Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə51/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   47   48   49   50   51   52   53   54   ...   122

144
BÖYÜK 
SADİQLİK
-cü
gün
Daha böyük məktublar – ikinci hissə 
ROMA: ERKƏN MƏSİHÇİLƏR 
“Tökdüyün məsihçi qanı sənin əkdiyin toxumdur; o, torpaqdan çıxır və daha da çoxalır.”
Erkən məbəddəki məsihçilər qəddar dövlət 
hakimləri tərəfindən davamlı təqiblərə bax-
mayaraq çiçəklənirdilər. Onların qardaşla-
rına və bacılarına işgəncələr verilir, şikəst 
olunur, yandırılır və Məsihin naminə şəhid 
olurdular. Hər bir imanlı şəhid qalan digər 
imanlıya daha çox cəsarət verirdi. Onlar öz 
həyatları üçün keçmiş qorxularına baxır və 
İsanın təsvir etdiyi kimi Məsihi qəbul etmək 
üçün hazır olan yalnız ağ tarlaları görürdülər. 
Onlar təqibə rəhbərlik edən hakimlərə və 
nüfuzlu şəxslərə aşağıdakı cəsarətli cavabı 
verdilər: 
İndi isə, ey hakimlər, ədalət göstərməkdə 
davam edin və nə qədər tez-tez məsihçi qur-
banları etsəniz, insanların fikirlərinə görə sa-
leh olacaqsınız. 
Çarmıxa çəkin, işgəncə verin, ittiham edin 
və bizi toza çevirin. Sizin ədalətsizliyiniz bi-
zim təqsirsizliyimizi təsvir edən sübutdur, 
çünki bunun sübutu odur ki, Allah bizə əzab 
çəkməyə icazə verir. 
Lakin ən pis şeyi edin və məsihçilərə 
işgəncə vermək üçün öz ixtiralarınızı edin. 
Amma siz bununla dünyanı cəlb edirsiniz və 
onu vadar edirsiniz ki, bizim imanımıza daha 
çox sevgi göstərsin. Siz bizi nə qədər çox 
biçsəniz, biz bir o qədər tez böyüyəcəyik.
Tökdüyünüz məsihçi qanı sizin əkdiyiniz to-
xumdur; o torpaqdan çıxır və daha da çoxalır.
Bu  sözlər  əsrlər  əvvəl  yazılsa  da,  bu 
Müjdə bu gün də yerinə yetməkdədir. Dün-
yanın qırx ölkəsindən çoxu hal-hazırda di-
ni  təqiblərlə  üzləşir.  Amma  bu  ölkələrdən 
çoxunda məbəd hər fəsil yeni imanlılar ilə 
çiçəklənir və öz üzvləri arasında cəsarətdə 
artırlar. Təqib İsanın ardıcıllarının sayını 
azaltmaqla öz məqsədinə nail olmayıb. Sö-
zün düzü, o, tez-tez qurban etməyə hazır 
olanların  sayının  artmasına  xidmət  edib-
dir.  Məsihin  ardıcılı  kimi,  biz  qarşıdur-
maya  Məsihi  qəbul  etmək  üçün  canlarla 
dolu tarlalara nəzarət edən nəhənglər ki-
mi  baxa  bilərik.  Yaxud  biz  qarşıdurmaya 
adi  müqəvvalar  –  saxtalaşdırılmış  qorxu 
surətləri  kimi  baxa  bilərik.  Məsihə  görə 
işləmək  üçün  məhsul  tarlasına  daxil  ola-
caqsan?
Mən sizə deyirəm: başınızı 
qaldırıb tarlalara baxın; məhsul 
bar verib, biçilməyə hazırdır. 
Yəhya 4:35


145
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük artım
ÇİN: EV TOPLANTILARI
Həmd nəğmələri havanı bürüyürdü. “Səhər saat dörddür. Onlar haradan gəlirlər?” – deyə, bir 
adam az qala təəccübündən güldü.
“Məhsul boldur, mənim dostum. Bu gün 
uzun olacaqdır, lakin padşahlıq üçün yaxşı 
gün olacaqdır.” –pastor gülümsəyərək dedi. 
“Gəlin işləməyə gedək.”
Çaydakı imanlılar dənizinin, elə bil ki
sonu yox idi. Pastor onları vəftiz edərək 
şəfqətlə danışdı, hər birinin əlləri yuxarı, 
Məsihdə yeni həyata qalxmışdır. 
Allah Çində qüdrətli yolla işləyir. Məbəddə 
gündəlik olaraq imanlıların sayı artır. Altı il 
əvvəl Şimali Şanxi şəhərində, bir neçə yüz 
məsihçi ev toplantısına gedirdi. İndi o rəqəm 
yeddi minə çatıbdır. Əlli min imanlı olan baş-
qa bir şəhərdə ağır təqiblər var, amma hər 
həftə gizli toplantıda üç min sadiq imanlı 
toplaşır. 
Bir pastor dərin mənalı şərh etmişdir: 
“Biz imanlılar əvvəlkindən daha güclüyük. 
Onlar Məsihin bayrağını nə qədər çox yerə 
salmağa çalışsalar da, o, bir o qədər yüksəyə 
qalxacaqdır.”
Əsrlərlə, Çindəki məbəd davamlı olaraq 
təqiblərdən əzab çəkmişdir. Dövlət böyüməni 
saxlamaq üçün “ağır zərbə” qaydasını təşkil 
etmişdir. Bugünkü gündə gizli məbədin 
üzvlərinin sayı Çinin Kommunist Partiyası-
nın üzvlərinin sayından daha yüksək zənn 
edilir!
Böyümə  sağlamlığın  nişanıdır.  Sağlam 
məbədlər  sağlam  bitkilərin  böyüdüyü  ki-
mi  böyüyür.  Qidalanma,  işıq,  su  və  yaxşı 
torpaq sağlam bitki üçün tələblərdir. Eyni 
yolla  da  məbədin  böyüməsi  üçün  xüsusi 
tərkib  hissələri  lazımdır.  Sağlam  məbədin 
böyüməsi  üçün  nəzərə  çarpmayan  tərkib 
hissələrindən biri kifayət qədər təqibin ol-
ması ola bilər. Təqib imanlını təmizləyir və 
ona  imanının  dəyərini  qiymətləndirməyi 
öyrədir. Bu hekayədə pastorun təsvir etdiyi 
kimi, məbəd nə qədər çox təqib edilsə, bir 
o  qədər  çox  üzvlər  Məsihin  möhkəmliyinə 
şəhadətlik  etmək  üçün  qalxacaqdır.  Sən 
təqibə  görə  acıqlısan,  yoxsa  daha  yaxşı-
san? Sən ondan padşahlığın böyüməsi üçün 
öz yaxşı imkanın kimi istifadə edirsən? 
Müjdə onu eşitdiyiniz, həqiqətdə 
Allahın lütfünü dərk etdiyiniz 
gündən bəri sizdə olduğu 
kimi, bütün dünyada da bəhrə 
verməkdə və yayılmaqdadır. 
Kolos. 1:6


146
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük “mələk”
RUMINİYA: ANCELA KAZAKU
Ancela Kazaku faşistlərin zorla soxulduqları 2-ci Dünya Müharibəsi dövründə Rumıniyada 
yaşayan adi bir qadın idi. Çox qısa bir müddətdə yəhudilər və məsihçilər üçün həyat dəhşətli 
oldu. Ancela yəhudi uşaqlarını yəhudilər üçün ayrılmış qəsəbələrdən oğurlamaqla və şəhərin 
ətrafındakı məsihçi olan məhbus qadınlara qida və geyim qaçaqmalçılığı etməklə məşğul idi. 
Sonra faşistlər onun ölkəsindən çıxarılan-
da və sovet ordusu ölkəyə basqın edəndə, 
Ancelanın hələ də Allahın sevgisini sovet 
əsgərləri ilə dolu olan qatar stansiyalarında 
rus dilində Müqəddəs Kitab və İncili payla-
maqla başı qarışıq idi. 
Pastor Riçard Vurmbrand 1951-ci ilin qı-
şında Tirqul-Okna həbsxanasında olanda, 
ağır xəstə idi. Onun skelet bədəni rəsmi 
məlumata görə qışın uzun sürən şiddətli 
soyuğundan titrəyirdi. Hər bir məhbusa yal-
nız bir yorğan icazə verilirdi və yemək cü-
zi idi. Çünki heç kim şaxtalı, çoxlu qarda 
həbsxanaya gedib çıxa bilmirdi. 
Bu çətin vaxtlarda pastor Vurmbrand 
həddən artıq böyük ehtiyacı olan qida və 
isti paltarlar aldı və pastor onları sevinclə 
digərləri ilə bölüşdü. Onun fikrincə, mələk 
tərəfindən çatdırılmış olan bu bağlama, yəqin 
ki, onun həyatını xilas etdi. 
Bir daha Ancela bacı (rumın dilində 
“mələk” deməkdir) öz Atasının işini 
görməkdə çox məşğul idi. Adi? Ola bilər. 
Amma Allah adi insanlardan Öz mərhəmət 
mələyi kimi istifadə etməkdən məftun olur. 
Neçə  illər  əvvəl,  müxtəlif  cür  zorakı-
lıq  hərəkətləri  barədə  mətbuatda  artan 
xəbərlərə  cavab  olaraq,  “təsadüfi  xeyir-
xahlıq hərəkətləri” adlı maşın üçün yapış-
qan  etiketlər  peyda  olmağa  başladı.  Yad 
bir adama xeyirxahlıq, mərhəmət hərəkəti, 
ticarət  mərkəzində  kiməsə  maşın  yerini 
vermək, yaxud mağazada satıcı ilə ünsiyyət 
qurmağa  vaxt  ayırmaq  əhəmiyyətsiz 
görünə  bilər.  Allah  səndən  hətta  ən  sadə 
xeyirxahlıq  hərəkətini  dəyişərək  kiminsə 
həyatında qüdrətli lütf ənamı kimi istifadə 
edə  bilər.  Allahdan  bu  gün  Onun  adı  ilə 
təsadüfi  bir  xeyirxahlıq  hərəkəti  etməkdə 
sənə kömək etməyi istə. Sən bunu heç vaxt 
bilə bilməzsən, amma sən kiminsə “mələyi” 
ola bilərsən.
Beləliklə, Allahın seçilmişləri, 
müqəddəsləri və sevimliləri kimi ürək 
mərhəməti, xeyirxahlıq, itaətkarlıq, 
həlimlik və səbrə bürünün. 
Kolos. 3:12


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə