175
Azərbaycan xanları ilə yaxınlaşıb II İraklidən heç bir asılılığı olmadığını
bildirmişdi. Bundan xəbər tutan II İrakli Azərbaycan xanlarından ehiyat edərək
Hüseynəli xana olan münasibətini dəyişməyə məcbur oldu [214,72]. Bu zaman II
İraklinin İrəvan xanlığına zahiri münasibətinin dəyişməsinin digər səbəbi
**
qarabağlı İbrahimxəlil xanın Xoy xanlığına olan hücumu idi [214,72].
1781-ci ilin martında II İraklı İrəvan xanının hüzuruna mərhum şahzadə
Levanın vəziri Georgini göndərdi. O, bir müddət İrəvanda qaldıqdan sonra Tiflisə
qayıtdı, lakin çox keçmədən ikinci dəfə təkrar İrəvana döndü [214,72]. Nəhayət,
1781-ci ilin noyabrında İrəvan xanlığı ilə Kartli-Kaxeti çarlığı arasında sülh
müqaviləsi bağlandı. II İrakli ildə 30 min tümən ödənc almaqla Gürcüstana əsir
olaraq aparılmış dinc əhalini geri qaytarmağa razılıq verdi [41, II, 75; 115, 63; 214,
73]. Lakin II İraklinin Azərbaycan torpaqlarına, о cümlədən İrəvan xanlığına olan
təcavüzkar niyyəti davam etməkdə idi. 1782-ci ilin sonlarında II İrakli Rusiya
imperatriçası II Yekaterinaya (1762-1796) məktub yazaraq Kartli-Kaxeti çarlığının
Rusiyanın himayəsinə qəbul edilməsini xahiş etdi. II İrakli Rusiya hökumətindən
onun İrəvan və Gəncə xanlıqlarının ərazisinə yiyələnməsinə kömək etməsini xahiş
etdi, əvəzində Rusiyanın Türkiyə və İranla aparacağı müharibələrdə öz köməyini
əsirgəməyəcəyinə söz verdi [166, 167]. Bundan əlavə, gürcü çarı Rusiya
imperiyasına tövsiyə edirdi ki, Azərbaycan xanlıqlarını ələ almaq üçün "mehriban
himayəçi" rolunu oynasın. General P.Potyomkin 1783-cü il mayın 3-də knyaz
Q.Potyomkinə verdiyi məlumatda bildirirdi ki, II İraklı və Reyneqs (Rusiyanın
İrəvandakı casusu - red.) generaldan müqavilənin (Georgiyevsk traktatınm - red.)
bağlanmasından əvvəl Cənubi Qafqaz xanlarına onları Türkiyədən qorumaq
məqsədilə fərmanlar göndərməsini xahiş etmişdir [214, 82].
Rusiya imperiyası da, öz növbəsində, Cənubi Qafqazı işğal etmək,
xüsusilə də Azərbaycan xanlıqlarını ələ keçirmək və Osmanlı dövlətinin burada
nüfuzunun güclənməsinə yol verməmək üçün xristian dini amilindən, ilk növbədə
gürcü çarlarından istifadə etmək siyasəti yeridirdi. Elə buna görə də gürcü çarı
1783-cü il iyulun 24-də (avqustun 4-də) Georgiyevsk şəhərində Rusiyanın
himayəsinə keçmək haqqında saziş imzaladı [41, h.II, s.l 1; 166, 168-171].
İrəvan xanlığının xarici siyasətinin ikinci mərhələsi xanlıq üçün olduqca
ağır və mürəkkəb bir dövrə təsadüf edir. Georgiyevsk müqaviləsinin
bağlanmasından sonra Rusiya tərəfindən gizli şəkildə planlaşdırılan siyasətin -
Azərbaycan torpaqlarında, о cümlədən İrəvan xanlığı ərazisində erməni dövləti
yaradılması siyasətinin həyata keçirilməsi üçün real addımlar atılmağa başlandı.
**
Təbiidir ki, II İrakli İbrahimxəlil xanın müttəfiqi olduğu üçün bu yüıüşdə ona hərbi qüvvə ilə yardım
etməli idi. Bundan başqa, II İrakli özü Xoy xanlığını təsir dairəsinə almaq məqsədilə oraya qoşun
yeritməyə hazırlaşırdı. Bu qoşun İrəvan ərazisindən - Qırxbulaqdan keçməli idi. [bax: 214,72]. Bütün
bunlara görə sülh danışıqları sürətləndi və razılaşma əldə edildi.
176
Məhz bu təcavüzkar niyyətin qarşısını almaq üçün bəhs edilən dövrdə İrəvan
xanlığının xarici siyasətində aparıcı xətti Osmanlı dövləti ilə münasibətlər təşkil
edir.
Rusiya imperiyası çoxsaylı xanlıqlara və sultanlıqlara parçalanmış
Azərbaycanı işğal edərək, nəhayət, özünün regionla və bütövlükdə Şərq ölkələri ilə
bağlı işğalçılıq planlarını reallaşdırmaq istəyirdi. Rusiya Osmanlı dövləti ilə
həmsərhəd olduğuna və onunla yaxşı münasibətlər saxladığına görə İrəvan
xanlığını daim diqqət mərkəzində saxlayırdı. Çar Rusiyası bu xanlığı ələ keçirib
onun ərazisindən Osmanlı dövlətinə qarşı hərbi istinadgah kimi istifadə etmək
istəyirdi.
*
Rusiyanın himayəsini qəbul etmiş II İrakli Azərbaycan torpaqlarını, о
cümlədən İrəvan xanlığını ələ keçirmək üçün daha foal işğalçılıq siyasəti yeritməyə
başladı. Kartli-Kaxeti çarının İrəvan xanlığı ilə bağlı təcavüzkar niyyəti Osmanlı
dövlətini narahat etməyə bilməzdi. Qeyd olunan dövrdə Türkiyənin Azərbaycan
xanlıqları ilə qarşılıqlı münasibətində İrəvan xanlığı mühüm yer tuturdu [166, 205].
Rusiya özünün Cənubi Qafqazda işğalçılıq siyasətini həyata keçirmək
məqsədilə Azərbaycan xanlarını müxtəlif yollarla öz tərəfinə çəkməyə çalışırdı.
İmperiya siyasətçiləri bir tərəfdən Azərbaycan xanlarına "xəbərdarlıq" edir, hədə-
qorxu gəlir, İrəvan, Xoy və Təbriz xanlarının saraylarına elçilər və hədiyyələr
göndərir, digər tərəfdən isə Georgiyevsk sazişindən istifadə edərək hərbi Gürcüstan
yolu vasitəsilə Cənubi Qafqazda hərbi hazırlıq işlərini daha da gücləndirirdilər [20,
85; 21, 66; 125, 55]. Məhz bu səbəbdən, Georgiyevsk müqaviləsi bağlandıqdan
sonra Osmanlı dövləti ilə yaxın münasibətdə olan bəzi Azərbaycan xanları, о
cümlədən irəvanlı Hüseynəli xan Rusiya dövlətindən ehtiyal edərək osmanlılara
soyuq münasibət bəsləyir, hətta sultan tərəfindən göndərilən hədiyyələri belə
çətinliklə qəbul edirdi [125,54]. II Yekaterina Cənubi Qafqazda işğalçılıq planını
gerçəkləşdirmək üçün müxtəlif vasitələrdən istifadə edirdi. Bu məqsədlə jhələ
1782-ci ilin sonlarından İrəvan xanlığına göndərilən doktor Y.Reyneqs
*
hətta
irəvanlı Hüseynəli xanın etibarını qazanaraq İrəvan qalasının planını da çəkə
bilmişdi [37, sənəd 132, s.215-217-126,153]. Bununla qane olmayan Rusiya
hökuməti 1783-cü ilin payızında qraf Apraskini İrəvana göndərdi. İrəvan xanı
*
Rusiyanın hakim dairələri İrəvan xanlığını tutmağı asanlaşdırmaq üçün dini amildən də istifadə etmək
niyyətində idilər. Həmin dövrdə bunun üçün əlverişli şərait də yaranmışdı. Azərbaycan hökmdarlarının
himayəsindən istifadə edərək ölkənin qərbində - İrəvan xanlığının ərazisində möhkəmlənmiş Qriqorian
kilsəsi Avropada özünə dayaq tapmadığından üzünü Rusiyaya çevirmişdi. Asiya qitəsinə vaxtılə Balkan
yarımadasmdan köçüb gəlmə ermənilər, erməni kilsəsi və erməni işbazları hələ I Pyotrun dövründən
başlayaraq Rusiyanın köməyi ilə Azərbaycan torpaqları hesabına özlərinə daimi məskənlər və dövlət
yaralmaq, qondarma "Böyük Ermənistan‖ı dirçəltmək xülyasına düşmüşdülər. Bu proses II Yekaterina
dövründə daha da intensivləşdi [bax: 126].
*
Y.Reyneqs knyaz Q.A.Potyomkinin tapşırığı ilə Tiflisdə gizli kəşfiyyat işləri ilə məşğul olurdu.
Milliyyətcə frarısız, ixtisasca həkim olan Y.Reyneqs əslində Rusivanın İrəvan xanlığında casusu idi
[bax: 37, sənəd 132, s.215-217; 126, 153].