Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə45/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   41   42   43   44   45   46   47   48   ...   122

127
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük səyahətlər
ÇİN: BOB FU
Çin professoru Bob Fu və onun həyat yoldaşı uzaq bir kənddə gizli Müqəddəs Kitab dərsləri 
keçirdilər. Əhalinin Allahın Sözünə olan aclığı onu heyrətləndirməkdə davam edirdi.
Yadda qalan bir səyahət on iki saatlıq 
avtobus səyahəti idi. Məbəd rəhbəri sınmış 
pəncərənin qarşısında saatlarla durmuşdu ki, 
yağışı saxlasın ki, Fu dincələ bilsin. Növbəti 
gecə onlar mikroavtobusu əyri-üyrü, palçıqlı 
yolla ilişib qalana qədər sürdülər; sonra on-
lar traktoru güclü yağış altında ilişib qalana 
qədər saatlarla sürdülər. Ondan sonra onlar 
bütün gecəni palçıqlı tarlada sürüşərək və yı-
xılaraq ay işığında yeridilər. 
Səhəri gün erkən onlar mehribanlıqla qar-
şılandıqları yerə çatdılar. Kəndlilər toplantı 
başlamazdan iki saat əvvəl ev toplantısına 
gəlib dua edərdilər. Bəziləri, sadəcə olaraq, 
Allahın Sözünü eşitmək üçün səksən kilo-
metr yolu ayaq ilə gələrdilər. Evdə stullar 
yox idi, buna görə də məbəd üzvləri daşların, 
yaxud taxta parçalarının üstündə oturmalı 
olurdular. Bu ərazidə onların başqa xeyir-
duaları da var idi: polis üçün onları izləmək 
çətin idi. Bir neçə gün onlar azad ibadət edə 
bilərdilər!
Hər biri ibadət etmək üçün çətin 
səyahətlərə üstün gəlmişdir və onların heç 
biri bunu qurban saymırdı. Onların, sadəcə 
olaraq, bütün daxili varlığı ilə ibadət edən 
Davud kimi istəkləri var idi.
Qapalı ölkələrdəki insanlar üçün məbəd 
seçim  deyil;  o,  mühümdür.  Bunun  qar-
şısında,  azad  ölkələrdə  bir  çox  insanlar 
məbədə  gedib  getməyəcəkləri  barədə  hər 
həftə  qərar  verirlər.  Onların  vaxtı  var? 
Yağış yağır? Bəlkə ondansa çox yatsınlar? 
Görəsən  vəz  nə  barədədir?  Ayıb  olsun  ki, 
biz tez-tez məbədin bizim vaxtımıza layiq-
li  olub  olmadığı  barədə  suallar  ilə  qərar 
verməyə  çalışırıq.  Davud  və  digərləri 
üçün Allah ilə görüşə getməyi fikirləşmək 
lazım  deyildir.  Sözün  düzü  onlar  heç  bir 
şeyə imkan verməzdilər ki, onları bundan 
saxlasın.  Axırıncı  dəfə  nə  vaxt  Allahdan 
xahiş  etmisən  ki,  sənə  belə  ibadət  etmək 
üçün istək versin? Ondan bu gün istə və bu 
həftə məbəddə iştirak etmək üçün və Allah 
ilə görüşmək üçün plan qur. 
Ey var olan Allah, mənim qəlbim 
Sənin üçün susayıb. Ay Allah, nə 
vaxt gəlib hüzurunda görünüm?
Məzmur 42:2


128-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük bəstəkar
RUSİYA: NİKOLAY MOLDOVAY
İçkili rus mühafizəçiləri bir şaxtalı qış axşamı soyuq kameraya daxil oldular. Bir məhbus, 
Nikolay Moldovay şair, bəstəkar və həmçinin, sadiq imanlı və pravoslav kilsəsində müjdəçi 
hərəkatının rəhbəri idi. O öz xidmətinə görə qəddar rus həbsxanasında beş illik həbs cəzasına 
məhkum edilmişdir. 
“Qarnın üstə uzan” – deyə, mühafizəçi 
Nikolaya qışqırdı. Öz nazik köynəyində və alt 
paltarında o, buz kimi soyuq döşəməyə uzan-
dı. Sonra mühafizəçilər öz ağır ayaqqabıları 
ilə bir saat onun belinə, ayaqlarına çıxdılar.
Mühafizəçilər gedəndə, yanındakı məhbus 
Nikolayın necə pis zədələndiyini görmək 
üçün yanına əyildi. Onları təəccübləndirən 
Nikolayın bu sözləri deməsi oldu: “Mənim 
üstümdə gəzdikləri vaxt mən yeni bir himn 
yazdım.” O, oxumağa başladı: “Qoy mən 
gələcək cənnət haqqında yalnız danışmayım, 
amma qoy mən cənnəti və müqəddəs ziyafəti 
burda da görüm.” 
Nikolay həbsdən azad olunandan sonra, 
kommunist milisi onun evini axtardı və Niko-
layın illərlə üzərində işlədiyi unikal əlyazmalar 
kitabını müsadirə etdi. Yüz saatlarla olan 
dəyərli iş, yazı və həsr etmələr dərhal götü-
rülmüşdür. Bundan sonra Nikolay başqa bir 
himn bəstələdi: “Mən minnətdarlıqla mənə 
verdiyin hər şeyə görə Sənə səcdə qılıram, 
amma həmçinin, məndən götürdüyün hər bir 
əziz şeyə görə də. Sən hər şeyi gözəl edirsən 
və mən Sənə etibar edəcəyəm.” 
Bu gün Nikolay Moldovayın mahnıları öz 
ölkəsinin hər bir yerində oxunur.
Deyirlər ki, həyat baş verən şeylərin on 
faizidir  və  doxsan  faiz  baş  verən  şeylərə 
münasibətindir.  Buna  aid  olaraq,  həyatın 
həqiqi vəziyyətləri insanın ona qarşı necə 
münasibət bəsləməsi qədər əhəmiyyət kəsb 
etmir.  Vəziyyətlər  hər  bir  şəxsin  nəzarəti 
xaricindədir. Amma münasibət, yaxud ona 
cavab seçimdir. Həyat bizə ahəngsiz sözlər 
və  qəmli  nəğmələr  gətirə  bilər.  Allahın 
köməkliyi  ilə  isə  biz  sözləri  elə  yerləşdirə 
bilərik ki, o, ibadət və qələbə nəğməsi yara-
da bilər. Biz həyatımızın ən çılğın vaxtında 
nəğməni  eşitməyi  seçə  bilərik.  Həyatında 
olan  hazırkı  vəziyyətləri  necə  təsvir  edə 
bilərsən?  Vəziyyətinə  olan  münasibətin 
necədir?  Öz  ahəngini  dəyişmək  üçün  nə 
etməlisən?
Dinləyin, ey padşahlar! Qulaq 
asın, əmirlər! Mən Rəbbi tərənnüm 
edəcəyəm, İsrailin Allahı Rəbbə 
nəğmə söyləyəcəyəm!
Hakim. 5:3


129
gün
BÖYÜK 
SADİQLİK
-cu
Böyük zorakılıq
İSGƏNDƏRİYYƏ: YƏHYA MARK
Markın müjdəsini yazandan sonra, Yəhya Mark bütün Şimali Afrika və Misirdə iman toxumu 
əkərək səyahət etdi və nəhayət ki, İsgəndəriyyədə məskunlaşdı və orada məbəd yaratdı.
B.e. 64 –cü ilində, aprelin 21-i Mark Pas-
xanın bir hissəsi olan Məsihin əzablarını və 
ölümünü xatırlayan mövzu barədə vəz etdi. 
Onun yerli kahinlər ilə ünsiyyəti pis idi və 
onlar bu günü seçdilər və ümumi əhalini ona 
qarşı qalxmağa təhrik etdilər. 
Üsyankarlar məbədə hücum etdilər və 
Yəhya Markı yaxaladılar. Qarmaqlardan və 
kəndirlərdən istifadə edərək onu toplantıdan 
çıxarıb, küçələrlə sürüyərək şəhərdən kənara 
çıxartdılar. Onu sürüdükləri yerdə onun qan 
izləri və daşlara dəyərək bədənindən qopan 
hissələri qalmışdı. Onlar onu sürüdükcə 
və lağa qoyub güldükcə həqiqətən, onun 
bədəninin hər bir yerindən qan axırdı. O, son 
sözlərində öz ruhunu Xilaskarın əllərinə ver-
di və öldü. 
Hətta Markın ölümü ilə belə izdihamın zo-
rakılığa olan susuzluğu yatmadı və kahinlər 
onun cəsədinin dəfn olunması əvəzinə yanma-
sını istədilər. Qəflətən fırtına qopdu, kütləni 
hər bir tərəfə səpələdi və Markın cəsədi onun 
öldüyü yerdə qaldı. Bir qrup məsihçi sonra 
gəlib cəsədi götürdülər və Markı münasib bir 
yerdə dəfn etdilər. 
İsa heç vaxt hərbi əməliyyata rəhbərlik 
etmirdi,  heç  vaxt  üsyana  təhrik  etmirdi 
və  heç  vaxt  müharibə  sözləri  danışmır-
dı,  buna  baxmayaraq,  onun  ardıcılları 
sərt  müqavimətlərlə  üzləşiblər  və  hələ  də 
üzləşirlər.  İsanın  müjdəsi  məhəbbətdən, 
sülhdən  və  barışıqdan  danışır.  Buna  bax-
mayaraq,  cəmiyyət  və  dövlət  məmurları 
müjdəyə  qadağa  qoyublar,  elə  bil  ki,  o, 
müharibə  bəyannaməsidir.  Həqiqətdə,  biz 
müharibədəyik  –  Xilaskarımız  və  şeytan 
ruhani  mübarizədədirlər.  Məsihçiliyə  son 
qoymaq üçün şər əlindən gələn hər bir şeyi 
edəcəkdir. Döyüş bitəndən sonra sən qələbə 
çalanların tərəfində olacaqsan? 
Çünki mübarizəmiz qandan və 
ətdən ibarət olan insanlara qarşı 
deyil, şər başçılarına və hakim 
olanlara, bu qaranlıq dünyanın 
hökmranlarına, səmadakı ruhani şər 
qüvvələrə qarşıdır.
Efes. 6:12


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə