Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə46/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   42   43   44   45   46   47   48   49   ...   122

130
BÖYÜK 
SADİQLİK
-cu
gün
Böyük xeyirxahlıq
RUMINİYA: ƏFV EDƏN YƏHUDİ QADIN
Rumıniyalı pastor və onun həyat yoldaşı faşistlərin onların ölkələrini zəbt etdikləri müddətdə 
sovet əsgərlərini gizlətmişdilər. İndi isə faşist əsgərlərinə sığınacaq lazım idi. 
Üç alman məmuru onların evlərinin arxa-
sındakı kiçik bir binada gizləndilər. Pastorun 
həyat yoldaşı onlara gizlicə yemək aparırdı 
və gecə vaxtı onların zibil qutularını boşaldır-
dı. Bir yəhudi kimi, o, onların hərəkətlərinə 
görə nifrət edirdi – onlar onun bütün ailəsini 
məhv etmişdilər. Amma məsihçi kimi o, qaç-
qınlara yardım etməyə və onlara fiziki və ru-
hani dəstək olmağa məcburiyyət hiss etdi. 
Xeyirxahlıq göstərmək komandirdə maraq 
oyatmışdı: “Görəsən nə üçün yəhudi qadın 
alman əsgəri üçün öz həyatını riskə atır? 
Mən yəhudiləri xoşlamıram və Allahdan 
qorxmuram. Sənə deməliyəm ki, alman ordu-
su Buxaresti yenidən zəbt edəndə və əminəm 
ki, bu, olacaq, mən bu xeyirxahlığı sənə heç 
vaxt geri qaytarmayacağam.”
Pastorun həyat yoldaşı onun soyuq 
ürəyinə görə ruhdan düşmədi. O, ona təbliğ 
etməyə davam etdi: “Hətta ən pis cinayətlər 
İsa Məsihə iman vasitəsi ilə əfv olunur. 
Mənim səni bağışlamağa heç bir səlahiyyətim 
yoxdur, amma əgər sən tövbə etsən, İsanın 
səlahiyyəti var.”
Məmur cavab verdi: “Səni başa düşdü-
yümü deməyəcəyəm. Amma ola bilsin, əgər 
daha çox insanda pisliyə yaxşılıqla cavab 
vermək ənamı olsaydı, onda daha az qətl 
olardı.”
Məmur tezliklə Almaniyaya qaçdı, hələ 
də tövbə etməmişdir. Amma pastor və onun 
həyat yoldaşı həqiqi məsihçiliyi göstərmək 
üçün öz üzərilərinə düşən tapşırığı yerinə 
yetirdilər. 
İsa  müxtəlif  nəticələr  hasil  edən 
müxtəlif  cür  torpaq  növünə  toxum  səpən 
əkinçi  məsəli  barədə  bölüşmüşdü.  Onun 
hekayəsində, toxum Allahın Kəlamıdır. Ba-
ğın kənarında olan tapdalanmış toxumları 
acgözlüklə udan quşlar kimi, iblis də Alla-
hın Kəlamını onu eşidənlərdən oğurlamaq 
istəyir. Bunun əksinə, münbit torpağı təsvir 
edənlər isə Allahın Kəlamını qəbul edənlər 
və  ona  cavab  verənlərdirlər.  Biz  Müjdəni 
digərləri ilə bölüşəndə, biz onların qəlbində 
hansı cür torpağın olduğunu bilmirik. Biz 
onların cavab verəcəyi müsbət, yaxud mənfi 
münasibətə cavabdeh deyilik. Sən kiminsə 
Müjdəyə hay vermədiyinə görə məyussan? 
Sən öz üzərinə düşən işi görmüsən. İndi isə 
qoy Allah Öz işini görsün.
İnsanlara deyil, Rəbbə 
qulluq etdiyiniz kimi 
ürəkdən qulluq edin. 
Efes. 6:7


131
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük vəz etmə
RUMINİYA: PASTOR RİÇARD VURMBRAND
1991-ci ildə, kommunist Rumıniya dövləti yeni maska taxdı. Onlar onların etdiyi işlərə nifrət 
edən vətəndaşların çoxluğundan qorxdular. Onlar Rumıniya pastorlarına, hətta cəmiyyət 
içində də təbliğ etməkləri üçün yalvardılar. Amma onlar pastorlara xüsusi şeyləri təbliğ etməyi 
əmr etdilər – düşmənini sev – yəni ki, insanlar onları bağışlasınlar. Onlar düşündülər ki, öz 
xeyirləri üçün məsihçi Müjdəsini manipulyasiya edə bilərlər. 
Məsihçilər sevinərək çağırışı qəbul etdilər 
və baxmayaraq ki, onlar bilirdilər ki, dövlətin 
niyyəti özünü qorumaq üçün idi, onlar açıq-
ca təbliğ etməyə başladılar. Amma bəziləri 
fikirləşdi: “Nə üçün biz zülm edilənlərə onla-
ra zülm edənləri sevməyi öyrətməliyik?” On-
lar fikirləşirdilər ki, bu bağışlanma müjdəsi 
dövlətin əlini möhkəmləndirəcəkdir.
Pastor Riçard Vurmbrand bu atmosfer 
olan vaxtda iyirmi beş illik sürgünlükdən 
sonra Rumıniyaya qayıtdı. O, Rumıniya tele-
viziyasında “düşmənlərinizi sevin” müjdəsini 
təzyiq ilə təbliğ etməyə dəvət edilmişdir. 
Məbəd onun sözləri ilə ittiham edilmişdir: 
“Sevgi, sadəcə sevgi olduğuna görə, özünü 
bütün risklərə – hətta pis adam tərəfindən 
sui-istifadə riskinə də atır ki, hamını qazana 
bilsin. Biz düşmənini sev təlimini öyrətməyi 
dayandırmamalıyıq, hətta hansısa müddətdə 
Allaha nifrət edənlər bizim hesabımıza bun-
dan sərfələnirlərsə də. Biz inanırıq ki, Allah 
Sözdür və sonda bu Söz, hətta Allaha nifrət 
edənlərin də ürəklərini dəyişəcəkdir.”
Müqəddəs 
Kitab 
düz 
axırın-
cı  fəslə  qədər…..sonu  sürprizlərlə  dolu 
hekayələrdən  ibarətdir.  Şərin  nəzarəti  ələ 
keçirdiyi  və  bütün  vəziyyətlərin  salehlərə 
qarşı  durduğu  görünəndə,  Allah  salehə 
qələbə  verir.  Xoşbəxtlikdən  Allah  həm  də 
bizim  həyatlarımızın  müəllifidir.  Ssenari-
nin necə inkişaf etməsinə sual vermək bi-
zim  işimiz  deyil.  Biz  elə  hiss  edə  bilərik 
ki,  Allahın  işi  üçün  effektiv  istifadə  edil-
mirik. Biz hətta müjdəçilik üçün ən yaxşı 
səylərimizin də başqaları tərəfindən pozul-
duğunu hiss edə bilərik. Buna baxmayaraq, 
bizim  rolumuz  Onun  müjdəsini  sadiqliklə 
təbliğ  etmək  və  çətin  vəziyyətləri  Onun 
əllərinə verməkdir. Allah hələ də hekayəni 
yazır və ən yaxşısı hələ də qarşıdadır! 
Baxın, siz mənə qarşı pis fikrə 
düşdünüz, lakin Allah onu 
yaxşı işə çevirdi ki, bu gün 
gördüyünüzü etsin və çoxlu 
adamın həyatını qorusun. 
Yaradılış 50:20


132-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük xatirə
TİBET: UİLLİYAM SİMPSON
“Sənin oğlun öldürülübdür.”
Cənab Simpsona o gün dəhşətli xəbər 
çatdı. Onun müjdəçi oğlu Uilliyam Tibe-
tin sərhəddində uşaqlara Allahın Sözünü 
öyrətdiyi kiçik bir məktəb tikmişdi. Uilli-
yamın atası yaxınlıqda yaşayırdı və dərhal 
xəbərdən sonra məktəbə qaçdı. Ətrafa baxan-
da oğlunun xidməti ilə bağlı xatirələr onun 
gözünün önündən gəlib keçdi. 
Uilliyam Tibet əhalisi ilə Müjdəni bölüşmək 
üçün altı min beş yüz kilometr yolu atla 
gedərdi. Müsəlman fanatlar Tibet şəhərində 
əlli min nəfəri amansız tərzdə öldürmüşdülər, 
lakin hətta bu, onun oğlunu qorxutmamışdı.
Uilliyam yazmışdı: “Bütün çətinliklər, 
tənhalıq, ürək ağrıları, əzablar, uzun yol-
da soyuq və yorğunluq, ruhdan düşmək, 
ağır itkilər, sövq olunmalar və sınaqların 
heç biri “böyük sevincin xoş yeniliklərini” 
bölüşməyin izzəti və sevinci ilə müqayisə 
olunmağa dəyməz.” 
Uilliyamsın atası dağıdılmış məktəbin içi 
ilə gəzdi və öz oğlunun doğranmış bədənini 
yerdə tapdı. Sonradan o öyrəndi ki, müsəlman 
ordusunun qaçaqları məsihçi məktəbinə, onu 
yaradana mərhəmət göstərməyərək hücum 
etmişdilər. 
Özü də müjdəçi olan cənab Simpson 
məsihçi Uilliyamın digərlərinə göstərdiyi 
nümunəyə görə çox fəxr edirdi. Oğlunun 
cəsədinin altında onun qanına bulanmış bir 
parça vərəq var idi. O, ehtiyatla onu götürdü 
və bu sözləri oxudu: “Mənim xatirəmə”. 
Abidələr  dünyanın  hər  bir  yerinə 
səpələnibdir.  Hər  biri  sınaqlar  içində 
qəhrəmanlıq,  cəsurluq  və  şəxsi  qurban 
hərəkətinin  xatirəsini  qeyd  edir.  Tarixdə 
müxtəlif  eralardakı  insanların  ucaldılmış 
abidələri  və  xatirələri  vardır.  Bu,  insan 
təbiətinin  bir  hissəsidir.  Biz,  bizim  ide-
al  azadlığımız,  ədalətimiz,  sevgimiz  və 
şərəfimiz  uğrunda  böyük  qiymət  ödəmiş 
insanları  unutmağı  arzulamırıq.  Bizim 
qəlblərimiz  Məsih  və  Onun  Müjdəsi  uğ-
runda  şəhid  olan  məsihçilərin  xatirələrini 
saxlayır.  Heç  bir  hərbi  mükafat  onların 
dəfnlərində təltif olunmur. Onların yerinə 
heç bir heykəl ucaldılmır. Onları yada sal-
maq və onları ilhamlandıran Allahı mədh 
etmək üçün bu gün vaxt ayır. 
Sizi hər dəfə yada salanda 
Allahıma şükür edirəm.
Filip. 1:3


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə