Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə49/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   45   46   47   48   49   50   51   52   ...   122

139
BÖYÜK 
SADİQLİK
-cu
gün
Böyük sevgi 
RUMINİYA: YƏHUDİ MƏSİHÇİLƏR
2-ci Dünya Müharibəsinin sonunda alman əsgərləri bilirdilər ki, sovetlər onları Sibirdəki 
fəhlə düşərgəsinə aparacaqlar və onların çoxu orada öləcəkdir. Sovet ordusu şəhəri elə təzəcə 
faşistlərdən almışdı ki, iki əsgər imkan tapdı və qrupdan qaçdı. Onlar Rumıniyanın Buxarest 
şəhərinin qaranlıq küçələrində qorxu içində dolanırdılar. 
Lüteran məbədini tapanda, onlar sevindilər. 
Çünki Rumıniya lüteranları alman nəslindən 
idilər. Lakin onlar biləndə ki, içəridəki adam-
lar yəhudidirlər, onların qorxuları qayıtdı. 
Pastor dərhal onların qorxularını yatız-
dırdı. “Biz yəhudilərik, amma həmçinin, 
məsihçilərik və biz heç kimi düşmənin əlinə 
verməyi düşünmürük.”
Həmin vaxtda, əgər hansısa rumıniyalı-
nın almanı gizlətmiş olduğu bilinsəydi, on-
lar dərhal ölümə təslim edilməli idilər. La-
kin xeyirxah pastor üçün almanlar – hələ 
də öz faşist geyimlərində – Xilaskara eh-
tiyacı olan canlar idilər. O, təqib edilmiş 
yəhudilərə kömək etdiyi kimi, onlara da 
kömək edəcəkdir. 
O onlara dedi: “Biz almanların işğalı altın-
da çox əzab çəkmişik. Siz şəxsən təqsirkar 
olub olmasanız da, biz sizin hakiminiz deyi-
lik. Biz sizə öz evimizi və mülki paltarları-
mızı təklif edirik ki, Almaniyaya gedib çıxa 
biləsiniz. Biz bunu ona görə edirik ki, Alla-
hın sizə olan böyük sevgisini və mərhəmətini 
sübut edək. Yalnız O, sizə təqsirlərinizdən 
azadlıq verə bilər.”
Sevgi insanları qəribə şeylər etməyə va-
dar edir. İki aşiq olan cütlük öz müstəsna 
həsr  olunmalarını  nümayiş  etdirmək  üçün 
böyük  məsafəni  gedəcəklər.  Buna  bənzər 
olaraq da, ana da öz övladını dünyada heç 
kimin  sevmədiyi  kimi  sevir.  Amma  Məsih 
və imanlılar arasındakı sevgi onların iki-
si  arasındakı  sevgi  kimi  deyildir.  Bu,  ən 
qəribə sevgidir. Çünki bu, müstəsna olmağa 
can  atmır.  Sözün  düzü,  bu,  yeganə  sevgi 
münasibətidir ki, digərlərini daxil etməklə 
böyüyür. Məsihə həsr olunmamızı göstərmək 
üçün  biz  digərlərini  məsihçi  sevgisi  ilə 
sevməliyik.  Əgər  biz  bizi  sevməyənləri 
seviriksə, onda biz Məsihin müstəsna sev-
gisini göstəririk. Bu gün Allah səndən Öz 
xatirinə kimi sevməyi xahiş edir?
Siz isə düşmənlərinizi sevin, onlara 
yaxşılıq edin və heç bir şey  
ummadan borc verin. 
Luka 6:35


gün
140
BÖYÜK 
SADİQLİK
-cı
Allah bizi nə qədər dözdüyümüzə görə 
yox, lakin nə qədər sevə bildiyimizə görə 
mükafatlandıracaqdır. İmanlarına görə 
həbsxanalarda əzab çəkən məsihçilər sevə 
bilirdilər. Mən bunun şahidiyəm ki, onlar 
həm Allahı və həm də insanları  
sevə bilirdilər. 
İmanına görə həbs edilmiş, gizli məbədin keçmiş  pastoru.


141
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük qəhrəman
RUSİYA: VANYA MOİSEYEV
Sovetin Qırmızı Ordu əsgəri olaraq Vanya Moiseyev imanını bölüşdüyünə görə müntəzəm 
olaraq töhmətləndirilirdi. Onun polkundakı adamların çoxu onun şəhadəti vasitəsi ilə Məsihə 
gəlmişdir. Onun komandiri ona imanı barədə danışmamağı əmr edəndə, o cavab verdi: “Əgər 
oxumağı qadağan etsəydilər, onda bülbül nə edərdi? O bunu bacarmazdı və mən də bacarmaram.”
Vanyanı tanıyan hər bir kəs onun imanının 
yoluxucu olduğunu bilirdi. Tezliklə o, həbs 
edildi və amansız işgəncəyə məhkum edildi. 
O, anasına yazaraq dedi: “Mən bilirəm ki, biz 
yəqin ki, bir-birimizi görməyəcəyik, amma 
mənim üçün ağlama. Mələk mənə göylərdəki 
Yerusəlimi göstərdi və ora gözəldir. Xahiş 
edirəm, ana, əlindən gələn hər şeyi et ki, 
məni orada görəsən.” 
O, davam edərək onu əmin edirdi ki, Al-
lah ona mələklər göndərməklə onu ruhlandı-
rırdı. O, mələklərlə olan müxtəlif görüşlərini 
təsvir etdi. “Mələklər şəffafdırlar. Əgər biri 
sənin qarşında dursa və adam arxanda dur-
sa, mələyin hüzuru insanı görməyin qarşısını 
almır. Əksinə, sən onu daha yaxşı görürsən. 
Sən mələk içərisindən görəndə, onda sən 
başa düşürsən və hətta əzab verənə də 
minnətdar olursan.”
Sonda Vanya imanına görə iyirmi bir ya-
şında öldürüldü. O, ilhamlandırıcı həyatına 
görə bütün Şərqi Avropada qəhrəmana 
çevrilən gənc şəhid idi. 
Mələklər  hər  yerdədirlər.  Onların 
bənzəri  kitablardadır,  yolka  oyuncaqları 
kimi ağacdan asılır, şamdanlar formasında 
və  peçenye  kəsmək  üçün  mələk  formasın-
da  fiqur  kimi  düzəldilir.  Bir  çox  insanlar 
mələkləri  –Allahın  səmavi  müjdəçilərini 
görmədiklərinə  görə  peşmandırlar.  Buna 
baxmayaraq,  mələklər  tez-tez  nəzərdən 
qaçırılırlar.  Bizim  tərəfimizdən  qəbul 
edilməyə  ehtiyacı  olan  xoşagəlməyən  bir 
adam mələk ola bilər. Bizi incidən düşmən 
görmək  istədiyimiz  mələk  kimi  bir  varlıq 
ola  bilər.  Və  hətta  həmin  insanın  adi  bir 
insan olduğu müəyyən olunsa da, o şəxsi 
sevməyimiz  bizi  bir  addım  göylərə  yaxın-
laşdıracaqdır. Vanya kimi, həyatına səmavi 
nəzərlər ilə baxırsan? Öncə yalnız düşmən 
gördüyün yerdə indi mələyi axtarırsan? Bü 
gun sevmək üçün mələklər axtar.
Qonaqpərvər olmağı da 
unutmayın, çünki belə davranan 
bəziləri bilmədən mələklərə 
qonaqpərvərlik göstərmişlər. 
İbr. 13:2


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə