75
gün
-ci
BÖYÜK
SADİQLİK
Böyük
uşaqlar
RUSİYA: HƏBS OLUNMUŞ VALİDEYNLƏR
Məhdudiyyətlər qoyulmuş ölkələrdə məsihçi uşaqlar çox vaxt valideynləri ilə birlikdə əzab
çəkirlər. Ata və analar məbəddəki fəaliyyətlərinə görə həbs olunanda uşaqlar yetim qalırlar.
Əgər bəxtləri gətirsə, onların ailə üzvləri və ya dostları qayğılarına qala bilər. Amma ən pisi
o idi ki, yetimlər evinə və ya dövlət müəssisələrinə göndərilirdilər. Artıq yatmazdan qabaq
Müqəddəs Kitab hekayələri oxunmurdu və yeməkdən əvvəl heç bir ailə duası olmurdu.
Amma həbs olunmuş valideynlərin uşaq-
larından gələn məktublar güclü cəsarəti və
çətin ayrılıq vaxtlarında mətinliyi göstərirdi.
Onların sözləri yenidən görüş üçün ümid da-
şıyırdı.
“Anacan, Allah sənə xeyir-dua versin. Bi-
zim müvəqqəti ayrılığımıza görə narahat olma
– bu, əbədi çəkməyəcək.
Tezliklə sevincimiz
qayıdacaq – qoy bu fikir səni ruhlandırsın.
Ana, sən qayıdanda edəcəyimiz şadlığı heç
təsəvvür edə bilmirəm. Mən dərslərimi yax-
şı oxuyuram. İndi gecədir – sabah yeni bir
gün olacaq. Günlər uzanır, amma bilirəm ki,
tezliklə birlikdə olacağıq.
Mən səni qucaqla-
yıram. Səni sevən qızın.”
“Əziz ana, sən evə gələndə mən daha özü-
mü tək hiss etməyəcəyəm. Sənə yalvarıram,
ana, ağlama. Mən səni çox sevirəm. Mən
sənin üçün balaca bir şeir yazmışam:
Sənin ürəyin qızıldandır,
Sənin ürəyin qoca deyil, cavandır.
Rəbb göylərdən baxır sənə,
Tezliklə birlikdə olarıq yenə.”
Uşaqlar çox vaxt təqibin nəticələrinə
gəldikdə ən axırıncı olurlar. Hər həbs
olunmuş valideyn üçün arxada qalmış öv-
lad var. İsa dəfələrlə demişdir ki, uşaqla-
rın imanı əhəmiyyətlidir. Əgər uşaq çətin
vəziyyətdə böyük cəsarət göstərsə, onda
bizim bəhanəmiz nə olar? Belə uşaqlar
əslində daha çox inciyə bilərlər, amma
bunun əvəzində onlar daha çox lütfdə
böyüyürlər. Eyni şeyi öz həyatlarımız
üçün deyə bilərikmi? Yetkin yaşlı insan-
lar kimi həyatın gətirdiyi küləklərə və
zərbələrə diqqətimizi cəmləyirik. Biz uşaq-
ların möhkəm imanının formalaşmasın-
dan faydalana bilərik. Uşaqlara məxsus
imanda böyümək üçün hansı yerlərdə sizə
böyümək lazımdır? Uşaqları xatırlamaqla
bu gündən başlayın.
Sizə doğrusunu deyirəm: kim
Allahın Padşahlığını bir uşaq
kimi
qəbul etməsə, oraya əsla
daxil ola bilməz.
Mark 10:15
76
BÖYÜK
SADİQLİK
-cı
gün
Böyük etiraz
RUSİYA: BAPTİST MƏSİHÇİLƏR
Dünya hələ bu vaxta qədər belə etiraz görməmişdi. Dünyada olan üsyanların çoxu qızğın olur,
insanların əllərində şüarlar qışqırırlar, lövhələr və bayraqlar yellədilir və hətta daşlar tullanır.
Amma 1966-cı il 16 mayda beş yüz sovet baptisti Kommunist Mərkəzi Komitəsinin qarşısına
yığışmışdılar. Amma o biri üsyançılardan fərqli olaraq, onlar şüarlar və tələblər ilə qışqırmırdılar.
Onlar birlikdə dayanıb dua edərək himnlər
oxuyurdular.
Georgi Vins və Gennadi Kryuç-
kov onların xeyrinə sovet hökumətinə xahiş
təqdim etmişdilər. Onlar xahiş etmişdilər ki,
məbədləri rəsmi tanınsın, hökumət müdaxilə
etməsin, həbs olunmuş imanlılar buraxıl-
sın və iman haqqında
öyrətmək, eləcə də
öyrənməkdə sovet vətəndaşlarının azadlığı
olsun.
Mayın 17-si səhər əsgərlər və MTK-nın
əməkdaşları toplananları əhatə etdi. Günor-
ta saat 1-ə yaxın yavaş-yavaş avtobuslar
ətrafı dövrəyə aldılar, əsgərlər hücum edib
onları döyərək
avtobuslara minməyə məcbur
etdilər. Heç kim onlara qarşı döyüşmədi.
Əksinə, nümayişçilər əl-ələ verib hücum
çəkən əsgərlərin qışqırıqlarına baxmayaraq
ilahi oxumağa başladılar. Bütün bunlar cama-
at qarşısında məsihçilərin möhkəm imanına
baxan çoxlu şahidlərin iştirakı ilə oldu. Sonra
onları həbs etdilər.
Onlar hətta həbsxanada da dua edib ila-
hi oxuyurdular. Kommunistlər bu sülhpərvər
nümayişçilərin xahişlərini rədd etdilər, amma
onların ruhlarını qıra bilmədilər.
İnsanlar itaətkarlıq ilə zorakılığı qa-
rışdırırlar. Amma bunun həqiqi mənası
var. Radikal itaətkarlıq o deməkdir ki,
biz Məsihin təlimlərinə əks olan şeylərə
qarşı etirazımızı bildiririk. Amma sovet
baptistləri kimi biz sülhə çalışırıq, ziyan
törətmək istəmirik. İmanına görə təqib
olunanlar sülh nümayişini və əzmini bir
nümunə kimi göstərirlər. Onlar pisliyə
pisliklə cavab vermirlər, amma Məsihin
əmrlərinə itaət etməyin nəticələrini sakitcə
qəbul edirlər. Əgər siz radikal məsihçi ol-
maq istəyirsinizsə, siz Məsihin əmrlərinə
tamamilə itaət etməlisiniz. Həyatınızın
hansı yerində sizi Allah Ona itaət
etməyə çağırır? Radikal məsihçi olmaq nə
deməkdir?
Yaxşı işlər
görərək hər şeydə özünü
nümunə göstər. Təlimdə dürüst və
ləyaqətli olaraq tənqid olunmaz
sağlam sözlər danış ki, sənə qarşı
çıxanlar bizim haqqımızda pis bir söz
deyə bilməyib utansın.
Titus 2:7-8