Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə33/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   29   30   31   32   33   34   35   36   ...   122

93
gün
BÖYÜK 
SADİQLİK
-cü
Böyük müjdəçilik
UQANDA: YEPİSKOP HANNİNQTON
“İşgəncə verən şəxs üçün yeganə xilas olma şansı məsihçi məhbus vasitəsi ilə ola bilər. Onlar 
heç vaxt məbədə getmirlər, yaxud Müqəddəs Kitabı oxumurlar. Amma məsihçi məhbus hətta 
döyüldüyü vaxtda belə onlara sevgi göstərə bilər.” Gizli məbəd üzvü buna inanır. 
İşgəncə təhlükəsi altında Məsihə illərlə 
xidmət edən başqa bir qadın dedi: “Bütün 
Məbəd tarixi boyu çox məsihçi məhbuslar 
onlara işgəncə verənləri göylərə aparmışdılar. 
Roma həbsxanasında Paulun orada həbsdə 
olduğu müddətdə orada iman edənlərin adla-
rı yazılmış bir xatirə lövhəsi var. Əgər Paul 
onlara onu döymək imkanı verməsəydi, onlar 
indi cəhənnəmdə olmuş olardılar. O dayandı. 
“Əgər işgəncə verənlərin nəticəsi xilasdırsa, 
onda mən əzab çəkməyə eitraz etmirəm.”
Yepiskop Hanninqton Məsihin müjdəsini 
Uqandadakı adamyeyənlərə gətirəndə 
təhlükənin yüksək olduğunu bilirdi. Yepis-
kopun gəldiyindən bir neçə həftə sonra, 
adamyeyənlər onun müjdəsindən imtina 
etdilər və onu edam etdilər. Hanninqton 
öləndən əvvəl adamyeyənlər yüksək səslə 
deyilən bu sözləri eşitdilər: “Düşmənlərinizi 
sevin, sizinlə pis rəftar edən və sizi təqib 
edənlər üçün dua edin.”
Yepiskopun iki oğlu atalarının ölümündən 
sonra həmin kəndə xidmət etməyə gəldikləri 
vaxt onlar da bu sözlərlə başlamışdılar. 
Onlar atalarını öldürən həmin adamla-
ra müjdələməyi davam etdirməyə qərar 
vermişdilər. 
Bəziləri  fərz  edirlər  ki,  Məsihin  ölümü 
və  dirilməsi,  öz  sevimli  müəllimlərinin 
xatirəsini  yaşatmaq  arzusunda  olanla-
rın  sadəcə  bir  yalanı  idi.  Amma  Onun 
şagirdlərinin  və  onlardan  sonra  gələn 
daha  çox  nəsillərin  əksəriyyətinin  şəhid 
olması  bunu  necə  başa  salır?  Onların  öz 
həbs  olunmaları  zamanı  və  sözsüz  ki, 
ölümlərindən əvvəl öz səfehliklərini etiraf 
etmələri  ağlabatan  görünür.  Nə  üçün  on-
lar güman edilən hiyləni könüllü olaraq bu 
qədər daşımalı idilər? Əslində, tarix onlara 
əzab verənlərin son dəqiqələrdə də imana 
gəlməsi  üçün  onların  səy  göstərdiklərini 
qeyd  edir.  Onların  böyük  müjdəçilikləri 
əminliklərinin  sübutu  idi:  Bu,  Allahın 
həqiqi  Xoş  Xəbəri  idi.  Sən  Xoş  Xəbər 
barədə nə qədər əminsən? Sən onu ən çətin 
vəziyyətlərdə belə yaymağa hazırsan?
Mən Müjdədən utanmıram, çünki 
o, iman edən hər kəsin – əvvəlcə 
yəhudinin, sonra da yunanın xilası 
üçün Allahın qüdrətidir. 
Roma. 1:16


94
BÖYÜK 
SADİQLİK
-cü
gün
Böyük müjdəçilik sahələri
YAPONİYA: FRANSİS XAVİER 
Gözəl dağlar ilə əhatə olunmuş Yaponiya Məsihin sevgisini və əfvini Yaponiyaya gətirməkdə 
ən birinci olmalarını təhlükəyə qoyan cəsur məsihçi qardaş və bacıların imanı ilə xeyir-dualan-
mışdır. 
1549-cu ildə Fransis Xavier Yaponiyaya 
gedən ilk müjdəçi idi. Onun xidməti altın-
da bir çoxları iman etmişdir və məbəd tez 
böyüyürdü. Amma Yaponiya məmurları 
məsihçiləri təhlükə kimi görürdülər və şiddətli 
təqib başladı. Məsihçilərə qarşı müqavimət 
elə artmışdı ki, sanki kələ-kötür dağ Yapo-
niyanın səmasına ucalmışdı və imanlıların 
üzərinə kölgə salırdı. Unzen kimi şəhərlərdə 
məsihçilər vulkanlı lavalarda qaynadılırdılar. 
Digərləri Naqasaki şəhərində taxta çarmıxlar 
üzərində çarmıxa çəkilirdilər. Yapon əsgərləri 
1637-ci ildə bütün tanınmış məsihçiləri, 
təqribən, otuz min nəfəri bir yerə yığaraq hər 
birini öldürdülər. 
Bundan sonra məbəd canını qurtaran in-
sanları qorumaq ümidi ilə gizli toplaşmağa 
başladı. Məbəd bir neçə il əziyyət çəkdi. Am-
ma Allahın lütfü ilə məbəd yaşayırdı. Sadiq 
müjdəçilər gəlməyi dayandırmadılar. Onlar 
dağ kimi qarşılarında duran təqib haqqında 
eşitdilər və qalan bir neçə sadiq imanlıya 
xidmət etmək çağırışına cavab verdilər. 
İndi Yaponiyada 1.7 milyon fəal məsihçi 
var və hər gün məbəddə imanlıların sayı artır. 
Xavier və müasir müjdəçilər xalqın dəyişməsi 
üçün dağ boyda qarşıdurmanı aradan qaldıran 
xardal toxumu boyda olan imanı təmsil edirlər. 
Həyat  mücərrəd  baxışlar  ilə  doludur. 
İmanlılar tez-tez onların inamlarını qəbul 
etməyən  dünyəvi  ailə  üzvləri  tərəfindən 
dağ boyda müqavimətlər ilə üzləşirlər. Bir 
çox məsihçilər iş yerlərində ateizmin hün-
dür dağı ilə rastlaşırlar. Öz dövlətlərindən 
olan hündür təqib zirvələri qadağan olun-
muş  ölkələrdə  imanlıların  üzərinə  kölgə 
salır.  Buna  baxmayaraq,  məbədin  bu  gün 
üzləşdiyi hər bir müqavimət dağının o biri 
tərəfində gözəl mənzərə var. Xoş Xəbərə ac 
olan minlərlə kişilərin, qadınların və uşaq-
ların  mənzərəsi.  İman  digərlərinin  xilas 
olması  üçün  yolu  təmizləyə  bilər.  Səndən 
qabaq bir çox məsihçilər həqiqəti nümayiş 
etdirmək üçün təqib olunmuşdular. Dağları 
tərpədən iman ilə sən onların işini davam 
etdirəcəksən? Bu gün sən hansı müqavimət 
dağına diqqətini yönəldəcəksən?
Sizə doğrusunu deyirəm: bir xardal 
toxumu qədər imanınız olarsa və siz 
bu dağa “buradan oraya köç” desəniz, 
o köçər. 
Matta 17:20


95
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük ərazilər
RUSİYA: ZOYA KRAXMALNİKOVA
Rusiya həbsxanasında həbs olunan kahin Zoyanı satmışdı. O özünün həbsxanadan azad 
ola bilməsi və öz əzablarından qurtula bilməsi üçün Zoya barədə yalan ittihamlar etmişdi. 
İstintaq zamanı, Zoya ona qarşı hər hansı bir söz deməkdən imtina etdi. O dedi: “Yəhuda İsanı 
satanda, o, xain adam idi. Amma İsa onu Getsemani bağında ‘dostu’ adlandırdı. Biz Məsihin 
nümunəsindən öyrənməli və bizi satanlara qarşı elə rəftar etməməliyikmi?”
Zoya Kraxmalnikova Məsihi digərləri 
ilə bölüşdüyünə görə altı ilini Rusiya 
həbsxanasında keçirmişdi. Onun orada-
kı vaxtı ona Allahın Sözü və həyatın sərt 
həqiqətlərinə onun necə tətbiq edilməsi üçün 
unikal qavrama verdi. 
“Həbsxanada hər kamera qapısında 
Yəhudanın deşiyi adlanan deşik var. Onun 
vasitəsilə nəzarətçilər səni hər beş dəqiqədən 
bir idarə edə bilərlər. Onlar sənə nəzarət 
edərək və göstəriş verərək sənə diqqətlə 
baxırlar. Bu, mənə onu başa düşməkdə 
kömək etdi ki, əgər kommunistlər belə səylə 
gözlərini məndən çəkmirlərsə, Allah və Onun 
mələkləri də, hətta onlardan daha çox mənə 
nəzər salmayacaqdırlarmı?”
Zoya kinin onun qəlbinə dolmasına 
çox asanlıqda izin verə bilərdi. Amma o, 
Müqəddəs Yazılardan dərslər götürdü və on-
ları birbaşa öz həyatına tətbiq etdi. Onlar 
çətin dərslər idi. Amma onlar onun həyatını 
və onun ətrafında olanların həyatını daha da 
işıqlı etməyə xidmət etdilər. 
Uzunmüddətli  səyahətə  qablaşdırma-
dan getmək çox ağlasığmaz bir fikir kimi 
gəlir.  Kim  hazırlaşmadan  səyahət  edər? 
Amma məsihçilər hər gün öz uzun və çətin 
səyahətləri üçün kifayət qədər ruhani ha-
zırlıqsız  ruhani  səyahət  edirlər.  Biz  Al-
lahın  Sözü  ilə  qəlblərimizdə  hazır  olma-
lıyıq  ki,  onları  lazımi  yerlərdə  tətbiq  edə 
bilək.  Bizlərdən  çoxları  ruhani  sınaqlar-
da  uğur  qazanmaq  üçün  mübarizə  aparır, 
çünki  biz  Allahın  prinsiplərini  qabaqca-
dan  öyrənməmişik.  Ona  görə  də  biz  Zo-
ya  kimi  Allahın  Sözünü  öz  vəziyyətimizə 
tətbiq edərək qələbə çalmaqdansa, özümü-
zü  məğlub  olmuş  kimi  hiss  edirik.  Sənin 
Məsihdə  imanın  səni  ekstremal  yerlərə 
götürə bilər. Sən səyahətə hazırsan? Alla-
hın  Sözünün  səndə  bol  olmasından  əmin 
ol – o, sənə gərək olacaqdır.
Özünü Allaha sınaqdan keçmiş, 
həqiqət kəlamını doğruluqla 
işlədən alnıaçıq bir işçi kimi 
təqdim etməyə çalış. 
2 Timotey 2:15


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə