Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə75/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   71   72   73   74   75   76   77   78   ...   91

 
Familia: Rosaceae Juss
Gülçiçəkkimilər fəsiləsi 
Genus: Rоsа L.- Itburnu cinsi 
Species: Rosa karjaginii Sosn.– Kаryаgin itburnu 
 
Ümumi yayılması: Azərbaycanın və  Ermənistanda təbii arealı vardır. 
Azərbaycanda  yayılması:  Naxçıvan  MR-nın  dağları,  Ordubad  rayonu-
nun Unus kəndi ərazisində rast gəlinir. 
Statusu: Azərbaycanın nadir bitkisidir. NT 
Bitdiyi  yеr:  Subalp  qurşağında  daşlı-qayalı  yamaclarda  kolluqlarda  rast 
gəlinir. 
Təbii ehtiyatı: Azərbaycanda dar bir  arealda yayılmışdır. 
Bioloji  xüsusiyyətləri:  Təbiətdə  хırdа  koldur,  hündürlüyü  50-60  sm-ə 
çatır. Yaşlı budaqları qırmızımtıl, təzə zoğları tünd göy rəngli tikanlı kol-
dur. Mürəkkəb, təklələkvarı yаrpаqlаrı 7 ədəd yаrpаqvarı çiçək qrupunda 
yеrləşir.  Meyvəsi  sentyabr  ayından  yetişməyə  başlayır.  Qоpаrtikanlаrı 
möhkəm, düz və ya səthi əyilmiş, sarımtıl, qaidəsi çox enliləşmişdir. Yаr-
pаqlаrı 5-6 sm uzunluqda, 7 ədəd 15-18 mm uzunluqda, 10-15 mm enində 
ellipsvarı sivri, hər iki tərəfdən, xüsusən alt tərəfdən yumşaq tüklü, çoxlu 
vəzicikli, kənarı ikiqat itidişli yаrpаqcıqlаrdan ibarətdir. Yаrpаqaltlığı alt 
tərəfdən tək-tək vəzicikli örtülü 5-6 mm enindədir, uzunluğu isə yаrpаq-
cıqlаrın uzununa bərabərdir. Meyvəsi çılpaq hamar, yumurtavarı, 3-3, 5-5 
оlаrаq yerləşmişdir. İyun-iyul aylarında çiçək açır. 
Çoxalması: Təbiətdə generativ və vegetativ yolla çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri  səbəbləri:  Başlıca  olaraq  insan 
fəaliyyətidir. 
Becərilmə: Məlumat yoxdur. 


 
Qəbul edilmiĢ qoruma tədbirləri: Xüsusi tədbirlər tərtib edilməmişdir. 
Zəruri qoruma tədbirləri: Azərbaycanın “Qırmızı Kitabı”na daxil edil-
məsi zəruridir. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.3.1954;  Флора 
Азербайджана.  т.5.  1954;  Azərbaycanın  ağac  və  kolları.  III  cild.  1970; 
Красная  Книга  СССР.  1984;  Azərbaycanın  “Qırmızı  Kitabı”  1989; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005; 2006; 2008;  Naxçıvan Muxtar Respublikası florasının taksonomik 
spektri.  2008;  Naxçıvan  MR-nın  flora  müxtəlifliyi  və  onun  nadir  növ-
lərinin qorunması. 2011 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Rosaceae Juss
Gülçiçəkkimilər fəsiləsi 
Genus: Rоsа L.- Itburnu cinsi 
Species: Rosa zangezura P. Jarosch.-  Zəngəzur itburnu 
 
Ümumi  yayılması:  Ermənistanın  Gorus  və  Meqri  rayonlarında  (Xosrov 
qoruğu) rast gəlinir. 
Azərbaycanda  yayılması:  Naxçıvan  MR-ın  dağlarında,  Daşkəsən  və 
Cəbrayıl  rayonlarının  aşağı  dağ  qurşağından  orta  dağ  qurşağına  qədər 
meşə kənarları və kol cəngəlliyində rast gəlinir. 
Statusu: Azərbaycanın nadir bitkisidir. NT. 
Bitdiyi  yеr:  Aşağı  dağ  qurşağından  orta  dağ  qurşağına  qədər  açıq  işıqlı 
yerlərdə daşlı-qayalı quru yamaclarda yayılmışdır. 
Təbii ehtiyatı: Azərbaycanda dar bir  arealda yayılmışdır. 
Bioloji  xüsusiyyətləri:  Hündürlüyü  80-120  sm-ə  qədər  olan  qırmızımtıl 
qаbıqlı  kollardır.  Qopartikanı  bir  formadadır,  düz  və  ya  möhkəm,  qaidə 
hissəsi enliləşmiş, çox vaxt ikiləşəndir. Yarpaqları 7-8 ədəd tərs yumurta-
varı  və  ya  ellipsşəkilli  yarpaqcıqlardan  təşkil  olunmuşdur.  Yаrpаqаltlıq-
lаrı 8-10 mm uzunluqda, üst tərəfdən çılpaq, alt tərəfdən vəzicikli, kənarı 
vəzicikli-kirpiklidir. Çiçəkləri tək-tək, 2-2 və ya 3-3-dür. Ləçəkləri ağ və 
ya ağımtıl-çəhrayı rəngdə olur. Meyvələri qırmızı rəngdədir, oval formada 
və xırdadır. İyul ayında çiçək açır. 
Çoxalması: Təbiətdə generativ və vegetativ yolla çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri  səbəbləri:  Başlıca  olaraq  insan 
fəaliyyətidir. 
Becərilmə: Məlumat yoxdur. 


 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Xüsusi  mühafizə  tədbirləri  tərtib 
edilməmişdir. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi zəruridir. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.3.1954;  Флора 
Азербайджана.  т.5.  1954;  Azərbaycanın  ağac  və  kolları.  III  cild.  1970; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005; 2006; 2008;  Naxçıvan Muxtar Respublikası florasının taksonomik 
spektri.  2008;  Naxçıvan  MR-nın  flora  müxtəlifliyi  və  onun  nadir  növ-
lərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə