Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə50/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   46   47   48   49   50   51   52   53   ...   122

142-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük yeməklər
ŞƏRQİ AVROPA: AC MƏHBUS
Həbs edilmiş məsihçi ac və əsəbi idi. Leytenant onu yenidən sorğu-suala tutmağa gəlmişdi və 
o, sorğu-suala tutulmaq əhval-ruhiyyəsində deyildi. O fikirləşdi: “Nə üçün mən sorğu-suala 
tutulan şəxs olmalıyam?”
Beləliklə, o, məmura suallar verdi: “Sən 
Allaha inanırsan? Sən öləndən sonra nə 
baş verəcəkdir? Bu gözəl dünya necə yara-
nıbdır? Nəhayət, o, maraqlanan məmur ilə 
tam xilas Müjdəsini bölüşə bildi. Məhbusu 
heyrətləndirən şey leytenantın dərhal öz 
həyatını Məsihə verməsi idi!
Məmur həmçinin, öz günorta yeməyini ac 
məhbuslara verdi. Məsihçi minnətdar idi ki
o, əsəbi əhval-ruhiyyəsi olanda da Allah onu 
qidalandırır və istifadə edirdi. 
Başqa bir vaxt, həmin bu adam tənha 
həbsxanada idi və həm də ac idi. Sonra o, 
İsanın: “Təqib olunan zaman sevinin, çünki 
bu, xeyir-duadır” – dediyi sözləri xatırladı. 
O, dərhal qalxdı və Allaha həmd etməyə və 
öz balaca kamerasında rəqs etməyə başla-
dı. Tezliklə onun sevinməsi mühafizəçinin 
diqqətini cəlb etdi. 
Mühafizəçi onun nə etdiyini yoxlayan-
da, o, məsihçinin dəli olduğundan əmin idi. 
Mühafizəçiləri öyrətmişdilər ki, dəli olanlar 
ilə nəzakətlə davransınlar və beləliklə, o, 
məsihçiyə bir az pendir və bir çörək gətirdi. 
Yenidən, Allah təmin etdi. Məsihçi 
məhbusa bir fikir gəldi: “Məsihdə axmaq 
olmaq, heç nəyi dəyişdirə bilmədiyi şeylər 
barədə dəlicəsinə qəzəbli olan “müdrik” 
adam olmaqdan daha yaxşıdır.”
Çox  insanlar  öz  aləmlərini  davam-
lı  nəzarət  altında  saxlamağa  ehtiyacla-
rı  olan  –  “Nəzarət  etmə  fanatlarıdırlar.” 
Təəssüf  ki,  elə  şeylər  var  ki,  o,  hamının 
nəzarəti  xaricindədir.  Nə  isə  barədə  han-
sısa şeyi etməyi dərk etmək və nəzarət edə 
bilmədiyimiz  şeylər  uğur  üçün  sirdir.  Mi-
sal  üçün,  biz  başqalarının  nə  dediklərinə 
nəzarət  edə  bilmərik,  amma  bizi  təhqir 
edənlərə  dua  etməyi  seçə  bilərik.  Bizim 
nəzarətimiz  xaricində  olan  şeylər  barədə 
narahat  olmaq,  sadəcə  olaraq,  insan 
təbiətidir. Bizim nəzarət edə bilmədiyimiz 
şeyi  biz  manipulyasiya  etməyə  çalışırıq. 
Amma  Allah  vəziyyətləri  manipulyasiya 
etməyi dayandırmağı və Ona etibar etməyi 
söyləyir.  Hekayədəki  məhbus  kimi,  Allah 
bizə,  sadəcə  olaraq,  Onun  Sözünə  tam 
itaət edərək onu həyatda tətbiq etməyimizi 
xatırladır. O, qalan şeylərin qayğısına qa-
lacaqdır. 
Bəşər Oğluna görə insanlar sizə 
nifrət edəndə, sizi cəmiyyətdən 
qovub təhqir edəndə, adınızı 
bədnam edəndə nə bəxtiyarsınız! 
Luka 6:22


143
gün
BÖYÜK 
SADİQLİK
-cü
Daha böyük məktublar – birinci hissə 
ROMA: PLİNİ 
Aşağıda verilən Plini adlı hökmdarın Roma imperiyasına yazdığı məktubdur, bu məktub 
Məsihin çarmıxa çəkilməsindən təxminən yüz il sonra məsihçiliyin artması barədə yazılıb: 
Mən heç vaxt heç bir məsihçinin 
məhkəməsində iştirak etməmişəm və me-
todlardan və bizim istintaqlarımızda istifadə 
olunan məhdudiyyətlərdən və işgəncələrdən 
xəbərsizəm. Biz yaşa və ya cinsə görə in-
sana hörmət edirik? Əgər məsihçi öz 
dinindən tövbə edərsə, onda biz hələ də onu 
cəzalandırırıq, yoxsa əfv edirik?
Hal-hazırda, mən işimi belə görürəm 
– mən onları öz dinlərinə görə sorğu-su-
al edirəm; əgər onlar məsihçi olduqlarını 
desələr, mən daha böyük cəza ilə hədələyərək 
sorğu-sualı təkrar edirəm. Əgər onlar hələ də 
inad etsələr, mən onların edam olunmasını 
əmr edirəm. Mən inanmıram ki, onların inad-
karlığı cəzasız qalmalıdır.
Mən bu yaxınlarda öz imanlarını inkar 
edən bir qrup məsihçini sorğu-sual etdim. 
Mən bu hadisədən iki qadın məhbusa işgəncə 
verən şəxsin köməyi ilə əsl həqiqətin üzə çıx-
masının mühümlüyünü daha yaxşı görə bil-
dim. Amma mən mənəvi cəhətdən pozulmuş 
və hədsiz mövhumatdan başqa heç bir şey 
kəşf etmədim. 
Ona görə də mən əvvəlcə səndən məsləhət 
almağın müdrik olduğunu fikirləşdim. Bu 
məsələni, xüsusilə təhlükəyə məruz qalmış 
sayları nəzərə alsaq, sənə tapşırmağa dəyər. 
Bu yoluxucu mövhumat yalnız şəhərlərlə 
məhdudlaşmır, lakin bütün kəndlərə də ya-
yılmışdır. 
Buna baxmayaraq, buna əlac etmək hələ 
də mümkün görünür.
Məsihçilər  öz  məsihçiliklərindən  asan-
lıqla  “müalicə  olunurlar”?  Sıxışdırmalar 
gələndə əksər məsihçilər Məsihə sağalmaz 
dərəcədə sadiqdirlər, yoxsa sadəcə olaraq, 
azca qızdırmaları var? Təqib həqiqəti kəşf 
etmək üçün tək doğru yoldur. Yalnız Allah 
insanın ürəyini bilir. Amma təqib bizim özü-
müzün həqiqi kim olduğumuzu təqdim edir 
və Məsihi tərk edib-etməyəcəyimizi, yaxud 
sadiq qalacağımızı müəyyən etməyə kömək 
edir. Əgər biz həqiqətən Məsihə sadiqiksə, 
onda  Onun  naminə  tab  gətirmək  üçün  O, 
bizə  lazım  olan  qüvvəni  verəcəkdir.  Əgər 
biz İsanın şəxsiyyətindən daha çox ideolo-
giyaya bağlıyıqsa, onda özümüzü təzyiq al-
tında tərəddüd edən görəcəyik. Sən Məsih 
üçün  sağalmazsan,  yoxsa  sənin  imanının 
“hədsiz mövhumat” olduğu üzə çıxacaqdır? 
Allahımızın ismini unutmuş olsaydıq, 
yad allaha əl açmış olsaydıq, Allah 
bunu araşdırmazdımı? Çünki qəlbin 
hər sirrini bilən Odur. 
Məzmur 44:20-21


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə