Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə30/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   26   27   28   29   30   31   32   33   ...   122

gün
84
BÖYÜK 
SADİQLİK
-cü
Şəhid, Allahın iradəsində öz iradəsini itirmiş 
bir şəxsdir, o, Allahın alətinə çevrilmişdir. 
Əslində o öz iradəsini itirməyib, əksinə 
tapıb, çünki o, Allaha itaətkar olaraq 
azadlıq əldə edib. Şəhid daha özü üçün 
heç nə istəmir, hətta şəhidlik izzətini belə 
arzulamır.
T. S. Elliot – “Kilsədə qətl” pyesindən 


85
gün
-ci
BÖYÜK 
SADİQLİK
Böyük məxfilik
ROMA KATAKOMBALARI
Erkən məsihçilər iki şeyə görə tanınırdılar: yerin altındakı dua və yerin üstündəki təqiblər. 
Roma İmperiyasında bütün dünya məsihçilərə qarşı idi. Markus Aurelius Antonius eramızın 
162-ci ilində “Özünü məsihçi adlandıranların hamısı ən ağrılı ölümə layiqdirlər!” adlı fərmana 
imza atdı. Məbəd üçün demək olar ki dörd əsr böyük məxfilik dövrü başladı. Məbəd sözün hərfi 
mənasında Rumıniya katakombaları yaradaraq yerin altına keçdi. 
Otaqların və dəhlizlərin nəhəng şəbəkələri 
Romanın altında ölüləri dəfn etmək üçün 
tikilmişdilər. Amma bu yerlər erkən məbədin 
gizli toplantılarının yerinə çevrildi. İmanlılar 
onlara maneçilik olmayan və mühafizəçilər 
tərəfindən müdafiə edilməyən ibadət və dua 
yeri tapa bilirdilər.
Katakombalar erkən məsihçilərin 
Məsihə ibadət etmək üçün yer tapmaların-
da həsr olunduqlarını göstərirlər. Onların 
məzarlarındakı sınmış və yanmış sümüklər 
onların əzab çəkdiyi təqiblərin gərginliklərini 
göstərir. Ola bilsin, ən əhəmiyyətli olanları di-
varlarda həkk olunan qələbə və sülhün gizlin 
qeydləridir. Onlara yerin üstündə göstərilən 
qəddarlıqlara baxmayaraq, yerin altında onlar 
divarları öz imanlarının və sülhün simvolları-
nı çarmıx vasitəsi ilə bəzəyirdilər. 
Məzarlarda belə cür yazıları görmək heç 
də qeyri-adi deyildir: “Sülhdə və Məsihdə qa-
lib”, yaxud “Çağırılmış olaraq o, sülh içində 
getdi”, yaxud “Burada Məryəm yatır, o, sülh 
arzusunda burada yatır.” Onların qələbəsinin 
açarı gizli deyildir: İsa Məsihdə kamil sülh. 
Çox  insanlar  öz  imanlarını  həyatları 
boyu gizli saxlayıblar. Onlar iddia edirlər 
ki,  din  şəxsi  işdir  –  o,  Allah  ilə  yalnız 
onlar arasında olan bir şeydir. Buna bax-
mayaraq,  erkən  məbədlərdə  bu,  belə  de-
yildir.  İmanlılar  öz  imanlarında  elə  açıq 
idilər  ki,  onlar  asanlıqla  tapılırdılar  və 
təqib edilirdilər. Roma katakombaları gizli 
ibadət yeri kimi xidmət edirdi; amma yerin 
üstündə  onların  sədaqətliliyi  gizli  deyil-
dir.  Buna  görə  də  onlardan  çoxu  imanla-
rına  görə  şəhid  olmuşdular.  Yerin  altın-
dakı  müntəzəm  və  açıq  dua  onlara  yerin 
üstündə keçirdikləri təqiblərdə sülh verirdi. 
Sənin  imanın  Məsihçi  həyatın  boyu  “yer 
altında”  olub?  İndi  gizlində  olanın  üzə 
çıxması vaxtıdır. Nəticənin nə olmasından 
asılı olmayaraq, məsihçiliyi gizli saxlama. 
Elə gizli bir şey yoxdur ki, 
aşkara çıxmasın və elə örtülü 
bir şey yoxdur ki, aydın 
olmasın. 
Mark 4:22


86
BÖYÜK 
SADİQLİK
-cı
gün
Böyük arxayınlıq
NYU YORK ŞƏHƏRİ
“Və mən, əziz qardaşlarım və bacılarım, istəyirəm biləsiniz ki, mənimlə baş verən bütün 
şeylər Xoş Xəbərin yayılmasına kömək etmişdir…..Və mənim həbs olunmağıma görə, buradakı 
məsihçilərin çoxu inam əldə ediblər və Məsih barədə digərlərinə deməkdə daha cəsarətli 
olublar….. Çünki sizə yalnız Məsihə iman etmək deyil, Onun uğrunda əzab çəkmək üstünlüyü 
də ehsan olundu. (Filip. 1:12, 14, 29)
Əgər Amerikada olan məsihçilər 
müjdələməkdə daha çox fəal olsaydılar, 
Birləşmiş Ştatlar öz sərhədləri daxilində 
təqiblərin artdığını görərdimi? Metro 
xidmətləri, Nyu York şəhərinin ən çətin 
yerlərində işləyən müjdəçi xidmətləri bu 
effekti öz xidmətlərində görüblər. Onla-
rın müjdəçiliyi şəhərdə daha dərindən başa 
düşülürdüsə, deməli, onlar daha çox qar-
şıdurma ilə üzləşmişdirlər. Müəyyən işçi 
üzvləri öz tapşırıqlarını yerinə yetirərkən 
döyülmüşdülər, bıçaqlanmışdılar və zorlan-
mışdılar. Qrupun bir üzvü hətta öldürülmüş-
dü.
Onların direktoru Pastor Bill Uilson bir 
neçə dəfə bıçaqlanmış və döyülmüşdür. Bu-
na baxmayaraq, bu şər hədələr onu sevdiyi 
insanlardan heç də uzaqda saxlamamışdır. 
O, həmçinin, evsiz adamlara xidmət edərkən 
vərəm xəstəliyinə də yoluxmuşdu. 
Nyu Yorkun Broklin şəhərində ən ka-
sıb yerlərdən birində yaşayan on beş yaşlı 
Debbi ölkə daxilində təqiblə üzləşən bir çox 
gənc adamlara danışır. O deyir: “Mənim 
məktəbimdə məsihçi olduğunu demək çox 
çətindir. Məni davamlı olaraq narahat edirlər 
və quldur dəstələrindən birinə qoşulmağa 
təzyiq edirlər.”
Qadağalar  qoyulmuş  bir  çox  ölkələrdə, 
məsihçilər  İsaya  inandıqlarına  görə 
təqib  edilmirlər,  amma  digərlərinə  Onun 
barəsində  dediklərinə  görə  təqib  edilirlər. 
Bu  ölkələrdə  müjdəçilik  təqib  yaradır  ki, 
bu  da  Məsih  üçün  daha  güclü  şahidlər 
yaradır.  Onları  məhv  etməyi  nəzərdə  tu-
tan  şey,  əslində,  onları  daha  çox  sarsıl-
maz  edir.  Oxşar  olaraq  da,  Amerikadakı 
və digər açıq ölkələrdəki müjdəçilik də hər 
zaman  təhlükəsiz  deyildir.  Buna  baxma-
yaraq,  bu  həqiqət  bizim  işimiz  üçün  ruh 
yüksəkliyimizi  söndürməlidir?  Əsası  dini 
təməl üzərində qurulmuş Amerika kimi ölkə, 
əzab çəkməyə və təqib olunmağa tamamilə 
öyrəşməyibdir.  Bizi  təhlükəsiz  saxlamaq 
üçün  bu  prinsipdən  qoruyucu  vasitə  kimi 
istifadə  etməkdənsə,  biz  ona  bizi  daha 
cəsarətli etmək üçün etibar etməliyik. Azad 
demokratiyada  yaşayan  bir  şəxs  kimi, 
digərləri  ilə  öz  imanını  cəsarət  və  etibar 
ilə bölüşməkdə sənin daha çox səbəbin var. 
Bu gün sən danışacaqsan?
Məsih sayəsində Allah 
hüzurunda belə etibarımız 
var.
2 Kor. 3:4


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə