345
Həmin məbləğlər müvafiq olaraq “Maliyyə fəaliyyətinin nəticələri
haqqında hesabat” formasının 4-cü və 6-cı sütunlarında əks etdirilir.
Cəmi xərclər sətri üzrə məbləğlər “Maliyyə fəaliyyətinin nəticələri
haqqında hesabat” formasının 4-cü və 6-cı sütunlarında əks etdirilmiş xərc
məbləğlərinin cəmindən ibarət olmaqla müvafiq olaraq həmin formanın 5-ci və 7-
ci sütunlarında göstərilir.
346
12.3. Ümumi mənfəət (zərər) üzrə maliyyə fəaliyyətinin nəticələri haqqında
hesabat
“Maliyyə fəaliyyətinin nəticələri haqqında” hesabatda mənfəət (zərər)
aşağıdakı maddələr üzrə ümumiləşdirilir:
– ümumi mənfəət; o cümlədən:
– əmlakın əvəzsiz verilməsindən (alınmasından) itkilər (qazanc);
– kapital ehtiyatları;
– xalis mənfəət (zərər).
Ümumi mənfəət (zərər) maddəsində təşkilatın hesabat dövründə və
əvvəlki hesabat dövründə birja, qeyri-birja və sair əməliyyatlarından əldə edilmiş
cəmi gəlirlərdən cəmi xərclər çıxılmaqla ümumi mənfəətin (zərərin) məbləği
“Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat” formasının 5-ci və 7-ci
sütunlarında əks etdirilir.
Mənfəətin (zərərin) uçota alınması zamanı aşağıdakı mühasibat yazılışları
verilir:
– birja əməliyyatı üzrə mənfəət əldə edildikdə 611 №-li “Satış” sintetik
hesabının müvafiq subhesablarının debeti və 801 №-li “ümumi mənfəət (zərər)”
sintetik hesabının krediti, zərər əldə edildikdə isə müvafiq olaraq 801 №-li “ümumi
mənfəət (zərər)” sintetik hesabının debeti və 611 №-li “Satış” sintetik hesabının
müvafiq subhesablarının krediti;
– qeyri-birja əməliyyatı üzrə mənfəət əldə edildikdə “621 №-li “Dövlət
büdcəsindən alınmış vəsaitlər”, 622 №-li “Digər büdcələrdən alınmış vəsaitlər”,
623 №-li “Kapital ayırmaları kimi qeyd olunmamış köçürmələr”, 624 №-li ”Digər
təşkilatlardan köçürmələr”, 625 №-li “Sair gəlirlər” sintetik hesablarının debeti və
801 №-li “ümumi mənfəət (zərər)” sintetik hesabının krediti, zərər əldə edildikdə
isə müvafiq olaraq 801 №-li “ümumi mənfəət (zərər)” sintetik hesabının debeti və
621 №-li “Dövlət büdcəsindən alınmış vəsaitlər”, 622 №-li “Digər büdcələrdən
alınmış vəsaitlər”, 623 №-li “Kapital ayırmaları kimi qeyd olunmamış
347
köçürmələr”, 624 №-li “Digər təşkilatlardan köçürmələr”, 625 №-li “Sair gəlirlər”
sintetik hesablarının krediti.
– sair gəlirlər əməliyyatı üzrə mənfəət əldə edildikdə 631№-li “Digər
əməliyyat gəlirləri”, 632 №-li “Fəaliyyətin dayandırılmasından qazanclar”, 633 №-
li “Maliyyə gəlirləri” sintetik hesablarının debeti və 801 №-li “ümumi mənfəət
(zərər)” sintetik hesabının krediti, zərər əldə edildikdə isə müvafiq olaraq 801 №-li
“ümumi mənfəət (zərər)” sintetik hesabının debeti və 631 №-li “Digər əməliyyat
gəlirləri”, 632 №-li “Fəaliyyətin dayandırılmasından qazanclar”, 633 №-li
“Maliyyə gəlirləri” sintetik hesablarının krediti.
Eyni zamanda ümumi mənfəət aşağıdakı maddələrin cəmindən ibarətdir:
– əmlakın əvəzsiz verilməsindən (alınmasından) itkilər (qazanc)
maddəsində təşkilatın hesabat dövründə və əvvəlki hesabat dövründə əmlakın
əvəzsiz verilməsindən və alınmasından əldə etdiyi itkilər və qazanc məbləğlərinin
cəmindən müvafiq xərclər çıxılmaqla məbləğlər “Maliyyə fəaliyyətinin nəticələri
haqqında hesabat” formasının 5-ci və 7-ci sütunlarında əks etdirilir;
– əmlakın əvəzsiz verilməsindən itkilər 535 №-li “Digər ehtiyat fondları”
sintetik hesabının müvafiq subhesablarının debeti və 231 №-li “Torpaq, tikili və
avadanlıq” sintetik hesabının müvafiq subhesablarının kreditində, eyni zamanda
232 №-li “Torpaq, tikili və avadanlığın amortizasiyası” sintetik hesabının müvafiq
subhesablarının debeti və 535 №-li “Digər ehtiyat fondları” sintetik hesabının
müvafiq subhesablarının kreditində əks etdirilir;
– əmlakın əvəzsiz alınmasından qazanc 801 №-li “Ümumi mənfəət
(zərər)” sintetik hesabının debetində və 535 №-li “Digər ehtiyat fondları” sintetik
hesabının müvafiq subhesablarının kreditində əks etdirilir;
– kapital ehtiyatları maddəsində təşkilatın hesabat dövründə və əvvəlki
hesabat dövründə aktivlərin (əmlakın) alınmasından əldə etdiyi məbləğlərin
cəmindən müvafiq xərclər çıxılmaqla xalis aktivlərin dəyəri “Maliyyə fəaliyyətinin
nəticələri haqqında hesabat” formasının 5-ci və 7-ci sütunlarında əks etdirilir;
348
– təşkilatın vəsaiti hesabına alınmış xalis aktivlərin dəyəri 801 №-li
“Ümumi mənfəət (zərər)” sintetik hesabının debetində və 535 №-li “Digər ehtiyat
fondları” sintetik hesabının müvafiq subhesablarının kreditində əks etdirilir;
Xalis mənfəət (zərər) maddəsində təşkilatın hesabat dövründə və əvvəlki
hesabat dövründə birja, qeyri-birja və sair əməliyyatlarından əldə edilmiş ümumi
mənfəət (zərər) məbləğindən əmlakın əvəzsiz verilməsindən (alınmasından) və
təşkilatın vəsaiti hesabına alınmış kapital ehtiyatları (xalis aktivlərin dəyəri)
çıxılmaqla qalan mənfəətin (zərərin) məbləği “Maliyyə fəaliyyətinin nəticələri
haqqında hesabat” formasının 5-ci və 7-ci sütunlarında əks etdirilir;
– təşkilatın xalis mənfəəti 801 №-li “Ümumi mənfəət (zərər)” sintetik
hesabının debetində və 541 №-li “Hesabat dövrü üzrə xalis mənfəət (zərər)”
sintetik hesabının müvafiq subhesablarının kreditində, zərər isə müvafiq olaraq 541
№-li “Hesabat dövrü üzrə xalis mənfəət (zərər)” sintetik hesabının müvafiq
subhesablarının debetində və 801 №-li “Ümumi mənfəət (zərər)” sintetik hesabının
kreditində əks etdirilir.