Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə56/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   52   53   54   55   56   57   58   59   ...   122

159
gün
BÖYÜK 
SADİQLİK
-cu
Böyük gənclər qrupu
RUSİYA: PASTOR SEREBRENNİKOV
Yerli qəzet bu səhnəni “vəhşilik” kimi təsvir etdi. Bu, qətl səhnəsi, yaxud bədbəxt maşın 
qəzası deyildi; bu, Müqəddəs Kitab dərsi idi.
Hekayə 1960-cı ildə kommunist Rusi-
ya qəzetində çıxdı. Bir hissəsində deyilirdi: 
“Gənc oğlanlar və qızlar ruhani nəğmələr oxu-
yurlar. Onlar mərasim olaraq vəftiz olunurlar 
və düşmənə qarşı şər, xain sevgi təlimini 
saxlayırlar!” Hekayə şokedici həqiqəti aşkara 
çıxartdı ki, Kommunist Gənclər Təşkilatında 
gənc insanların çoxu gizlicə məsihçi idilər.
“Biz ilk məsihçilər kimi öz Xilaskarımı-
za inanmalıyıq.” – Pastor Serebrennikov 
öz gənclər qrupunda dedi. “Bizim üçün ən 
başlıca qanun Müqəddəs Kitabdır. Biz başqa 
şeyi tanımırıq. Biz insanları günahdan xilas 
etməyə tələsməliyik, xüsusilə də gəncləri.”
Kommunistlər, pastorun imana gətirdiyi 
adamlardan birinin məktubunu tapanda 
pastoru həbs etdilər. Yeniyetmə qız yazmış-
dı: “Sevimli Rəbbimizdən sizə xeyir-dualar 
göndərirəm. O, məni nə qədər çox sevir!”
Qəzet redaktorları ki, kommunist 
tələbələrin Məsihin ardınca getməyi necə 
seçdiklərini bilmək istəyirdilər və kommunist 
məktəbini “gücsüz” və “işıqdan məhrum” 
olmaqda ittiham edirdilər. Onlar deyirdilər 
ki, məsihçilik “onların laqeyd müəllimlərinin 
nəzarəti altından öz şagirdlərini əlindən qapa 
bilər.”
Bu, müəllimlərin laqeydliyi deyildir. Bu, 
pastor Serebrennikov tərəfindən təqdim olu-
nan Məsihin sevgi çağırışı idi və bu gənclər 
qrupunun üzvləri – məsihçilər idi ki, qaranlıq 
ölkədə öz işıqlarını saçırdılar. 
“Məndə olan bu balaca işıq, qoy o nur 
saçsın….”  Bu  tanış  uşaqlıq  mahnısının 
sadə  musiqisi  var  və  yadda  saxlamaq 
üçün  sözləri  çox  deyil  –  bu  mahnı  oxu-
nulduqdan  neçə  günlər  sonra  da  kiminsə 
yaddaşında qala bilər. Gənc uşaqlar üçün 
mahnını yadda saxlamaq asan gəlir, lakin 
onu yaşamaq, xüsusilə də biz yaşlaşdıqca 
daha çətindir. Nurumuzun işıq saçması və 
Allaha  şərəf  gətirməsi  üçün  gündə  bizim 
neçə dəfə şansımız vardır? İki, yaxud üç? 
On? İyirmi? Dəqiq rəqəm mühüm deyildir. 
Mühüm  olan  bizim  hər  gün  üzləşdiyimiz 
hadisəyə  reaksiyamızdır.  Kim  bilir?  Bəlkə 
sənin  işığın  başqalarının  evə  olan  yolu 
tapmaq üçün ehtiyacları olduğu şeydir. 
Siz dünyanın nurusunuz. Dağın 
zirvəsində qurulan şəhər gizli qala 
bilməz. Heç kim çırağı yandırıb 
qabın altına qoymaz. Əksinə, 
çıraqdana qoyar ki, evdəkilərin 
hamısını işıqlandırsın. 
Matta 5:14-15


160
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük “satış”
RUMINİYA: SABİNA VURMBRAND
Təkrarolunma əsəbiləşdirici idi və Sabinanın əsəbləri artıq pozulmaq üzrə idi. Lakin məmur 
qəddar idi. “Bizdə səni danışdırmaq üçün sənin xoşuna gəlməyəcək üsullar var. Bizimlə ağıllı 
olmağa çalışma. Bu, bizim vaxtımızı boş yerə itirir.”
Onların sualları başqa məsihçilərin adla-
rını öyrənmək məqsədilə idi – onlar imanda 
analıq etdiyi və təqiblə üzləşəndə güclü olma-
ğa ruhlandırdığı imanlılar idilər. İndi güclü ol-
maqda onun növbəsi idi, lakin sorğu-sual ses-
siyalarına daha artıq dözəcəyini fikirləşmirdi. 
Sonrakı sessiya daha yumşaq, hiyləgər ya-
xınlaşma ilə oynanıldı. Sorğu-sual edən tək 
idi və gülümsəyirdi. “Əziz qadın, sənin cəmi 
otuz altı yaşın var, bütün həyatın hələ qar-
şıdadır. Bizə sadəcə o satqınların adını ver.” 
Sabina səssiz idi.
O davam etdi: “Gəl əməli olaraq da-
nışaq. Hamının öz qiyməti var, ona görə 
də, nə üçün öz qiymətini deməyəsən? 
Sadəcə, bizə nə istədiyini de. Sənə və 
ərinə azadlıq? Yaxşı ev və məbəd? Biz 
sənin ailənin qayğısına yaxşı qalacağıq.” 
 Sabina tam əminliklə cavab verdi: “Çox sağ 
ol, amma mən artıq özümü satmışam.”
“Eləmi?” – sorğu-sual edən sözünü kəsdi. 
“Neçəyə və kimə?”
“Allahın Oğlu əzab çəkmişdir və mənə 
görə Öz həyatını vermişdir. Onun vasitəsi ilə 
mən cənnətə çata bilərəm. Sən ondan daha 
yüksək qiymət ödəyə bilərsən?”
Biz  gənclərin  bundan  keçmələrini 
gözləyirik.  Biz  deyirik  ki,  bu,  böyümə 
mərhələsidir.  Amma  biz  heç  vaxt 
fikirləşmirik  ki,  bu,  bizi  yetkin  olana 
qədər  təngə  gətirəcəkdir.  Öz  tay-tuşları 
tərəfindən qəbul edilmək istəyi. Bu, bizim 
öz dəyərimizi güzəştə getməyə sövq olun-
duğumuz  vaxt  hamıya  tanış  olan  kiminsə 
və  ya  nəyinsə  tərəfindən  “alınmaq”  his-
sidir.  Bu  baş  verəndən  sonra,  biz  özü-
müzü  aldanmış  hiss  edirik.  Ağılsız  kimi. 
Özümüzü  ucuz  hiss  edirik,  öz  dəyərimizi 
satmış  kimi  hiss  edirik.  Amma  Məsih  bi-
zim  dərdlərimizi  udmaq  üçün  ən  sonuncu 
qiyməti  ödədi.  Əgər  hamının  qiyməti  var-
sa, O, bir dəfə və həmişəlik bizim yerimizə 
ödədi.  Onun  tökdüyü  qan  Onun  gözləri 
önündə bizi dəyərli edir. Sən artıq alınmı-
san və sənin üçün qiymət ödənilibdir, buna 
görə də özünü ucuz qiymətə satma. Bu gün 
özünə bunu xatırlat. 
Siz çox baha qiymətə  
satın alınmısınız, insanlara  
qul olmayın! 
1 Korinf. 7:23


161
BÖYÜK 
SADİQLİK
161
gün
-ci
Təqib edilmiş qardaşını xatırlamayan məbəd, 
heç məbəd deyildir. 
Gizli məbəd üzvlərini qorumaq üçün dəhşətli işgəncələrə 
tab gətirən Lüteran pastor. 
BÖYÜK 
SADİQLİK


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə