134
BÖYÜK
SADİQLİK
-cü
gün
Böyük “rəmz”
KUBA: TOM UAYT
Məsihə olan imanlarına görə həbsdə əzab çəkənlər üçün Rəbbin süfrəsi dəyərli andır; amma
həbsxana mühafizəçilərinin nəzarəti altında bunu etmək nadir hallarda olur.
Tom Uayt və Mel adlı pilot kommunist
Kuba üzərindən balaca təyyarə ilə uçurdu və
ora Fidel Kastronun diktatorluğu altında zülm
çəkən insanlara Məsihin müjdəsini çatdıran
minlərlə kiçik vərəqələr tökürdülər. Onlar tu-
fana
düşdülər və məcbur oldular ki, təyyarəni
qəza şəraitində yerə endirsinlər. Baxmayaraq
ki, Tom və Melə zərər dəyməmişdir, onlar
Kubada endilər və kommunist mühafizəçiləri
silahlar ilə onları gözləyirdilər. Tom və Mel
iyirmi dörd illik həbs cəzasına
məhkum olun-
dular.
Toma həyat yoldaşı Ofeliyanın xahişi ilə
iki dəfə baş çəkməyə izin verilmişdir. O, re-
zin ilə bağlanmış balaca bir plastik qutuda
quru toz halında olan üzüm içkisini gizlicə
gətirdi. Tom içkini həbs kamerasına aparardı
ki, orada digər məsihçilər də mühafizəçilər
nəzarət etməyən
müddətdə Rəbbin süfrəsini
qəbul edə bilsinlər.
Tom və Ofeliya Uayt hər ikisi bir şeyi ba-
şa düşmüşdür. İsa Məsihi və Onun çarmıxda
tökdüyü qanı qeyd etmək onların nikahlarının
və tapşırıqlarının toxunulmazlığını saxlayan
ən güclü simvol idi.
Tom və Mel on səkkiz aydan sonra azad
oldular. Bu gün Tom və Ofeliya Məsihin on-
lar üçün etdiyi qurbanı Tomun “Şəhidlərin
səsi” təşkilatını
idarə etdiyi Oklahomada
qeyd edirlər.
Məsih şagirdlərinə iki ənənəni qeyd
etməyi göstərmişdir: vəftiz və Rəbbin
süfrəsi. Onlar Məsihə olan həsrolunmanın
simvollarıdır. Nə qədər çox məsihçi
ənənələri olsa da, buna baxmayaraq, on-
lar adi məsihçi ənənələri kimi qalmamalı-
dırlar. Biz, ola bilsin ki, Rəbbin süfrəsini
qeyd etmək üçün öz həyatlarını təhlükəyə
qoyan imanlıları başa düşmərik, çünki bu
ənənə bizim mədəniyyətimizdə təhlükədə
olmayıbdır. Amma imanlarına görə təqib
olunanlar öz ümdə məsələlərinin yenidən
təşkil olunduğunu görüblər. Simvollar
həsr edilmənin dəyərli ifadələrinə çevri-
lir. Məsihçi simvolu olan vəftiz və Rəbbin
süfrəsi sənin üçün nə məna kəsb edir?
Gələn dəfə məsihçilərin vəftizinə baxanda
və Rəbbin süfrəsində iştirak edəndə sevin-
cinizi nə qədər artıracaqsınız?
Sonra İsa çörək götürdü, şükür edib
onu böldü və şagirdlərə verərək
dedi: “Bu, Mənim sizin üçün verilən
bədənimdir. Bunu Məni xatırlamaq
üçün edin”.
Luka 22:19
135
gün
-ci
BÖYÜK
SADİQLİK
Böyük qurban
RUMINİYA
Rumıniyanın Qheria şəhərindəki həbsxanada, qaydaları pozan məhbusların adlarının qeyd
edildiyi siyahıdan adlar seçilir və hər birinə iyirmi beş qamçı vurulurdu. Orada ağrılı cəzanın
həyata keçirilməsi üçün xüsusi gün təyin edimişdi. O gün, məmur kamera-kamera gəzər və
döyülməli olanları toplayardı.
Mühafizəçilər müntəzəm olaraq
dəyişildiyinə görə və məhbuslar çox olduğu-
na görə, bütün otaq yoldaşlarını ad ilə tanı-
maq qeyri-mümkün idi. Hər dəfə mühafizəçi
döymək üçün onun kamerasından kimisə
çağıranda, bu məsihçi dustaq irəli çıxar və
deyərdi: “Mən oyam”. O,
yenidən və yenidən
başqasının yerinə qəddarcasına qamçılanardı.
Axırda, bu məsihçi məhbus qurbancasına
döyülmədən sonra ölümə yaxın olanda, baş-
qa məhbuslar ona təsəlli verməyə çalışırdı.
Onlar ona dedilər: “Qardaş, indi xoşbəxt ol.
Tezliklə hər şey bitəcəkdir. Sən göylərdə ola-
caqsan. Orada daha ağrı olmayacaq, yalnız
sevinc olacaq!”
O döndü, sevgi ilə onlara baxdı və dedi:
“Qoy Allah mənə Öz istədiyi kimi etsin…
amma əgər O, məndən soruşsaydı, mən Ona
deyərdim ki, məni cənnətə aparmasın. Mən
həbsdə qalmağı üstün tutardım. Çünki mən
bilirəm ki, yuxarıda
təsviredilməz sevinc
var, amma göylərdə bir şey çatışmır: özünü
kiməsə görə qurban etmək.”
Bölüşməkdənsə daha çox yığıb saxla-
mağı qiymətləndirən dünyada, Müqəddəs
Kitabın qurban prinsipi qəribə bir fikir ki-
mi görünür. “Nə qədər çox bacarsan, bir o
qədər çox əldə et və bacardığın qədər tez
et” fikri dünyəvi oyunun adıdır. Müqəddəs
Kitab uğurun başqa mənasını öyrədir. Bu,
qurban adlanır – öz həyatını başqasına
görə qurban etmək. Bu, təbii deyil. Bu,
hətta bizim alçaq təbiətimizə cəlbedici
gəlmir. Bunu bir dəfə biz cəhd etsək, bu
qarşısıalınmaz həyat tərzi olacaqdır. Bi-
zim daxilimizdəki Allahın Müqəddəs Ruhu
bizə özümüzü başqalarının arxasında ikin-
ci qoymağa kömək edir. Sözün düzü, Onun
Ruhu bunu istəməyə bizə kömək edir. Baş-
qalarının ehtiyaclarını öz ehtiyaclarından
qabağa qoymaq istəyirsən?
Heç kəsin məhəbbəti dostları
uğrunda canını qurban verən adamın
məhəbbətindən üstün ola bilməz.
Yəhya 15:13