Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə39/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   35   36   37   38   39   40   41   42   ...   122

109
BÖYÜK 
SADİQLİK
-cu
gün
Böyük alov
SİBİR: VİKTOR BELIX 
“İsanın mənim qəlbimdə yandırdığı sevgi alovları ilə mən Sibirin buzunu əritdim. Halleluya!”
Yepiskop Viktor Belıxın üzü bu sözləri 
danışdıqca nur saçırdı. O, ən pis vəziyyətdə 
belə Allaha öz qəlbini verməyin qüdrətli sir-
rini öyrənmişdi. İyirmi il o, kommunist Ru-
siyasında təkadamlıq həbs kamerasında baş 
çəkilmədən, öz ailəsindən, dostlarından heç 
bir məlumat almadan əzab çəkmişdi. 
Hər axşam onun kiçik kamerasına sadə 
saman çöpündən döşək qoyulardı və səhər 
döşək oradan götürülərdi. Ona cəmi yeddi 
saat yatmağa icazə verirdilər. Günün qalan 
on yeddi saatını isə o, kiçik və acınacaqlı 
vəziyyətdə olan otağında gəzməli idi və əgər 
dayansaydı, yaxud dözməsəydi, nəzarətçilər 
onu döyərdilər və o, davam edənə qədər 
onun üstünə su tökərdilər. Belə dəhşətli 
sınaqdan iyirmi il sonra onu buzların heç 
vaxt ərimədiyi Şimali Sibirə məcburi əmək 
düşərgəsinə dörd illik göndərdilər. O orada 
yalnız ona görə sağ qaldı ki, Allahın alovu-
nun bütün ağrı-acını və qəzəbi əritməsinə 
izacə vermişdi.
Belıxın vəziyyəti nadirdir, amma İsa Məsih 
vasitəsi ilə onun qərarı əzab çəkən hər bir 
kəs üçün mümkündür. İsa Belıxın qəlbində 
məhəbbət alovunu – onu iyirmi il isti saxla-
mağa qadir olan ilahi bir alovu yandırmışdır. 
Alov.  Sadəcə  sözün  özü  güclü 
təsəvvürləri  alovlandırır.  O,  izdihamlı  bi-
nalardan qışqırılanda təhlükəni nəzərində 
tutur.  O,  şaxtalı  gecədə  çadırda  istirahət 
edərkən rahatlıq verir. O, “isti” anlar və ya 
“coşqun” əhval-ruhiyyə zamanı güclü emo-
siyalar ilə əlaqəlidir. Alov həmçinin, ərimə 
prosesi vasitəsi ilə metalların təmizlənməsi 
və  möhkəmləndirilməsi  üçün  də  istifadə 
edilir. Alov həmçinin, qaranlığı işıqlandırır 
və yox edir. Bütün bu təsvirlərdə bir şey da-
imi qalır. Alov dəyişmək ilə əlaqələnir. Alov 
ilə qarşılaşma zamanı olduğu kimi, Allah 
ilə  qarşılaşma  da  həyat  dəyişdiricidir. 
Məsihin  alovlu  sevgisi  Belıxı  yandırdığı, 
təmizlədiyi, təsəlli verdiyi və ən başlıcası 
– azad etdiyi kimi, səni də elə edibdirmi? 
İnsan qəddarlığı heç vaxt Allahın sevgisini 
söndürə  bilməz.  Allahın  sevgisinin  alovu 
səndə yaşayırmı?
Çünki Allahımız yandırıb-
yaxan alovdur. 
İbr. 12:29


110
BÖYÜK 
SADİQLİK
-cu
gün
Böyük nüfuz
YERUSƏLİM: YAQUB
Yaqub “Saleh” sadiq olaraq İsanın dirilməsindən sonra yeni yaranmış məbədin başçısı kimi 
xidmət edirdi. Heç bir imansız onun təlimlərinə ya iman etmədən, ya da onun hüzurundan 
qaçıb getmədən davam gətirə bilmirdi.
Bu səbəbə görə, baş kahin və digər yəhudi 
rəhbərləri Yaqubu məbədin ən yüksək yerində 
qoydular və ona bütün insanlar yığışmazdan, 
yaxud yerə atılmazdan əvvəl İsanı və Onun 
dirilməsini inkar etməyi dedilər. Bu, Yaquba 
əsir olan auditoriyaya təbliğ etmək üçün yal-
nız daha bir fürsət verdi. 
“Ey bütün insanlar, qulaq asın! İsa vəd 
olunmuş Məsihdir, Allahın Oğlu və bizim 
Xilaskarımızdır! O, Allahın sağ tərəfində otu-
rubdur, ölüləri və diriləri mühakimə etmək 
üçün yenidən gələcəkdir!”
Aşağıda bəziləri Allahı alqışlamağa və 
İsanın adını ucaltmağa başladılar; digərləri 
onun cəsurluğuna və imanına heyrətlənirdi. 
O, doğrudan da, saleh adam idi! Dərhal onu 
kimsə dayandığı yüksək yerin kənarından 
yerə itələdi ki, ölsün.
İzdiham tələsdi; sonra kimsə qışqırdı: 
“Baxın! O sağdır!” Yaqub ölməmişdir, amma 
dizləri üstə duada idi. Çoxları onu daşlamaq 
üçün daşlar yığanda bir kahin irəli qaçdı və: 
“Siz nə edirsiniz?” – deyə, yalvardı. “Bu Sa-
leh adam bizim üçün dua edir və siz ona zərər 
gətirəcəksiniz?” O, bunu deyərkən, onun ar-
xasından böyük bir çubuq ilə başqa bir adam 
gəldi və Yaqubu başından vuraraq onu dərhal 
öldürdü. O, yıxıldığı yerdə basdırıldı. 
Tarixdə oxunan hər bir hadisənin arxa-
sında  bir  hekayə  vardır.  Xırdalıqlar,  incə 
fərqlər  və  vəziyyəti  hiss  etmək,  ola  bil-
sin  ki,  itirilibdir,  amma  tarixdə  yazılan 
faktları  oxuyaraq  onları  təsəvvür  etmək 
asandır.  Yaqub  haqqında  olan  bu  hekayə 
onun  şəxsiyyətinin  əslini  və  İsa  üçün 
səmimi  şahid  olduğunu  tutur.  Onu  lap 
yaxşı tanıyanlar onun Məsihə olan bağlı-
lığını  bilirdilər.  Və  onu  heç  tanımayanlar 
da  ruhlandırıcı  təbliğçi  kimi  onun  şöhrəti 
barədə  eşitmişdilər.  Onun  ölümü  Məsihdə 
sarsılmaz  iman  şəhadətlərindən  daha  bi-
ridir.  Məsihçi  tarixi  Məsihin  ardıcılları-
nın  sadiqliyini  mübahisə  edilməz  dəlillər 
ilə  şəhadət  edir.  Tarix  sənin  barəndə  nə 
deyəcəkdir?  Sənin  imanın  barədə  indidən 
hansı  hekayənin  nəsillər  tərəfindən  danı-
şılmasını istəyirsən? 
Bunun üçün qoy Allahın iradəsinə 
görə əzab çəkənlər yaxşılıq edərək 
həyatlarını sadiq olan Yaradana 
həvalə etsinlər.
1 Peter 4:19


111
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük vəftiz
SLOVAKİYA: ANNMARİ
Gənc məsihçi Annmari gizli məbəd ilə əlaqəsi olduğuna görə bir ay idi ki, həbsdə idi. O, 
müntəzəm olaraq bir otağa gətirilirdi, orada bir mühafizəçi onu döyürdü ki, ondan məsihçilər 
və öz məbədində olan digər məsihçilər barədə məlumat əldə etsin. 
Allahın lütfü ilə o, müqavimət göstərə bi-
lirdi. O, hətta bu anlardan, mühafizəçiyə İsa-
nın sevgisi barədə demək üçün istifadə edirdi. 
Mühafizəçi qəzəbləndi: “Əgər sən mənə gizli 
məbədin sirlərini deməsən, sənin bütün sev-
gini döyüb çıxaracağam.”
Annmari cavab verdi: “Mənim istədiyim 
oğlan var, o, hamıdan şirindir. O, sevgidir. 
Onun sevgisi həzz axtarmır, amma başqala-
rını sevinc ilə doldurmağı axtarır. Bu oğlan 
dostumu tanıyandan bəri mən də yalnız sevə 
bilirəm. İndi səndə nifrət var. Sənə yalvarı-
ram ki, Sevgini sevəsən.”
Mühafizəçi elə qəzəblənmişdi ki, onu hu-
şunu itirənə qədər döydü. O özünə gələndə 
mühafizəçini sanki dərin fikrə getmiş kimi 
sakitcə oturmuş gördü. Nəhayət, o soruşdu: 
“Sənin oğlan dostun kimdir?” Annmari ona 
İsa haqqında və Onun nə üçün gəldiyi barədə 
hər şeyi danışdı.
O, İsanın onun da dostu olmağı necə 
etməsini soruşanda, ona tövbə etməli və 
vəftiz olmalı olduğunu dedi. “Onda məni 
dərhal vəftiz et, yoxsa səni güllələyəcəyəm” 
– deyə, o, tələb etdi.
Annmari onu vəftiz etdi və sonra o, əvvəllər 
döydüyü adamlar ilə birlikdə məhbus oldu. 
İnsanlar aşiq olanda, onlar bunu hamı-
ya  bildirirlər.  Onlar  öz  ailələrinə,  dostla-
rına, qonşularına və onları dinləyəcək hər 
kəsə deyirlər. Sevgi onları elə bürüyür ki, 
onlar öz sevgililəri barədə danışmağı sax-
laya bilmirlər. Eyni yolla da birinin vəftizi, 
Məsih və onun cəmiyyəti ilə tanınmağı ic-
timai olaraq elan etməkdir. Yetkin adamın 
vəftizi buna şahid olan hər bir kəs üçündür 
– hətta digər kamerada olan məhbus üçün 
olsa  da  –  o  kəs  nəyin  bahasına  olursa, 
olsun,  Məsihin  ardınca  getməyə  hazırdır. 
Bizim Məsihə olan sevgimiz dünyaya olan 
öhdəliyimizi  elan  etməyə  oyadır.  Hətta 
əgər hədələnmiriksə, İsaya olan sevgimizi 
başqalarına deməyə cəsarətimiz var?
Bu nümunəyə uyğun olaraq, 
vəftiz indi sizə İsa Məsihin 
dirilməsi ilə xilas gətirir. Vəftiz 
cismani çirki yumaqdan ötrü 
deyil, təmiz vicdanla Allah 
qarşısında söz vermək üçündür. 
1 Peter 3:21


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə