Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə77/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   73   74   75   76   77   78   79   80   ...   91

 
Familia: Rosaceae Juss
Gülçiçəkkimilər fəsiləsi 
Genus: Rоsа L.- Itburnu cinsi 
Species: Rosa buschiana Ghrshan. – BuĢ itburnu 
Bot. Mater. Gerb. Bot. Inst. Acad. Nauk SSSR 14: 192 192 1951. 
 
Ümumi  yayılması:  Qafqaz  vadisinin  mərkəzi  hissəsi,  Dağıstan,  Cənubi 
Osetiya (Ermani)  rayonu ərazisində  təbii arealı vardır. 
Azərbaycanda yayılması:  Böyük Qafqazda - Quba rayonu ərazisində və 
Naxçıvan MR –də  rast gəlinir. 
Statusu: Azərbaycanın nadir bitkisidir. VU A2c+3c. 
Bitdiyi yer: Yuxarı  və orta dağ qurşaqlarında quru daşlı-qayalı  yamac-
larda yayılmışdır. 
Təbii ehtiyatı: Azərbaycanda dar bir  arealı vardır. 
Bioloji xüsusiyyətləri: Təbiətdə kökümsovdan çıxmış 15-20 sm hündür-
lüyündə  olan  kolcuqdur.  Qopartikanları  xırda  olub  düz  iynəvaridir.  Yar-
paqları  5-7  sm  uzunluğundadır.  Yarpaqları  5-7  dar,  ellipsşəkilli  qaidə 
hissəsi  pazşəkilli  yarpaqcıqlardan  təşkil  olunmuşdur.  Yarpaqcıqların 
kənarları  mişardişlidir.  Kasayarpaqları  1,5  sm  uzunluğunda  olur.  Ləçək-
ləri solğun çəhrayı rəngdədir. Meyvəsi oval və ya yuru şəkillidir. Meyv-
əsi, adətən, çılpaq olur. Çiçəkləri tək-təkdir, bəzən 2-3, 4-4 bir yerdə yer-
ləşmişdir. İyun və iyul aylarında çiçək açır. 
Çoxalması: Təbiətdə generativ və vegetativ yolla çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 
 
 
 


 
Becərilməsi: Məlumat yoxdur. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Xüsusi  mühafizə  tədbirləri  tərtib 
edilməmişdir. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxilməsi 
zəruridir. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.3.1954;  Флора 
Азербайджана.  т.5.  1954;  Azərbaycanın  ağac  və  kolları.  III  cild.  1970; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildləri.  
2005; 2006; 2008; 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Rosaceae Juss
Gülçiçəkkimilər fəsiləsi 
Genus: Rоsа L.- Itburnu cinsi 
Species: Rosa kazarjanii Sosn. – Qаzaryan itburnu 
 
Ümumi yayılması: Qafqazda- Gürcüstanın Tabisçixuri gölü və Axtanski 
rayonu ərazilərində quru bozqır yamaclarda təbii arealı vardır. 
Azərbaycanda  yayılması:  Naxçıvan  MR-ın  dağlıq  rayonları  ərazisində 
rast gəlinir. 
Statusu: Azərbaycanın nadir bitkisidir. VU B1ab(iii)+2ab(iii). 
Bitdiyi yеr: Aşağı və  orta qağ qurşaqlarda quru bozqırlaşmış daşlı-qayalı  
yamaclarda yayılmışdır. 
Təbii ehtiyatı: Azərbaycanda dar bir  arealı vardır. 
Bioloji  xüsusiyyətləri:  Təbiətdə  hündürlüyü  1  m-ə  qədər  olan  koldur. 
Qopartikanları  düz,  nazikdir,  qaidə  hissəsi  enliləşmişdir.Yarpaqları  5-7 
ədəd  enli  ellipsşəkilli  təpəsi  küt 
1,7-2,5  sm  uzunluğunda  olan  yar-
paqcıqlardan  təşkil  olunmuşdur. 
Yarpaqcıqların  kənarları  mişardiş-
lidir. Kasayarpaqları 1  sm uzunlu-
ğunda  ola  bilir  və  tamkənarlıdır. 
Çiçəkləri,  adətən,  tək-təkdir.    Çi-
çək saplağı 0,7-1 sm uzunluğunda 
olur. Ləçəkləri ağ rəngdədir. Mey-
vəsi yumrudur və qaralandır, 1,6-2 
sm diametrində ola bilir. İyun, iyul 
aylarında çiçək açır. 
Çoxalması: Təbiətdə generativ və vegetativ yolla çoxalır. 
Təbii  ehtiyyatının  dəyiĢməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 
Becərilməsi: Məlumat yoxdur. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Xüsusi  mühafizə  ölçüləri  tərtib 
edilməmişdir. 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi zəruridir. 


 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.3.1954;  Флора 
Азербайджана.  т.5.  1954;  Azərbaycanın  ağac  və  kolları.  III  cild.  1970; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005; 2006; 2008;  Naxçıvan Muxtar Respublikası florasının taksonomik 
spektri.  2008;  Naxçıvan  MR-nın  flora  müxtəlifliyi  və  onun  nadir  növ-
lərinin qorunması. 2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə