Bəybala xankiŞİyev şahrza əLİyev



Yüklə 4,91 Mb.
Pdf görüntüsü
səhifə132/134
tarix17.09.2018
ölçüsü4,91 Mb.
#68772
növüDərs
1   ...   126   127   128   129   130   131   132   133   134

 

432 


 

4.3.3.  İcra  hakimiyyəti  orqanlarının  və  büdcədənkənar  dövlət  fondlarının 

səlahiyyətləri  daxilində  onlar  tərəfindən  işlənib  hazırlanmış  mühasibat  uçotu 

sahəsində  normativ  hüquqi  aktların  və  tövsiyə  xarakteri  daşıyan  sənədlərin  tətbiq 

edilməsinə razılıq verir;  

4.3.4. Maliyyə hesabatlarının beynəlxalq standartlarında və İctimai Sektor üçün 

mühasibat  uçotunun  beynəlxalq  standartlarında  dəyişikliklərin  izlənilməsi  və  bu 

dəyişikliklərin Milli Mühasibat Uçotu Standartlarında vaxtlı-vaxtında əks olunması 

məqsədilə  Mühasibat  Uçotunun  Beynəlxalq  Standartları  Şurası  və  Mühasiblərin 

Beynəlxalq Federasiyasının İctimai Sektor üzrə Komitəsi ilə əməkdaşlıq edir;  

4.3.5.  Kiçik  sahibkarlıq  subyektlərində  sadələşdirilmiş  uçotun  aparılması 

qaydalarını hazırlayır və təsdiq edir;  

4.3.6.  Milli  Mühasibat  Uçotu  sisteminin  təkmilləşdirilməsi  məqsədilə,  peşəkar 

mühasib təşkilatları ilə əməkdaşlıq edir;  

4.4.  Kredit  təşkilatlarında  mühasibat  uçotu  qaydaları  və  hesabatların  forma, 

məzmunu  və  dövriliyi  mühasibat  uçotu  sahəsində  dövlət  tənzimlənməsini  həyata 

keçirən  müvafiq  icra  hakimiyyəti  orqanı  ilə  razılaşdırmaqla  Azərbaycan 

Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. 

M a d d ə   5 .  Mühasibat Uçotu üzrə Məsləhət Şurası  

5.1. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq 

icra  hakimiyyəti  orqanına  mühasibat  uçotu  və  maliyyə  hesabatı  sahəsində 

məsləhətlər vermək məqsədilə Mühasibat Uçotu üzrə Məsləhət Şurası yaradılır.  

5.2. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq 

icra  hakimiyyəti  orqanı  Maliyyə  hesabatlarının  beynəlxalq  standartlarının  və 

İctimai  Sektor  üçün  mühasibat  uçotunun  beynəlxalq  standartlarının  tətbiqi,  Milli 

Mühasibat  Uçotu  Standartlarının  hazırlanması  və  Azərbaycan  Respublikasında 

mühasibat  uçotunun  inkişafına  dair  mühüm  məsələlər  üzrə  qərar  qəbul  etməzdən 

əvvəl Mühasibat Uçotu üzrə Məsləhət Şurası ilə məsləhətləşməlidir.  

5.3. Mühasibat Uçotu üzrə Məsləhət Şurası Maliyyə Hesabatlarının Beynəlxalq 

Standartlarının  və  İctimai  Sektor  üçün  Mühasibat  Uçotunun  Beynəlxalq 




 

433 


 

Standartlarının  tətbiqində  maraqlı  olan  təşkilatların  və  şəxslərin  Milli  Mühasibat 

Uçotu  Standartlarının  hazırlanması  prosesində  iştirakını  təmin  etməklə  dövlət 

hakimiyyəti  orqanlarının,  kommersiya  və  qeyri-kommersiya  təşkilatlarının, 

mühasib  peşəsini  təmsil  edən  mütəxəssislərdən  və  tədris  müəssisələrinin 

nümayəndələrindən ibarət olmalıdır.  

5.4.  Mühasibat  Uçotu  üzrə  Məsləhət  Şurasının  bütün  üzvləri  Maliyyə 

Hesabatlarının  Beynəlxalq  Standartları  və  İctimai  Sektor  üçün  Mühasibat 

Uçotunun  Beynəlxalq  Standartları  haqqında  əsaslı  biliklərə  malik  olan 

mütəxəssislərdən seçilməlidir.  

5.5. Mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq 

icra  hakimiyyəti  orqanının  vəzifəli  şəxsləri  Mühasibat  Uçotu  üzrə  Məsləhət 

Şurasının tərkibinə sədr və ya üzv kimi daxil edilə bilməzlər.  

5.6.  Mühasibat  Uçotu  üzrə  Məsləhət  Şurasının  Nizamnaməsi,  sədri  və  üzvləri 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.  

5.7.  Mühasibat  Uçotu  üzrə  Məsləhət  Şurasının  maliyyələşdirilməsi  mühasibat 

uçotu  sahəsində  dövlət  tənzimlənməsini  həyata  keçirən  müvafiq  icra  hakimiyyəti 

orqanının  büdcəsindən  ayırmalar  və  qanunvericiliklə  qadağan  olunmayan  digər 

mənbələr hesabına təmin edilir.  

I I I   F Ə S İ L    



MÜHASİBAT UÇOTU STANDARTLARI 

M a d d ə   6 .  Azərbaycan Respublikasında tətbiq edilən mühasibat uçotu 



standartları  

6.0.  Bu  qanuna  müvafiq  olaraq  Azərbaycan  Respublikasında  tətbiq  edilən 

mühasibat uçotu standartları aşağıdakılardır:  

6.0.1.  Bu  qanunun  8.1-ci  maddəsində  göstərilmiş  mühasibat  uçotu  subyektləri 

tərəfindən  tam  şəkildə  istifadə  edilmək  məqsədilə  qəbul  olunmuş  Maliyyə 

Hesabatlarının  Beynəlxalq  Standartları.  Bu  standartlara  dəyişikliklər  yalnız 




 

434 


 

Beynəlxalq  Mühasibat  Uçotu  Standartları  Şurası  tərəfindən  edilə  bilər  və  onlar 

həmin şura tərəfindən rəsmi şəkildə qəbul edildikdən sonra qüvvəyə minir;  

6.0.2. Bu qanunun 10.1-ci maddəsində göstərilmiş mühasibat uçotu subyektləri 

tərəfindən  istifadə  edilmək  məqsədilə  müvafiq  icra  hakimiyyəti  orqanının  qəbul 

etdiyi  Kommersiya  təşkilatları  üçün  Milli  Mühasibat  Uçotu  Standartları.  Bu 

standartlar  Maliyyə  Hesabatlarının  Beynəlxalq  Standartları  əsasında  hazırlanaraq, 

Maliyyə  Hesabatlarının  Beynəlxalq  Standartları  ilə  nizamlanan  bütün  məsələləri 

əhatə etməlidir. Maliyyə hesabatlarının beynəlxalq standartlarının hər hansı birinin 

bütövlükdə və  ya  onun hər hansı  müddəasını  Kommersiya  təşkilatları üçün  Milli 

Mühasibat  Uçotu  Standartlarına  daxil  etməmək  və  ya  daxil  etməzdən  əvvəl 

dəyişiklik etmək zəruriyyəti yaranarsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

Maliyyə  Hesabatlarının  Beynəlxalq  Standartlarının  ilkin  formasının  tətbiq 

edilməməsinin  səbəbi  və  Kommersiya  Təşkilatları  üçün  Milli  Mühasibat  Uçotu 

Standartları  ilə  Maliyyə  Hesabatlarının  Beynəlxalq  Standartları  arasında  mövcud 

olan  hər  hansı  digər  fərq  müvafiq  Milli  Mühasibat  Uçotu  Standartlarının 

əlavəsində açıqlanmalıdır;  

6.0.3. Bu qanunun 13.1-ci maddəsində göstərilmiş mühasibat uçotu subyektləri 

tərəfindən  istifadə  edilmək  məqsədilə  müvafiq  icra  hakimiyyəti  orqanının  qəbul 

etdiyi Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları. Bu standartlar 

İctimai  Sektor  üçün  Mühasibat  Uçotunun  Beynəlxalq  Standartları  əsasında 

hazırlanaraq İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları ilə 

nizamlanan  bütün  məsələləri  əhatə  etməlidir.  İctimai  sektor  üçün  Mühasibat 

Uçotunun Beynəlxalq Standartlarının hər hansı birinin bütövlükdə və ya onun hər 

hansı  müddəasını  büdcə  təşkilatları  üçün  Milli  Mühasibat  Uçotu  Standartlarına 

daxil etməmək və ya daxil etməzdən əvvəl dəyişiklik etmək zəruriyyəti yaranarsa, 

müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  İctimai  Sektor  üçün  Mühasibat 

Uçotunun Beynəlxalq Standartlarının ilkin formasının tətbiq edilməməsinin səbəbi 

və  Büdcə  Təşkilatları  üçün  Milli  Mühasibat  Uçotu  Standartları  ilə  İctimai  Sektor 

üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları arasında mövcud olan hər hansı 




Yüklə 4,91 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə