AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir
39
© şəxsi Facebook profili
Saxlanma tarixi: 12 avqust 2016-cı il
İttiham: CM-in 234.4.3-cü
(satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və
ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə,
daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop
maddələri satma, külli miqdarda törədildikdə) maddəsi
Saxlandığı yer: 13 saylı Cəzaçəkmə Müəssisəsi
İş üzrə qısa arayış:
Gənc fəal Türkiyədə təhsil aldığı və geri döndükdən sonra
Azərbaycandakı ictimai-siyasi məsələlərə, insan haqlarına, Güney Azərbaycan, Doğu
Türküstan türkləri məsələlərinə milli məsələ kimi yanaşıb, mitinq və konfranslarda
aktiv şəkildə iştirak edib. O, 2015-ci ildən NİDA Vətəndaş Hərəkatının üzvüdür və
ötən ilin noyabrında keçirilən son parlament seçkilərində hərəkatın namizədlərindən
biri olub.
Gənc fəal Konstitusiyaya təklif edilən dəyişikliklərdən biri olmuş – Prezident
seçilmək üçün yaş həddinin ləğv edilməsi təklifini Facoobok-da sərt şəkildə tənqid
edib bundan qısa müddət sonra həbs edilib.
E.Qəhrəman avqustun 12-də saxlanılsa da, yaxınları bu barədə yalnız avqustun 13-ü
axşam saatlarında xəbər tutub və yalnız bundan sonra istədikləri vəkili onun yanına
göndərmək imkanı əldə ediblər. Lakin vəkil onunla yalnız avqustun 19-dan sonra,
gənc fəal artıq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən İstintaq
Təcridxanasına köçürüldükdən sonra görüşə bilib. O, bir həftə bu İdarədə saxlanılıb
və işgəncələrə məruz qalması barədə ictimaiyyətə məlumat göndərib. Onun hər iki
vəkili E.Qəhrəmanın işgəncələrə məruz qaldığını, qarın nahiyəsində qızartıların
qaldığını, lakin işgəncə ilə bağlı müraciətlərin araşdırılmadığını bildiriblər.
E.Qəhrəman Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Azad
Məcidov) 16 yanvar 2017-ci il tarixli hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan
məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi (sədrlik edən Sahibxan Mirzəyev) 18
may 2017-ci il tarixdə bu hökmü dəyişdirmədən qüvvədə saxlayıb.
E. İNANCLI FƏALLAR
(1) Müsəlman Birliyi Hərəkatının üzvləri və Nardaran qəsəbəsində tutulanlar
a. Tale Bağırzadə və Müsəlman Birliyi Hərəkatı haqqında məlumat
AZƏRBAYCANDA SİYASİ MƏHBUSLARIN VAHİD SİYAHISI / HESABAT
Sənəd 28 avqust 2017-ci ilə qədər olan dövrü əhatə edir
40
1984-cü ildə doğulan tanınmış ilahiyyatçı Tale Bağırzadə (Hacı Tale) Azərbaycan
Dövlət İqtisad Universitetini bitirdikdən sonra İranda dini təhsil alıb. Təhsilini başa
vurduqdan sonra Azərbaycana qayıdıb. Məktəblərdə hicaba qadağa qoyulması ilə
bağlı qərara etiraz olaraq Təhsil Nazirliyinin qarşısında keçirilən 6 may 2011-ci il
tarixli etitaz aksiyasında dinc şəkildə fəal iştirak edib. Bu aksiyanın başqa əksər
iştirakçıları kimi T.Bağırzadə də həbs edilib və ona qarşı cinayət işi açılıb. O, əsassız
olaraq 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və cəza
müddəti tam başa çatdığı üçün 2012-ci ilin noyabrında azadlığa buraxılıb.
Azadlığa çıxdıqdan 4 ay sonra, həm hicab qadağası ilə bağlı tənqidlərini davam
etdirib, həm də Bakıda və regionlarda oxuduğu moizələrdə ölkədə aparılan siyasəti və
hakimiyyəti tənqid etdiyi üçün fəallara qarşı geniş şəkildə istifadə edilən narkotik
maddə saxlama ittihamı ilə 31 mart 2013-cü ildə yenidən həbs olunub. Sabunçu
Rayon Məhkəməsinin 1 noyabr 2013-cü il tarixli qərarı ilə T.Bağırzadə 2
il müddətinə
azadlıqdan məhrum edilib. Tənqidlə dolu moizələrindən birini T.Bağırzadə həbsindən
bir neçə gün əvvəl, 25 mart tarixində özünün Youtube səhifəsində yerləşdirib.
37
Həmin çıxışında vurğulayır ki, onu həbslə yolundan döndərmək mümkün deyil,
Allaha sığınan həqiqi mömin diktatorların zülmündən qorxmamalıdır. T.Bağırzadənin
çıxışında hakimiyyəti tənqid edən hissə bu cür olub: “
Görün biz nə haldayıq ki, indiyə
qədər danışmamışıq. İndi də bu söhbət olur ki, bu məscidə gəlmə. İndiyədək
susmuşuq. Nə qədər Azərbaycanda torpaqlarımızı işğal ediblər. Haram pullarla,
xalqın puluyla nə qədər yerlər alıblar. Hələ onların haqq-hesabını biz danışmırıq. Bu
qədər xalqın torpağını əlindən almısan, neftini yemisən, malını yemisən, oturursan
orada, sənə söz deyən yoxdur, gör nə qədər həddini aşmısan. Gəlib indi məscidin
içində hökmranlıq etmək istəyirsən? Bu, həddi aşmaq deyil, nədir? Bu yer Allahın
yeridir. Hansı boynuyoğun məmur olsun, kim olursa-olsun, məscidin içinə hökm edə
bilməz... Hə, qorxurlar da, o yığdıqları mallar, mülklər əllərindən çıxa bilər”.
T.Bağırzadə həbsdə olarkən 2015-ci il yanvarın 13-də Müsəlman Birliyi Hərəkatının
yaradılması ilə bağlı təqdimat mərasimi keçirilib. Azərbaycanın dövlət himni ilə
başlayan tədbiri Hərəkatın sədr əvəzi Elçin Qasımov aparıb və təşkilatın sədrinin
T.Bağırzadə olduğunu bildirib. Hərəkatı İdarə Heyətinin idarə etdiyi bildirilib və
İdarə Heyətinin bir neçə üzvü bu tədbirdə çıxış edib. Yaradılan Hərəkatla bağlı
T.Bağırzadənin müraciəti tədbir zamanı oxunub.
Müsəlman Birliyi Hərəkatı dövlət qeydiyyatına alınmaq üçün 3 dəfə Ədliyyə
Nazirliyinə müraciət edib və hər dəfə müəyyən bəhanələr gətirilərək qeydiyatdan
imtina olunub. Birliyin Nizamnaməsinə əsasən onun məqsədi ölkədə suverenliyin,
sülhün, tolerantlığın, demokratik idarəetmənin, dini və irqi birliyin inkişafı və
qorunması yolunda gənclərin maarifləndirilməsidir. Nizamnamədə həmçinin qeyd
edilir ki, Hərəkat fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğun olaraq həyata keçirir.
37
http://bit.ly/2cE0tGt
* Cənab Bağırzadə həbsdə olduğu dövrdə ona qarşı həbsdə qanunsuz əşya (mobil telefon)
saxlamaqla bağlı əlavə ittiham irəli sürülüb və onun cəzası 4 ay müddətinə artırılıb, bu
səbəbdən də o, martın 31-də deyil, iyulun 31-də azadlığa buraxılıb. Cəzaçəkmə şəraitini
ağırlaşdırmaq və T.Bağırzadənin həbsdəki şəraitə olan etirazlarının qarşısını almaq üçün o,
Qobustan Qapalı Həbsxanasına göndərilib və oradan azadlığa buraxılıb.