Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə43/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   39   40   41   42   43   44   45   46   ...   122

121
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük vəz
ÇİN
“Onları güllələyin və biz sizin yaşamağınıza izin verəcəyik!”
Pastor saxlanıldıqları Çin həbsxanasında 
kommunistlər ilə razılığa gəldi. Amma onun 
qarşısında dayanan iki məsihçi qız öz iman-
larından imtina etməmək qərarında idilər. Bu 
səhnəyə baxan bir məhbus onların sifətlərini 
solğun, amma hədsiz gözəl – kədərli, lakin 
şirin təsvir edirdi. Onlar öz arxalarını Məsihə 
çevirməkdənsə, ölüm ilə üzləşməyi qərara al-
dılar. 
Pastor fikirləşdi: “Nə üçün bizim üçümüz 
də ölməliyik? Əgər mən səni öldürsəm və on-
ları yaşamağa qoysam, onda mən məbədlər 
ilə işləməyi davam etdirə bilərəm.”
Qızlar aram səslə onunla danışdılar: “Bi-
zi güllələməzdən əvvəl bizim üçün etdiyiniz 
hər bir şeyə görə sizin hamınıza təşəkkür 
etmək istəyirik. Siz bizi Məsihə gətirdiniz, 
vəftiz etdiniz və bizə Rəbbin Süfrəsini verdi-
niz. Qoy Allah etdiyiniz bütün yaxşı şeylərə 
görə sizi mükafatlandırsın. Siz həmçinin, 
bizə öyrətdiniz ki, məsihçilər bəzən zəifdirlər 
və dəhşətli günahlar işlədirlər, amma onlar 
yenidən əfv oluna bilərlər. Siz edəcəyiniz işə 
görə peşman olanda, Yəhuda kimi ümidinizi 
itirməyin, lakin Peter kimi tövbə edin. Və 
yadda saxlayın ki, bizim sizin barənizdəki 
son fikirlərimiz nifrət və qəzəb yox, sevgi və 
bağışlanmadır. Bizim hamımız qaranlıq anlar-
dan keçirik. Biz sevinərək ölürük.”
Amma pastorun qəlbi artıq sərtləşmişdi 
və o, onları güllələdi. Ondan dərhal sonra 
kommunistlər onu da güllələdilər. 
Qəfil  ölüm  ilə  üzləşən  adamların 
fikirləri  öz  dostlarına  və  ailələrinə,  ya-
xud həyata keçməyən arzularına yönəlmiş 
ola  bilər.  Onların  həyatlarını  görənlərin 
bəziləri xatırlayır: “onların gözləri önündə 
parlaq işıq vardı”. Amma bu tam xatırlama 
son xəyanətə – dost kimi tanıdığın adam 
tərəfindən  qətlə  yetirilməyə  qurban  olan-
ların  diqqətini  yayındırır.  Dost  sandığın 
adama qəzəb, hirs və nifrət bunların hamı-
sı bəraətli görünərdi. Ümumiyyətlə, bağış-
lanma burada amil ola bilərmi? Məsihçilər 
kimi,  biz  hər  bir  vəziyyətdə,  hətta  həyat 
və  ölüm  olan  vəziyyətdə  bağışlanmanı 
seçməliyik.  Hekayədəki  qızlar  kimi,  sənin 
xəyanət edən vəzçiyə reaksiyan effektli vəz 
ola bilər. Sənin bağışlanmanı seçmən başqası 
üçün İsaya aparan yolu necə göstərə bilər?
Bir-birinizə qarşı xeyirxah, 
rəhmli olun və Allah Məsihdə 
sizi bağışladığı kimi, siz də bir-
birinizi bağışlayın.
Efes. 4:32


122-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük qalxanlar
PAKİSTAN: TAHİR İQBAL VƏ RAYMOND LULLİ
“Mən kəndiri öpəcəyəm, amma heç vaxt imanımı inkar etməyəcəyəm!” – deyə, Tahir İqbal 
ucadan qışqırdı. Əsgərlər iflic pastoru əlil arabasından qaldırdılar və kəməndi onun boynuna 
saldılar. Bu gün o, Məsih ilə birlikdə göylərdə azad gəzir.
Pakistanda çoxlu həyat təcrübəsinə malik 
keçmiş başqa bir pastor öz evinin həyətində 
güllə səsləri eşitdi. Güllə düz onun yanından 
keçdi və onun stulunun arxasında divara gir-
di. O, müsəlmanların üstünlük təşkil etdiyi 
millətdə Məsihi bölüşə bilmək üçün daha bir 
günə görə Allaha minnətdarlıq etdi. 
Raymond Lilli Oksford professoru olaraq 
öz rahat işini buraxdı və həyatının əksər 
hissəsini müjdəyə görə əzab çəkərək keçir-
di. O yazmışdır: “Bir vaxtlar mən kifayət 
qədər zəngin idim və bu həyatın xoşa gələn 
şeylərindən azadlıqla dadırdım. Amma bü-
tün bu şeyləri mən sevinərək tərk etdim ki, 
həqiqətin biliyini yaya bilim. Mən həbslərdə 
olmuşam; Mən qamçılanmışam… indi, yaşlı 
və kasıb olsam da, mən ümidimi itirmirəm; 
Əgər ölümə qədər davam etmək Allahın 
iradəsidirsə, mən hazıram.”
Belə imanlıların “iman qalxanı” haqqında 
özünəməxsus bilikləri var. Onlar dərk ediblər 
ki, bu, onların əzablarının qarşısını almaya-
caqdır, amma lazım gəlsə, onlara cəsarət 
verəcəkdir. İman qalxanı onlara nəyin bahası-
na olursa, olsun, Məsihə görə ruhani döyüşü 
davam etdirmək üçün qətiyyət vermişdir.
Birinci əsrin döyüş silahına bir əldə qal-
xan və digər əldə isə qılınc daxil idi. Biri 
ilə əsgər düşmənə doğru irəli gedə bilirdi. 
Digəri ilə onlar hücum edirdilər. Bizim bu-
günkü ruhani döyüş silahımız ilə əlaqədar 
olaraq  biz  tozlu  “iman  qalxanını”  bir 
küncdə saxlanılmış tapacağıq? Biz Allahın 
təklif etdiyi iman qalxanı vasitəsi ilə Onun 
müdafiəsindən  çıxanda,  düşmənlərimizin 
hücumlarına məruz qalırıq. İmansız qorxu-
dan və çətinlikdən yan keçmək qeyri-müm-
kündür.  Biz  ilk  müqavimət  işarələrindən 
Müjdənin  yayılmasını  saxlayırıq.  Təsir 
etmə  aləmində  Müjdənin  yayılmasından 
səni  nə  saxlayıbdır?  Öz  iman  qalxanını 
sarsıdıcı  qarşıdurmada  harada  tərpətmək 
lazımdır? 
Bütün bunlara əlavə olaraq şər 
olanın bütün yanar oxlarını 
söndürə bilmək üçün iman 
qalxanını əlinizə götürün.
Efes. 6:16


123
gün
BÖYÜK 
SADİQLİK
-cü
Böyük lütf
RUMINİYA: PASTOR RİÇARD VURMBRAND
Pastor Vurmbrand digər məhbusların arasından keçərək döşəmədə hərəkətsiz halda oturan 
başqa bir pastorun yanına gəldi. O, təzəcə kameraya atılmışdı. Onu pis döymüşdülər. Vurm-
brand onun gecəni sağ qalacağını bilmirdi. 
Məhəbbətlə dolu şəfqətli pastor Vurm-
brand döyülmüş pastorun yanında əyləşdi və 
ondan soruşdu: “Mənim qardaşım…sən dua 
edə bilərsən, ‘Ata onları bağışla?’
Kişi ağrıyan, şişmiş, əzilmiş sifətinə toxu-
naraq titrəyirdi. Danışmaq çətin idi. Sözlər 
yavaş-yavaş çıxdı: “Mən bacarmıram.”
Pastor Vurmbrandın kişiyə qarşı rəğbət 
hissləri təzəcə gəlmişdi ki, döyülmüş pastor 
yenidən danışmağa başladı. Gözlərində yaş-
larla o dedi: “Mənim duam “onları bağışla” 
yox, mənim duam …Ata, onları və məni 
bağışladır.” Əgər mən daha yaxşı pastor ol-
saydım, ola bilsin, daha çox imana gəlmiş 
işgəncə verənlər olardı.” 
Bu üzülmüş pastor öz düşmənlərinin 
Məsihə gəlməsi imkanını qaçırdığına görə 
narahat olduğunu bildirdi. Hər iki pastor 
Rumıniya Kommunist Gənclər Təşkilatının 
gənc üzvünün bir dəfə həbs olunduğunu və 
məsihçi adlanan bir polis məmuru tərəfindən 
mərhəmətsizcəsinə döyüldüyünü anladılar. 
Bu hadisə onun ürəyini bütün həyatı boyu 
Məsihə qarşı bərkitmişdir. Müjdə üçün qa-
çırılmış bu fürsət axırda keçmiş Rumıniya 
Kommunist xalqının diktatoru oldu. Nikolay 
Çauşeski pastor Vurmbrand və onun dö-
yülmüş pastor dostu da daxil olmaqla say-
sız-hesabsız məsihçilərin əzab çəkməsində 
məsuliyyətli idi.
Əldən  qaçırılmış  fürsətdən  daha  böyük 
peşmançılıq yoxdur. Təəssüf ki, həyat tez-
tez övladın dünyaya gəlməsi, Milad səhəri, 
yaxud  evə  getmək  üçün  son  təyyarəni 
ötürmək  kimi  qaçırılmış  fürsətlər  gətirir. 
Amma heç bir şey digər şəxsin əbədi tale-
yini  dəyişmək  ilə  müqayisə  oluna  bilməz. 
Biz  heç  vaxt  bilmərik  ki,  qatarda  bizim 
böyrümüzdə oturan adi görünən bir adam 
–  əgər  biz  nəsə  desəydik,  bir  gün  Məsih 
üçün dünyaya təsir edə bilərdi. Eynilə bi-
zim  sükutumuzu  pozmaq  da  qərarından 
dönməyən  məsihçi  rəqibini  ətrafına  fırla-
da  bilər.  Keçmişində  sən  çoxlu  qaçırılmış 
müjdə imkanları saya bilərsən. Amma sənə 
verilmiş  hər  bir  gündə  imanını  bölüşmək 
üçün  fürsəti  tutmaqla  gələcəyini  dəyişə 
bilərsən. 
Kənar insanlarla müdrikliklə 
rəftar edin və hər fürsətdən 
istifadə edin.
Kolos. 4:5


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə