Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə32/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   28   29   30   31   32   33   34   35   ...   122

90
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük səmimiyyət 
KAMBODCA: YENİYETMƏ QIZ
Xmer Ruc kommunist partiyasının əsgərləri öz silahlarını yellədərək və təhqiredici sözlərlə 
qışqıraraq və qorxudaraq otağa soxuldular. 1975-ci ildə Xmer Ruc kommunist partiyası 
Kambodca hakimiyyətini ələ keçirəndə, minlərlə məsihçi qətlə yetirildi. Məsihçilər hətta 
timsahlara da atılırdılar ki, əsgərlər “öz güllələrinə qənaət etsinlər.” 
Kiçik toplantının heç bir üzvü tərpənmədi. 
Məmur pastora tərəf yeridi, onun oxuduğu 
Müqəddəs Kitabı götürdü və yerə atdı. “Biz 
sizi buraxacağıq.” – o dedi: “amma birinci siz 
bu yalanlar kitabının üstünə tüpürməlisiniz. 
İmtina edən hər bir kəs güllələnəcəkdir.”
Başqa bir əsgər kişinin qollarından tutdu 
və onu irəliyə çıxmağa məcbur etdi. “Ata, 
xahiş edirəm, məni bağışla.” – deyə, o, 
Müqəddəs Kitabın atıldığı yerin yanında diz 
çökərək dua etdi və onun üstünə yüngülcə 
tüpürdü.
“Oldu, sən gedə bilərsən.” Sonra məmur 
əlini qadına tuşladı. O da Müqəddəs Kitabın 
yanında diz çökdü. O, Müqəddəs Kitabı bir 
az yaş etdi ki, məmuru razı salsın. 
Yeniyetmə qız qəflətən ayağa qalxdı və 
Müqəddəs Kitaba doğru yeridi. Gözü yaşla 
dolu o, diz çökdü və Müqəddəs Kitabı götürdü 
və paltarının ətəyi ilə onu silərək təmizlədi. 
“Onlar Sənin Sözünə nə etdilər?” – o dedi. 
“Xahiş edirəm, onları bağışla.” Əsgər tapan-
çasını onun başının arxasına tərəf endirdi və 
tətiyi çəkdi. 
Əvvəlcə getməyə icazə verilən məsihçilər 
də güllələndilər. Onların hərəkətləri onları xi-
las etmək üçün az şey etdi. 
Bir  nəcib  hərəkətin  qərarı  iman-
lı  toplantısını  daha  çox  ruhlandıra  bilər, 
nəyinki, saysız xəyanətlər. Bu hekayədəki 
yeniyetmə  Məsihlə  birləşməyin  nə  oldu-
ğu  barədə  vəhyi  göstərir.  Öz  zəif  qardaş 
və bacılarını məzəmmət etmək əvəzinə, o, 
Müqəddəs  Kitaba  zərif  qayğı  göstərərək 
adicə  bir  nümunə  göstərdi.  Təsəvvür  et, 
əgər  o  məbəddə  olan  bütün  insanlar  eyni 
düşüncə  tərzi  ilə  hərəkət  etsəydilər,  necə 
olardı. Məsih üçün necə də güclü şəhadət 
olardı! Biz nə vaxt birlikdə hərəkət ediriksə, 
onda  biz  daha  güclü  oluruq.  Zəriflik  və 
şəfqət güclü nümunə ilə qarışanda, o, zəif 
olanları da daha böyük həsrolunmaya apa-
racaqdır.  Əgər  sən  öz  həsrolunmalarında 
mübarizə  aparan  başqalarına  görə  məyus 
olursansa,  yadda  saxla  ki,  Allah  səni 
zəif olanlarla birləşməyə və onlara kömək 
etməyə çağırır.
Məsihdə bir ruhlandırılma, 
məhəbbətdən yaranan bir təsəlli, 
Ruha bir şəriklik, bir rəhm və 
mərhəmət varsa, həmfikir olub bir-
birinizə eyni məhəbbəti göstərərək 
canbir və həmrəy olmağınızla 
sevincimi bütövləşdirin. 
Filip. 2:1-2


BÖYÜK 
SADİQLİK
91-ci
gün
91
Məsihçilərin təqibi insan hüquqlarından 
ibarət deyildir,o kamilləşmə mərhələsidir. 
Stiv Kleari
BÖYÜK 
SADİQLİK


92-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük dözüm
ŞİMALİ KOREYA
“Hədiyyə sənin üçündür.”
Bu, nədir? – deyə, müjdəçi Şimali Kore-
yaya getməyə hazırlaşan dostundan soruşdu. 
“Sadəcə, bunu götür. Onu açanda 
biləcəksən nədir.”
Bir biznesmen adı altında müjdəçi Şimali 
Koreyaya səfər etdi. Onun üçün uzun müddət 
mürgüləməyi sevən bir kommunist bələdçisi 
təyin edilmişdi. 
Öz imkanını görərək, müjdəçi onun 
“bələdçisi” yatarkən mehmanxananı sakitcə 
tərk etdi. O, yaxınlıqdakı kəndə daxil oldu və 
kiçik qrup imanlılar ilə görüşdü. Onlar gənc 
müjdəçinin həsr olunmuş bir xidmətçi oldu-
ğunu dərk edəndə, dedilər: “Sən bizi vəftiz 
etməlisən! Biz kiminsə bizi vəftiz etməsini 
gözləyirdik!”
Müqəddəs Kitaba malik olmağın on beş 
illik həbsdə yatmaq demək olduğu ölkədə, 
formal vəftiz olunma hansısa ölüm demək 
ola bilərdi. 
Hər hansı gölsüz, yaxud yaxınlıqdakı çay-
sız, müjdəçi, sadəcə iman simvolu kimi, hər 
bir imanlının üzərində bir-bir dua etdi. Amma 
onu heyrətləndirən şey bu idi ki, onlar qane 
deyildilər. “Biz qırx il Rəbbin süfrəsini etməyi 
gözləmişdik.”
İmanlılardan biri cəld düyü keksi gətirdi. 
Müjdəçi fikirləşdi: “Onlar susuz vəftiz olun-
dular, bəlkə onlar Rəbbin süfrəsini içkisiz 
də keçirə bilərlər.” Sonra o, dostunun ona 
Şimali Koreyaya getməzdən əvvəl verdiyi 
“hədiyyəni” yadına saldı. O, cəld öz səyahət 
çantasını götürdü və bağlamanı – şərab bu-
tulkasını çıxartdı. Dinməz, hər bir kəndli 
Allahın münasib vaxtda verdiyi hədiyyəsinə 
görə həmd edərək açıqca hönkürdülər. 
Müasir  mədəniyyətdə  əksər  insanla-
rın  həyatı  təqvimsiz  və  saatsız  təsəvvür 
etmədikləri  bir  vaxtda,  Allah  Öz  vaxtını 
qoruyur.  O,  təcililiyin  zülmü  ilə  işləmir. 
Amma  biz  Onun  vaxtı  içində  xoşbəxt  ya-
şamaq  üçün  səbirli  olmağı  öyrənməliyik. 
Səbirlilik,  bizim  sübutu  görmədiyimiz 
halda  belə,  Allahın  fəaliyyətdə  olduğuna 
etibar  etməyimizdir.  Səbirlilik  yubanmış 
zövqün  prinsipidir.  Həyatımızda  Allahın 
xeyir-dualarını gözləyəndə, biz onları da-
ha  çox  dəyərləndiririk.  Nəyi  gözləyiriksə, 
onu  daha  çox  dəyərləndiririk.  Bunun 
Rəbbin  süfrəsindəki  düyü  keksi,  yaxud 
həyatımızdakı  müəyyən  bir  ehtiyac  ol-
masından  asılı  olmayaraq,  Allahın  vaxtı 
dəqiqdir.  Sənin  həyatındakı  Allahın  vaxtı 
barədə səni nə narahat edir? Bu, Ona eti-
bar etmək vaxtındır? 
Ey xalq, hər zaman  
Ona arxalan. 
Məzmur 62:8


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə