Azərbaycanin nadġr ağac və kol bġTKĠLƏRĠ



Yüklə 164,53 Kb.
Pdf görüntüsü
səhifə76/91
tarix21.10.2017
ölçüsü164,53 Kb.
#6277
1   ...   72   73   74   75   76   77   78   79   ...   91

 
Familia: Rosaceae Juss
Gülçiçəkkimilər fəsiləsi 
Genus: Rоsа L.- Itburnu cinsi 
Species: Rosa oxyodon Boiss.– ĠtidiĢli itburnu 
Fl. Orient. [Boissier] 2: 674. [Dec 1872 or Jan 1873] 
 
Ümumi  yayılması:  Gürcüstanda  (Tuşeniya)  və  Dağıstanda  təbii  arealı 
vardır. 
Azərbaycanda  yayılması:  Böyük  Qafqazda  -  Quba  rayonu  ərazisində 
rast gəlinir. 
Statusu: Azərbaycanın nadir bitkisidir. VU D2. 
Bitdiyi yеr: Yuxarı dağ və subalp qurşaqlarda meşələrin kənarlarında, kol-
luqlarda çayların kənarlarında, çəmənliklərdə və yamaclarda yayılmışdır. 
Təbii ehtiyatı: Azərbaycanda dar bir  arealı vardır. 
Bioloji  xüsusiyyətləri:  Hündürlüyü  1  m-ə  qədər  olan  qırmızımtıl  və  ya 
tünd qırmızı qabıqlı alçaqboy koldur. Qopartikanları möhkəm, düz yönəl-
miş tək-tək və ya cüt-cüt yеrləşmişdir. Yarpaqları 5-7 ədəd yumru və ya 
ellipsşəkilli ikiqat dərin dişli yarpaqcıqlardan təşkil olunmuşdur. Çiçəkləri 
tək-tək və ya 2-7-dir. Çiçək saplağı 1-4 sm uzunluqda, sıx vəzicikli-kobud 
tüklüdür.  Ləçəkləri çəhrayı rəngli olub, zəif oyuqludur. Meyvəsi  yumur-
tavarı,  armudvarı  və  ya  kürəcikvarı  оlub  adətən  tüklüdür.  İyun  ayında 
çiçək açır. 
Çoxalması: Təbiətdə generativ və vegetativ yolla çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri  səbəbləri:  Başlıca  olaraq  insan 
fəaliyyətidir. 
Becərilməsi: Məlumat yoxdur. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Xüsusi  mühafizə  tədbirləri  tərtib 
edilməmişdir. 


 
Zəruri  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na  daxil 
edilməsi zəruridir. 
Məlumat  mənbələri:  Деревья  и  кустарники  СССР.  т.3.1954;  Флора 
Азербайджана.  т.5.  1954;  Azərbaycanın  ağac  və  kolları.  III  cild.  1970; 
Красная  Книга  СССР.  1984;  Azərbaycanın  “Qırmızı  Kitabı”  1989; 
Azərbaycanın  “Qırmızı”  və  “Yaşıl  Кitabları”na  tövsiyə  olunan  bitki  və 
bitki  formasiyaları.  1996;  Azərbaycan  florasının  konspekti.  I-III  cildlər.  
2005; 2006; 2008. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
Familia: Rosaceae Juss
Gülçiçəkkimilər fəsiləsi 
Genus: Rоsа L.- Itburnu cinsi 
Species: Rosa sosnovskiana Таmamsch. – Sosnovski itburnu 
Bot. Mater. Gerb. Bot. Inst. Komarova Akad. Nauk S.S.S.R. 11: 90. 1949 
 
Ümumi  yayılması:  Cənubi  Zaqafqaziyada  -  Ermənistanın  Makravani 
rayonu ərazisində təbii arealı vardır. 
Azərbaycanda  yаyılması:  Naxçıvanın  MR-in  dağlıq  sahəsində  rast 
gəlinir. 
Statusu: Azərbaycanın nadir bitkisidir. VU A2c+3c. 
Bitdiyi yer: Yuxarı dağ və subalp qurşaqlarında, meşələrin kənarlarında, 
kolluqlarda, çay kənarlarında, çəmənliklərdə və yamaclarda yayılmışdır. 
Təbii ehtiyatı: Azərbaycanda dar bir  arealı vardır. 
Bioloji xüsusiyyətləri: Bozumtul-darçını qabıqlı budaqlаrı olan, bir qədər 
hündürboylu  koldur.  Qopartikanları  xırda,  samanı-sarı  rəngdədir,  düz  və 
ya bir qədər əyilmişdir, Qaidə hissəsi enliləşmişdir. Yarpaqları 10-12 sm 
uzunluğundadır. Yarpaqları 7-9 ədəd yarpaqcıqdan əmələ gəlmişdir. Yar-
paqcıqlarının  kənarları  mişardişlidir.  Çiçəkləri  əksərən  tək-təkdir,  bəzən 
3-3, 4-4 bir yerdə yerləşmişdir. 
Çiçək saplağı qısa, qaidə hissəsi qopartikancıqlıdır. Kаsаyаrpаqcıq-
lаrı lansetşəkilli, dar və ya uzun əlavələrə malik olub, çiçəklənmənin so-
nunda  yuxarıya  meyillidir.  Meyvəsi  çox  iri,  kürəcikvarıdır.  İyun  və  iyul 
aylarında çiçək açır. 
Çoxalması: Təbiətdə generativ və vegetativ yolla çoxalır. 
Təbii  ehtiyatının  dəyiĢilməsi  səbəbləri:  Başlıca  olaraq  insan  fəaliy-
yətidir. 


 
Becərilməsi: Botanika bağlarında becərilir. 
Qəbul  edilmiĢ  qoruma  tədbirləri:  Azərbaycanın  “Qırmızı  Kitabı”na 
daxil edilmişdir. 
Zəruri  qoruma  tədbirləri:  Xüsusi  mühafizə  tədbirləri  tərtib  edilmə-
mişdir. 
Məlumat  mənbələri:  Деревья  и 
кустарники  СССР.  т.3.1954; 
Флора  Азербайджана.  т.5.  1954; 
Azərbaycanın  ağac  və  kolları.  III 
cild. 1970; Красная Книга СССР. 
1984;  Azərbaycanın  “Qırmızı 
Kitabı”  1989;  Azərbaycanın  “Qır-
mızı”  və  “Yaşıl  Кitabları”na  töv-
siyə  olunan  bitki  və  bitki  forma-
siyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər.  2005; 2006; 
2008; Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008; 
Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 
2011. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 164,53 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə