Böyük Sadiqlik



Yüklə 56 Kb.
Pdf görüntüsü
səhifə28/122
tarix23.11.2017
ölçüsü56 Kb.
#12100
1   ...   24   25   26   27   28   29   30   31   ...   122

78-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük alətlər 
KOMMUNİST HƏBSXANASI: MƏSİHÇİ PASTOR 
“Niyə bu qədər məsihçi həftədə bir dəfə oxuyur? Niyə yalnız bir dəfə? Əgər oxumaq 
düzgündürsə, onda hər gün oxuyun. Əgər düzgün deyilsə, onda bazar günü oxumayın.”
Kommunist rəhbərlərinin əllərində olan 
pastor bir neçə dəhşətli ilini həbsxanada 
keçirmişdi. Onu Məsihə iman etdiyinə görə 
tutmuşdular. Oradakı işgəncələrini xatırlasa 
da, o, diqqətini onlara cəmləməmişdi. Əksinə, 
Rəbbin hüzurunda olan sevincli vaxtların-
dan danışırdı. O və məsihçi məhbus yoldaşı 
həbsxananın ortasında həmd cəmiyyəti yarat-
mışdı. “Biz həbsxanada olanda, demək olar 
ki, hər gün ilahi oxuyurduq, çünki Məsih bi-
zim daxilimizdə canlı idi. Kommunistlər bizə 
qarşı yaxşı davranırdılar. Onlar bilirdilər ki, 
biz Allahı musiqi alətləri ilə izzətləndirməyi 
xoşlayırıq, ona görə də həbsxanada olan hər 
bir məsihçiyə musiqi aləti verdilər. Amma on-
lar bizə skripka və ya mandolina vermədilər 
– onlar çox baha idilər. Əksinə, onlar bizim 
ayaqlarımıza və əllərimizə zəncirlər vurdular. 
Onlar bizim kədərimizə əlavə olaraq zəncir 
vurdular. Amma biz aşkar etdik ki, zəncirlər 
əla musiqi alətləridir” Biz onları birlikdə 
ritmlə bir-birinə vuranda belə oxuyurduq: 
‘Bu günləri (çak, çük), bu günləri (çak, çuk) 
Tanrı yaratdı (çak, çuk), Tanrı yaratdı (çak, 
çuk).’” Rəbb üçün necə də gözəl sevinc dolu 
bir səs idi! 
Hələ  təqibdən  keçməyənlər  üçün  elə 
görünür  ki,  təqib  tamamilə  itkiyə  diqqəti 
cəmləyib. Azadlıq itkisi. Ümid itkisi. Hətta 
kiminsə  həyatının  itkisi.  Amma  Məsihdə 
imanlarına görə əzab çəkmiş insanlar itən 
şeylərə  deyil,  yeni  kəşflərə  diqqətlərini 
cəmləyirlər.  Onlar  özlərində  çatışmayan 
şeylərə  görə  peşman  olmaq  əvəzinə,  cüzi 
azadlıqlarından zövq alırlar. Bu hekayədə 
kommunistlər  imanlıların  həyatlarındakı 
azadlığın və ləyaqətin çox hissəsini oğur-
lamışdılar. Amma bu cəsur imanlılar yerdə 
qalan  şeylərə  –  Rəbdə  olan  sevinclərinə 
diqqətlərini  cəmləyirlər.  Əgər  hər  şeyiniz 
olanda Rəbbə həmd etmək yaxşıdırsa, onda 
hər  şeyinizi  itirəndə  də  Ona  həmd  etmək 
yaxşıdır.  Məsihçi  sevincinizi  itirməmək 
üçün bu gün nə edəcəksiniz? 
Gəlin Rəbbi mədh edək, bizi 
qurtaran Qayaya sevincdən cuşa 
gələrək nida edək.
Məzmur 95:1


79
gün
BÖYÜK 
SADİQLİK
-cu
Böyük nümunə 
KOLUMBİYA: ÇET BİTTERMAN 
M-19 kimi tanınan marksist inqilabçı qrupunun üzvləri, kapyuşonlu və silahlı partizanlar on 
iki nəfər yetkin yaşlı insanı, beş nəfər uşağı tutub bağlamışdılar. Onlar Kolumbiyanın Boqota 
şəhərində Uiklif Müqəddəs Kitab Tərcüməçiləri mərkəzlərini təmsil edirdilər. “Sizin müdi-
riniz haradadır? Al Uiler haradadır?” – rəhbər onlardan birinin üstünə qışqırdı. “Bizə Uiler 
gərəkdir!” 
“Ona dəyməyin” – cəld cavab verildi. “Ui-
ler burada deyil.”
Marksist hirsindən onu vurmaq istədi, 
amma sonra belə dedi. “Yaxşı, onda biz onun 
əvəzinə səni apararıq. Gəlin, gedək!” 
Onların tələbləri bir neçə gün sonra gəlib 
çıxdı. “Əgər sizin təşkilatınız 19 fevrala 
qədər Kolumbiyanı tərk etməsə, biz məhbusu 
öldürəcəyik.” Partizanlar hətta prezident 
Reyqana zəng vurdular və manifestlərinin 
Nyu York Tayms və Vaşinqton Post jurna-
lında çap olunmasını tələb etdilər, yoxsa Çet 
Bitterman öləcəkdi. 
Həmin günlər yaxınlaşdıqca dua zəncirləri 
yaradıldı. Yerli radio stansiyasına teleq-
raf gələrək təsdiqlədi ki, Çet partizanlara 
şəhadətlik edib. Onun arvadı Brenda bir 
məktub aldı. Bu məktubda ondan ispan 
dilində Müqəddəs Kitab xahiş olunurdu. 
Çet həyatda öz məqsədinə çatdı – Müjdəni 
haraya lazım idisə, yayımlaya bilmişdi. 
Terroristlər Çetin cəsədini boş bir avtobusa 
atmışdılar. Kolumbiyalılar bütün Amerikadakı 
məsihçilər ilə birlikdə Çetin qoyduğu boşluğu 
doldurmaq üçün irəliyə addım atmaqla onun 
ölümünü xatirəyə çevirdilər. Növbəti il Uik-
lif Müqəddəs Kitab Tərcüməçiləri ilə xidmət 
etmək üçün ərizələr iki dəfə artdı. 
Nümunəni izləmək geniş yayılmış icraçı 
təlim prinsipidir. Şirkətin ümdə məsələləri 
işçi  heyətinin  yüksək  səviyyəsi  ilə  for-
malaşmalıdır.  Məsihçiliyə  gəldikdə  isə, 
nümunəni izləmək eyni dərəcədə vacibdir. 
Əslində, İsa bunu əmr edib. O, başqa iman-
lıların izləmələri üçün məsihçi rəhbərlərin 
imanı necə yaratmalı olduqlarını nümayiş 
etdirdi. O, sadəcə, bizə təlimlərini vermədi 
–  O,  onları  yaşadı.  Bizlərdən  kimlər 
Məsihə tam itaətin standartı ilə yaşamağa 
hazırıq?  Əgər  itaətdə  yaşasaq,  öz  taleyi-
mizi  idarə  edə  bilməyəcəyik.  Biz  Məsihin 
nümunəsini  izlədikcə  başqaları  üçün 
nümunə olacağıq. Bu gün sizin həyatınızı 
kim  müşahidə  edir?  Onlar  sizin  Məsih 
ilə  yaxın  ünsiyyətiniz  barədə  nümunədən 
nələr öyrənirlər? 
Mən Məsihdən nümunə 
götürdüyüm kimi, siz də məndən 
nümunə götürün.
1 Kor. 11:1


80-ci
gün
BÖYÜK 
SADİQLİK
Böyük hazırlıqlar 
SUDAN: SUDANLI UŞAQLAR
Məktəbin həyətində birnəfərlik səngərlər – onlar Cənubi Sudanda çox tez-tez rast 
gəlinəndirlər. Uşaqların qaçaraq və gülərək oynadığı ərazinin ortasında yarısı yerin altına 
girmiş quyruğunda pərlər olan böyük metal silindr var. Partlamamış bombadan uşaqlara ondan 
uzaq durmasını xatırlatmaq üçün bayraq sallanır. 
Müjdəçi qrup bu yaxında Yei kəndinə 
orta məktəb yardımı çatdırdı. Sudanın 
əksər ərazilərindəki kimi, bu məktəb də 
ləvazimatların və ixtisaslı müəllimlərin çatış-
mamazlığına görə çətinliklə işləyirdi. Ərazidə 
olan bu xüsusi məktəb müntəzəm olaraq Su-
danın islam dövləti tərəfindən bombalanır. 
Bu uşaqlar məktəbin həyətində əl ilə 
iyirmiyə yaxın səngər qazıblar. Onlar bomba 
atanlar gələndə özlərini qorumaq üçün hazırla-
şıblar. Onlar bomba atanların mühərriklərinin 
səsini eşidəndə, uçan şrapnellərə baxaraq 
deşiklərə qaçırlar. 
Bəziləri deşiklərə sağ-salamat çatmaqda 
uğurlu olurlar, amma bəzilər isə yox. Müjdəçi 
qrup uşaqlar üçün nə edə bilər, cavab sadə 
idi: “Onların təhlükəsizliyi üçün dua edin.”
Müqəddəs Kitab öyrədir ki, çoxları öz 
imanlarını qorumaq üçün təhlükəsizliyin ol-
duğu yerlərdə yaşayırdılar. Bu uşaqlar üçün 
öz imanlarına görə əzab çəkmək, yaxud 
hətta ölmək belə gündəlik həqiqətdir. Bizim 
üçün onlar Məsihin cəsur əsgərləridirlər. 
Sudandakı  uşaqlar  yerdə  olan  döyüşə 
girməyə hazırlaşıblar. Ən mühümü isə, on-
lar bir gün cənnətin qapılarından içəri da-
xil  olmağa  hazırlaşıblar.  Onların  düşmən 
düşərgələrindən  gələn  qəfil  hücumlardan 
yerdə təhlükəsiz müdafiələri var. Buna bax-
mayaraq, onların Məsihə olan imanı onla-
rı Allahın qollarında əbədi qoruyur. Bəlkə 
bombaların  təklükəsizləşdirildiyi  yerdə 
oynayan uşaqlar kimi, sən də öyrənmisən 
ki, həyat tez-tez bəladan bir addım aralı-
da yaşanır. Ola bilsin, sən qeyri-müəyyən 
anlarda ən yaxşısına ümid edərək, yerdəki 
həyatını rahat etmək və qorumaq üçün ad-
dımlar  atmısan.  Buna  baxmayaraq,  sən 
heç  bundan  sonrakı  həyat  üçün  onların 
nümunəsinə də baxmısanmı? Sən İsa Məsih 
vasitəsi ilə şəxsi ünsiyyət vasitəsi ilə əbədi 
həyata hazırsan?
Oğula malik olan şəxsin 
həyatı var, Allahın Oğluna 
malik olmayan şəxsin isə 
həyatı yoxdur. 
1 Yəhya 5:12


Yüklə 56 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə