Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   19   20   21   22   23   24   25   26   ...   99

46 
 
xalqlar  yeni  xəstəliklərə  sirayətlənməklə  yanaşı,  dillərinin  və  adətlərinin 
dəyişilməsi ilə və həmin ərazilərdə yeni qanunların bərqərar olması ilə üzləşdilər. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  Magellanın  dünya  ətrafına  səyahətindən 
sonra  Yeni  Dünyanın  bölünməsi  barədə  Papa  bullası,  onun  əsasında  yeni 
torpaqların  iki  dövlətin  təsir  zonasına  bölünməsi  və  demarkasiya  xətti  öz 
əhəmiyyətini itirdi. Bu müqavilə hər iki tərəfə dar gəlirdi, onun ziddinə Portuqaliya 
Braziliyanı tutdu. 
İlk  dəfə  1504-cü  ildə  Ameriqo  Vespuççi  belə  bir  fikir  söyləmişdi  ki, 
Amerikadakı  torpaqlar  Asiyanın  bir  hissəsi  olmayıb  yeni  materikdir  və  o, 
Kolumbun  fikrini  təkzib  etməklə  yanaşı,  bu  torpaqları  “Yeni  Dünya”  adlandırdı. 
Alman kartoqrafı  Martin Valdzmyuller  isə özünün tərtib etdiyi dünya xəritəsində 
materiki  Vespuççinin  şərəfinə  “Amerika”  adlandırdı.  Vespuççinin  ideyasını 
Ferdinand Magellan, 1519-1522-ci illərdə həyata keçirdiyi ilk Yer ətrafı səyahətdə 
təsdiq  etdi.  Cənubi  Amerikanı  və  Odlu  torpaq  adalarını  dolaşıb  keçən  Magellan 
Sakit  okeana  aparan  boğazı  tapdı,  Sakit  okeanın  sularında  Magellan  Asiya 
sahillərinə etdiyi uzun səfər boyu heç bir qasırğa ilə üzləşmədiyindən okeanı belə 
adlandırmışdı.  Buradan  isə  Asiya  sahillərinə  çatmaq  mümkün  oldu.  Yerin  kürə 
şəklində  olması  qərb  yolu  ilə  də  Asiya  qitəsinə  və  Molukka  adalarına  çatmağın 
mümkün olduğunu sübut etdi. 
Magellan  bəşəriyyətə  böyük  xidmət  göstərmiş  oldu,  lakin  o,  bu  qeyri-adi 
nailiyyətinin bəhrəsini dada da bilmədi. Tarix isə onu unutmadı. Hötenin “Həqiqi 
ləyaqət heç vaxt öz kölgəsi olan şöhrətə baxmaq üçün geri boylanmır” sözləri onun 
taleyinin timsalında açıqca öz təsdiqini tapır. 
 
 
XIV Lui 
Tardiora sunt remendia quammala (lat.) – Müalicə xəstəlikdən ləng gedir. 
Tatsit 
Bir  boşboğaz  cəsarətdən  danışanda  Sparta  çarı  Kleomon  onun  sözlərinə 
istehza  ilə  gülərək  dedi:  “Əgər  cəsarət  barədə  qaranquş  söhbət  açsaydı  mən 
gülərdim, ancaq bu barədə qartal danışsaydı, mən ona diqqətlə qulaq asardım”. 
Plutarx 
XIV  Luinin  şöhrəti  və  nüfuzu  ona  Günəş  Kral  adını  qazandırmışdı.  O, 
Fransanı  ölkənin  parlaq  dövrlərindən  birində  idarə  etmiş  və  klassik  eranın 
mütləqiyyət monarxiyasının simvolu kimi tarixdə qalmışdır. Ölümündən sonra da 
o,  bütün  Avropanı  əhatə  edən  yaşayış  üslubu  və  tərzi  vasitəsilə  insanları 
ilhamlandıra  bilmişdi.  Ona  müstəsna  qaydada  vurulur  və  nifrət  edirdilər.  Onun 
tarixi  böyük  nailiyyətlərlə  və  acı  səhvlərlə  doludur,  bunlar  isə  əlbəttə  ki, 
qələbələrin  sevinci  kimi,  həm  də  məğlubiyyətlərdən  əzab  çəkməklə  əlaqədar  idi. 
Avropada  ağalıq  etdikdən  sonra  o,  öz  ölkəsini  zəifləmiş  və  dilənçi  vəziyyətində 
qoyub getdi, lakin onun hökmranlığı altında Fransa bir neçə əyaləti aldı və əslində, 
sivilizasiya modelinə çevrildi. 
O,  1638-ci  ildə  XIII  Luinin  və  onun  ispan  mənşəli  kraliçası  Anna 
Avstriyalının  ailəsində  doğulmuşdu.  1643-cü  ildə  XIV  Lui  atasının  ölümündən 


47 
 
sonra fransız taxt-tacına çıxdı, bu vaxt onun 4 yaşı var idi. Regent XIII Luinin dul 
arvadı,  öz  anası  Anna  Avstriyalı  olsa  da,  bu  dövrdə  Fransanın  dövlət  siyasətini 
birinci nazir, kardinal Culio Mazarin müəyyən edirdi (bu italyan keşiş öz vətənində 
Mazarini kimi tanınırdı). Dörd yaş səkkiz aylığında XIV Lui, krallığın qanunlarına 
müvafiq olaraq 19 milyon adamın təkcə ağası deyildi, həm də onların canının və 
mülkiyyətinin  sahibi  idi.  Onu  “görünən  ilahi”  kimi  salamlamalarına  baxmayaraq, 
o, əslində nökərlərin qayğısına buraxılmış və laqeydlik hiss edən bir uşaq idi. Heç 
kəs ona nəzarət etmədiyindən bir dəfə az qala kiçik gölməçədə batmışdı. 
Bu laqeydliyə görə məzəmmətə layiq olan Anna Avstriyalı isə oğlunu yalnız 
“Allaha qarşı edilən cinayətlərdən” daim qorxutmaqla kifayətlənirdi.  
Luinin  doqquz  yaşı  olanda  nifrət  edilən  kardinal  Culio  Mazarin  tərəfindən 
təqib edilən kübarlar və Paris parlamenti (bu, qüdrətli qanun məhkəməsi idi) 1648-
ci ildə taxt-taca qarşı mübarizəyə qalxdılar. Bu, Fronda kimi tanınan uzun müddətli 
vətəndaş  müharibəsinin  başlanğıcının  nişanəsi  oldu.  Bunlara  görə  Lui 
yoxsulluqdan,  bədbəxtlikdən,  qorxudan,  alçalmaqdan,  soyuqdan  və  aclıqdan 
əziyyət  çəkdi.  Fronda  (hərfi  mənada  “sapand”  deməkdir)  sadə  parisliləri,  Paris 
parlamentinin  (məhkəmə  palatası)  üzvlərini  və  imkanlı  adamları  əhatə  edirdi, 
onları isə kraliça-ana bir sıra imtiyazlardan məhrum etmişdi. 
XIII  Lui  1643-cü  ilin  martında  öldükdən  sonra  Mazarin  kraliça-ananın 
siyasətinə  nəhəng  qaydada  təsir  göstərirdi.  Daim  artan  xərclərin  öhdəsindən 
gəlmək  üçün  kəndlilərdən  yığılan  vergini  tez-tez  artırmaq  lazım  gəlirdi.  Nazir 
kürsüsündə  nifrət  edilən  “yada”  (Mazarin  italyan  idi)  qarşı  çox  sayda  üsyanlar 
qalxırdı. Lakin Mazarinin böhranlı vəziyyəti o vaxt baş verdi ki, Paris parlamenti 
(qanunvericilik hakimiyyətinə malik deyildi) parlamentin vergi siyasətində iştirakı 
ilə yanaşı, polisin və məhkəmələrin islahatı barədə də tələblər irəli sürdü. Kraliça-
nanın  parlamentin  bəzi  liderlərinin  həbs  edilməsi  barədə  verdiyi  göstərişə  cavab 
olaraq  Parisdə  üsyan  (“Barrikadalar  günü”)  qalxdı.  Xalq  həbs  edilənlərin  azad 
olunmasına  nail  oldu,  lakin  bu  yalnız  müvəqqəti  qələbə  idi.  Hər  halda  Fronda 
Mazarini 1649-cu ildə Fransanı tərk etməyə məcbur etmişdi, lakin o, 1653-cü ildə 
Köln sürgünündən geri qayıtdı.  
Bu  hadisənin  izi  yeniyetmə  kralın  sonralar  xarakterinə,  davranışına  və 
düşüncə  tərzinə  öz  təsirini  göstərməmiş  qalmadı.  O,  heç  vaxt  nə  Parisi,  nə 
kübarları, nə də ümumən həmin adamları yaddan çıxarmadı. 
Frondaçıların  üsyanı  fransız  mütləqiyyəti  üçün  ciddi  sınaq  olsa  da,  onu 
bərkitdi  və  möhkəmləndirdi.  1653-cü  ildə  Mazarin  qiyamçılar  üzərində  qələbə 
çaldı  və  bu  vaxt  Lui  ilə  birlikdə  öz  şagirdlərindən  qeyri-adi  inzibati  aparat 
düzəltməyə girişdi. 
Gənc  kral  Mazarindən  həmçinin  incəsənətə,  eleqantlığa  bağlılıq  və  özünü 
nümayiş  etdirmək  xüsusiyyətlərini  götürmüşdü.  Dövrünün  ağası  kimi  elan 
edilməsinə  baxmayaraq,  kardinalın  mütləq  hakimiyyətinə  qarşı  etiraz  etməyi  kral 
heç ağlına da gətirə bilməzdi. 
Fransa  ilə  İspaniya  arasında  1635-ci  ildə  başlanan  müharibə  özünün  son 
fazasına  daxil  olmuşdu.  Müharibənin  nəticəsi  Avropada  hegemonluğu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə