96
BÖYÜK
SADİQLİK
-cı
gün
Böyük
partizan
PERU: XUAN
Xuana terrorçu fəaliyyətlərinə görə Migel Kastro həbsxanasında on beş il cəza çəkmək hökmü
verilmişdi. Xuan terrorçuların necə düşündüklərini anlayırdı. O, “Parıldayan yol” adı ilə tanın-
mış kommunist qrupunun milisioneri idi. Onun ən böyük tapşırığı başqalarına necə öldürməyi
və məhv etməyi öyrətmək idi. O, yüksək rütbəli məmur idi, eləcə də dinamit, silahlar və tam
məhv etmə üzrə mütəxəssis idi. Onun işi onu ruhlandırırdı və ona şövq verirdi.
Xuan, hətta həbsxanada da öz işini davam
etdirirdi. O, milis xidmətinə Fernando adlı
cavan oğlanı qəbul edəndə gördü ki, bir çox
marksist ideyaları ona təsir etmir. Fernando
isə
öz növbəsində, Xuana ağıllı bir sual ver-
di: “Dostum, əgər bu gecə ölsən, əbədiyyəti
harada keçirəcəksən?”
Xuan başqalarının saysız-hesabsız ölümü-
nü görmüş və ya müşayiət etmişdi, amma
öz ölümü barədə heç vaxt düşünməmişdi.
Fernandonun sualı
onu narahat etməyə baş-
ladı. Fernando hər gün ona Məsihin sevgisi
və qurbanı barədə danışmaqda davam etdi.
Nəhayət, Xuan məsihçi oldu.
Fernando yeni şagirdini ruhlandırdı: “Öz
həyatını necə ki inqilaba vermişdin, eləcə, bu
gün onu Rəbbin olan Məsihə ver.”
Sonralar Xuan həbsxanada pastorluq etdi.
Əvvəllər o, milis məktəbinə insanları qəbul
edirdi; həbsxanada isə o, bazar günü dərsləri
təşkil etdi. Başqalarının əbədi həyatı tap-
masına kömək etməklə onun ölüm tapşırığı
dəyişildi.
İnsanların qızğın həvəsləri onlara ruh-
lanma və şövq verir. Bəzi insanların öz
işlərinə görə qızğın həvəsləri var. Başqa-
larının öz ailələri barədə qızğın həvəsləri
var. Amma elələri də vardır ki, Məsihin
işinə qarşı birbaşa müqavimət göstərən
işlərə qızğın həvəsləri var. Məsihçiləri
təqib edənlər laqeydliyə görə ittiham olu-
na bilməzlər. Onların amansız qətiyyətləri
əgər səhv istiqamətə tuşlanmasaydı, demək
olar ki, heyranedici olardı. Amma Allah
köhnə həyatları yeni həyatlara dəyişmək
işi ilə məşğuldur. Xuan əvvəllər marksizmə
görə hiss etdiyi həmin qızğın həvəslə in-
sanları Məsihə qəbul etməyə başladı. Al-
lah onun inadlı həvəsini Məsih üçün qızğın
həvəsə çevirdi. Sizin ruhani həsr olunma-
nız üçün rəqabət aparan hər bir şeyi, Alla-
ha dua edin ki, dəyişsin. Ondan xahiş edin
ki, Öz padşahlığını inkişaf etdirmək üçün
sizə yanar istək versin.
Amma mənə fayda gətirən nə
varsa, Məsih uğrunda ziyan
saymışam.
Filip. 3:7
97
gün
-ci
BÖYÜK
SADİQLİK
Başqa
böyük seçim
FİLİPPİN: PETER
Peter hiss etdi ki, risk etməyə dəyər. O, insanların Məsih barədə eşitməyə ac olduğu ucqar
kəndlərdə, Filippində müjdəçi olan öz dayısı Maykl ilə səyahət etməyi sevirdi.
Kəndlərə olan səyahətlər macəralı idi və
bəzən də saatlarla sona qədər qalın meşələrlə
səyahət etmək təhlükəli idi. Filippindəki
adamlar Kommunist partiyasının
qolu olan
Yeni Adamların Ordusu ilə uzun illər qor-
xudulmuşdular. Peter və onun dayısı tez-tez
təhlükədən qorunmaq üçün gizlənməli idilər.
Peter uşaqları sevirdi və onlar Allahın nə
qədər çox sevdiyini nəhayət ki başa düşəndə,
uşaqların gözlərinin işıqlandığını görməkdən
həzz alırdı.
Pasxa bayramından
iki gün əvvəl cümə
günü Yeni Adamların Ordusu onun dayısı
Mayklın xidmətinə son qoymağı düşünürdü.
Beləliklə, onlar Peteri tutdular və hədələdilər
ki, dayısı Məsih barədə danışmağı dayandır-
sın, yoxsa Peteri ölüm gözləyirdi. Peterin
valideynləri cavab verdilər: “Biz Maykla öz
işini dayandırmağı deyə bilmərik. Amma sizə
yalvarırıq, bizim oğlumuzu qaytarın. O, heç
bir pis iş görməyibdir.”
Nəhayət ki, əlləri arxasına bağlanmış
vəziyyətdə
Peter valideynlərinin əsgərə
belə dediklərini eşitdi: “Yaşamaq Məsihdir,
ölməksə qazanc.” Və həmin o sözlər ilə Peter
həmin cümə günü öz Xilaskarı ilə görüşmək
üçün göylərdəki evinə getdi. Onun dayısı
Maykl hələ də dağ kəndlilərinə Məsihin sev-
gisinin
qüdrəti və öz gənc, sadiq bacısı oğlu
Peter barədə danışır.
Risklər hamısı seçimlərdən ibarətdir.
Bəzi adamlar cismani işlərini mərc çəkərək
öz talelərini riskə qoymağı seçirlər. Futbol
oyununun nəticəsi. Qalibin qaçış meyda-
nında neçə dəfə dövrə vurması. Hansısa
oyunçunun bir gündə topu səbətin içinə
neçə dəfə atması. Digərləri isə əbədi
mənası olmayan narkotik və alkoqol ilə
özlərinə xidmət edən işləri seçərək öz
həyatlarını təhlükəyə qoyurlar. İsa insan-
ları birlikdə başqa seçim etməyə çağırır. O
deyir ki, Onun iradəsini yerinə yetirməklə
səmavi mükafatı əldə etmək üçün biz
yerdəki təhlükəsizliyimizi təhlükəyə qoy-
mağı seçməliyik. Onun iradəsini yerinə
yetirmək qaçış yarışındakı ödənən puldan,
yaxud qəbul etdiyin narkotikdən aldı-
ğın süni həzdən daha böyükdür. İmanına
görə risk etdiyin üçün İsanın mükafatını
təcrübədən keçirmisən? Nə üçün, yaxud nə
üçün yox?
Kim Onun iradəsini yerinə
yetirmək istəyirsə, təlimimin
Allahdan olduğunu, yoxsa
Özümdən söylədiyimi biləcək.
Yəhya 7:17