Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə37/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   33   34   35   36   37   38   39   40   ...   122

104
BÖYÜK 
SADİQLİK
-cü
gün
Böyük qəm
RUMINİYA: ARXMANDRİT QİUŞ
Cilavanın kommunist həbsxanası xüsusilə sərt idi. Sınıq pəncərələr sərt küləyi içəri buraxırdı. 
Məhbuslardan bəziləri ölüncəyə qədər donmuşdular. Cilavada məsihçilərə heç kimin yazığı 
gəlmirdi. Əslində, onlar tez-tez qəddar nəzarətçilər tərəfindən “xüsusi” döyülmələrə tab 
gətirirdilər. 
Yeni məhbuslardan biri olan Arxmandrit 
Quiş Rumıniyanın Liberti şəhərində pastor 
idi. Arxmandrit öz yeni “evinə” həyəcanla 
baxdıqca, tanış bir sifət gördü – Libertidə 
onunla xidmət edən bir kişi. Bu, pastor Ri-
çard Vurmbrand idi. “Necə ola bilər, o, hələ 
də sağdır?” – Arxmandrit fikirləşdi. “Səkkiz 
ilə yaxındır ki, heç kim onun haqqında bir 
şey eşitməmişdir.” İki sadiq pastor qucaqlaş-
dılar. Arxmandrit gülümsədi, tab gətirəcəyi 
dəhşətli əzablarda ona kömək edəcəyi köhnə 
dostuna görə minnətdar idi. 
Amma pastor Vurmbrand gülümsəmədi. 
O, belə yaxşı pastoru həbsdə görməyə 
kədərləndi. O, onun barəsində narahat olma-
ğa başladı. O, soyuğa və qəddar rəftarlara 
tab gətirəcəkmi? O da digərləri kimi ağlını 
itirəcəkmi? Səkkiz il həbsdə olandan sonra 
Vurmbrand nəyin baş verəcəyini bilirdi. 
İki dost sakitcə oturdular. Nəhayət, Riçard 
gərginliyi dağıtdı və mülayimcəsinə soruşdu: 
“Sən qəmginsən?” Onu heyrətləndirərək 
Arxmandrit sadəcə cavab verdi: “Qardaş, 
mən yalnız bir qəm bilirəm: bu, İsaya tamlıq-
la verilməməkdir.” 
Məsihçi  şəhidlərin  həqiqi  hekayələrini 
emosional  olaraq  tükənmiş  hiss  etmədən 
oxumaq  çətindir.  Belə  dəhşətli  ölümlə 
ölənlər  günahsızlara  olan  qəmginlik  və 
təəssüf hissi təbii reaksiyalarından biridir. 
Amma hekayələrin qəhrəman kişi və qadın-
ları birlikdə başqa cür hay vermənin olma-
sını  arzulayardılar.  Onlar  ümid  edirdilər 
ki, onların qurbanları digərlərini də buna 
bənzər  əhdə  doğru  ruhlandıracaqdır.  Söz-
süz  ki,  onların  ölümü  bizim  qəlblərimizə 
toxunur.  Amma  öz  kiçik  imanımız  bi-
zim  qəlblərimizi  iki  yerə  bölməlidir.  Bu, 
həqiqətən,  kədərlidir.  Sən  öz  təkəbbürünə 
görə  cismani  rəğbətdən  uzaqda  tövbəyə 
doğru rəğbətə çağırılırsanmı? Oxuduğunun 
nəticəsi  olaraq  səndə  ilahi  qətiyyətlilik 
hissi var? Allahdan Onun üçün yaşamağa 
görə qərarı hərəkətə gətirməyi dilə. 
Amma indi kədərinizə görə yox, bu 
kədər hissinin sizin tövbə etmənizə 
səbəb olduğu üçün sevinirəm. Allah 
istəyən tərzdə kədərləndiniz, buna 
görə də bizdən heç bir şeydə ziyan 
görmədiniz. 
2 Kor. 7:9


BÖYÜK 
SADİQLİK
105-ci
gün
gün
105
İman hərəkətə püskürməyincəyə qədər, 
hətta ada belə layiq deyildir. 
Katerin Marşal
BÖYÜK 
SADİQLİK


106
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük bağışlama 
RUMINİYA: DEMETER
Demeter uzun illər kommunizm həbsxanasında əzab çəkmişdir. O, həbsxanaya salındığı 
müddətdə ruhda güclü qalmışdır, amma onun bədəni dağılmağa başlayırdı. Orada xüsusi 
həbsxana nəzarətçisi var idi, o özünü Demeterin onurğa sütununa çəkic ilə vurmaqla 
əyləndirirdi ki, bu da Demeteri həmişəlik iflic etmişdi. Amma Demeterin Məsihə bənzər davra-
nışı heç vaxt dəyişmədi və o, nəhayət, həbsdən azad edildi. 
İyirmi ildən sonra o, evinin giriş qapısı-
nın döyüldüyünü eşitdi. Onun onurğa sütu-
nuna qəddarcasına vuran və onu uzun illər 
iflic etmiş həbsxana nəzarətçisini qarşısında 
görəndə o, heyrətə gəldi. Yenə də Demeter 
öz imanını ifadə etməkdə dəyişmədi. 
Demeter salam verməzdən əvvəl, keç-
miş nəzarətçi dedi: “Mən dərk edirəm ki, 
sənə etdiklərimə görə heç vaxt bağışlana 
bilmərəm. Bunlar çox iyrənc idi. Amma xahiş 
edirəm, sadəcə olaraq, mənim üzr sözlərimə 
qulaq as və sonra mən gedəcəyəm.”
Demeter o adama şəfqət və təəccüblə 
gözlərini dikdikcə bir anlıq dayandı. O, 
mülayimcəsinə cavab verdi: “İyirmi il mən 
hər gün sənin üçün dua etmişdim. Mən səni 
gözləyirdim. İyirmi il əvvəl mən səni artıq 
bağışlamışdım.” Əgər biz hamıya sevgi və ba-
ğışlanmanı könüllü olaraq göstərsək – hətta 
bizi incidənlərə belə – onda Məsihin sevgisi 
hər şeyə qalib gələr. 
İnsanların  əksəriyyəti  heç  vaxt  düşü-
nülmüş  fiziki  əzab  çəkməyəcəklər.  Amma 
başqalarının bizə vurduğu emosional yara-
lar da onun kimi viranedici ola bilər. Xoş 
olmayan sözlərin, dostun səni satmasının, 
acı  boşanmanın  xatirələri  bizimlə  həyat 
boyu  qala  bilər.  Biz  kin  saxlamağa  sövq 
olunuruq,  hətta,  ola  bilsin,  incidən  insa-
na  qarşı  dəqiq  qisas  almaq  istəyirik.  Ba-
ğışlanma bizə təbii olaraq gəlmir, lakin o, 
Allahın  təbiətinin  ayrılmaz  bir  hissəsidir. 
Əgər biz Allahın lütfünü dadmışıqsa, onda 
biz başqalarına da Allahın bağışlanmasını 
bölüşməkdə  izin  verə  bilərik.  Bağışlanma 
digərinin  bunu  səndən  istəməsindən  asılı 
deyildir. Bu, itaətkarlıq və həmçinin, iman 
addımıdır.  Allahdan  həqiqi  bağışlanma 
möcüzəsinin  baş  verməsi  üçün  qəlbini  aç-
mağını dilə. 
Bir-birinizə dözün və birinizin 
digərindən şikayəti varsa
bağışlayın. Rəbb sizi bağışladığı 
kimi, siz də bağışlayın.
Kolos. 3:13


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə