Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/99
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8423
1   ...   23   24   25   26   27   28   29   30   ...   99

54 
 
Üç il sonra, 1700-cü ildə İspaniyanın axırıncı Habsburq kralı öldükdə Luinin 
nəvəsi  Filipp  Avqusta  öz  krallığını  vəsiyyət  etmişdi.  Lui  sülhdən  başqa  bir  şeyə 
can atmadığından, irsi qəbul etməkdə tərəddüd göstərdi. O, öz qərarına görə kəskin 
surətdə  tənqid  olundu,  lakin  heç  də  başqa  alternativə  malik  deyildi.  İngiltərə  ona 
qarşı  olanda  o,  yalnız  İspaniyanın  Müqəddəs  Roma  imperatoru  Leopoldun  əlinə 
düşməsinin  qarşısını  almalı  idi.  Axırıncı  isə  Filippin  həmin  taxt-taca  iddiası  ilə 
razılaşmırdı. İrsdən imtina etmək də, onu qəbul etmək də Luiyə yaxşı heç nə vəd 
etmirdi.  Ona  görə  də  ispan  irsi  uğrunda  Avropada  müharibənin  başlanması 
gözlənirdi. Fransa Avropada aparıcı yeri tutmağa çalışırdı. İmperator I Leopoldun 
məqsədi isə V Karl dövründəki Müqəddəs Roma imperiyasını dirçəltmək idi.  
1701-ci ildə XIV Luinin nəvəsi Filipp V Burbon İspaniyaya gələn kimi kral 
kimi  tanındı.  Habsburq  monarxiyası,  İngiltərə  və  Niderlandlar  Filippin  əleyhinə 
idi. İspaniya taxt-tacına varislik uğrunda müharibə başlandı və bu savaş daha uzun 
olmaqla  12  il  çəkdi,  1701-ci  ildən  1713-cü  ilə  qədər  davam  etdi.  1701-ci  ildən 
İngiltərə,  Hollandiya,  Avstriya, Prussiya,  Müqəddəs  Roma  imperiyası, Hannover, 
Portuqaliya  və  Savoy  hersoqluğu  mütləqiyyət  Fransasına  qarşı  koalisiya  bağladı. 
1702-ci  ildə  İngiltərə  Fransaya  müharibə  elan  etdi.  1709-cu  ildə  ispan  taxt-tacına 
varislik  uğrunda müharibənin gedişində sülh danışıqları uğursuzluqla nəticələndi. 
XIV Lui nəinki ispan irsindən imtina etmək istəyirdi, hətta Elzası da verməyə razı 
idi.  Lakin  müttəfiqlər  tələb  etdilər  ki,  o,  ispan  kralı  V  Filippə  qarşı  yürüş  etsin. 
XIV Lui bu təklifi rədd etdi.  
İspan  irsi  uğrunda  müharibədə  anti-fransız  alyansı,  öz  ölümündən  əvvəlki 
dövrdə  Uilyam  Oranclı  tərəfindən  yenidən  fəallaşdı.  Müharibənin  bədbəxtliyi  o 
qədər  böyük  idi  ki,  1709-cu  ildə  Fransa,  ondan  əvvəlki  əsrlərdə  əldə  etdiyi 
faydaların hamısını itirməyə yaxın idi. 
Nəhayət,  ispan  irsi  uğrunda  müharibə  1713-cü  ildə  Utrext  sülhü  ilə  başa 
çatdı.  V  Filippi  ispan  kralı  kimi  tanımayan  Müqəddəs  Roma  imperatoru  VI  Karl 
sülh müqaviləsini imzalamaqdan imtina etdi, çünki onun özü bu vaxt həmin taxt-
taca iddia edirdi. Lakin anti-fransız koalisiyası öz niyyətini həyata keçirmək üçün 
kifayət qədər gücə malik deyildi. Ona görə də Utrext sülhü çərçivəsində Raştattda 
(6  mart  1714-cü  il)  və  Badendə  (7  sentyabr  1714-cü  il)  bağlanmış  müqavilələr 
Fransa  ilə  müharibəyə  son  qoydu.  Fransa  Şimali  Amerikadakı  bəzi  ərazilərini 
itirdi. Müharibə heç də həmişə fayda vəd etmir. Günəş Kral Tsitseronun “Cedant 
arma  togae”  (lat)  –  “Qoy  silah  yerini  toqaya  versin”  məsləhətinə  əməl  etsəydi, 
Fransaya  daha  böyük  xeyir  verərdi.  Ölkədə  sosial  vəziyyət  də  ağır  idi.  Günəş 
Kralın hakimiyyətinin son dövrlərində milyonlarla fransız acından ölmüşdü. 
 
Daxildə  təriflənmənin  izafi  səviyyəsi  kral  haqqında  süni  imic  yaratmamış 
deyildi.  Ona  büt  kimi  baxırdılar.  O,  yalnız  pis  taleyin  zərbəsi  altında  süqut  edə 
bilərdi, lakin əks olan hadisələr baş verdi. Zəfər çalan millətin ilk təcəssümü olan 
Lui  özünü  ağır  əzablarla  çətin  vəziyyətə  saldı.  Utrext,  Raştatt  və  Baden 
müqavilələri  Fransanın  hegemonluğu  hesabına  başa  gəldi  və  ciddi 
məğlubiyyətlərinə  baxmayaraq  onun  ərazilərinə  toxunulmadı.  Flandriyadakı  və 
Reyn üzərindəki ərazilərin bir az əvvəl baş vermiş işğalını da müqavilələr qüvvədə 


55 
 
saxladı.  Bu  o  qədər  böyük  məsələ  idi  ki,  sonrakı  məğlubiyyətlər  və  inqilablar  da 
onların itirilməsinə gətirib çıxarmadı. 
Luinin  ictimai  bədbəxtliklərinin  üzərinə  şəxsi  itkiləri  də  əlavə  olundu. 
Demək olar ki, eyni vaxtda o, oğlunu – Böyük Dofini və  nəvəsini  itirdi. Bu itkilər 
onun tənəzzül illərinin hüznünə çevrildi. 
Kralın  özü  də  ciddi  xəstə  idi,  yoğun  bağırsaq  fistulundan  əziyyət  çəkirdi. 
Yeganə  çıxış  yolu  cərrahiyyə  əməliyyatı  idi,  lakin  belə  müalicə  üsulu  nadir 
hallarda uğurlu olurdu. XVII əsrdə həkimlər xəstələri müalicə etməkdən daha çox 
onları  öldürürdülər.  O,öz  cərrahına  müraciət  edərək  dedi:  “Msye  cərrah,  məni  ən 
axırıncı təbəəm kimi müalicə et, onda əliniz titrəməyəcəkdir”. Kral əməliyyat vaxtı 
böyuk dözümlülük göstərdi, dəhşətli ağrıya tab gətirə bildi. Həmin axşam o, kral 
şurasının iclasını keçirdi. Fransa kralın xəstə olduğunu bilməməli idi. Kralın ölüm 
xəbəri isə Avropada böyük diplomatik əks-səda doğurardı. 
Saray,  divarlarından  qəmginlik  yağan  bir  məkana  çevrilmişdi.  Kral  özü 
demişdi  ki,”Bizim  Versal  çox  qaşqabaqlıdır”.  Mentenon  krala  təsəlli  verirdi.  Axı 
ölüm  kralın  yaxınlarının,  əzizlərinin  çoxunu  həyatdn  aparmışdı.  Versal  həqiqətən 
də  əvvəlki  şadlıq  atmosferini  itirmişdi.  Lui  sarayın  salonlarında  qəmgin  şəkildə 
oturb, fikirə dalırdı, Mentenon isə kənarda daynıb, müqəddəs hörümçək kimi ona 
tamaşa edirdi. Kral bəzən hətta otağının qapısını bağlayıb öz taleyinə ağlayırdı. 
1715-ci  ildə  o,zəifləmişdi,qanqrena  onun  ayaqlarına  yayılmışdı  O,bu  vaxt 
demişdi  :  “Mən  öz  saray  adamlarımın  arasında  yaşamışam,  onların  arasında  da 
öləcəyəm”.  Ona  görə  də  göstəriş  verdi  ki,  onlar  yanına  nahara  dəvət  olunsunlar. 
Kral ölən anlarda Mentenon monastıra getmişdi, orada azacıq da olsa təsəlli tapsın. 
O,  kralı  keşişin  və  nəhayət  etibarilə  Allahın  mərhəmətinə  tapşırmışdı.  Ölüm 
aninda,  qaydalara görə o, kralın yanında olmamalı idi. 
1 sentyabr 1715-ci ildə fransız kralı XIV Lui 77 yaşına bir neçə gün qalmış 
Versalda  öldü.  Onun  cəsədi  San-Dieqo  bazilikasında  dəfn  edildi.  Öz  nəticəsi  və 
varisi XV Luiyə Günəş Kral elə bir ölkəni miras qoydu ki, burada marşal Vobanın 
sözü  ilə  deyilsə,  sakinlərin  onda  bir  hissəsi  dilənçilik  edirdi,  əhalinin  yarısı  isə 
yoxsulluğuna görə dilənçilərə ianə vermək imkanında deyildi. 
Bu vaxt onun varisi, Burbon hersoqunun sonuncu oğlu beş yaşlı uşaq idi və 
onun  da  sağ  qalması  gözlənilmirdi.  Lui  öz  qohumu  olan  Orlean  hersoquna 
inanmırdı  və  istəyirdi  ki,  real  hakimiyyət  madam  de  Montespanın  oğlu  Men 
hersoqunun  əlində  qalsın.  Buna  nail  olmaq  üçün  o,  vəsiyyətinin  layihəsini  cızdı, 
bu, monarxiyanı məhv etməyə kömək edəcəkdi. Paris parlamenti kralın ölümündən 
sonra  onun  vəsiyyətini  ləğv  etdi,  siyasi  hakimiyyəti  yenidən  qaldırdı  ki,  sonrakı 
hökmranlıq  dövrlərində  bütün  islahatların  qarşısı  alınsın,  bu  isə  hökmən  inqilabı 
zəruri edəcəkdi. 
XIV  Luinin  hər  bir  hərəkəti  müqəddəs  bir  işə  çevrilirdi,  bu,  monarxı 
şöhrətləndirməyə  xidmət  edirdi.  Sarayın  böyük  dəbdəbəsi  Kolberin  tətbiq  etdiyi 
maliyyə  sistemi  vasitəsilə  təmin  edilirdi.  Kolber  isə  merkantilizmin  ixtiraçısı  idi. 
Lui həyatı boyu öz təbəələri tərəfindən arası kəsilmədən təriflənirdi, bu vaxt xarici 
jurnalistlər isə onu qaniçən pələnglə müqayisə edirdilər. Volter “XIV Luinin erası” 
əsərində  onun  böyüklüyünü  tərənnüm  edirdi.  XIV  Lui  monarxiyanın  ən  böyük 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə