyir.
Haqqi müdafiə etmək əmələ, fəhlə və köylüləri müdafiə etmək deməkdir. Hökumət bu xüsusda bizi daima özü
ilə bərabər görəcəkdir. Fəqət lazımdır ki, bu sözdə qalmayıb işə keçsin. Hökumət rəisinin ağzından eşidilən
sözlər bunu isbat edir. Müsavat fraksiyasının deklarasiyasındakı bir çox maddələri [hökumət] bəyannaməsində
də gördüyümüzdən məmnun oluruz. Hökumət bəyannaməsinə sadiq qaldığı müddətcə tamamilə müsavat firqəsi
və əzasının etimadına məzhər olur. (Alqışlar).
Sədr - Söz Əhməd bəy Ağayevindir.
Əhməd bəy Ağayev - Möhtərəm əfəndilər! Məndən əvvəlki natiq möhtərəm rəfiqim hökumətin haqqında
həssas pək sıcaq bir nitq irad etdi ki, möhtəviyyatına şərik oluram. Fəqət, onunla mənim aramızda bir fərq var
ki, onun atəşi çox, mənim atəşim sönmüş, o gəncdir, mən ixtiyar, onun bir az göylərdə gəzməyə haqqı var, mən
isə yeri görməyə məcburam. Hökumətin bəyənnaməsində söylədiyi Azərbaycan istiqlalı bizim həpimizin əfzəl
amalımızdır. Hər bir kəndi şərəfini, kəndi amalını bilən azərbaycanlı bunu duymalı və bu yolda olmalıdır.
(Alqışlar). Lakin bu əməlin ölməmiş və onun qövldən felə keçməsi üçün birinci amil (faktor) var isə o da
hökumətin kəndisidir. Bunu unutmamalıyam ki, məmləkətimiz qayət böyük təhlükələr ilə əhatəlidir. Gecə qara
gələn fırtına oynayır. Biz də bir taxta para kibi bu fırtınalar içində yuvarlanırız. Bunu qurtaracaq yenə
hökumətdir. Bunu qurtarmaq üçün də mən bir əzmkar hökumət istərəm. Fəqət, söylədiyim taxta para təkcə
bizdən ibarət deyildir ki, onun üçün düşünmədən işə başlayalım. Bu taxta paranın özü də 3 milyonluq
Azərbaycan, onun şərəfi qadın və cocuqları bulunur. Bunları xilas etməklə böyük bir vəzifə ifa etmiş oluruz.
Rəisi-vükəla bir qism bir vəzifeyi öhdəsinə götürdüyü xüsusunda bəyan etdiyi bütün fikrinə iştirak edirəm.
Bununla bərabər hökumətin dəxi bir proqramı olmalıdır. O da bu taxta parayi aparmaq üçün sərməkan təşkil
edəcəkdir. O sükan üzrə sağa-sola baxmayaraq düz
[129 - 130]
doğru amalına doğru kürəklərini çəkib o taxta
parayi əzmkaranə bir sahili nicata çıxarmaqdır. Əcəba hökumətin sükana və əlindəki kürəklər nədən ibarət ola
bilər? Biri kəndi üçün yapdığı proqramdan, dikəri o barədə (volya)dan ki, o da Bəyənnamədən məlum oldu.
İstiqlalımızı xaricə qəbul etdirmədən əvvəl hökumətimizi daxildən təsdiq etdirməliyiz. Ona görə hökumətimiz
daxili və xarici düşmənləri məhv edəcək bir hökumət olmalıdır. (Mərkəzdən alqış).
Məəttəssüf, hökumət iradəsini göstərdiyi zamanı olmamışdır. (Mərkəzdən: düzdür). Məəttəssüf ələmlə
deyəcəyəm ki, hokumət daxilində işlər lazım olmayan adamlar əlinə tapşırılmışdı. Binaən ileyh daxildə
hökuməti düzəldəcək qəti tədbirlərə müraciəti lazım bilirəm. Ən layiq, ən müdəbbir adamların iş başına
götürülməsini arzu edirəm. Yalnız, bu vasitələr ilədir ki, sui-istemala xitam verilir. Və hökumət nahiyələrdə, hər
yerdə varlığına ehsas etdirir. Bir də rəis tərəfindən bir ordunun təşkilinin lüzumu göstərildi. Onsuz da hökumət