352
Əmlakın yenidən qiymətləndirilməsindən qazanc və itkilər sətri üzrə:
– digər ehtiyat fondları sütununda təşkilatın hesabat dövrü üzrə 535 №-
li “Digər ehtiyat fondları” sintetik hesabının müvafiq subhesabında uçota alınan
ümumiləşdirilmiş məlumatlar göstərilir.
Əmlakın əvəzsiz verilməsindən qazanc və itkilər sətri üzrə:
-digər ehtiyat fondları sütununda təşkilatın hesabat dövrü üzrə 535 №-li
“Digər ehtiyat fondları” sintetik hesabının müvafiq subhesabında uçota alınan
ümumiləşdirilmiş məlumatlar göstərilir.
İnvestisiyaların yenidən qiymətləndirilməsindən qazanc və itkilər sətri
üzrə:
-digər ehtiyat fondları sütununda təşkilatın hesabat dövrü üzrə 535 №-li
“Digər ehtiyat fondları” sintetik hesabının müvafiq subhesabında uçota alınan
ümumiləşdirilmiş məlumatlar göstərilir.
Xarici ölkələrdə aparılan fəaliyyətlərindən yaranan məzənnə fərqi sətri
üzrə:
– məzənnə fərqləri üzrə fondlar sütununda təşkilatın hesabat dövrü üzrə
535 №-li “Digər ehtiyat fondları” sintetik hesabının müvafiq subhesabında uçota
alınan ümumiləşdirilmiş məlumatlar göstərilir.
Xalis aktivlərdə (kapitalda) tanınan gəlir sətri üzrə:
– digər ehtiyat fondları sütununda təşkilatın hesabat dövrü üzrə 535 №-
li “Digər ehtiyat fondları” sintetik hesabının müvafiq subhesabında uçota alınan
ümumiləşdirilmiş məlumatlar;
– məzənnə fərqləri üzrə fondlar sütununda təşkilatın hesabat dövrü üzrə
541 №-li “Hesabat dövrü üzrə xalis mənfəət (zərər)” sintetik hesabının müvafiq
subhesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar göstərilir.
Hesabat dövrü üzrə xalis mənfəət (zərər) sətri üzrə:
353
– bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) sütununda təşkilatın
hesabat dövrü üzrə 541 №-li “Hesabat dövrü üzrə xalis mənfəət (zərər)”sintetik
hesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar göstərilir.
Dövrə aid cəmi tanınan gəlirlər və xərclər sətri üzrə:
– hesabat dövrü üzrə xalis aktivlərdə (kapitalda) dəyişikliklərə aid olan
sətirlərinə uyğun olaraq müvafiq sütunlarda əks olunmuş ümumiləşdirilmiş
məlumatların cəmi göstərilir.
Hesabat dövrünün sonuna balans sətri üzrə:
– əvvəlki hesabat dövrünün sonuna balans və dövrə aid cəmi tanınan
gəlirlər və xərclər sətirlərinə uyğun olaraq müvafiq sütunlarda əks olunmuş
ümumiləşdirilmiş məlumatların cəmi göstərilir.
354
XIII FƏSİL. BÜDCƏ TƏŞKİLATLARININ PUL VƏSAİTLƏRİ
HƏRƏKƏTİ HAQQINDA HESABAT
13.1. Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə hesabat,
13.2. İnvestisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə hesabat,
13.3. Maliyyələşdirmə fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə
hesabat, 13.4. Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması)
üzrə hesabat.
13.1. Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti üzrə
hesabat
“Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”ın forması Azərbaycan
Respublikası Maliyyə Nazirliyinin 13 yanvar 2009-cu il tarixli İ-05 nömrəli əmri
ilə təsdiq edilmiş Büdcə Təşkilatları üçün “Pul vəsaitlərinin hərəkəti haqqında
hesabat” 2 №-li Milli Mühasibat uçotu Standartı ilə müəyyən edilmişdir.
Dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən əvvəlki və cari
hesabat dövrü ərzində “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”da pul
vəsaitlərinin hərəkəti aşağıdakı kimi qruplaşdırılmaqla təqdim olunur:
– Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti;
– İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti;
– Maliyyələşdirmə fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti;
– Pul vəsaitləri və onların ekvivalentlərinin xalis artması (azalması).
Dövlət büdcəsindən maliyyələşən təşkilat pul vəsaitlərinin hərəkəti
haqqında hesabatı xalis pul vəsaitlərinin daxilolmaları və xaricolmalarının əsas
növləri haqqında informasiyanı açıqlayan birbaşa metoddan istifadə etməklə
hazırlamalıdır.
355
Birbaşa metodun istifadəsi zamanı pul vəsaitlərinin xalis daxilolmaları və
xaricolmalarının əsas növləri barədə informasiya dövlət büdcəsindən maliyyələşən
təşkilatın uçot sənədlərindən əldə edilə bilər.
Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində
aşağıdakı sətirlər üzrə pul vəsaitlərinin daxilolmaları barədə ümumiləşdirilmiş
məlumatlar göstərilməlidir:
– vergilər, rüsumlar və cərimələr nəticəsində yaranan pul vəsaitlərinin
daxilolmaları;
– mal və xidmətlərin qiymətləri üzrə yaranan pul vəsaitlərinin
daxilolmaları;
– qrantlar və ya transfertlər və büdcə təşkilatı tərəfindən həyata keçirilən
digər vəsaitlər və büdcə ayırmaları nəticəsində yaranan pul vəsaitlərinin
daxilolmaları;
– royalti, haqlar, komisyon yığımları və digər gəlirlərdən yaranan pul
vəsaitlərinin daxilolmaları.
Birja,
qeyri-birja
və
sair
əməliyyatlara aid edilən əməliyyat
fəaliyyətlərindən yaranan pul vəsaitlərinin daxilolmaları 101 №-li “Kassa”, 103 №-
li “Bankda olan hesablaşma hesabları”, 104 №-li “Tələblərə əsasən verilən digər
bank hesabları”, 105 №-li “Pul vəsaitlərinin ekvivalentləri” hesablarının debetində
əks etdirilir. Cəmi daxilolmalar sətrində təşkilatın hesabat dövrü və əvvəlki dövr
üzrə yuxarıda göstərilən sətirlər üzrə daxilolmalarının cəmi əks etdirilir.
Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkəti bölməsində
aşağıdakı sətirlər üzrə pul vəsaitlərinin xaricolmaları barədə ümumiləşdirilmiş
məlumatlar göstərilməlidir:
– fəaliyyətin maliyyələşdirilməsi üçün büdcə təşkilatının digər təsərrüfat
subyektlərinə pul vəsaitlərinin ödənilməsi (kreditlər istisna olmaqla);
– mallar və xidmətlərə görə təchizatçılara pul vəsaitlərinin ödənişləri;
– işçilərə və onların adından pul vəsaitlərinin ödənişləri;
Dostları ilə paylaş: |