Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə48/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   44   45   46   47   48   49   50   51   ...   122

136
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük əfsanə
İSRAİL: QORUNUN HEKAYƏSİ
Qədim əfsanədə İsa Qorun adlı ardıcılına dedi: “Get Karmel Dağında çadır qur və orada dua 
etmək üçün qal.” Qorun İsanın dediyi kimi etdi. 
Bir gün Qorun yaxınlıqdakı kəndə getdi və 
soruşdu: “Xahiş edirəm, mənə ədyal verin. 
Siçovullar mənim köhnə ədyalımı gəmiriblər 
və mən yata bilmirəm.” Kəndlilər sevinclə 
ona ədyal verdilər, amma Qorun təkrar ola-
raq geri dönürdü. Çünki eyni şey baş verir-
di. Nəhayət, bir nəfər məsləhət gördü: “Biz 
sənin problemini bir dəfəlik həll etmək üçün 
sənə pişik verəcəyik.”
Bir neçə gündən sonra Qorun geri qayıtdı. 
“Pişik üçün mənə bir az süd verə bilərsiniz?” 
Ehtiyacın davam edəcəyini dərk edən 
kəndlilər ona inək verməyi qərara aldılar.
Qorun yenidən qayıtdı: “İnəyi yedizdirmək 
üçün mənə nəsə lazımdır.” Onlar ona torpaq 
sahəsi verdilər. Sonra Qorun torpaq üçün 
işçilər istədi, sonra işçilər üçün ev tikməyə 
ləvazimatlar və s.
İllər sonra İsa öz sevimli şagirdini görməyə 
getdi. Kök bir adam onu qarşıladı və soruşdu: 
“Sən nə işlə əlaqədar buraya gəlmisən? Sən 
nə almaq istəyirsən?” Qorun indi zəngin iş 
adamı idi, hətta öz müəllimini tanımadı. 
Məsihçilər təqib olunan ölkələrdə dövlət 
məmurlarının tez-tez məsihçiləri öz imanla-
rından və xidmətlərindən dönüb daha mühüm 
işlər və daha çox pula şirnikləndirməyə çalış-
maları kimi hekayələr danışırlar. 
Bəzən  bizə  elə  hekayə  lazımdır  ki,  biz 
bəzi  şeyləri  başqa  gözlə  görə  bilək  ki, 
bizə  nəyin  mühüm  olduğunu  və  qarşıdakı 
məqsədə  diqqətimizi  yönəltməyimizi  xa-
tırlatsın. Ola bilsin bizə pişik, yaxud inək 
təklif edilməz, amma bizim düşmənimiz bi-
zi yoldan çıxartmaq üçün tez-tez bizi baş-
qa  yollarla  sınağa  çəkir.  O  öz  ölkəmizdə 
bizə təhlükəsizlik təklif edir ki, biz başqa 
ölkələrə Xoş Müjdə ilə getməyə müqavimət 
göstərək.  O,  Allahın  xeyir-dualarından  – 
həyat  yoldaşı,  ailə,  yaxud  iş  kimi  xeyir-
dualardan sizi yayındırmaq üçün istifadə 
edəcək ki, biz həyatın qayğıları ilə boğulaq 
və  bizə  verilən  tapşırığa  etinasızlıq  edək. 
Bu  hekayə  sənə  həyatında  Müəllimdən 
uzaqlaşdıra  biləcək  olan  hansı  şeyi  açır? 
Sən  cismani  şeylər  ilə  çox  məşğul  olaraq 
öz  ruhani  tapşırığına  qarşı  etinasızlıq 
edirsənmi? 
Özünüzə fikir verin! Qoy ürəkləriniz 
eyş-işrət və sərxoşluqla, bu 
həyatın qayğıları ilə yüklənməsin. 
Qoy qiyamət günü bir tələ kimi 
üzərinizə qəflətən gəlməsin. 
Luka 21:34


137
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük vaxt 
Bir dəfə bir kişi gecə vaxtı uzaq şəhərə gedərkən yolda nəyəsə dəyib yıxıldı. Aşağı baxaraq o, 
daşlarla dolu kisəni gördü. Ətrafa baxdı və qaranlığa gözlərini zilləyərək kimin onları saldığı 
üçün baxdı. Heç kimi görməyərək o, həmin kisəni qaranlıq gecədə öz uzun səyahəti boyunca 
götürməyi qərara aldı. 
Vaxtı öldürmək üçün o, balaca daşları 
yolun kənarında olan çaya atmağa başladı. 
Şarap…şarap…. səs darıxan səyahətçi üçün 
zərərsiz əyləncə idi. O, təyin olunan yerə 
çatanda, onun kisəsində təkcə iki daş qal-
mışdı. Şəhərə daxil olaraq o, meydanın çı-
raqlarına yaxınlaşdı. Qalan iki daşı ovcunda 
tutaraq sarı lampa işığında onlara baxdı və 
daşların qeyri-adi tərzdə parıldadığını, bərq 
vurduğunu gördü. O, daha diqqətlə baxdı. 
Onu təəccübləndirən və məyus edən balaca 
daşların, əslində, brilyant olması idi!
Öz məhbus dostlarının çoxunu Məsihə 
gətirən müdrik məhbus pastor bu kiçik 
hekayəni saysız-hesabsız hallarda danışmış-
dır. O, əzablar vasitəsi ilə öyrənibdir ki, Al-
lahın Padşahlığını inkişaf etdirmək üçün hər 
dəqiqə istənilən şəraitdə istifadə edilə bilər. 
O, tez-tez digərlərinə öyüd-nəsihət verir: 
“Sən itmiş pulu yenidən əldə edə bilərsən, 
amma itmiş vaxtı yox. Öz vaxtını Allahın 
xidmətində müdrikcəsinə istifadə et.”
İldə  otuz  iki  milyon  saniyə  var  və  bi-
zim  yaşadığımız  hər  bir  saniyə  Allahın 
Öz  məqsədləri  üçün  bizə  verdiyi  dəyərli 
hədiyyədir.  Əgər  biz  onları  səmərəsiz 
istifadə  etsək,  saniyələr  Allaha  qayı-
dır,  amma  onlar  bizə  geri  dönməyəcəklər. 
Onlar  çayın  dibində  lildəki  brilyantlar 
kimi  həmişəlik  getdilər.  İsa,  hətta  çarmı-
xa çəkildiyi müddətdə də, öz son nəfəsini 
quldura  xilas  təklif  etmək  və  anasına 
təsəlliverici sözlər deməklə keçirdi. O, hətta 
onu öldürənlərə bağışlanma təklif etməklə 
xidmət  etdi.  O  gün  göylərdə  İsaya  qoşu-
lan quldur üçün o vaxtın nə qədər dəyərli 
olduğunu təsəvvür et. Sən öz dəyərli vaxt-
larını  məqsəd  ilə  doldurursan?  Allahdan 
öz vaxtını səmərəsiz keçirməmək üçün onu 
necə doldurmağı dilə. 
Bizə öyrət nə qədər ömrümüz var, 
qoy qəlbimiz hikmətli olsun. 
Məzmur 90:12


138-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük risklər 
ÇİN: İKİ MƏBƏD TİKƏN İNSAN
İki qadın həftəbəhəftə gizli ev toplantılarında iştirak etmək üçün səyahət edirdilər. Onlar öz 
kəndlərində məbədin olmadığına görə yorulmuşdular və məyus idilər. 
Bir ay yaxınlıqda məbəd üçün dua edəndən 
sonra, bir qadın, nəhayət ki, dedi: “Bəlkə Al-
lah gözləyir ki, biz məbəd tikək. Əgər bizim 
özümüz nəsə etmək istəmiriksə, nə üçün O, 
bizim müntəzəm şikayətlərimizə qulaq asma-
lıdır?”
Beləliklə, onlar risk etməyə qərara aldılar. 
İki qadın və onların həyat yoldaşları Çinin 
Anhui vilayətindəki öz balaca kəndlərində 
məbəd tikdilər. Dövlət onları hədələdi ki, di-
ni qurumda qeydiyyatdan keçməsələr, dərhal 
binaları dağıdılacaqdır. Onlar deyilənlərə tabe 
oldular və xoşbəxtlikdən onların kənd ərazisi 
başqa şəhər məbədləri qədər nəzarət olun-
murdu. Onlar hətta digər ev toplantısı pas-
torlarını da yazılı icazə olmadan bölüşməyə 
dəvət edirdilər. 
Qadınlar yerli xəstəxanalara baş çəkməklə 
və sağalmağa ümidi olmayan xəstələr tap-
maqla müjdəçilik edirdilər. Sonra onlar dua 
edər və Allahdan onların şəfasını istəyərdilər. 
Bir ildə təzə açılmış məbəd üzvləri iki yüz 
nəfərdən çox oldu!
Bacılardan biri dedi: “Biz düz iyirmi gün 
bir adam üçün dua etdik və o, son günə 
qədər şəfa almadı. Ailə bizi hədələməyə 
başladı. Onlar bizə dedilər ki, allahlarını 
qəzəbləndiririk. Amma sən Allah üçün risk 
etməyi istəməlisən.” 
İsa  Məsihin  müjdəsi  mübahisəli,  aydın 
və sadədir. Başqa nə üçün iblis məsihçiliyi 
qadağa  qoyulmuş  ölkələrin  ən  üstün  si-
yahısında  bir  nömrəli  din  kimi  ayırır? 
Misal  üçün,  buddistlərdə  qadağa  qoyul-
muş  ölkələrdə  gizli  məsihçi  məbədi  üçün 
geniş  sistem  yoxdur.  Yeni  era  meditasi-
ya  ekspertləri  təqib  edilən  ölkələrdə  öz 
həyatları  üçün  qorxmurlar.  Məsihçilik  isə 
mübahisəlidir.  Çünki  o,  düşmən  üzərində 
qüdrətlidir.  Şeytan  yalan  dinlər  üzərində 
öz  vaxtını  itirmir.  Sən  şeytanın  narahat 
olduğu  ruhani  risksən?  Yoxsa  sən  onu 
təhlükəsiz  oynayırsan?  Sən  imanına  görə 
onun planlarına təhlükəsən? Əgər belədirsə, 
onda  mübahisələr  gözlə.  Lakin  həqiqətin 
bir hissəsi olduğuna görə sevin!
Məsih İsada möminliyə yaraşan bir 
həyat sürmək istəyənlərin hamısı 
təqibə məruz qalacaq. 
2 Timotey 3:12


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə