121
gün
-ci
BÖYÜK
SADİQLİK
Böyük vəz
ÇİN
“Onları güllələyin və biz sizin yaşamağınıza izin verəcəyik!”
Pastor saxlanıldıqları Çin həbsxanasında
kommunistlər ilə razılığa gəldi. Amma onun
qarşısında dayanan iki məsihçi qız öz iman-
larından imtina etməmək qərarında idilər. Bu
səhnəyə baxan bir məhbus onların sifətlərini
solğun, amma hədsiz gözəl – kədərli, lakin
şirin təsvir edirdi. Onlar öz arxalarını Məsihə
çevirməkdənsə, ölüm ilə üzləşməyi qərara al-
dılar.
Pastor fikirləşdi: “Nə üçün bizim üçümüz
də ölməliyik? Əgər mən səni öldürsəm və on-
ları yaşamağa qoysam, onda mən məbədlər
ilə işləməyi davam etdirə bilərəm.”
Qızlar aram səslə onunla danışdılar: “Bi-
zi güllələməzdən əvvəl bizim üçün etdiyiniz
hər bir şeyə görə sizin hamınıza təşəkkür
etmək istəyirik. Siz bizi Məsihə gətirdiniz,
vəftiz etdiniz və bizə Rəbbin Süfrəsini verdi-
niz. Qoy Allah etdiyiniz bütün yaxşı şeylərə
görə sizi mükafatlandırsın. Siz həmçinin,
bizə öyrətdiniz ki, məsihçilər bəzən zəifdirlər
və dəhşətli günahlar işlədirlər, amma onlar
yenidən əfv oluna bilərlər. Siz edəcəyiniz işə
görə peşman olanda, Yəhuda kimi ümidinizi
itirməyin, lakin Peter kimi tövbə edin. Və
yadda saxlayın ki, bizim sizin barənizdəki
son fikirlərimiz nifrət və qəzəb yox, sevgi və
bağışlanmadır. Bizim hamımız qaranlıq anlar-
dan keçirik. Biz sevinərək ölürük.”
Amma pastorun qəlbi artıq sərtləşmişdi
və o, onları güllələdi. Ondan dərhal sonra
kommunistlər onu da güllələdilər.
Qəfil ölüm ilə üzləşən adamların
fikirləri öz dostlarına və ailələrinə, ya-
xud həyata keçməyən arzularına yönəlmiş
ola bilər. Onların həyatlarını görənlərin
bəziləri xatırlayır: “onların gözləri önündə
parlaq işıq vardı”. Amma bu tam xatırlama
son xəyanətə – dost kimi tanıdığın adam
tərəfindən qətlə yetirilməyə qurban olan-
ların diqqətini yayındırır. Dost sandığın
adama qəzəb, hirs və nifrət bunların hamı-
sı bəraətli görünərdi. Ümumiyyətlə, bağış-
lanma burada amil ola bilərmi? Məsihçilər
kimi, biz hər bir vəziyyətdə, hətta həyat
və ölüm olan vəziyyətdə bağışlanmanı
seçməliyik. Hekayədəki qızlar kimi, sənin
xəyanət edən vəzçiyə reaksiyan effektli vəz
ola bilər. Sənin bağışlanmanı seçmən başqası
üçün İsaya aparan yolu necə göstərə bilər?
Bir-birinizə qarşı xeyirxah,
rəhmli olun və Allah Məsihdə
sizi bağışladığı kimi, siz də bir-
birinizi bağışlayın.
Efes. 4:32
122-ci
gün
BÖYÜK
SADİQLİK
Böyük qalxanlar
PAKİSTAN: TAHİR İQBAL VƏ RAYMOND LULLİ
“Mən kəndiri öpəcəyəm, amma heç vaxt imanımı inkar etməyəcəyəm!” – deyə, Tahir İqbal
ucadan qışqırdı. Əsgərlər iflic pastoru əlil arabasından qaldırdılar və kəməndi onun boynuna
saldılar. Bu gün o, Məsih ilə birlikdə göylərdə azad gəzir.
Pakistanda çoxlu həyat təcrübəsinə malik
keçmiş başqa bir pastor öz evinin həyətində
güllə səsləri eşitdi. Güllə düz onun yanından
keçdi və onun stulunun arxasında divara gir-
di. O, müsəlmanların üstünlük təşkil etdiyi
millətdə Məsihi bölüşə bilmək üçün daha bir
günə görə Allaha minnətdarlıq etdi.
Raymond Lilli Oksford professoru olaraq
öz rahat işini buraxdı və həyatının əksər
hissəsini müjdəyə görə əzab çəkərək keçir-
di. O yazmışdır: “Bir vaxtlar mən kifayət
qədər zəngin idim və bu həyatın xoşa gələn
şeylərindən azadlıqla dadırdım. Amma bü-
tün bu şeyləri mən sevinərək tərk etdim ki,
həqiqətin biliyini yaya bilim. Mən həbslərdə
olmuşam; Mən qamçılanmışam… indi, yaşlı
və kasıb olsam da, mən ümidimi itirmirəm;
Əgər ölümə qədər davam etmək Allahın
iradəsidirsə, mən hazıram.”
Belə imanlıların “iman qalxanı” haqqında
özünəməxsus bilikləri var. Onlar dərk ediblər
ki, bu, onların əzablarının qarşısını almaya-
caqdır, amma lazım gəlsə, onlara cəsarət
verəcəkdir. İman qalxanı onlara nəyin bahası-
na olursa, olsun, Məsihə görə ruhani döyüşü
davam etdirmək üçün qətiyyət vermişdir.
Birinci əsrin döyüş silahına bir əldə qal-
xan və digər əldə isə qılınc daxil idi. Biri
ilə əsgər düşmənə doğru irəli gedə bilirdi.
Digəri ilə onlar hücum edirdilər. Bizim bu-
günkü ruhani döyüş silahımız ilə əlaqədar
olaraq biz tozlu “iman qalxanını” bir
küncdə saxlanılmış tapacağıq? Biz Allahın
təklif etdiyi iman qalxanı vasitəsi ilə Onun
müdafiəsindən çıxanda, düşmənlərimizin
hücumlarına məruz qalırıq. İmansız qorxu-
dan və çətinlikdən yan keçmək qeyri-müm-
kündür. Biz ilk müqavimət işarələrindən
Müjdənin yayılmasını saxlayırıq. Təsir
etmə aləmində Müjdənin yayılmasından
səni nə saxlayıbdır? Öz iman qalxanını
sarsıdıcı qarşıdurmada harada tərpətmək
lazımdır?
Bütün bunlara əlavə olaraq şər
olanın bütün yanar oxlarını
söndürə bilmək üçün iman
qalxanını əlinizə götürün.
Efes. 6:16
123
gün
BÖYÜK
SADİQLİK
-cü
Böyük lütf
RUMINİYA: PASTOR RİÇARD VURMBRAND
Pastor Vurmbrand digər məhbusların arasından keçərək döşəmədə hərəkətsiz halda oturan
başqa bir pastorun yanına gəldi. O, təzəcə kameraya atılmışdı. Onu pis döymüşdülər. Vurm-
brand onun gecəni sağ qalacağını bilmirdi.
Məhəbbətlə dolu şəfqətli pastor Vurm-
brand döyülmüş pastorun yanında əyləşdi və
ondan soruşdu: “Mənim qardaşım…sən dua
edə bilərsən, ‘Ata onları bağışla?’
Kişi ağrıyan, şişmiş, əzilmiş sifətinə toxu-
naraq titrəyirdi. Danışmaq çətin idi. Sözlər
yavaş-yavaş çıxdı: “Mən bacarmıram.”
Pastor Vurmbrandın kişiyə qarşı rəğbət
hissləri təzəcə gəlmişdi ki, döyülmüş pastor
yenidən danışmağa başladı. Gözlərində yaş-
larla o dedi: “Mənim duam “onları bağışla”
yox, mənim duam …Ata, onları və məni
bağışladır.” Əgər mən daha yaxşı pastor ol-
saydım, ola bilsin, daha çox imana gəlmiş
işgəncə verənlər olardı.”
Bu üzülmüş pastor öz düşmənlərinin
Məsihə gəlməsi imkanını qaçırdığına görə
narahat olduğunu bildirdi. Hər iki pastor
Rumıniya Kommunist Gənclər Təşkilatının
gənc üzvünün bir dəfə həbs olunduğunu və
məsihçi adlanan bir polis məmuru tərəfindən
mərhəmətsizcəsinə döyüldüyünü anladılar.
Bu hadisə onun ürəyini bütün həyatı boyu
Məsihə qarşı bərkitmişdir. Müjdə üçün qa-
çırılmış bu fürsət axırda keçmiş Rumıniya
Kommunist xalqının diktatoru oldu. Nikolay
Çauşeski pastor Vurmbrand və onun dö-
yülmüş pastor dostu da daxil olmaqla say-
sız-hesabsız məsihçilərin əzab çəkməsində
məsuliyyətli idi.
Əldən qaçırılmış fürsətdən daha böyük
peşmançılıq yoxdur. Təəssüf ki, həyat tez-
tez övladın dünyaya gəlməsi, Milad səhəri,
yaxud evə getmək üçün son təyyarəni
ötürmək kimi qaçırılmış fürsətlər gətirir.
Amma heç bir şey digər şəxsin əbədi tale-
yini dəyişmək ilə müqayisə oluna bilməz.
Biz heç vaxt bilmərik ki, qatarda bizim
böyrümüzdə oturan adi görünən bir adam
– əgər biz nəsə desəydik, bir gün Məsih
üçün dünyaya təsir edə bilərdi. Eynilə bi-
zim sükutumuzu pozmaq da qərarından
dönməyən məsihçi rəqibini ətrafına fırla-
da bilər. Keçmişində sən çoxlu qaçırılmış
müjdə imkanları saya bilərsən. Amma sənə
verilmiş hər bir gündə imanını bölüşmək
üçün fürsəti tutmaqla gələcəyini dəyişə
bilərsən.
Kənar insanlarla müdrikliklə
rəftar edin və hər fürsətdən
istifadə edin.
Kolos. 4:5
Dostları ilə paylaş: |