90
BÖYÜK
SADİQLİK
-cı
gün
Böyük
səmimiyyət
KAMBODCA: YENİYETMƏ QIZ
Xmer Ruc kommunist partiyasının əsgərləri öz silahlarını yellədərək və təhqiredici sözlərlə
qışqıraraq və qorxudaraq otağa soxuldular. 1975-ci ildə Xmer Ruc kommunist partiyası
Kambodca hakimiyyətini ələ keçirəndə, minlərlə məsihçi qətlə yetirildi. Məsihçilər hətta
timsahlara da atılırdılar ki, əsgərlər “öz güllələrinə qənaət etsinlər.”
Kiçik toplantının heç bir üzvü tərpənmədi.
Məmur pastora tərəf yeridi,
onun oxuduğu
Müqəddəs Kitabı götürdü və yerə atdı. “Biz
sizi buraxacağıq.” – o dedi: “amma birinci siz
bu yalanlar kitabının üstünə tüpürməlisiniz.
İmtina edən hər bir kəs güllələnəcəkdir.”
Başqa bir əsgər kişinin qollarından tutdu
və onu irəliyə çıxmağa məcbur etdi. “Ata,
xahiş edirəm, məni bağışla.” – deyə, o,
Müqəddəs Kitabın atıldığı yerin yanında diz
çökərək dua etdi və onun üstünə yüngülcə
tüpürdü.
“Oldu, sən gedə bilərsən.” Sonra məmur
əlini qadına tuşladı. O da Müqəddəs Kitabın
yanında diz çökdü. O, Müqəddəs Kitabı bir
az yaş etdi ki, məmuru razı salsın.
Yeniyetmə qız qəflətən ayağa qalxdı və
Müqəddəs Kitaba doğru yeridi.
Gözü yaşla
dolu o, diz çökdü və Müqəddəs Kitabı götürdü
və paltarının ətəyi ilə onu silərək təmizlədi.
“Onlar Sənin Sözünə nə etdilər?” – o dedi.
“Xahiş edirəm, onları bağışla.” Əsgər tapan-
çasını onun başının arxasına tərəf endirdi və
tətiyi çəkdi.
Əvvəlcə getməyə icazə verilən məsihçilər
də güllələndilər. Onların hərəkətləri onları xi-
las etmək üçün az şey etdi.
Bir nəcib hərəkətin qərarı iman-
lı toplantısını daha çox ruhlandıra bilər,
nəyinki, saysız xəyanətlər. Bu hekayədəki
yeniyetmə Məsihlə birləşməyin nə oldu-
ğu barədə vəhyi göstərir. Öz zəif qardaş
və bacılarını məzəmmət etmək əvəzinə, o,
Müqəddəs Kitaba zərif qayğı göstərərək
adicə bir nümunə göstərdi. Təsəvvür et,
əgər o məbəddə olan bütün insanlar eyni
düşüncə tərzi ilə hərəkət etsəydilər, necə
olardı. Məsih üçün necə də güclü şəhadət
olardı! Biz nə vaxt birlikdə hərəkət ediriksə,
onda biz daha güclü oluruq. Zəriflik və
şəfqət güclü nümunə ilə qarışanda, o, zəif
olanları da daha böyük həsrolunmaya apa-
racaqdır. Əgər sən öz həsrolunmalarında
mübarizə aparan başqalarına görə məyus
olursansa, yadda saxla ki, Allah səni
zəif olanlarla birləşməyə və onlara kömək
etməyə çağırır.
Məsihdə bir ruhlandırılma,
məhəbbətdən yaranan bir təsəlli,
Ruha
bir şəriklik, bir rəhm və
mərhəmət varsa, həmfikir olub bir-
birinizə eyni məhəbbəti göstərərək
canbir və həmrəy olmağınızla
sevincimi bütövləşdirin.
Filip. 2:1-2
92-ci
gün
BÖYÜK
SADİQLİK
Böyük dözüm
ŞİMALİ KOREYA
“Hədiyyə sənin üçündür.”
Bu, nədir? – deyə,
müjdəçi Şimali Kore-
yaya getməyə hazırlaşan dostundan soruşdu.
“Sadəcə, bunu götür. Onu açanda
biləcəksən nədir.”
Bir biznesmen adı altında müjdəçi Şimali
Koreyaya səfər etdi. Onun üçün uzun müddət
mürgüləməyi sevən bir kommunist bələdçisi
təyin edilmişdi.
Öz imkanını görərək, müjdəçi onun
“bələdçisi” yatarkən mehmanxananı sakitcə
tərk etdi. O, yaxınlıqdakı
kəndə daxil oldu və
kiçik qrup imanlılar ilə görüşdü. Onlar gənc
müjdəçinin həsr olunmuş bir xidmətçi oldu-
ğunu dərk edəndə, dedilər: “Sən bizi vəftiz
etməlisən! Biz
kiminsə bizi vəftiz etməsini
gözləyirdik!”
Müqəddəs Kitaba malik olmağın on beş
illik həbsdə yatmaq demək olduğu ölkədə,
formal vəftiz olunma hansısa ölüm demək
ola bilərdi.
Hər hansı gölsüz, yaxud yaxınlıqdakı çay-
sız, müjdəçi, sadəcə iman simvolu kimi, hər
bir imanlının üzərində bir-bir dua etdi. Amma
onu heyrətləndirən şey bu idi ki,
onlar qane
deyildilər. “Biz qırx il Rəbbin süfrəsini etməyi
gözləmişdik.”
İmanlılardan biri cəld düyü keksi gətirdi.
Müjdəçi fikirləşdi: “Onlar susuz vəftiz olun-
dular, bəlkə onlar Rəbbin süfrəsini içkisiz
də keçirə bilərlər.” Sonra o, dostunun ona
Şimali Koreyaya
getməzdən əvvəl verdiyi
“hədiyyəni” yadına saldı. O, cəld öz səyahət
çantasını götürdü və bağlamanı – şərab bu-
tulkasını çıxartdı. Dinməz, hər bir kəndli
Allahın münasib vaxtda verdiyi hədiyyəsinə
görə həmd edərək açıqca hönkürdülər.
Müasir mədəniyyətdə əksər insanla-
rın həyatı təqvimsiz və saatsız təsəvvür
etmədikləri bir vaxtda, Allah Öz vaxtını
qoruyur. O, təcililiyin zülmü ilə işləmir.
Amma biz Onun vaxtı içində xoşbəxt ya-
şamaq üçün səbirli olmağı öyrənməliyik.
Səbirlilik, bizim sübutu görmədiyimiz
halda belə, Allahın fəaliyyətdə olduğuna
etibar etməyimizdir. Səbirlilik yubanmış
zövqün prinsipidir. Həyatımızda Allahın
xeyir-dualarını gözləyəndə, biz onları da-
ha çox dəyərləndiririk. Nəyi gözləyiriksə,
onu daha çox dəyərləndiririk. Bunun
Rəbbin süfrəsindəki düyü keksi, yaxud
həyatımızdakı müəyyən bir ehtiyac ol-
masından asılı olmayaraq, Allahın vaxtı
dəqiqdir. Sənin həyatındakı Allahın vaxtı
barədə səni nə narahat edir? Bu, Ona eti-
bar etmək vaxtındır?
Ey xalq,
hər zaman
Ona arxalan.
Məzmur 62:8