Familia: Rosaceae Juss.
Gülçiçəkkimilər fəsiləsi
Genus: Rоsа L.- Itburnu cinsi
Species: Rosa zangezura P. Jarosch.- Zəngəzur itburnu
Ümumi yayılması: Ermənistanın Gorus və Meqri rayonlarında (Xosrov
qoruğu) rast gəlinir.
Azərbaycanda yayılması: Naxçıvan MR-ın dağlarında, Daşkəsən və
Cəbrayıl rayonlarının aşağı dağ qurşağından orta dağ qurşağına qədər
meşə kənarları və kol cəngəlliyində
rast gəlinir.
Statusu: Azərbaycanın nadir bitkisidir. NT.
Bitdiyi yеr: Aşağı dağ qurşağından orta dağ qurşağına qədər açıq işıqlı
yerlərdə daşlı-qayalı quru yamaclarda yayılmışdır.
Təbii ehtiyatı: Azərbaycanda dar bir arealda yayılmışdır.
Bioloji xüsusiyyətləri: Hündürlüyü 80-120 sm-ə qədər olan qırmızımtıl
qаbıqlı kollardır. Qopartikanı bir formadadır, düz və ya möhkəm, qaidə
hissəsi enliləşmiş, çox vaxt ikiləşəndir. Yarpaqları 7-8 ədəd tərs yumurta-
varı və ya ellipsşəkilli yarpaqcıqlardan təşkil olunmuşdur. Yаrpаqаltlıq-
lаrı 8-10 mm uzunluqda, üst tərəfdən çılpaq, alt tərəfdən vəzicikli, kənarı
vəzicikli-kirpiklidir. Çiçəkləri tək-tək, 2-2 və ya 3-3-dür. Ləçəkləri ağ və
ya ağımtıl-çəhrayı rəngdə olur. Meyvələri qırmızı rəngdədir,
oval formada
və xırdadır. İyul ayında çiçək açır.
Çoxalması: Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyiĢilməsi səbəbləri səbəbləri: Başlıca olaraq insan
fəaliyyətidir.
Becərilmə: Məlumat yoxdur.