93
gün
BÖYÜK
SADİQLİK
-cü
Böyük müjdəçilik
UQANDA: YEPİSKOP HANNİNQTON
“İşgəncə verən şəxs üçün yeganə xilas olma şansı məsihçi məhbus vasitəsi ilə ola bilər. Onlar
heç vaxt məbədə getmirlər, yaxud Müqəddəs Kitabı oxumurlar. Amma məsihçi məhbus hətta
döyüldüyü vaxtda belə onlara sevgi göstərə bilər.” Gizli məbəd üzvü buna inanır.
İşgəncə təhlükəsi altında Məsihə illərlə
xidmət edən başqa bir qadın dedi: “Bütün
Məbəd tarixi boyu çox məsihçi məhbuslar
onlara işgəncə verənləri göylərə aparmışdılar.
Roma həbsxanasında Paulun orada həbsdə
olduğu müddətdə orada iman edənlərin adla-
rı yazılmış bir xatirə lövhəsi var.
Əgər Paul
onlara onu döymək imkanı verməsəydi, onlar
indi cəhənnəmdə olmuş olardılar. O dayandı.
“Əgər işgəncə verənlərin nəticəsi xilasdırsa,
onda mən əzab çəkməyə eitraz etmirəm.”
Yepiskop Hanninqton Məsihin müjdəsini
Uqandadakı adamyeyənlərə gətirəndə
təhlükənin yüksək olduğunu bilirdi. Yepis-
kopun gəldiyindən bir neçə həftə sonra,
adamyeyənlər onun müjdəsindən imtina
etdilər və onu edam etdilər. Hanninqton
öləndən əvvəl adamyeyənlər yüksək səslə
deyilən bu sözləri eşitdilər: “Düşmənlərinizi
sevin, sizinlə pis
rəftar edən və sizi təqib
edənlər üçün dua edin.”
Yepiskopun iki oğlu atalarının ölümündən
sonra həmin kəndə xidmət etməyə gəldikləri
vaxt onlar da bu sözlərlə başlamışdılar.
Onlar atalarını öldürən həmin adamla-
ra müjdələməyi davam etdirməyə qərar
vermişdilər.
Bəziləri fərz edirlər ki, Məsihin ölümü
və dirilməsi, öz sevimli müəllimlərinin
xatirəsini yaşatmaq arzusunda olanla-
rın sadəcə bir yalanı idi. Amma Onun
şagirdlərinin və onlardan sonra gələn
daha çox nəsillərin əksəriyyətinin şəhid
olması bunu necə başa salır? Onların öz
həbs olunmaları zamanı və sözsüz ki,
ölümlərindən əvvəl öz səfehliklərini etiraf
etmələri ağlabatan görünür. Nə üçün on-
lar güman edilən hiyləni könüllü olaraq bu
qədər daşımalı idilər? Əslində, tarix onlara
əzab verənlərin son dəqiqələrdə də imana
gəlməsi üçün onların səy göstərdiklərini
qeyd edir. Onların böyük müjdəçilikləri
əminliklərinin sübutu idi: Bu, Allahın
həqiqi Xoş Xəbəri idi. Sən Xoş Xəbər
barədə nə qədər əminsən? Sən onu ən çətin
vəziyyətlərdə belə yaymağa hazırsan?
Mən Müjdədən utanmıram, çünki
o, iman edən hər kəsin – əvvəlcə
yəhudinin, sonra da yunanın xilası
üçün Allahın qüdrətidir.
Roma. 1:16
94
BÖYÜK
SADİQLİK
-cü
gün
Böyük müjdəçilik sahələri
YAPONİYA: FRANSİS XAVİER
Gözəl dağlar ilə əhatə olunmuş Yaponiya Məsihin sevgisini və əfvini Yaponiyaya gətirməkdə
ən birinci olmalarını təhlükəyə qoyan cəsur məsihçi qardaş və bacıların imanı ilə xeyir-dualan-
mışdır.
1549-cu ildə Fransis Xavier Yaponiyaya
gedən ilk müjdəçi idi. Onun xidməti altın-
da bir çoxları iman etmişdir və məbəd tez
böyüyürdü. Amma Yaponiya məmurları
məsihçiləri təhlükə kimi görürdülər və şiddətli
təqib başladı. Məsihçilərə qarşı müqavimət
elə artmışdı ki, sanki kələ-kötür dağ Yapo-
niyanın səmasına ucalmışdı və imanlıların
üzərinə kölgə salırdı. Unzen kimi şəhərlərdə
məsihçilər vulkanlı lavalarda qaynadılırdılar.
Digərləri Naqasaki şəhərində taxta çarmıxlar
üzərində çarmıxa çəkilirdilər.
Yapon əsgərləri
1637-ci ildə bütün tanınmış məsihçiləri,
təqribən, otuz min nəfəri bir yerə yığaraq hər
birini öldürdülər.
Bundan sonra məbəd canını qurtaran in-
sanları qorumaq ümidi ilə gizli toplaşmağa
başladı. Məbəd bir neçə il əziyyət çəkdi. Am-
ma Allahın lütfü ilə məbəd yaşayırdı. Sadiq
müjdəçilər gəlməyi dayandırmadılar. Onlar
dağ kimi qarşılarında duran təqib haqqında
eşitdilər və qalan bir neçə sadiq imanlıya
xidmət etmək çağırışına cavab verdilər.
İndi Yaponiyada 1.7 milyon fəal məsihçi
var və hər gün məbəddə imanlıların sayı artır.
Xavier və müasir müjdəçilər xalqın dəyişməsi
üçün dağ boyda qarşıdurmanı aradan qaldıran
xardal toxumu boyda olan imanı təmsil edirlər.
Həyat mücərrəd baxışlar ilə doludur.
İmanlılar tez-tez onların inamlarını qəbul
etməyən dünyəvi ailə üzvləri tərəfindən
dağ boyda müqavimətlər ilə üzləşirlər. Bir
çox məsihçilər iş yerlərində ateizmin hün-
dür dağı ilə rastlaşırlar. Öz dövlətlərindən
olan hündür təqib zirvələri qadağan olun-
muş ölkələrdə imanlıların üzərinə kölgə
salır. Buna baxmayaraq, məbədin bu gün
üzləşdiyi hər bir müqavimət dağının o biri
tərəfində gözəl mənzərə var. Xoş Xəbərə ac
olan minlərlə kişilərin, qadınların və uşaq-
ların mənzərəsi. İman digərlərinin xilas
olması üçün yolu təmizləyə bilər. Səndən
qabaq bir çox məsihçilər həqiqəti nümayiş
etdirmək üçün təqib olunmuşdular. Dağları
tərpədən iman ilə sən onların işini davam
etdirəcəksən? Bu gün sən hansı müqavimət
dağına diqqətini yönəldəcəksən?
Sizə doğrusunu deyirəm: bir xardal
toxumu qədər imanınız
olarsa və siz
bu dağa “buradan oraya köç” desəniz,
o köçər.
Matta 17:20
95
gün
-ci
BÖYÜK
SADİQLİK
Böyük ərazilər
RUSİYA: ZOYA KRAXMALNİKOVA
Rusiya həbsxanasında həbs olunan kahin Zoyanı satmışdı. O özünün həbsxanadan azad
ola bilməsi və öz əzablarından qurtula bilməsi üçün Zoya barədə yalan ittihamlar etmişdi.
İstintaq zamanı, Zoya ona qarşı hər hansı bir söz deməkdən imtina etdi. O dedi: “Yəhuda İsanı
satanda, o, xain adam idi. Amma İsa onu Getsemani bağında ‘dostu’ adlandırdı. Biz Məsihin
nümunəsindən öyrənməli və bizi satanlara qarşı elə rəftar etməməliyikmi?”
Zoya Kraxmalnikova Məsihi digərləri
ilə bölüşdüyünə görə altı ilini Rusiya
həbsxanasında keçirmişdi. Onun orada-
kı vaxtı ona Allahın Sözü və həyatın sərt
həqiqətlərinə onun
necə tətbiq edilməsi üçün
unikal qavrama verdi.
“Həbsxanada hər kamera qapısında
Yəhudanın deşiyi adlanan deşik var. Onun
vasitəsilə nəzarətçilər səni hər beş dəqiqədən
bir idarə edə bilərlər. Onlar sənə nəzarət
edərək və göstəriş verərək sənə diqqətlə
baxırlar. Bu, mənə onu başa düşməkdə
kömək etdi ki, əgər kommunistlər belə səylə
gözlərini
məndən çəkmirlərsə, Allah və Onun
mələkləri də, hətta onlardan daha çox mənə
nəzər salmayacaqdırlarmı?”
Zoya kinin onun qəlbinə dolmasına
çox asanlıqda izin verə bilərdi. Amma o,
Müqəddəs Yazılardan dərslər götürdü və on-
ları birbaşa öz həyatına tətbiq etdi. Onlar
çətin dərslər idi. Amma onlar onun həyatını
və onun ətrafında olanların həyatını daha da
işıqlı etməyə xidmət etdilər.
Uzunmüddətli səyahətə qablaşdırma-
dan getmək çox ağlasığmaz bir fikir kimi
gəlir. Kim hazırlaşmadan səyahət edər?
Amma məsihçilər hər gün öz uzun və çətin
səyahətləri üçün kifayət qədər ruhani ha-
zırlıqsız ruhani səyahət edirlər. Biz Al-
lahın Sözü ilə qəlblərimizdə hazır olma-
lıyıq ki, onları lazımi yerlərdə tətbiq edə
bilək. Bizlərdən çoxları ruhani sınaqlar-
da uğur qazanmaq üçün mübarizə aparır,
çünki biz Allahın prinsiplərini qabaqca-
dan öyrənməmişik. Ona görə də biz Zo-
ya kimi Allahın Sözünü öz vəziyyətimizə
tətbiq edərək qələbə çalmaqdansa, özümü-
zü məğlub olmuş kimi hiss edirik. Sənin
Məsihdə imanın səni ekstremal yerlərə
götürə bilər. Sən səyahətə hazırsan? Alla-
hın Sözünün səndə bol olmasından əmin
ol – o, sənə gərək olacaqdır.
Özünü Allaha sınaqdan keçmiş,
həqiqət kəlamını doğruluqla
işlədən alnıaçıq
bir işçi kimi
təqdim etməyə çalış.
2 Timotey 2:15