Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə52/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   48   49   50   51   52   53   54   55   ...   122

BÖYÜK 
SADİQLİK
147-ci
gün
gün
147
Pələngin tüklərini qırxmaqla onun 
zolaqlarını silmək mümkün olmadığı 
kimi, mən də məsihçiyəm. Mənim hələ də 
toplantılarım var. Birinci dəfə mənim evimdə 
yalnız beş toplantı olurdu; indi onun sayı 
daha da çoxalıbdır. 
Vo Thi Mahn Xanım -  imanına görə həbs edilmiş vyetnamlı nənə
BÖYÜK 
SADİQLİK


148-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük bolluq
NİGERİYA: ROZA
“Tələsin, şkafa girin. Mənim səsimi eşitməyənə qədər səs çıxartmayın. Başa düşürsünüz?” 
Roza öz məktəb yaşına çatmamış uşaqlarının zəif səslərini eşitdi: “Oldu, ana”, sonra o, qapını 
qıfılladı və gecikməməsi üçün dua edərək qızının məktəbinə doğru yollandı. 
Şəriətin, yaxud islam qanununun elan 
etdiyinə görə, Nigeriya dövlətinə əsasən 
məsihçi qrupuna qarşı, onların qanuna qar-
şı çıxdıqlarına görə zorakılıq qalxdı. Rozanın 
böyük qızı bu qiyam vaxtı hələ də məktəbdə 
idi və Roza əmin idi ki, o, orada təhlükəsiz 
olmayacaqdır. O, məktəbə çatanda, onun qızı 
təhlükəsizlik üçün hərbi bazaya götürülmüş-
dü. Nəhayət ki, Roza onu tapdı və onlar iki 
balaca uşağın gözlədiyi evə sağ-salamat qa-
yıtdılar. 
Sonrakı gün onun əri məsihçi toplantısına 
gedəndə, o, sonuncu dəfə idi ki, onu sağ gö-
rürdü. Onların qiyamı zamanı təxminən 260 
məbəd məhv edildi və 460-dan çox məsihçi 
öldürüldü. 
Ərinin qətlindən bir ay sonra Roza 
Həvarilərin İşləri kitabında öz təsəllisini tap-
dı. O dedi: “Stefanın daşlanmasına izin verən 
həmin Allah Peterin həbsdən qurtulmasına 
da izin verdi. Allah sadiqdir və Onun lütfü 
yetərlidir.” Bu gün Roza şəhid olmuş ərinin 
pastorluq etdiyi məbəddə işləyir və öz üç öv-
ladına baxır. 
Deyilibdir  ki,  Allah  heç  vaxt  lütfünün 
bizə yardım edə bilmədiyi yerə aparmaya-
caqdır. Biz dərk etməliyik ki, bəzən Onun 
planı xəstəlikdən, ölümdən, yaxud zülmdən 
möcüzəli yolla xilas olmaq deyildir. Buna 
baxmayaraq,  Onun  lütfü  yetərlidir  və  O, 
bizi tərk etməyibdir. Biz etibar etməliyik ki, 
Allah bizi heç vaxt Onun lütfünün kifayət 
etmədiyi  yerdə  xidmət,  yaxud  iş  yerinə 
aparmayacaqdır.  Bəzən  Onun  planı  bizi 
ağır sınaqdan xilas etmək əvəzinə, bizi on-
lardan Öz gücü vasitəsilə keçirməkdir. Sən 
elə  bir  nöqtəyə  gəlib  çıxmısan  ki,  orada 
tamlıqla Ona arxalanırsan? Sən, ola bilsin 
ki, heç vaxt Allahın lütfünün sənin malik 
olduğun yeganə şey olmadığına qədər yal-
nız ona ehtiyacın olduğunu demirsən. 
O, mənə dedi: “Lütfüm  
sənə kifayətdir.”
2 Kor. 12:9


149
gün
BÖYÜK 
SADİQLİK
-cu
Böyük görüntü
İNDONEZİYA: DOMİNQQİS
İyirmi yaşlı Müqəddəs Kitabı öyrənən tələbə “Allahu əkbər” (Allah qüdrətlidir) qışqırığını 
eşidənə qədər yatmışdı. Radikal müsəlmanlar onun otağına daxil oldular və onu az qala huşu-
nu itirənə qədər döydülər. Dominqqis qurtulmaq üçün vuruşduqca, az qala onun başını kəsərək 
boynunun arxasından oraq vuruldu. Hücum edənlər onun tezliklə ölməsini güman edərək, onu 
sel kimi axan qanının içində tərk etdilər. 
Dominqqis dedi ki, onun ruhu bədənini 
tərk etdi və mələklər tərəfindən cənnətə 
aparıldı və yerdə hərəkətsiz qalan cəsədinə 
şəhadətçilik etdi. O, daha qorxu, yaxud ağrı 
hiss etmirdi, lakin Məsih ilə öz yeni həyatını 
gözləyərək sülh hiss edirdi. Sonra o eşitdi: 
“Mənə burada xidmət etməyinin hələ vaxtı 
deyil.”
Dominqqisin eşitdiyi sonrakı səs İndone-
ziyanın təcili tibbi yardım işçilərinin səsləri 
idi. Onun məsihçi, yaxud müsəlman oldu-
ğunu bilmədiklərindən onun bədənini hara 
götürəcəklərini müzakirə edirdilər. 
Dominqqis danışmaq üçün Allahdan 
qüvvət istədi. Nəhayət: “Mən məsihçiyəm” 
sözləri onun ağzından çıxdı. “Ölü” tələbənin 
onların sualına cavab verdiyini eşitdikdə 
işçilərin üzlərindəki ifadəni təsəvvür edin. 
Bu gün Dominqqis tamamilə sağalıbdır. 
Fiziki olaraq onun çapıqları qalıbdır, lakin 
ruhunda onun yeni doğuluşu və bağışlanma 
müjdəsi vardır. Dominnqis Allaha daha yaxın 
olduğunu bildirmişdir və indi o, fəal olaraq 
öz müsəlman qonşuları, hətta ona hücum 
edənlər üçün dua edir. 
Qeyri–müəyyən  zorakılıq  və  hədə-
qorxu  dünyasında,  məsihçilər  gələcək  ilə 
qorxusuz  üzləşməyə  əmr  ediliblər.  Qor-
xu  yalnız  pis  vəziyyəti  heç  bir  təzyiqi 
yüngülləşdirmədən  ağırlaşdırır.  Biz  yer 
üzündə  gələcəyin  qeyri-müəyyənlikləri  ilə 
üzləşə  bilərik,  çünki  biz  bilirik  ki,  bizim 
əbədi təyin olunduğumuz yer təhlükəsizdir. 
Biz  bilirik  ki,  bizim  səmavi  gələcəyimiz 
Dominqqisin  aydın  gördüyü  kimi,  Məsih 
ilə  əbədiyyətdir.  Bunlardan  əlavə,  biz 
sadəcə  cismani  bədəndən  ibarət  deyi-
lik  ki,  şikəst  olaq  və  ölək.  Sənin  bədənin 
məhv olunandan sonra da həyatın davam 
edəcəkdir.  Sənin  həqiqi  gələcəyin  bu  yer 
üzündə  baş  verənlər  yox,  əbədiyyətdə  nə 
baş  verənlərdir.  Gələcəyin  barədə  hansı 
qorxuların  var?  Onları  Allaha  etibar  edə 
bilərsən  və  gələcəyin  ilə  qorxusuz  üzləşə 
bilərsən? 
Rəbdir nurum, qurtuluşum! Mən 
kimdən qorxum? Rəbdir ömrümün 
qalası, Mən kimdən vahimələnim? 
Məzmur 27:1


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə