Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə40/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   36   37   38   39   40   41   42   43   ...   122

gün
112
BÖYÜK 
SADİQLİK
-ci
İman heç vaxt passiv deyildir. O, cavab tələb 
edir. O, tapşırıq istəyir. O, Müqəddəs Ruhun 
hüzurunun və qüdrətinin olduğunu  
nümayiş etdirir. 
Pastor Riçard Vurmbrand


113
gün
BÖYÜK 
SADİQLİK
-cü
Böyük cəsurluq
RUMINİYA: ANA VƏ QIZI 
Bütün məhbuslar anası ilə həbs olunan balaca qıza görə məyus idilər. Hətta həbsxananın 
direktoru dedi: “Nə üçün öz qızına yazığın gəlmir? Əgər sən məsihçi olduğundan imtina etsən, 
hər ikiniz evə gedə bilərsiniz.”
Qadının ürəyinin daxildən parçalandığı 
məlum idi. O öz pastorunun həbsinə etiraz 
etdiyinə görə öz övladı ilə həbs olunmuşdu
amma o, qızını əzablardan qorumaq üçün 
öz imanını inkar etməyə razılaşmışdı. İki 
həftədən sonra kommunistlər onu məcbur 
etdilər ki, səhnənin qarşısında minlərlə insa-
nın önündə: “Mən artıq məsihçi deyiləm.” – 
deyə, qışqırsın. 
Onlar evə qayıdanda balaca qız anasına 
tərəf döndü və dedi: “Ana, İsa bu gün səndən 
razı deyil.” Ana bunu öz sevgisindən ötrü 
etdiyini başa salmağa çalışdı. Balaca qız öz 
yaşından böyük kimi inamla anasına baxaraq 
dedi: “Söz verirəm ki, əgər biz bir də İsaya 
görə həbs olunsaq, mən ağlamayacağam.”
Ana öz qızına qarşı fəxr və sevgi, öz 
zəifliyinə görə töhmət hissi ilə dolaraq hön-
kürdü. O, Allahdan çətin qərarlarda güc üçün 
ağlayarkən həbsxananın direktorunun yanına 
getdi və dedi: “Sən məni məcbur etdin ki, 
qızımın xətrinə imanımı inkar edim, amma 
o, məndən daha da cəsarətlidir.” Onların iki-
si də həbsxanaya qayıtdılar və balaca qız öz 
sözünün üstündə durdu. 
İsrailli  Yeşua  Allahın  seçilmiş  xalqını 
Musanın  dayandığı  yerdən  irəliyə  doğ-
ru  aparmaq  kimi  çətin  vəziyyətlə  üzləşdi. 
Təhlükəli  idi?  Şübhəsiz!  Yeşua  narahat 
idi?  Yəqin  ki.  Yeşua  Allahın  onunla  ola-
cağı vədini almışdır, bu hekayədəki uşağa 
verilən eyni cəsarəti Allah ona da vermiş-
dir. Amma Yeşua və bu qız həyatda erkən 
başa  düşdülər  ki,  məqsədə  nail  olmaq 
üçün  Allahın  hüzuruna  ehtiyacları  var. 
Allah bizə əmr edir ki, bizi heç vaxt tərk 
etməyəcəyi barədə cəsarət və bilik ilə özü-
müzü  gücləndirək.  Sınaqlarla  üzləşəndə, 
cəsarət çox vaxt yox olur. Çətinliklər anın-
da, Allahın həmişə səninlə olacağı vədinə 
etibar et. Bu gün itaətkar və cəsarətli ol. 
Sənə möhkəm və cəsarətli olmağı 
əmr edən Mən deyiləmmi? Qorxma və 
ruhdan düşmə, çünki Allahın Rəbb 
gedəcəyin hər yerdə səninlədir. 
Yeşua 1:9


114
BÖYÜK 
SADİQLİK
-cü
gün
Böyük məsləhət
ALBANİYA: VALERİİ NASARUK
Dünyada özünü ilk ateist dövlət elan edən Albaniyada Valerii Nasaruk adlı gənc məsihçi öz 
əlində cəsarətlə çarmıx tatuajı etdiyinə görə həbs olunmuşdur. O, əl ilə salamlaşanda hamıya 
İsaya iman etdiyini bildirmək istəyirdi. Amma Valeriiyə başqalarına Allahın sevgisi barədə 
sözlə danışmağa icazə verilmədiyi üçün o, məyus idi. 
Məhkəmə vaxtı hakim Valeriinin anasın-
dan xahiş etdi: “Oğluna de ki, öz yolunu 
dəyişsin ki, azadlığa çıxsın.”
O, gözü yaşla dolu cavab verməzdən 
əvvəl bir az fikirləşdi: “Valerii, mənim sənə 
məsləhətim – möhkəm dayan və Məsihi 
inkar etmə, hətta əgər bu, sənin ölümün 
demək olsa da.”
Gizli məbədə yazdığı sonrakı məktubunda 
anası yazırdı: “Mənə çox ağır olan o 
məhkəmədə iştirak etdim. Kaş mən onun 
yerində olardım. Ən çətin şey məhkəmədə 
məndən Valeriinin fikrini dəyişməsini 
istəmələri idi. Amma mən bunu edə 
bilmədim. Dünya onun həbs cəzasına görə 
bizi, onun valideynlərini ittiham edir, deyirlər 
ki, bizim təsirimizin nəticəsidir. Hətta bəzi 
məsihçilər mənim niyə etdiyimi, nə üçün et-
diyimi başa düşmürdülər, amma sonra mən 
başa düşürəm ki, İsanı da başa düşmürdülər. 
Mən depressiya ilə mübarizə aparanda, yadı-
ma salıram ki, Peter İsaya öz həyatını xilas 
etməyi məsləhət görmüşdü. Allah hər şeyi 
daşımaqda mənə güc verir. Xahiş edirəm
mənim üçün dua edin.”
Allah  bizi  sevir  və  bizim  həyatlarımız 
üçün böyük planları vardır. Problem budur 
ki,  başqalarının  da  bizim  üçün  planları 
vardır. Bunu et. Onu et. Buna cəhd et. Ona 
cəhd et. Məsləhət sözləri ucuz və doludur. 
Vaxt  gəlir  ki,  sözlər  dəyərli  olurlar.  Baş-
qa bir imanlı istənilən vaxt bizi nəticələrə 
baxmayaraq  Allahın  həyatlarımızdakı  ça-
ğırışını  davam  etdirməyə  ruhlandıranda, 
biz  saleh  bir  adamdan  eşitdiyimizi  bili-
rik. Buna əks olan hər bir şey hətta, yaxşı 
məqsədlə olsa belə, pis məsləhətdir. Ruhani 
bələdçilik  üçün  sən  kimə  qulaq  asırsan? 
Yada sal və etibar etdiyin dostundan aldı-
ğın ruhani məsləhəti yaz. Buna necə əməl 
etmisən?
Mənsə Rəbbimiz İsa Məsihin 
çarmıxından başqa şeylə əsla 
öyünmərəm. Bunun vasitəsilə 
dünya mənim üçün çarmıxa 
çəkildi, mən də dünya üçün 
çarmıxa çəkildim.
Qalat. 6:14


115
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük diqqət mərkəzi 
ÇİN: ME LİNQ
“Mən qəlbimi insan qorxusundan təmizlədim və Allahı görməyi öyrəndim.”
Mi Linq kommunist Çində məsihçi 
fəaliyyətinə görə həbs olunanda hələ gənc 
idi. İstintaq vaxtı polis onu gizli məbəddəki 
dostlarını satmağa məcbur edirdi. 
Birinci dəfə Me Linq dəhşətli dərəcədə 
qorxurdu və o, həmin dəhşətli yerdə Allahın 
onun üçün olan məqsədini görə bilmirdi. Am-
ma sonra o, pastorunun öyrətdiyi şeylərdən 
bu sözləri xatırladı: “Həqiqi əzab yalnız bir 
dəqiqə çəkir və sonra biz əbədiyyəti öz gözəl 
Xilaskarımız ilə birlikdə keçiririk.”
Ondan soruşanda ki, bu dəhşətli vaxtlardan 
necə keçirdi, o cavab verdi: “Mən gözlərimi 
yumanda kişilərin qəzəbli sifətlərini, ya-
xud istifadə etdikləri işgəncə alətlərini gör-
mürdüm. Mən öz-özümə Məsihin vədini 
təkrarlayırdım: ‘Nə bəxtiyardır ürəyi təmiz 
olanlar! Çünki onlar Allahı görəcək.’ (Matta 
5:8) Mən həmçinin, dərk etdim ki, qəlbimi 
insan qorxusundan təmizləyəndə, mən 
həqiqətən, Allahı görməyi öyrəndim. Mən, 
məndən öncə gedənlərdən cəsarət aldım 
və hər şey yox olana qədər diqqətimi Ona 
yönəltdim. Məmurlar mənim gözlərimi yu-
mub Onu düşündüyümü biləndə, onlar mənim 
göz qapaqlarımı açıq halda şəffaf lentlə bağ-
ladılar. Amma artıq çox gec idi, çünki mən 
Onu təsəvvür edə bilirdim.”
Biz sənətlərinin böyük diqqət tələb etdi-
yi adamlara hörmət edirik. Savadlı neyro-
cərrah,  Olimpiya  atleti  və  böyük  biznes-
menin  bir  ümumi  xüsusiyyəti  var:  “Onlar 
diqqətlərini  bir  yerə  cəmləyiblər.  Diqqəti 
bir  yerə  cəmləmə  prinsipi  dərrakəni,  at-
letik  cəldliyi,  yaxud  xarizmanı  üstələyir. 
Diqqəti  cəmləndirmədən,  bu  insanlar 
sadəcə ağıllı, atletik, yaxud ən yaxşı hal-
da  maraqlı  adamlar  olardılar.  Onların 
diqqətlərini  cəmləmə  bacarıqları  onların 
uğurlarına  böyük  dəstək  verir.  Cismani 
diqqəti cəmləməni inkişaf etdirmək cismani 
uğur gətirə bilər, bəs əbədiyyətin məsələləri 
barədə  necə?  Əgər  sən  müvəqqəti  şeylərə 
daha çox diqqətini yönəldirsənsə, onda sən 
məqsədi nəzərindən qaçıracaqsan. Bu gün 
sən diqqətini Məsihə və Onun xoş xəbərinin 
yayılmasına cəmləmək üçün nə etməlisən? 
Dünyəvi şeyləri deyil, 
ucalardakı şeyləri 
düşünün. 
Kolos. 3:2


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə