349
12.4. Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat
“Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat”ın forması
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 13 yanvar 2009-cu il tarixli İ-05
nömrəli əmri ilə təsdiq edilmiş Büdcə Təşkilatları üçün “Maliyyə hesabatlarının
təqdimatı üzrə” 1 №-li Milli Mühasibat Uçotu Standartı ilə müəyyən edilmişdir.
Dövlət büdcəsindən maliyyələşən təşkilat tərəfindən əvvəlki və cari
hesabat dövrü ərzində “Xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabat”
da xalis aktivlərin (kapitalın) aşağıdakı tərkib hissələri üzrə informasiya
qruplaşdırılmaqla təqdim olunur:
– Ödənilmiş səhmdar kapital;
– Digər ehtiyat fondları;
– Məzənnə fərqləri üzrə fondlar;
– Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər).
Xalis aktivlərin (kapitalın) tərkib hissələri haqqında informasiya dövlət
büdcəsindən maliyyələşən təşkilatın əvvəlki və cari hesabat dövrü ərzində
aşağıdakı ardıcıllıqla ümumiləşdirilərək təqdim olunmalıdır.
– Əvvəlki hesabat dövrünün əvvəlinə balans sətri üzrə:
– ödənilmiş səhmdar kapital sütununda təşkilatın əvvəlki hesabat
dövrünün əvvəlinə 501 №-li “Nizamnamə (nominal) kapitalı” sintetik hesabında
əks etdirilən məbləğdən 502 №-li “Nizamnamə (nominal) kapitalının ödənilməmiş
hissəsi” sintetik hesabında uçota alınan məbləğ çıxılmaqla təqdim olunan
ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləği;
– digər ehtiyat fondları sütununda təşkilatın əvvəlki hesabat dövrünün
əvvəlinə 531 №-li “Yenidən qiymətləndirmə üzrə ehtiyat”, 533 №-li
“Qanunvericiliyə əsasən yaradılan ehtiyat fondları”, 535 №-li “Digər ehtiyat
fondları” sintetik hesablarında uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə
qalıq məbləğlərinin cəmi;
350
– məzənnə fərqləri üzrə fondlar sütununda təşkilatın əvvəlki hesabat
dövrünün əvvəlinə 535 №-li “Digər ehtiyat fondları” sintetik hesabının müvafiq
subhesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləği;
– bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) sütununda təşkilatın
əvvəlki hesabat dövrünün əvvəlinə 541 №-li “Hesabat dövrü üzrə xalis mənfəət
(zərər)”, 543 №-li “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş
zərər)”, 544 №-li “Elan edilmiş dividendlər” sintetik hesablarında uçota alınan
ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləğlərinin cəmi göstərilir.
Uçot siyasətində dəyişikliklər sətri üzrə:
– bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) sütununda təşkilatın
əvvəlki hesabat dövrünün əvvəlinə 542 №-li “Uçot siyasətində dəyişikliklər və
əhəmiyyətli səhvlər ilə bağlı mənfəət (ödənilməmiş zərər) üzrə düzəlişlər” sintetik
hesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar üzrə qalıq məbləği göstərilir.
Əvvəlki hesabat dövrünün əvvəlinə düzəliş edilmiş balans sətri üzrə:
– əvvəlki hesabat dövrünün əvvəlinə balans və uçot siyasətində
dəyişikliklər sətirlərinə uyğun olaraq müvafiq sütunlarda əks olunmuş
ümumiləşdirilmiş məlumatların qalıq məbləğlərinin cəmi göstərilir.
Əvvəlki hesabat dövrü üzrə xalis aktivlərdə (kapitalda) dəyişikliklər
Əmlakın yenidən qiymətləndirilməsindən qazanc və itkilər sətri üzrə:
– digər ehtiyat fondları sütununda təşkilatın əvvəlki hesabat dövrü üzrə
535 №-li “Digər ehtiyat fondları” sintetik hesabının müvafiq subhesablarında uçota
alınan ümumiləşdirilmiş məlumatlar göstərilir.
Əmlakın əvəzsiz verilməsindən qazanc və itkilər sətri üzrə:
– digər ehtiyat fondları sütununda təşkilatın əvvəlki hesabat dövrü üzrə
535 №-li “Digər ehtiyat fondları” sintetik hesabının müvafiq subhesabında uçota
alınan ümumiləşdirilmiş məlumatlar göstərilir.
İnvestisiyaların yenidən qiymətləndirilməsindən qazanc və itkilər sətri
üzrə:
351
–
digər ehtiyat fondları sütununda təşkilatın əvvəlki hesabat dövrü
üzrə 535 №-li “Digər ehtiyat fondları” sintetik hesabının müvafiq
subhesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar göstərilir.
Xarici ölkələrdə aparılan fəaliyyətlərdən yaranan məzənnə fərqi sətri üzrə:
–
məzənnə fərqləri üzrə fondlar sütununda təşkilatın əvvəlki hesabat
dövrü üzrə 541 №-li “Hesabat dövrü üzrə xalis mənfəət (zərər)”
sintetik
hesabının
müvafiq
subhesablarında
uçota
alınan
ümumiləşdirilmiş məlumatlar göstərilir.
Xalis aktivlərdə (kapitalda) tanınan gəlir sətri üzrə:
– digər ehtiyat fondları sütununda təşkilatın əvvəlki hesabat dövrü üzrə
535 №-li “Digər ehtiyat fondları” sintetik hesabının müvafiq subhesabında uçota
alınan ümumiləşdirilmiş məlumatlar;
– məzənnə fərqləri üzrə fondlar sütununda təşkilatın əvvəlki hesabat
dövrü üzrə 541 №-li “Hesabat dövrü üzrə xalis mənfəət (zərər)” sintetik hesabının
müvafiq subhesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar göstərilir.
Hesabat dövrü üzrə xalis mənfəət (zərər) sətri üzrə:
– bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) sütununda təşkilatın
əvvəlki hesabat dövrü üzrə 541 №-li “Hesabat dövrü üzrə xalis mənfəət(zərər)”
sintetik hesabında uçota alınan ümumiləşdirilmiş məlumatlar göstərilir.
Dövrə aid cəmi tanınan gəlirlər və xərclər sətri üzrə:
– əvvəlki hesabat dövrü üzrə xalis aktivlərdə (kapitalda) dəyişikliklərə aid
olan sətirlərinə uyğun olaraq müvafiq sütunlarda əks olunmuş ümumiləşdirilmiş
məlumatların cəmi göstərilir.
Əvvəlki hesabat dövrünün sonuna balans sətri üzrə:
– əvvəlki hesabat dövrünün əvvəlinə düzəliş edilmiş balans və dövrə aid
cəmi tanınan gəlirlər və xərclər sətirlərinə uyğun olaraq müvafiq sütunlarda əks
olunmuş ümumiləşdirilmiş məlumatların cəmi göstərilir.
Hesabat dövrü üzrə xalis aktivlərdə (kapitalda) dəyişikliklər
Dostları ilə paylaş: |