Azərbayçan xalq cumhuriYYƏTİNİN 80 İLLİYİNİN



Yüklə 6,41 Mb.
Pdf görüntüsü
səhifə44/299
tarix15.03.2018
ölçüsü6,41 Mb.
#32568
1   ...   40   41   42   43   44   45   46   47   ...   299
    Bu səhifədəki naviqasiya:
  • Sədr

59 

 

adilanə  bir  surətdə  qanunən  təmin  edilməlidir.  Füqərayi-kasibə  sinfini  bir  çox  hərracdan  azad  etmək  üçün 



vergilərin küllüsü gəlirə gorə vergi ilə əvəz edilməlidir. 

Tədris ibtidai, ümumi,  məccani  və  məcburi  olmalıdır.  Azərbaycan  cumhuriyyətinin  maarifə  olan ehtiyacını 

və başqa ehtiyacatın fövqindədir. Ümum fəlakətlərin birinci səbəbi maarif yoxluğudur. Buna görə müəllimlərin 

məişətini  təmin  etməklə,  onları  dilənçilik  halından  xilas  etməlidir.  Müəllimlər  məktəblərdən  başqa 

darülmüəllimlər,  rüşdi,  edadi 

[135  -  136]

  və  hərbi  məktəblər,  sənaye  və  ticarət,  ziraət  məktəbləri  açmalıdır. 

Şimdiki  məktəblər  mümkün  olduqca  tez  bir  zamanda  milliləşdirilməlidir.  Cəmaət  anlayacaq  şivədə  də  siyasi, 

elmi və fənni-risalələr, jurnallar üsuli-təlim və tərbiyəyə dair əsərlər tədbir edib əhvan qiyməti ilə və geniş bir 

miqyasda  intişar  etdirilməlidir.  Bunlardan  əlavə  cümhuriyyət  daxilində  bu  sənədən  etibarən  darülfünün  təsis 

edilməlidir.  Hökumət  idarələrini  keçindirmək  üçün  xüsusi  kurslar  açıb  bütün  hökumət  idarələrində  və 

şəbələrində işləməyə xidmətçilər hazırlanmalıdır və həmin idarələri tez bir zamanda milliləşdirməlidir və bütün 

risaaltı türk dilində aparmalıdır. Məhkəmə ədliyyələr demokratik bir üsul üzrə təsis edilib hər bir fərd bilafərq 

din  və  millət  ancaq  cümhuriyyət  qanunu  müqabilində  məsul  tutmalıdır.  Təcili  surətdə  məhəllərə  təftiş 

komisyaları  göndərib  rüşvətxor  və  xain  xidmətçiləri  məqamlarından  kənar  etdirməli  və  divani-ədalətə 

verilməlidir. 

Ərzaq  məsələsi:  möhtəkirlər  və  müstəbidlər  əlindən  xilas  edilməlidir.  Taxıl,  çit,  yağ,  qənd,  çay,  sabın  və 

başqa  ləvazimatı  həyatiyyənin  imdidən  tədbirinə  düşməlidir.  Əski  şosa  yolları  lazımınca  təmir  edilməli,  hər 

yerdə yeni yollar açılmağa sərfihümmət etməlidir. "Orta Qafqazda dəmir yolu namində hazırlanmış əski projeni 

qövlədən  felə  götürməlidir.  Ucuz  fiyətlə  dəva-dərman  gotürüb  məhəllərə  göndərməlidir.  Məhəldə  parasız 

müalicəxanalar  açmalı  və  hər  yerə  həkimlər  göndərilməlidir.  Bu  yollar  ilə  külliyyətli  el  qırğınının  onünü 

almalıdır.  İstiqlaliyyeyi-milliyənin  birinci  sütunu  ədd  olunan  sağlam  və  müdhiş  bir  orduya  malik  olmalıdır. 

Cümləmizə məlumdur ki, yeni doğulmuş əsgəri təşkilatımız adilavə bir surətdə icra edilməklə bərabər bir çox 

təbii  fəlakətlərə  uğrayıblar.  Buna  görə  cəmaətimiz  bu  işdən  tənfir  olubdur.  Əsgərlik  vəzifəsi  vətənin  ən 

müqəddəs  vəzifələrindən  olduğunu  nəzərdə  tutub,  yeni  təşkilati-əsgəriyyəyi  mükəmməl  bir  əsgəri  qanuna 

müvafiq  düzüb  qoşmalıdır.  Əsgərlərin  yeyəcəyinə,  yatacağına,  libasına  və  həkim  dərmanına  boyük  diqqət 

etməlidir. Dovlətliyə, fəqirə, böyükə, kiçiyə təvafüt qoymamalıdır. Bu qədər bilməlidir ki, bizləri Azərbaycana 

sahib edəcək, qüvvə, bizə ordumuz olacaqdır. Ordu sağlam və mohkəm bir qüvvə təşkil edirsə hökumət də ona 

istinadən 

[136 - 137]

 iş görə bilir, millət də onun sayəsində tərəqtiyə üz qoyub millətlər sırasına keçir. 

Nəhayət,  yeni  hökumətin  bu  günkü  bəyanatının  qarşısında  fraksiyamızın  cavabı  budur  ki,  millətin  vətənin 

mənafeinə işləmək quru sözlərdən və boş vədlərdən ibarət olub qalmamalıdır. Əgər hökumət ciddi fəaliyyət və 

fədakarlıq  etməyə  doğrudan-doğruya  hazır  isə,  arxasında  əhrar  fraksiyasını  görəcək  və  onun  müavinətini 

qazanacaqdır.  Ancaq  bu  şərti  ittixaz  edərək  vaxtın  əhəmiyyətini,  siyasətin  nazikliyini  nəzərdə  tutub  yeni 

hökumətə fraksiyamız izhari etimad etsin. 



Sədr - Söz "İttihad" fraksiyasından Qara bəy Qarabəyliyə verilir. 

Qara bəy - Bu gün minbərə çıxıb söyləmək istəyirdik. Zira da görürüz ki, daima söylüyürlər. Acı-acı sozlər 

də soylənilir. Gələcəyi yaxşı görən də var, pis görən də var. Natiqlər həpsi halımızdan soyləyirlər. Halımızın nə 

qədər  ciddi  olduğunu  təsvir  edirlər.  Hətta  Əhməd  bəy  əfəndi  bizi  taxtaparaya  mindirib  mərkəzə  tullayır. 

Doğrudur, halımız fənadır. Hər kəs çalışır ki, aradakı qara divardan bir işıq nöqtə bulsun. Bizi xilas edəcək bir 

kimsəyi arayır. O da hökumətdir. O hökumətin borcudur ki, beyləlik ilə bulunmuş yol ilə getsin, millət də onu 

təqibən  nicata  doğru  yürüsün.  Bakalım  bu  asanmı?  Siz  hökumətin  söylədiklərini  eşitdiniz.  Fəqət,  biz  bunu 

keçmişdə  də  eşitdik.  Əhval  fəna  imiş,  ölkəmizdə  heç  bir  şey  yox  imiş,  övza"  namüsaid  imiş  və  qeyrə.  Biz 

hökumətdən böyük məsələlərin həllini istəmirdik. Fəqət az şeylər var ki, hökumətdən tələb etməyə ixtiyar var 

idi. Elə bir kiçik binalar var idi ki, küçük yəni ən ufa, ən balaca, o binaları qoymuşlarmı, əcəba? Bunu həkumət 

etməmişdir.  Bunu  yapmaq  boyük  məsələlərə  nəzərən  ən  əfv  edilməyəcək  günahi-kəbirlərdəndir.  Andranik 

bəlasından  macərapərəstlikdən  milləti  azad  etmək,  Ermənistan  ilə  əlaqeyi-siyasiyyə  peyda  etmək  və  başqaları 

köhnə hökumətin işi idi. Fəqət, düşünüləmədi. Şimdi inanılım ki, düşünüləcək, fəaliyyət də bulunacaqdır. Zira 

ki,  altı  ayın  zərfində  düşünmüşlər,  öyrənmişlər.  Şimdi  o  qəqəd  çalışa  biləcəklər.  Bu  millətə  xidmət  etmək 

lazımdır, bu millət sahibsiz bir millətdir. Bu millət ingilis deyil, fransız deyil. Hökumət başında olanlar sidqidil 

ilə vaxtlarını buna sərf edərək çalışacaqlar. Ağır vəzifəni döröhdə 

[137 - 138]

 edərək, gecə-gündüz səy və qeyrət 

edəcəklər.  Biz  onlara  mütəşəkkir  olmalıyız.  Biz  ümid  ediriz  ki,  böylə  olacaq,  bu  barədə  də  biz  bəkləriz. 

Hökuməti feildə görürüz. Hökumət feil ilə müftəər olmalıdır. Vaxt lazım gəlmiyor ki, biz də bəkləyə bilək. Zira 

şəhərimizdə  tətil  dəvam  ediyor.  Tətil  şəhərimizi  oldürmüş,  həyatı  adi  çərçivədən  çıxarıb  başqa  bir  hala 

salmışdır.  Bakalım,  hökumət  başqa  bir  şey  yapa  biləcəkmi?  Bir  iş  görərəcəkdirmi?  Bineən  ileyh  bizim  firqə 

hökumətə  o  vaxt  etimad  verəcəkdir.  Hökumət  bir  iş  gorsün,  ozünü  gostərsin,  biz  fəqət  şimdi  bəkliyoruz. 

hökumətdə sabiq əza qalmışdır. Biz onların keçmişindən bir şey görmədik. Bəlkə gələcəkdə bir şey yapacaqlar. 

Bakalım,  şimdi  biz  etimadnaməmizi  cibimizdə  qoyub  saxlayırız.  Nə  vaxt  hökumət  ozünün  layiqli  olduğunu 

göstərər isə, biz etimadnaməmizi hazır etməyə hazırız. 

Sədr - Natiqlər sırası bitmiş, hərgah daha soz istəyən yox isə (sola müraciətən) sozünüz varsa, buyurunuz. 



Yüklə 6,41 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   299




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə