307
gün
-ci
BÖYÜK
SADİQLİK
Böyük ayələr
KOMMUNİST ÖLKƏLƏRİ: GİZLİ MƏBƏD
“Müqəddəs Kitab həqiqiliyində qalır, hətta şeytan ondan sitat gətirsə də.”
Əvvəlcədən Müqəddəs Kitabı
ələ salmaq
ideyası olub ki, özünə hörmət edən heç
bir insan ona inanmasın. Bu planı həyata
keçirmək üçün milyonlarla kitab nəşr olun-
muşdu, buraya “
Komik Müqəddəs Kitab”,
“İmanlılar və İmansızlar üçün Müqəddəs
Kitab” daxildir.
Bu kitablar İsanı ələ salırdılar, Onun
möcüzələrini sual altına atırdılar və məsihçi
imanının başqa cəhətlərini lağa qoyurdular.
Amma tənqidlər o qədər çox idi ki,
heç kim
onlara ciddi yanaşmırdı. Kommunistlərin
fikrincə, kitabın yanlışlığı barədə Kəlamın
saysız-hesabsız ayələri “sübut” kimi mətnə
daxil edilmişdi.
Gizli məbədin üzvləri bu “komik” kitablar
çap olunan kimi onun nüsxələrini qapırdılar.
Bu kitablarda verilmiş ayələr ruhani aclıq
keçirənlər üçün ləzzətli bir qida idi. Bütün
bunlar qanuni idi, onların
Allaha nifrət edən
hökumətləri tərəfindən nəşr olunmuşdu. İl-
yas ac olarkən qarğalar onu yedizdirdiyi
kimi, Allah da kommunist ölkələrində aclıq
çəkən övladlarını yedizdirmək üçün dövlətin
nəşriyyatlarından istifadə etdi.
Nəşriyyat işçiləri bu kitabların yenidən
nəşr olunması barədə minlərlə məktub
alarkən sevinirdilər. Onlar cəld bu kitabların
yeni nüsxələrini çıxarırdılar. Onlar bilmirdilər
ki, bu məktublar
gizli məbədin başqa
üzvlərinə Allah kəlamı ilə dolu qiymətli ki-
tabları paylamaq istəyən imanlılardan gəlib.
Məhdudiyyətlər
qoyulmuş
ölkələrə
Müqəddəs Kitab göndərmək belə vacibdir-
mi? Şəhidlər və onların qərarları barədə
hekayələri oxuyun. Müqəddəs Kitabı öz
qiymətindən dörd dəfə ucuz, köhnə mal
kimi satan ölkədə yaşayan bizlər ruhani
aclıq keçirənləri həqiqətən qiymətləndirə
bilmirik. Biz yazı stollarımızda Müqəddəs
Kitabları qalaq-qalaq yığdığımız bir halda,
başqa imanlılar məbəddə bölüşmək üçün
bir nüsxəni əldə etməyə can atırlar. Sizcə,
ədalətlidirmi ki, məbədlərlə dolu ölkələrdə,
demək olar ki, hər bir ailədə Müqəddəs Ki-
tablar var, amma məhdudiyyətlər qoyulmuş
ölkədə heç bir kitab yoxdur? Ya Rəbb, bizim
Kəlam üçün aclığımızı yenidən oyat və ar-
tıq acından ölənlərə Kəlamı çatdırmaq üçün
bizi yeniləşdir! Bu gün məhdudiyyətlər qo-
yulmuş ölkələrdə Müqəddəs Kitabı payla-
mağa necə yardım etmək barədə düşünün.
Vədlərin damağıma necə də ləzzət
verir! Onlar dilimdə baldan şirindir.
Məzmur 119:103
309
gün
BÖYÜK
SADİQLİK
-cu
Böyük şəhadətlik
SUDAN: KUVA BAŞİR
“Əgər mən ölsəm, çox xoşbəxt olaram, çünki başqa məsihçilərin ardımca gəlmələri üçün
nümunə qoyacağam.”
Gənclər pastoru olan sudanlı Kuva Ba-
şir növbəti
Müqəddəs Kitab dərsi üçün
hazırlaşarkən dəhşətli, amma gözləmədiyi bir
xəbər eşitdi. 1987-ci il idi və dövlətin Sudan
müsəlman qoşunu indicə Blu Nayl ərazisini
ələ keçirmişdi.
Hər bir kəsi islamı
qəbul etməyə məcbur
edən müsəlman qoşunu tezliklə Başiri həbs
etdi. Başir azadlığa buraxılmazdan əvvəl yed-
di gün döyüldü və ona işgəncə verildi, amma
o, islamı qəbul etmədi. Ona deyildi ki, heç
vaxt gənclər üçün
fəaliyyətlər təşkil etməsin
və ya bir daha məbədə getməsin, amma
Başir bundan qorxmadı. O bilirdi ki, islam
qüvvələri onun qəlbinə toxuna bilməzlər.
O, ikinci dəfə həbs ediləndə belə dedi:
“Mən, İsa çarmıxda öldüyü kimi heç bir qor-
xu olmadan könüllü surətdə ölərəm.” Başir
onu həbs edənlərə Allah haqqında danış-
dı və zabit onu güllələməklə hədələdi. Bu-
nun əvəzinə belə qərara gəldilər ki, Başirin
əllərinə
turşu töksünlər ki, islama qayıtmadı-
ğını daim yadda saxlasın.
Amma Başirin imanı möhkəm qaldı. Bu
gün onun yanmış, faydasız əlləri Sudan Efi-
opiya sərhədi boyunca olan Bonqa qaçqın
düşərgəsində birlikdə işlədiyi gənclər üçün
canlı şəhadətliyə çevrildi.
Şəhidlərin təsirli ölümləri vasitəsilə
dedikləri xəbəri biz gündəlik həyatlarımız
vasitəsilə bölüşməliyik. Biz Allahın lütfünə
canlı şahidlər olmalıyıq. Ola bilsin ki, biz
Məsihə olan imanımıza görə ölməyib heç
vaxt şəhidlərin sırasına qoşulmayacağıq.
Amma Onun üçün yaşamağa görə bizim
gündəlik imkanlarımız var. Belə deyilir ki,
“Bizi öldürməyən şey bizi daha da güclü
edir.” Biz əzablardan sağ çıxırıq ki, Allahın
lütfü barədə başqalarına danışmaq üçün
həyatımızı davam edək. Sizin həyatınız
əzablardan çapıqlar əldə edibmi? Utanma-
yın. Qoy sizin çapıqlarınız şəhadətliyiniz
olsun. Qoy onlar sizin sarsılmaz imanınızı
görən bütün insanlara hekayənizi danışsın.
Lakin əgər bir insan məsihçi kimi əzab
çəkirsə, qoy bundan utanmasın, bu
adı daşıyaraq Allahı izzətləndirsin.
1 Peter 4:16